MAYAK

I
сущ. маяк:
1. башня с сигнальными огнями на берегу моря, на острове для указания пути судам
2. перен. о том, кто или что указывает путь к чему-л. Sönməz mayak немеркнущий маяк
II
прил. маячный. Mayak işığı маячный свет (огонь), mayak gəmisi маячное судно (плавучий маяк)
MAYABUD
MAYAKLI
OBASTAN VİKİ
Mayak
Mayak ya da dəniz fənəri — gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlarında inşa olunan hündürmərtəbəli tikiliyə verilən ad. == Poçt markalarında mayak == Poçt markası == İstinadlar == == Xarici keçidlər == Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Mayak (Beyləqan)
Mayak — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Mayak (dəqiqləşdirmə)
Mayak — Gəmilərə yol göstərən qurğu. Mayak (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Mayak bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.. Mayak (qəzet) — Sovet dövründə Əli Bayramlıda nəşr olunmuş qəzet. 1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 2 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Mayak (radiostansiya)
"Mayak" dövlət radioyayım kompaniyası ("Mayak" DRK, "Radio Mayak") — SSRİ məkanının ən böyük və ən tanınan radiostansiyalarından biri. 1964-cü ildə Sov.İKP MK-nın qərarı ilə qurulmuşdur. 1 avqust 1964-cü ildən 14 mart 2013-cü ilə kimi bütün SSRİ və MDB ərazisində uzun və qısa dalğalarda yayımlanırdı. Hal-hazırda UKV və FM diapazonlarında Rusiyanın bir çox şəhərlərində və MDB ölkələrinin bəzi şəhərlərində yayımlanır. Bu günə kimi radionun siqnalı kimi Moskva gecələri musiqisindən istifadə olunur.
Mayak Kərimov
Mayak Kərimov (30 noyabr 1944 – 4 noyabr 2011)— Azərbaycanlı aktyor. == Həyatı == Mayak Kərimov 30 noyabr 1944-cü ildə anadan olmuşdur. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərdə əsasən epizodik rollarda çəkilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Aktyorluq" fakültəsini bitirmişdir. Onu 60-a qədər filmdə görmək olar. 4 noyabr 2011-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: əks-inqilabçı təşkilat üzvü Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-rol: Ədhəmin dostu Anlamaq istəyirəm (film, 1980)-rol: elmi işçi Bəyin oğurlanması (film, 1985) Bir nömrəli... (film, 1980) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Dad (film, 1984) Dədə Qorqud (film, 1975) Doğma sahillər (film, 1989) Dolu (film, 2012) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Evlənmək istəyirəm (film, 1983) Gümüşü furqon (film, 1982) "Hacı Mail" nağılı... (film, 2005) Həmyerli (film, 1989) Həyat bizi sınayır (film, 1972) Xəbərdarlıq (film, 1985) Xoşbəxtlik qayğıları (film, 1976) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Küləyapardı (film, 1986) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qəm pəncərəsi (film, 1986) Qətl günü (film, 1990) Qəzəlxan (film, 1991) Mastika (film, 1986) Məhəbbətin familiyası (film, 1977) Mənim ağ şəhərim (film, 1993) Musiqili sınaq (film, 1982) Nəsimi (film, 1973) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Orijinal üsul (film, 1983) Özgə ömür (film, 1987) Papaq (film, 2007) Pəncərə (film, 1991) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sübut (film, 1982) Şir evdən getdi (film, 1977) Təhminə (film, 1993) Tənha narın nağılı (film, 1984) Torpaq.
Mayak bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Küçük Mayak (Uçalı)
Küçük Mayak (başq. Көсөк-Маяҡ, rus. Кучуково-Маяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 71 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 11 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 41 km.
Mayak (Rostov vilayəti)
Mayak — Rostov vilayəti, Salsk rayonu ərazisində yerləşən yaşayış məntəqəsi. == Coğrafiyası == === Küçələri === Bedrika k, Zelyonaya k, Krasnıx Zor k, Mir k, Molodyojnaya k, Sovxoznaya k, Stepnaya k., Trudovata k, Çentralnaya k, Tixi xiyabanı. == Tarixi == 1942-ci ilin iyulunda alman hərbi birləşmələri yaşayış məntəqəsini ələ keçirmişdilər. Bu zaman Qırmızı ordu geriyə Manıça çəkilmişdi. 29 iyil tarixində bir necə sovey döyüşçüsu su axtarışı ilə ıkaqədar geçikdiklərindən mühasirəyə düşürlər. Onların üzərinə atəş açəlmış və döyüş başlamışdır. Bu zaman şəhər əhalisi yeraltı saxlanclarda gizlənə bilmişlər. Döyüşətək almanlar onları Sandata kəndi istiqamətinə çəkirdilər. Yaralı döyüşçülər isə Mayakda qalmışdə. Dötüşdə ölən döyüşçülər qardaşlıq məzarlığında dəfn edilmişdilər.
Mayak (film, 2012)
"Mayak" — 2012-ci ildə istehsal olunmuş qısametrajlı Azərbaycan filmi. Filmin rejissoru Fariz Əhmədovdur. == Məzmun == Hər şey ayrılıqdan — ərlə arvadın boşanmasından başlayıb. Qadın ikinci dəfə ərə gedib və ögey ata ilə oğulun münasibətləri alınmayıb. Filmdə münasibətlərin bu bucağını qabardılmır, heç buna ehtiyac da yoxdur. Akifin narkomaniyaya qurşanması özü hər şeyi deyir və bu fakt həm də ananın övladı ilə yetərincə maraqlana bilməməsindən, onun düzgün tərbiyə etmək imkanının olmamasından xəbər verir. Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə — Ənsariyə müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Ənsarini hərəkət etməyə sövq edən qüvvə, bəlkə də, oğlu Akifə sevgidən daha çox günah hissidir: vaxtında yanında olsaydı, onu öz sevgisi ilə əhatə eləyə bilsəydi, Akifi "ağ ölümün" cəngindən ala bilərdi. Bəli, zaman buraxılıb, amma Ənsari öz sərt üsullarının işə yarayacağını düşünür və hesab edir ki, bu üsullar həkim müalicəsindən də effektli ola bilər.
Mayak istehsalat ittifaqı
Mayak İstehsalat İttifaqı (rus. Производственное объединение «Маяк», Proizvodstvennoye obyedinenie «Mayak») — Rusiyada yerləşən bir nüvə müəssisəsidir. Kompleks Yekaterinburqdan 150 km cənub-şərqdə, Ozyorsk şəhəri yaxınlığında, Kaslı və Tatis qəsəbələri arasında yerləşir. Mayak plutonium istehsalat reaktorları və yenidən işləmə zavoduna ev sahibliyi edir və Rusiyanın ən böyük nüvə obyektlərindən biridir. Rus və keçmiş Sovet İttifaqı nüvə silahları proqramının bir hissəsi olaraq əvvəllər Çelyabinsk-40, daha sonra Çelyabinsk-65 olaraq bilinirdi. Tarixin ən böyük nüvə qəzalarından biri olan Kistim nüvə qəzası regionda 1957-ci ildə meydana gəlmişdir.
Üzən mayak
Üzən mayak ― mayak funksiyasını görən gəmi. Onlar çox dərin və ya hər-hansısa digər səbəbə görə mayak tikintisi üçün yararsız olan sularda istifadə olunur. Roma İmperiyası dövründə gəmilərdə atəş fənərləri barədə qeydlər olsa da, ilk müasir üzən mayak İngiltərədə Temza çayının mənsəbindəki Nor barında 1734-cü ildə Robert Hamblin tərəfindən quraşdırlmışdır. Bu növ köhnəlmiş sayılır.
Mayak (film)
Mayak (ing. The Lighthouse) — 2019-cu il ABŞ istehsalı dram filmi. Filmin rejissoru Robert Eqqersdir. Ssenari müəllifləri Robert və Maks Eqqersdir. Baş rollarda Villem Defo və Robert Pattinson çəkilib. Film 19-cu əsrin sonlarında Yeni İngiltərə sahillərindəki təcrid olunmuş adada yaşayan iki mayak gözətçisindən bəhs edir.
Mayak gözətçisi
Mayak gözətçisi (ing. Lighthouse keeper) — XVIII əsrdən etibarən geniş yayılmış və zamanla ardıcılları azalmış peşə, mayakların fasiləsiz fəaliyyətini təmin edən şəxslər. Mayak gözətçiləri mayakların təmizliyi, xüsusən də yağ lampalarının və saat mexanizmlərinin işlək və saz vəziyyətdə olmasına cavabdeh olan şəxslər idilər. Əsasən ucqar ərazilərdə fəaliyyət göstərən mayaklarda tək-tənha həyat yaşayan mayak gözətçisi mövzusu populyar mədəniyyətdə özünə xüsusi yer tapmışdır. Əksər vaxtlarda ailələrindən uzaqda qalan mayak gözətçilərinin yaşadığı etik dilemmalar, ağır psixoloji vəziyyətlər bir çox filmlərin ana mövzusu kimi çıxış edib. 2019-cu ildə ABŞ-da istehsal olunmuş və baş rollarında Villem Defo və Robert Pattinsonun çəkildiyi Mayak filmi XIX əsrin sonlarında Yeni İngiltərə sahillərindəki təcrid olunmuş adada yaşayan iki mayak gözətçinin dramatik münasibətlərindən bəhs edir. == Tarixi == Dünyada bir şəxsin mayak gözətçisi kimi ilk dəfə harada xidmət göstərməsi dəqiq məlum deyil. Amerika Birləşmiş Ştatlarında mayak gözətçisi kimi fəaliyyət göstərmiş ilk şəxs Corc Vortleyk olmuşdur. O, 1716–1718-ci illərdə Boston şəhəri yaxınlığında yerləşən şəhər limanı adlı mayakda işləyib. 1776-cı ildə Anna Tomas əri Con Tomasın ölümündən sonra Massaçusets ştatının Plimut limanında yerləşən mayakda gözətçi kimi fəaliyyətə başlamaqla ABŞ-ın ilk qadın mayak gözətçisi kimi tarixə keçmişdir.
1 №-li Mayak
1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki 1 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 1 №-li Mayak kəndi adlandırılmışdır. == Toponimikası == 1 №-li Mayak kəndi əvvəllər Neftçala rayonunun Bankə qəsəbə inzibati ərazi dairəsi tərkibində qəsəbə statusuna malik olmuşdur. Yaşayış məntəqəsi Bankə Balıq Kombinatının əsas vətəgəsi yerləşən 1 №-li Mayak yaxınlığında 1966-cı ildə salındığı üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd cənub-şərqi Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 1015 nəfərdir. == Təhsil == Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Neftçala rayonunun 1 №-li Mayak kəndində 100 şagird yerlik məktəb inşa edilmiş və məktəb binası yerli icra hakimiyyəti orqanının balansına verilmişdir.
2 №-li Mayak
2 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsi tərkibindəki 2 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 2 №-li Mayak kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 2 №-li Mayak vətəgəsi yanında salındığına görə belə adlandırılmışdır. == Tarixi == Kənd 1 sentyabr 2004-cü ilə qədər qəsəbə statusu daşımışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Təhsil == Kənddə Mahir Sadıqov adına 1 saylı orta ümumtəhsil məktəbi və Asif Səlimov adına 2 saylı ümumtəhsil məktəbi yerləşir.
Dərbənd mayakı
Dərbənd mayakı — Rusiya Federasiyasının ən cənub mayakıdır. Mayak Dağıstanın Dərbənd şəhərində yerləşir. Mayak Rusiyanın qorunan abidələri və UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Dərbənd qədim zamanlarlar liman şəhəri olmasına baxmayaraq, burada XIX əsrə qədər limanların əsas atributlarından sayılan mayakın olması barədə məlumat yoxdur. Rusiya imperiyasına məxsus gəmilər Dərbənd qalası rayonuna XVI əsrin 60-cı illərində yan almışlar. Bu zaman ruslar Xəzər dənizinin qərb sahillərinə gərbi yürüşlər təşkil edirdilər. I Pyotr Xəzər dənizində Rusiyanın təsir dairəsini artırmaq və Baltik-Xəzər dəniz yolunu inkişaf etdirməklə Avropa-Şərq arasında ticarət əlaqələrini qurmaq məqsədilə 1722—1723-cü illərdə Rusiya imperator donanamasının köməyi ilə Xəzəryanı bölgələrə hərbi yürüşünü təşkil etmişdir. Bunun nəticəsində Dərbənd və Bakı kimi tratüji əhəmiyyəti olan şəhərlər ələ keçirilir. 1826—1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi sonrası Rusiya Xəzər dənizində yeganə hərbi gücə çevrildi. rus və fars ticarət gəmiləri isə dənizdə sərbəst dolaşma hüququ əldə etdi.
Frying Pan üzən mayakı
Frying Pan (Frayin Pen kimi tələffüz olunur) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonundaki Pirs 66a-da quraşdırılan üzən mayak. O, 30 il ərzində Şimali Karolinadaki Keyp-Fir dili tərəfdə yerləşən eyni adlı barda istifadə olunmuşdur. == Konstruksiyası və xüsusiyyətləri == Üzən mayak 1929-1930-cu illərdə "Charleston Dry Dock & Machine" şirkəti tərəfindən 274.434 dollarlıq müqavilə qiymətinə istehsal edilmişdir. Onun kili 30 yanvar 1929-cu ildə, suya endirilməsi 30 avqustda və təchiz olunması 8 aprel 1830-cu ildə baş tutmuşdur. İşıq, səs və zəngdən başqa tikiliyə inşaat zamanı radiomayak və sualtı gəmi üçün siqnal zəngi quraşdırılmışdır. == Əyləncə yeri == Frying Pan tədbirlər üçün icarəyə götürülə bilər. O, Nyu-Yorkda əyləncə mərkəzi olaraq tanınır.
Genuya mayakı
Genuya mayakı (it. faro di Genova, ancaq sadəcə Lanterna adlandırılır)— Genuya limanının əsas mayaklarından biri. Ətraf ərazilərdə gecə dənizçiliyi üçün mühüm yardımı olmaqla yanaşı, mayak Genuya şəhərinin tarixi simvolu rolunu oynayır. 76 metr hündürlüyə malik olan bu mayak dünyanın beşinci ən hündür mayakı olmaqla bərabər, daş hörgüsü ilə tikilmiş ikinci ən hündür mayakdır. 1902-ci ildə İle Viergedə mayakın tikilməsinə qədər 1543-cü ildən bəri dünyada ən hündür mayak idi. Üzərində inşa edildiyi təbii qaya ilə birlikdə ümumi hündürlüyü 117 metrdir. Mayak hər biri terraslarla bağlanmış iki kvadrat hissədən inşa edilib. Bütün bu struktur işıq saçan fənərlə tamamlanır. Keçmiş mayakın 1543-cü ildə dəyişdirilməsi ilə özünün indiki formasında yenidən qurulub və İspaniyanın La Korunya şəhərində yerləşən Herkules qülləsi və Estoniyanın Hiyumaa adasında yerləşən Kıpu mayakından sonra dünyanın ən qədim üçüncü mayakıdır.
Hamiqot mayakı
Hamiqot mayakı (kor. 호미곶등대) — Cənubi Koreyanın Pohanq şəhərində yerləşən və hal-hazırda da fəaliyyət göstərən mayak. 26,4 metr hündürlüyü ilə Cənubi Koreyanın ən hündür mayakıdır. == Tarixi == 1901-ci ildə Yaponiyaya məxsus gəminin yaxınlıqda batmasından sonra 1903-cü ildə tikilib. Cənubi Koreyanın ən hündür mayakı fransız memar tərəfindən layihə edilib, Çin podratçıları tərəfindən tikilib və 1903 -cü ilin dekabrında tamamlanıb. Hündürlüyünə baxmayaraq, mayak armaturdan istifadə olunmayaraq, kərpicdən tikilmişdir. Daxildən altı-mərtəbəyə bölünüb və hər bir tavan Coson sülaləsinin şərəfinə armud ağacının çiçəyi ilə bəzədilib. Mayak hal-hazırda da fəaliyyətini davam etdirir.
Kür dili mayakı
Kür dili mayakı — Azərbaycanın Neftçala rayonu ərazisində yerləşən mayak. Kür deltasından təxminən 50 km (30 mil) cənubda, Kür dili adasının cənub-şərq sahilində yerləşir. Mayak 1911-ci ildə istifadəyə verilmişdir. 1966-cı ildən fəaliyyətsizdir.
Lənkəran mayakı
Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayak. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir. == Tarixi == 1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək həsxana ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayak Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir. 1957-ci ildə mayak təmir edilir.
Mahaçqala mayakı
Mahaçqala mayakı və ya Petrovski mayakı — Dağıstan Respublikasının paytaxtı Mahaçqalada fəaliyyət göstərən mayak. Mayak binası 1862-ci ildə istismara verilmişdir. Hazırda mayak Kirovski rayonu, Əmirxanova küçəsi, 20 ünvanında yerləşir. Mayakın binası şəhərin ən görməli binalarında sayılır. Bina Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irs obyekti olaraq qorunur. }}</ref> == Tarixi == Xəzərdə mayakların inşasının təşəbbüskarı Qafqaz canişini Mixail Vorontsov olmuşdur. Petrovski qalasındakı ilk mayak, 1852-ci ildə Tarkovskaya Gorada da, əfsanəyə görə, Rusiya imperatoru I Pyotrun Port-Petrovsk qalasının təməlinə ilk daşı qoyduğu yerdə inşa edilmişdir. Mayak əvvəlcə ağ bir qüllə idi. O, dəniz səviyyəsindən 75 metr yüksəklikdə yerləşirdi. Onun üzərində səkkiz lampanın işığını reflektorlar tərəfindən gücləndirilərək, işığın görünmə məsafəsini 18 milə çatdıran müxanizm qurulmuşdu.
Mayaka doğru
Mayaka doğru Virciniya Vulf tərəfindən yazılmış, 1927-cı ildə nəşr olunmuş, modernist üslubda yazılmış əsərdir. Əsər müəllifin sayca beşinci romanıdır. Əsərin yazılış üslubu ilə yazıçı Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir. Romanda bir neçə dialoqu çıxmaqla, demək olar ki, tamamı ilə durğunluq hökm sürür, yalnız düşüncələrə yer verilir. Əsər üç hissədən ibarətdir, hadisələr və obrazların düşüncələri anonim şəxsin dilindən çatdırılır. Romanın həm də avto-bioqrafik yönləri var, xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edir. Əsər həm "Modern Library" nəşr evi, həm də "Time" jurnalının ingiliscə yazılmış yüz ən yaxşı roman siyahısında özünə yer tapıb. == Mövzusu == Birinci bölüm-Pəncərə . İlk bölüm Hebrid- Skayp adasında, Ramsi ailəsinin yay evində, xanım Ramsi və oğlunun söhbətinin təsviri ilə başlayır. Anası ilə bir gün sonrakı mayak səfərləri ilə bağlı söhbət edən Ceymsə atası hava aydın olmadığından gedə bilməyəcəklərini bildirir.
Mayakvari çətirgöbələk
Nargin mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır. Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Qaradağ mayakı
Qaradağ mayakı — Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən mayak. Mayak 12 m (40 ft) hündürlüyə malik dairəvi formaya malik bir tikilidir. Bakı şəhərindən təxminən 20 km cənub-qərbindəki bir təpənin üstündə yerləşir. Mayak dənizdən 200 metrlik bir məsafədədir. Hazırda fəaliyyət göstərmir.
Sletnes Dəniz Mayakı
Sletnes Dəniz Mayakı, Avropa qitəsinin yerləşməsinə görə ən şimalında yerləşən dəniz mayakıdır.Norveçin Finnmark rayonunun Qamvik şəhərinin üç kilometr şimalında yerləşən dəniz mayakı, 1905-ci ildə inşa edilərək istifadəyə verilmişdir. 39m yüksəkliyi olan dəniz fənəri, Finnmark rayonunda yerləşən tək tökmə dəmir dəniz mayakıdır. 1944 cü ildə İkinci Dünya müharibəsi ərəfəsində Alman birləşmələri tərəfindən təmamilə məhv edilsə də müharibədən sonra,1948-ci ildə təkrar bərpa edilmiş və istifadəyə açılmışdır.
Smolls mayakı
Smolls mayakı (ing. Smalls Lighthouse) — Birləşmiş Krallıq daxilindəki Uelsin Pembrukşir qraflığındakı Marlus yarımadasından 32 kilometr (20 mil) qərbdə, Qrassholm adasından 13 kilometr (8.1 mil) qərbdəki Smolls adasında yerləşən mayak. Mayakın yerləşdiyi Smolls adası dalğalar tərəfindən yuyulmuş bazalt və dolerit qayalar qrupunun ən böyüyüdür. İndiki mayak 1776-cı ildə ucaldılmış köhnə mayakı əvəzləmək üçün 1861-ci ildə mühəndis Ceyms Duqlas tərəfindən ucaldılmışdı. Bu, "Trinity House" təşkilatının əməliyyatda olan ən ucqar mayakıdır. İlkin Smolls mayakı Liverpul şəhərindən olan musiqi instrumenti istehsalçısı Henri Uaytsaydın planları əsasında 1775–1776-cı illərdə ucaldılmışdır. Mayak palıddan hazırlanmış doqquz sütun üzərində dayanırdı. Mayakın yırğalanmadan əziyyət çəkməsinə baxmayaraq, 80 il dayanmışdır. Bu 80 il ərzində mayaka əlavə sütunlar da yerləşdirilmişdir. Uaytsayd mayakı 1777-ci ildə ziyarət edən zaman o, fırtınaya görə adada düz bir ay ilişib qalmışdı.
Keri mayakı
Keri mayakı (est. Keri tuletorn) — Kokşer mayakı kimi də tanınır. Fin körfəzindəki Keri adasında Estoniyaya aid mayak. Mayak binası iki hissədən ibarətdir. Üst yarısı polad qüllə, aşağı yarısı daşdan hazırlanmış güclü silindrik binadır. Mayakın ümumi hündürlüyü 28 metrdir, məşəl dəniz səviyyəsindən 31 metr yüksəklikdə mütləq işarədə yerləşir. İl boyu işləyir. Günəş panelləri ilə fəaliyyət göstərir, iki saniyəlik ağ işıq 15 saniyəlik fasilələrlə kəsişir. Mayak 11 mil məsafədə görünür. == Tarix == Keri adasındakı ilk taxta mayak 1724-cü ildə fəaliyyətə başlamışdır.
Kıpu mayakı
Kıpu mayakı (est. Kõpu tuletorn) və ya Daqerortski mayakı (isv. Övre Dagerort, alm. Leuchtturm von Dagerort‎) — Estoniyanın Hiyumaa adasındakı mayak. Baltikyanı ölkələrin ən qədim mayakı (əvvəllər Rusiya İmperiyası və SSRİ) və dünyanın ən qədimlərindən biridir. Dəniz səviyyəsindən mayak zirvəsinə qədər ümumi hündürlüyü 102 metrdir. 1490-cı illərdə Hansa Liqası Yepiskopu III Oesel İohanna gəmiləri bədnam Neckmansqrund rifinə yaxınlaşmaq barədə xəbərdar etmək üçün mayak tikmək tapşırığı verir. Mayak 1504-1540-cı illər arasında Daqo adasının qərb hissəsindəki təpənin üstündə tikilmişdir. Bu dörd dayaqlı nəhəng bir daş qüllədir. Quruluşun hündürlüyü təxminən 20-24 metr idi.

Digər lüğətlərdə