Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kergelen
Kergelen (Kerguelen) — Hind okeanının cənubunda arxipelaq. Fransaya məxsusdur. Bir böyük (Kerkelen) və təqribən 300 kiçik adadan ibarətdir. Vulkan mənşəlidir. Sahəsi təqribən 7 min km2-dir. Maksimal hündürlüyü 1965 m-dir. İqlimi subantarktikdir. Kerkelen arixelaqının mərkəzi hissəsində sahəsi 500 km2-dək olan buzlaq örtüyü var. Bitki örtüyü zəifdir. Suiti ovlanır.
Kergelen kələmi
Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki. Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır. Bu kələm növü sərt və güçlü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində. Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vastə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.
Kergelen platosu
Kergelen platosu — su altı vulkanik plato Hind okeanı və Cənub okeanının bir hissəsini əhatə edir. Dünyanın ən iri su altı platolarından biridir. Avstraliyadan 3 min km cənub-qərbdə yerləşir. Dərinliyi 1-4 min metr arasında dəyişir. Plato Qondvananın ayrılmasından sonra, 120 milyan il öncə vulkanik püskürmələr zamanı formalaşmışdır. Onun formalaşması 25 il davam etmişdir. Geoloji araşdırmalar göstərir ki, plato 40 milyon il ərzində okean sərthindən yuxarıda olmuşdur. Kömür qalıntıları onu deməyə əsas verir ki, Gec təbaşir dönəmində plato meşələrlə örtülü idi. Xüxurları Avstraliya və Hindistan plitələrinin suxurları ilə eyni olduğundan onu demək olar ki, onlare nə zamansa bitişik olmuşlar. Hazırda plato okean səthində Kergelen, Herd adası və Makdonald adaları kimi adaları əmələ gətirir.
Kergelen silsiləsi
Kergelen silsiləsi (Kergelen-Qaussberq) — sualtı silsilə Hind okeanının daxilində yerləşir və Avstraliya-Antarkrida, Afrika-Antarktida sualtı dərələrini ayırır. Sisilə bəzi hissələrdə vulkanik adalar əmələ gətirir. Uzunluğu 2900 km, eni isə 950 km təşkil edir. Su səthinə olan dərinliyi 1000–2000 m arasında yerləşir. Ən dayaz yeri 73 metrdir. Bəzi yüksəkliklər adalar əmələ gətirmişdir (Kergelen adası, Herd adası və Makdonald adaları). Silsilə əsasən bazalt suxurlardan ibarətdir. Kergelen silsiləsi ilk dəfə Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mouson tərəfindən aşkarlanmışdır (1929—1931).
Kergelen susüpürəni
Kergelen susüpürəni (lat. Sterna virgata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Kergelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsada üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Kerqelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsada üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Pərpərən
Pərpərən (lat. Portulaca) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinə aid bitki cinsi. Bitki qədimdən bu cür adlandırılmışdır, onun yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Bu cinsə təxminən 100-ə yaxın növ daxildir. Onlardan biri, bostan pərpərəni (P.oleracea) qidada istifadə olunan bostan bitkisidir. Dekorativ gülçülükdə isə iriçiçəkli pərpərən (P.grandiflora) istifadə olunur. Bu sərilən gövdəli və xırda yarpaqları olan bitkidir. Vətəni Braziliya və Argentinadır. 1827-ci ildən yaşıllaşdırmada istifadə olunur. Diametri 5 sm olan gülləri sadə,çoxləçəkli ya da azləçəklidir.Güllərin rəngi müxtəlifdir: qırmızı, çəhrayı, narıncı, sarı, ağ.
Kepəşen
Kepəşen — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kepəşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 38 km şimal-şərqdə, Kığı çayının yuxarı axarında, Gərd çayı ilə Kığı çayının qovuşduğu yerdə yerləşir. 1930-cu ildə kolxoz quruluşu yaradılanda Pəhyan təsərrüfatma daxil edilmişdir. 1950-ci illərdə kolxozlar ləğv ediləndən sonra Kığı heyvandarlıq sovxozuna tabe edilmişdir. Toponim Azərbaycan dəlində «pilləli qaya» mənasında işlənən kəp sözü ilə türk dilində «yaşayış məntəqəsi» mənası bildirən şenlik sözünün fonetik forması olan şen topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 136 nəfər, 1959 - cu ildə 1372 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabrın axırlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
İriçiçək pərpərən
İriçiçək pərpərən (lat. Portulaca grandiflora) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü.
Tərpənən və tərpənməz bloklar
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.