Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ketçup
Ketçup və ya ketsup şirin və turş dadı olan süfrə ədviyyatıdır . Beynəlxalq səviyyədə qəbul edilmiş termin kimi (“ketçup”) müasir dövrdə adətən pomidor ketçupu bu adlandırmaya aid edilir Baxmayaraq ki, erkən dövr reseptlərində yumurta ağı, göbələklər, istiridyələr, üzümlər, Molyusklar, qoz və başqa məhsullar da istifadə olunurdu. Pomidor ketçupu pomidor, şəkər və sirkədən baharat və ədviyyatlarla hazırlanır. Ədviyyatlar və dad çeşidləri müxtəlif olur, lakin adətən soğan, ətirli ədviyyat, keşniş, mixək, zirə, sarımsaq və xardal, bəzən isə kərəviz, darçın və ya zəncəfil daxil edilir. Dünya ölkələri üzrə ABŞ (60% bazar payı) və Böyük Britaniyada (82%) bazar lideri Heinz firmasına məxsus Pomidor Ketçupudur . Pomidor ketçupundan ən çox isti servis olunan qızardılmış və yağlı yeməklər üçün əlavə dadlandırıcı kimi istifadə olunur. Misal olaraq: kartof qızartması və digər kartof yeməkləri, hamburgerlər, hot-doqlar, toyuq göbələkləri, isti sendviçlər, ətli piroqlar, bişmiş yumurtalar, qızardılmış ət yeməkləri. Ketçup bəzən digər souslar üçün əsas və ya dadlandırıcı tərkib hissəsi kimi istifadə olunur. Kartof çipsləri kimi qəlyanaltılar üçün əlavə ləzzət kimi istifadə oluna bilər.
Göbələk ketçupu
Göbələk ketçupu – göbələkdən hazırlanan ketçup növü. Bu ketçup növünün vətəni Böyük Britaniyadır. Göbələk ketçupu dadlandırıcı məhsul kimi və ya digər sosusların hazırlanmasından istifadə olunur. Böyük Britaniyada göbələk ketçupu istehsal edən bir neçə brend fəaliyyət göstərir. == Tarixi == Göbələk ketçupunun vətəni Birləşmiş Krallıqdır. Keçmişdə Britaniyada ketçupu hazırlamaq üçün pomidor əvəzinə göbələkdən istifadə olunurdu. 1770-ci illərdə Şimali Amerikadakı ingilisdilli koloniyalarda göbələk ketçupu hazırlanırdı: Cənubi Karolinada nəşr olunmuş bir kulinariya kitabında qeyd olunurdu ki, göbələk ketçupu üçün 2 yumurta ağı lazımdır. Həmin kitabda qoz ketçupunun da resepti verilmişdi. 1788-ci ildə nəşr olunmuş "İngilis aşbazlıq sənəti" kitabında həm göbələk, həm qoz ketçupunun resepti göstərilmişdi. XIX əsrdə göbələk ketçupu bəzi sousların hazırlanmasında və şorbaların dadlandırılmasında istifadə olunurdu.
Heinz pomidor ketçupu
Heinz Pomidor Ketçupu HJ Heinz şirkətinin beynəlxalq səviyyədə tanınan brendidir. Bu brend yalnız Ketçup istehsal edir. İlk dəfə 1876-cı ildə istehsalına başlanılan Heinz Pomidor Ketçupu dünya üzrə ən çox satılan ketçup markası olaraq qalır. 1906-cı ildən başlayaraq konservantsız istehsal edilmişdir. 1907-ci ildə Heinz il ərzində 13 milyondan çox şüşə qablaşmada ketçup istehsal etməyə başladı və Hindistan, Avstraliya, Cənubi Amerika, Yaponiya, İndoneziya, Yeni Zelandiya, Cənubi Afrika və İngiltərə daxil olmaqla bütün dünyaya ketçup ixrac edir. Heinz ketçupu adətən ABŞ və Kanadada və bir çox başqa ölkələrdə restoranlarda ayrıca servis edilir. Kartof qızartması, kartof çipsiləri, hamburgerlər və sosiskalar da daxil olmaqla bir çox yeməklər üçün əlavə dadlandırıcı kimi Heinz ketçupu reklam kampanyalarında "Amerikanın Sevimli Ketçupu" şüarından istifadə edir. 2012-ci ilə aid olan məlumata görə hər il bütün dünyada 650 milyon şüşə Heinz Pomidor Ketçup satılır. Dünyada üzrə istehsal olunan Heinz pomidor ketçuplarının əksər hissəsi ABŞ-nin Ohayo ştatının Fremont şəhərindəki şirkətin əsas fabrikində istehsal olunur. Son aparılan araşdırmada 10,644 istehlakçının iştirak etdiyini Amerika Müştəri Məmnuniyyəti İndeksi sorğusunda HJ Heinz Co.
"Heinz" pomidor ketçupu

Eş Ketçum
Pokémon (yap. ポケットモンスター, ing. Pokémon - Pocket Monster, azərb. Cib bədheybəti‎) — 1996-cı ildə Satoşi Taciri tərəfindən yaradılan medifranşizadır. Pokémonun ticarət markası "Nintendo" studiyasına məxsusdur. Pokémon haqqında ilk ideya 1989-cu ildə yaranmış və 1996-cı ildə ilk olaraq videooyun kimi istehsal edilmişdir. Pokémondan videooyunda, manqada və kart oyunlarında istifadə edilmişdir. Hal-hazırda 807 növ Pokémon növü və 18 tipi vardır. Pokémonun 20 mövsüm cizgi filmi, manqası, 700-dən çox seriyası olan anime və 45-dan çox videooyunu vardır.
Keçua dilləri
Keçua dilləri — And dillər qrupunda təsnifatlandırılan dil ailəsidir. Boliviya, Ekvador, Kolumbiya, Çili və Perunun müxtəlif bölgələrində toplamda 10 milyondan çox insanın ana dili bu dil ailəsindən hesab edilir.
SketchUp
SketchUp (keçmiş, Google SketchUp)— sadə üçölçülü obyektləri modelləşdirmək üçün proqram (quruluşlar, mebellər, interyer). 2006-cı ilin martında çox da böyük olmayan @Last Software firmasıyla birlikdə Google şirkəti tərəfindən inkişaf etdirilir. Proqramın iki versiyası mövcuddur — pulsuz, məhdudlaşdırılmış (başqa formatlara ixrac funksiyası ilə) və pullu (SketchUp Pro, $495 ). Ancaq, məhsulun daha yeni versiyasının çıxışından sonra Pro-nun köhnəlmiş versiyası pulsuz olur.
Kətük
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Google SketchUp
SketchUp (keçmiş, Google SketchUp)— sadə üçölçülü obyektləri modelləşdirmək üçün proqram (quruluşlar, mebellər, interyer). 2006-cı ilin martında çox da böyük olmayan @Last Software firmasıyla birlikdə Google şirkəti tərəfindən inkişaf etdirilir. Proqramın iki versiyası mövcuddur — pulsuz, məhdudlaşdırılmış (başqa formatlara ixrac funksiyası ilə) və pullu (SketchUp Pro, $495 ). Ancaq, məhsulun daha yeni versiyasının çıxışından sonra Pro-nun köhnəlmiş versiyası pulsuz olur.
Əliabad Kətul
Əliabad Kətul- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Əliabad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,183 nəfər və 11,676 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan başqa,azərbaycanlılar, farslar, türkmənlər, bəluclar, ermənilər də bu şəhərdə yaşayırlar.