Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biləcik
Biləcik (Türkiyə) — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Küzəcik
Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bayat boyundan olan güzücəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Birəcik
Birəcik (lat. Phyllotreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.
Beta hissəcik
Beta hissəciklər- yüksək enerji və sürətli elektron və ya pozitronlardır. Beta hissəciklərin yayılma prosesi beta şüalanması adlanır. Enerji 0,5 MeV olan Beta hissəcikləri havada təxminən bir metr aralığa malikdir; məsafə hissəcik enerjisindən asılıdır. Beta hissəcikləri ionlaşdırıcı şüalanmanın bir növüdür və radiasiyadan qorunma məqsədləri üçün qamma şüalarından daha çox ionlaşan, lakin alfa hissəciklərindən daha az ionlaşan sayılırlar. İonlaşdırıcı təsir nə qədər yüksək olarsa, canlı toxumaya ziyan bir o qədər artır. == Beta şüalanması == === β - parçalanma (elektron emissiya) === Artıq neytronları olan qeyri-sabit bir atom nüvəsi bir neytronun bir protona, bir elektrona və bir elektron neytrinə çevrildiyi β - çürüməyə məruz qala bilər: n → p + e- + νenuclear çürümə nüvə reaktorlarında istehsal olunan neytronla zəngin parçalanma yan məhsulları arasında tez-tez baş verir. Pulsuz neytronlar da bu proses vasitəsilə çürüyür. Bu proseslərin hər ikisi parçalanma-reaktor yanacaq çubuqları tərəfindən istehsal olunan çox sayda beta şüalarına və elektron antineutrinlərə kömək edir. === β + parçalanma (pozitron emissiya) === β + şüalanma pozitronların yayılması prosesidir. β + çürümə zamanı protonlardan biri neytrona , eletron neytrinə və pozitrona çevrilir: p → n + e+ + νe == Aşkarlama və ölçmə == Beta hissəciklərinin maddəyə təsir edən ionlaşdırıcı və ya həyəcanlandırıcı təsiri radiometrik aşkaretmə alətlərinin beta şüalanmasını aşkar və ölçmələri əsas proseslərdir.
Biləcik (Türkiyə)
Biləcik — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Biləcik ili
Biləcik ili — Türkiyədə il.
Birinci Biləcik
Birinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Birinci Biləcik kəndi Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə Biləcik adlanan bu kənd XVIII-XIX əsrlərdə İran əsarətinə və çarizmə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. Kollektivləşmə illərində buradan köçmüş ailələr indiki İkinci Biləcik kəndini saldıqdan sonra Birinci Biləcik adlandırılmışdır. Biləcik kəndinin ilk sakinləri mənşəcə Türkiyənin Biləcik mahalından çıxmış və orta əsrlərdə burada məskunlaşmış ailələr hesab olunurlar.1734 -cü ildə Biləcikdə Nadir şaha qarşı böyük üsyan olmuşdur.Üsyançılar iki dəfə Nadirin sərbazlarına qalib gəlmişlər.Lakin Bərdədə qərarlaşan Nadirin özünün Biləciyə yürüşə hazırlaşdığını eşidən biləcikli 300 ailə kəndi tərk edərək Car-Balakənə çəkilməyə məcbur olmuşlar.Bütün bu hadisə haqqında bu üsyanın şahidi Molla Məhəmməd Carinin "Car müharibəsi salnaməsi" adlı əsərdə oxumaq olar. == Əhalisi == Kəndin əhalisi 1.399 nəfər təşkil edir.Kəndin əhalisi Azərbaycan türkləridir.Bəzi mənbələrdə bu kəndin 1570-ci illərdə Türkiyənin Biləcik vilayətindən gələnlər tərəfindən salındığı göstərilir.Türkiyəli tarixçilər isə əksinə Osmanlı dövlətini yaradan qayıların məhz Azərbaycandakı Biləcikdən gələrək Türkiyədə Biləcik şəhərinin əsasını qoyduğunu göstərirlər.Türkiyədəki Biləcik Osmanlı dövlətinin ilk paytaxtı olmuşdur.Bu gün Biləcik kəndinin əhalisinin dilində köhnə osmanlı şivəsinə aid sözlər hələ də işlədilməkdədir.
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Elementar hissəcik
Elementar hissəciklər və ya fundamental hissəciklər — hissəciklər fizikasında bölünməz hesab edilən hissəciklər. Məsələn, foton, kvark. Bu hissəciklər materiyanın və qarşılıqlı təsirlərin kərpicləri hesab olunur. Yaxın zamanlara qədər proton və atom elementar hissəcik hesab edilirdi. Elementar və fundamental sözləri bu termin üçün qarşılıqlı əvəzləyici kimi işlənir. == Elementar hissəciklərin təsnifatı == Elementar hissəciklər materiya daşıyıcısı və qarşılıqlı təsir daşıyıcısı kimi iki qrupa bölünürlər: materiya daşıyıcıları fermionlar qarşılıqlı təsir daşıyıcıları bosonlar.Fermionlar və bosonlar bir birindən davranışları ilə fərqlənirlər. Fermionlar kəsirlə ifadə olunan spinə, Bosonlar tam ədədli spinə malikdirlər. Volfqanq Paulinin 1925-ci ildə təklif etdiyi istisna prinsipinə görə iki fermion eyni kvant vəziyyətində ola bilməz. Bosonlar üçün belə məhdudiyyət yoxdur. === Fermionlar === Fermionlar 1⁄2 spinə malik, Fermi—Dirak statistikasına tabe olan hissəciklərdir.
Fundamental hissəcik
Elementar hissəciklər və ya fundamental hissəciklər — hissəciklər fizikasında bölünməz hesab edilən hissəciklər. Məsələn, foton, kvark. Bu hissəciklər materiyanın və qarşılıqlı təsirlərin kərpicləri hesab olunur. Yaxın zamanlara qədər proton və atom elementar hissəcik hesab edilirdi. Elementar və fundamental sözləri bu termin üçün qarşılıqlı əvəzləyici kimi işlənir. == Elementar hissəciklərin təsnifatı == Elementar hissəciklər materiya daşıyıcısı və qarşılıqlı təsir daşıyıcısı kimi iki qrupa bölünürlər: materiya daşıyıcıları fermionlar qarşılıqlı təsir daşıyıcıları bosonlar.Fermionlar və bosonlar bir birindən davranışları ilə fərqlənirlər. Fermionlar kəsirlə ifadə olunan spinə, Bosonlar tam ədədli spinə malikdirlər. Volfqanq Paulinin 1925-ci ildə təklif etdiyi istisna prinsipinə görə iki fermion eyni kvant vəziyyətində ola bilməz. Bosonlar üçün belə məhdudiyyət yoxdur. === Fermionlar === Fermionlar 1⁄2 spinə malik, Fermi—Dirak statistikasına tabe olan hissəciklərdir.
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
Kesəcin (Miyanə)
Kesəcin (fars. كسجين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (44 ailə).
Kiçicik (roman)
Kiçicik - Orxan Kamalın yazdığı və 1960-cı ildə çap olunmuş romanıdır. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Yoxsulluğu və məhrumiyyəti ən yaxşı təsvir edən yazıçılardan biri olan Orxan Kamalın “Camaşırçı qızı” hekayələrində tükənməz arzularına baxmayaraq, ümidlərini tükənməz arzuları ilə yaşatmağa çalışaraq, reallığın amansız soyuqluğundan qorunmağa çalışan insanlardan danışır.
Piyəcik (Əhər)
Piyəcik (fars. پيجيك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (24 ailə).
Zivəcik (Salmas)
Zivəcik (fars. زيوه جيك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 1,245 nəfər yaşayır (226 ailə).
İkinci Biləcik
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir. == Əhalisi == İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır. == İqtisadiyyatı == Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur.
Atəş kisəsi
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər.Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Plevra kisəsi
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Öd kisəsi
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır; cismi — lat. corpus vesicae felleae; boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir.
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır == Yayılması == Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . == Görünüş == Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.
Dişicik
Dişicik (lat. Pistillum) — örtülütoxumlu bitkilərdə çiçəyin mühüm orqanlarından biri. Dişicik çiçək yatağının ortasında olub üç hissəyə bölünür: yumurtalıq (bir, yaxud bir neçə yumurtaçıqlı), ondan ayrılan sütuncuq (adətən, bir və ya bir neçə) və tozlanma vaxtı tozcuğu tutan ağızçıq. Müxtəlif bitki növlərində dişiciyin forma və quruluşu müxtəlifdir. Bəzi bitkilərdə sütuncuq inkişaf etmir və ağızcıq bilavasitə yumurtalığın üstündə oturur. Dişiciyi əmələ gətirən meyvə yarpaqçığının miqdarına və onların bitişməsi xarakterinə görə yumurtalıq biryuvalı, ikiyuvalı və çoxyuvalı olur. Mayalandıqdan sonra yumurtacıqdan toxum, yumurtalıqdan isə meyvə inkişaf edir. Yumurtalığı örtülü olan dişiciyin əmələ gəlməsi bitkilərin təkamülündə mühüm mərhələdir. Bu, örtülütoxumlu bitkilərin dünyada sürətlə artmasına və onların əvvəllər daha çox yayılmış ali sporlu və çılpaqtoxumlu oitkiləri sıxışdırıb azaltmasına səbəb olmuşdur.
Kinetik enerji
Kinetik enerji — cismin və ya zərrəciyin öz hərəkəti hesabına malik olduğu enerjiyə deyilir. Kinetik enerji cismin kütləsi ilə sürətin kvadratı hasilinin yarısına bərabərdir: Ek=mv2/2 Kinetik enerji haqqında teorem: Sabit qüvvənin işi kinetik enerjinin dəyişməsinə bərabərdir.
Kinetik incəsənət
Kinetik incəsənət — tamaşaçı tərəfindən qavranılan hərəkəti özündə cəmləşdirən və ya təsiri üçün hərəkətdən asılı olan bir sənət növüdür. İzləyicinin sənət əsərinə baxışını genişləndirən və çoxölçülü hərəkəti ehtiva edən kətan rəsmləri kinetik sənətin ən qədim nümunələridir. Daha doğrusu, kinetik sənət bu gün ən çox üçölçülü heykəllərə və təbii hərəkət edən və ya maşınla idarə olunan cib telefonlarına aid edilən bir termindir. Hərəkət edən hissələr adətən külək, mühərrik və ya müşahidəçi tərəfindən qidalanır. Kinetik sənət çoxlu üst-üstə düşən texnika və üslubları əhatə edir. == Müasir zaman tədqiqatları == 2013-cü ilin noyabr ayında MİT Muzeyi tərəfindən 5000 Hərəkətli Parça adlı kinetik sənət sərgisi açıldı. Burada rəssamlar Artur Qansonun, Enn Lillinin, Rafael Lozano-Hemmerin, Con Duqlas Pauersin və Takisin əsərləri sərgilənib. Sərgi muzeydə incəsənət forması üzrə xüsusi proqramlaşdırmanın yer aldığı "kinetik sənət ili"ni başlatdı. Neokinetik sənət interaktiv kinetik heykəlləri tapa biləcəyiniz Wuhu Beynəlxalq Heykəl Parkında, Pekin, Çində çox populyarlaşdı.
Pikəçik (Salmas)
Pikəçik (fars. كاچوك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (39 ailə).