Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ölçmə metodları
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. == Ölçmə == Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. == Texniki nəzarət == Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. === Sınaqlar === Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Azad (komanda)
Azad - Hərbi komanda mənası :başqasından asılı olmayan, sərbəst,maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən deməkdir. == Komandanın icrası == Komanda əsasən Farağat komandasından sonra verilir.Komanda hərbi qulluqçular və ya başqa qurumların qulluqçuları özlərin sərbəst hiss etmək üçün verilir. Azad - bu zaman qullquçular əlləri yanda saxlamaq şərti ilə sol ayağı sağ ayaqdan 30 sm kimi sol tərəfə aralı qoyur. Mərasim azad - komandası əsasən adındanda görüldüyü kimi mərasimlərdə verilir.Bu zaman qulluqçular azad komandasında olduğu kimi sol ayağı hərəkət etdirirlər,lakin burada əllər belin arxa tərəfində qoyulur və sağ əlin üzəri sol əlin içinə qoyulmaq şərti ilə.
Cd (komanda)
Cd — bir çox əməliyyat sistemlərində, məsələn, Windows, Linux, Unix və s., cari işlədiyin qovluğu dəyişmək üçün komandadır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Komanda (qəzet)
KomandA qəzeti Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. Qəzetin yaradıcısı Kənan Məstəliyevdir. Qəzetin ilk sayı 2008-ci ilin may ayının 4-də işıq üzü görmüşdü. "KomandA" qəzeti maraqlı müsahibələri, eksklüziv xəbərləri, şərhləri və köşə yazılarıyla əvvəlcə həftədə bir dəfə satışa çıxırdısa, fevral ayından etibarən isə hər həftə iki dəfə oxucularını sevindirir. Qəzet hər həftənin çərşənbə və bazar günləri satışa çıxır. Ölkə və dünya futbolunda baş verən bütün hadisələr, Avropa kubokları, qitə və Dünya Çempionatları kimi mötəbər turnirlər, digər idman növləri haqqında məlumatlar fərqli şərh və üslübda oxucuların diqqətinə çatdırılır. Qəzetin 20-yə yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. Qəzet ölkənin bütün ərazilərinə yayılır. Qəzetin kollektivində çalışacaq əsas imzalar Rəşad Ergün, Kənan Məstəliyev, Natiq Muxtarlı və Pərvin Kazımoğlu təcrübəli idman yazarlarıdır. 13 avqust 2014-cü ildə qəzet bağlanılaraq onlyan şəkildə fəaliyyətinə davam edib.
Komanda dövrü
Komanda dövrü ( ing. instruction cycle ~ ru. командный цикл ~ tr. komut çevrimi) – mikroprosessorun aşağıdakı əməliyyatları yerinə yetirdiyi proses: komandanı yaddaşdan götürür, dekodlaşdırır və icra edir. Komanda dövrü iki hissədən ibarətdir: komandanın yaddaşdan götürülmə zamanı və çalışdırma (translyasiya və icra olunma) zamanı; komanda dövrü bütün əməliyyatların baş verdiyi takların (kompüterin sistem saatının impulslarının) sayı ilə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Komanda qəzeti
KomandA qəzeti Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. Qəzetin yaradıcısı Kənan Məstəliyevdir. Qəzetin ilk sayı 2008-ci ilin may ayının 4-də işıq üzü görmüşdü. "KomandA" qəzeti maraqlı müsahibələri, eksklüziv xəbərləri, şərhləri və köşə yazılarıyla əvvəlcə həftədə bir dəfə satışa çıxırdısa, fevral ayından etibarən isə hər həftə iki dəfə oxucularını sevindirir. Qəzet hər həftənin çərşənbə və bazar günləri satışa çıxır. Ölkə və dünya futbolunda baş verən bütün hadisələr, Avropa kubokları, qitə və Dünya Çempionatları kimi mötəbər turnirlər, digər idman növləri haqqında məlumatlar fərqli şərh və üslübda oxucuların diqqətinə çatdırılır. Qəzetin 20-yə yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. Qəzet ölkənin bütün ərazilərinə yayılır. Qəzetin kollektivində çalışacaq əsas imzalar Rəşad Ergün, Kənan Məstəliyev, Natiq Muxtarlı və Pərvin Kazımoğlu təcrübəli idman yazarlarıdır. 13 avqust 2014-cü ildə qəzet bağlanılaraq onlyan şəkildə fəaliyyətinə davam edib.
Qızıl Komanda
Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı. 1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014). 2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi.Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi. Bu dövrdə istənilən "millətçi" və hətta vətənpərvər təzahürlər belə həm kommunist hökumətinin beynəlxalq idealı, həm də İkinci Dünya müharibəsində məğlub olan Macar xalqının gözlənilən davranışına qarşı olduğundan qəti şəkildə bəyənilmirdi.
Bucaq ölçmə standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Məsafə ölçmə cihazı
Məsafə ölçmə cihazı — bir obyektə olan məsafəni təyin edən bir cihaz. == Xarici keçidlər == Range-Finding in the Army.
Yer ölçmə işləri
Bütün bir izahla demək olar ki yer ölçmə işləri təbiətdə olan alçaq-ucaların ya da qayırma alçaq-ucaların sorğulaması və ölçməyidir. == Yer ölçmümünün iş bölmələri == Yer ölçmə işləri bütünlükdə iki böyük bölməyə bölünür:Yer üzünün necə olduğu göstərmək. (plani metre). Yerin bəlli bir sahəsinin alçaq-ucalarını xəritə üstündə göstərmək(alti metre). == Yer düzənlik işləri == Bir gözə alınmış yer sahəsinin alçaq-ucaları, yol və ya çayların tuşu,yolların kəsişmə nöqtaları,tikintilərin durumu və daha ayrı alçaq-ucalar bir xəritə üzərində çəkilməsidir.örnək:(d) tuşunu plan üzərində çəkmək üçun, bir nəfər (A) nöqtəsinın üstundə durur və (AL),(AM)və ayrıca... boyları ölçür habelə bu ölçülərin (AN)-ə görə bücaqlarıda ölçülür.bu ölçülər ələ gəldikdən sonra nəqqalə və xətkeş ilə (d) tuşunu səhifə üzərinə çəkmək olar.N həman quzey tuşudur və (AN)ə Azimut ya jizman deyilir. Bir sahənin topoqrafiyası üçün görülən nöqtələrin durumu gərək əldə ola bu durumlar topoqrafiya kanovası ilə (Topoqrafiya toru) ələ galir bu kanovalar özləri Geodeziya nöqtələrinə bağlıdırlar. == Topoqrafiya toru yaratmağının nədəni == Əgər bir-birindən ayrı sahələri ölçüb və sonradan onları birləşdirsək, onların kanovası gərək bir-birinə bağlı ola, əgər olmasa Xəritələr diqqətli bir-birlərinə bağlanmazlar. == Alti metre işləri == hər bir nöqtəyə (X,Y)((coğrafiya boy,en))i verilir ki bir bəlli koordinat sistemin seçərkən nöqtələri səhifə üzərinə gətirmək olar. alçaq-ucanı(X,Y,Z)kimi göstərmək üçün ayrıca yollar var.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Top-Komanda Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
İnzibati komanda sistemi
İnzibati komanda sistemi (rus. Административно-командная система, Administrativno-komandnaya sistema) — iqtisadiyyatda kapitalın və torpağın dövlətə məxsus olduğu, məhdud resursların bölüşdürülməsinin mərkəzi hökumətin göstərişi ilə və planlara uyğun olaraq həyata keçirildiyi iqtisadi həyatın təşkili üsulu. İnzibati komanda sisteminin yaradılması ideoloji bayrağı marksizm olan bir sıra sosialist inqilablarının nəticəsi idi. İnzibati komanda sisteminin xüsusi modeli Vladimir Lenin və İosif Stalin tərəfindən hazırlanmışdır.Marksist nəzəriyyəyə uyğun olaraq, burada ölkənin rifahının kəskin yüksəldilməsi və vətəndaşların fərdi rifahındakı fərqlərin xüsusi mülkiyyətin ləğv yolu ilə aradan qaldırılması, eləcə də bütün təsərrüfat fəaliyyətinin müəyyən prinsiplər əsasında aparılması, dövlət hökuməti tərəfindən elmi əsaslarla işlənib hazırlanmış vahid məcburi plan nəzərdə tutulmuşdur. İnzibati komanda sistemi xüsusi mülkiyyətin tamamilə aradan qaldırılmasını və onun dövlət mülkiyyəti ilə əvəz olunmasını nəzərdə tutur. Əsas iqtisadi məsələlər dövlət orqanları tərəfindən həll edilir və icrası məcburi olan sərəncam və planların köməyi ilə həyata keçirilir. Bunun üçün dövlət cəmiyyətin iqtisadi həyatının bütün sahələrini, o cümlədən qiymətlərin və əmək haqqının müəyyən edilməsini tənzimləməyə məcbur olur. SSRİ-nin inzibati komanda sistemində istehsal müəssisələrinin təsərrüfat fəaliyyəti Dövlət Plan Komitəsi, istehsal texnologiyasını diktə edən və avadanlıqların alınması üçün vəsait ayıran sahə nazirliyi, Təchizat üzrə Dövlət Komitəsi, Qiymətləndirmə üzrə Dövlət Komitəsi, Əmək və Əmək haqqı üzrə Dövlət Komitəsi və s. ilə tənzimlənirdi.Bu sistemə uyğun olaraq xalqın mülkiyyəti elan edilən bütün sərvətlər, əslində, tamamilə dövlət və partiya məmurlarının nəzarətindədir. Nəticədə insanların və müəssisələrin gəlirləri onların resurslardan nə dərəcədə rasional istifadə etməsindən, cəmiyyətin onların əməyinin məhsullarına nə qədər ehtiyac duymasından asılı olmağı dayandırır.
Birləşmiş Komanda 1992 Yay Olimpiya Oyunlarında
== Ümumi məlumat == === Medalçıların siyahısı === == Nəticələri == === Atıcılıq === Q=Növbəti mərhələyə vəsiqə qazandıKişilər === Cüdo === Q=Qalib gəldi M=Məğlub olduKişilər === İdman Gimnastiкası === Q=Növbəti mərhələyə vəsiqə qazandıKişilər 1992 Barselona Olimpiadasında idman gimnastiкası üzrə yarışlar 26 iyul-2 avqust tarixləri arasında "Palau dels Esports de Barcelona" İdman Sarayında baş tutdu. Azərbaycanın idman şərəfini bir gimnast, Valeri Belenкi qorudu.
Voleybol 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda)
Voleybol 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda) — 19-27 iyun tarixlərində Bakının Bakı Kristal Zalında baş tutdu. Yarışlarda 12 ölkənin 168 idmançısı qüvvəsini sınadı.
19 yaşadək qızlardan ibarət milli komanda (futbol)
İndiyədək qatıldığı 5 Avropa çempionatında yalnız birinci mərhələ keçən millimiz bu müddətdə keçirdiyi 18 qarşılaşmada 6 qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə uduzub. Beş ildə 16 top vuran qızlarımız 61 dəfə topu öz qapısında görüb. Qeyd edək ki, Azərbaycan yığması iki dəfə birinci seçmə mərhələyə ev sahibliyi edib.
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı sürətli şahmat üzrə komandalar arasında keçirilən beynəlxalq yarışdır. Çempionat Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən WR Logistics GmbH ilə dəstəyi ilə 26-28 avqust 2023-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilib. == Ümumi məlumat == FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı İsveçrə yarış sistemi üzrə keçirilib və 12 turdan ibarət olub. Turnirin qaydalarına görə, hər komandada ən azı bir qadın oyunçu olmalı idi. Eyni zamanda, hər komandanın ən az bir oyunçusu (yarışda qeydiyyat tarixi etibarilə) FİDE standart, rapid və ya blitz reytinqlərində heç vaxt 2000 Elo xalı əldə etməmiş olmalı idi. Bununla, çempionatda inklüzivlik, müxtəliflik və ədalətli təmsilçilik təmin edilib . == İştirakçılar == Çempionatın iştirakçıları arasında Vişvanatan Anand, Vladimir Kramnik, Hou Yifan, Mariya Muzyçuk və Aleksandra Kosteniuk kimi keçmiş dünya çempionları ilə yanaşı, dünya çempionatı gümüş medalçıları, Dünya Kuboku qalibləri, sürətli və blitz şahmat üzrə keçmiş dünya çempionları da yer alıblar. Ümumilikdə, dünyanın dörd bir yanından olan təqribən 300 iştirakçı, o cümlədən 15-dən çox Olimpiya çempionu yarışmaq üçün 36 komanda formalaşdırıblar. == Favoritlər və seçilənlər == Hələ yarışdan əvvəl, heyətin təcrübəsi və orta komanda reytinqini nəzərə alaraq, FİDE aşağıdakı komandaları ən güclü və açıq favoritlər kimi göstərmişdi. Freedom (Rixard Rapport, Vişvanatan Anand, Daniil Dubov, Santoş Qucrathi Vidit, Evgeni Najer, Polina Şuvalova, Aleksandr Şapiro) ; WR Chess (Yan Nepomnyaşşiy, Yan-Krjiştof Duda, Uesli So, Nodirbek Abdusattorov, Vinsent Keymer, R. Praqnanandha, Hou İfan, Aleksandra Kostenyuk, Vadim Rozenştayn); Kompetenzakademie Allstars ( Fabiano Karuana, Levon Aronyan, D.Qukeş, Sebastyan Zibrext, Nino Batsiaşvili, Keti Çaçalaşvili, Rayner Beker, Manfred Şnayder); Chess Pensioners (Vladimir Kramnik, Pyotr Svidler, Lener Dominqes, Darmen Sadvakasov, Yovanka Huska, Kristof Barati, Dennis Köniq, Miron Ananiev, Yaroslav Ananiev).
Komando
Komando— fiziki və nəzəri hazırlıqları nəticəsində əldə etdikləri qabiliyyətləri sayəsində; qısa bir müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirdərək vəziyyəti qiymətləndirib hədəfi məhv edən, təchizat ilə təmin edilməsə belə vəzifəni başa çatdırmağı bacaran əsgər. İkinci Dünya müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Artıq bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Azərbaycanda da xüsusi təyinatlı qüvvələrin yaradılmasına başlanıb. Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-da «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı — 2016 UEC Avropa Trek Çempionatında 14 komandanın iştirakı ilə 19-20 oktyabr 2016-cı il tarixləri arasında baş tutan yarışdır. == Nəticələr == === Təsnifat === Ən sürətli 8 komandadan 4-ü ilk mərhələdə qızıl medal uğrunda, digər 4-ü isə bürünc medal uğrunda mübarizə aparmışdır. Digər yerləri tutanlar isə turnir ilə vidalaşmışdır. Q = vəsiqə qazandı; qızıl medal uğurunda yarışa q = vəsiqə qazandı; bürünc medal uğurunda yarışa === Birinci mərhələ === İlk tur yürüşləri aşağıdakı kimi nəticələnmişdir: Cığır 1: 6-cı və 7-ci vəsiqəçi Cığır 2: 5-ci və 8-ci vəsiqəçi Cığır 3: 2-ci və 3-cü vəsiqəçi Cığır 4: 1-ci və 4-cü vəsiqəçi 3-cü və 4-cü yürüşlərin qalibləri qızıl medal uğrunda yarışa vəsiqə qazanmışdır. Qalan 6 komandadan isə ən sürətli ikisi bürünc medal uğrunda oyuna vəsiqə qazanmışdır. QG = qızıl medal uörunda yarışa vəsiqə qazandı QB = bürünc medal uörunda yarışa vəsiqə qazandı === Final === Final oyununda medalçılar müəyyənləşdi.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 2 gün sonra 19 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 86.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 85.430 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 84.610 xal toplayan Belarus təmsilçiləri qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent) — 17, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 17 iyun tarixində keçirildi. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Rusiya Federasiyasının idmançıları (Anastasiya Maksimova, Anastasiya Tokareva, Darya Kleşçeva, Mariya Tolkaçeva, Sofya Skomorox və Vera Biryukova) ibarət komanda qazandı. Gümüş medalı Ukraynanın idmançıları (Anastasiya Voznyak, Oleksandra Qridasova, Olena Dmitraş, Valeriya Qudım, Viktoriya Mazur və Yevgeniya Qomon) ibarət komanda qazandı. Bürünc medalı isə İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançılar finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük) — 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 17 iyun tarixində baş tutdu. Yarışların qızıl medalını Rusiya Federasiyasının idmançıları (Anastasiya Maksimova, Anastasiya Tokareva, Darya Kleşçeva, Mariya Tolkaçeva, Sofya Skomorox və Vera Biryukova) ibarət komanda qazandı. Gümüş medalı İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. Bürünc medalı isə Belarus idmançıları (Anna Dudzenkova, Arina Tsitsilina, Ksenya Çeldişkina, Mariya Kadobina, Mariya Katsiak və Valeriya Pisçelina) ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (komanda, çoxnövçülük)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (komanda, çoxnövçülük) — 14 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 25 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 14 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 116.897 xal toplayan Rusiya Federasiyası idmançıları, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, Viktoriya Komova və Seda Tutxalyandan ibarət komanda qazandı. Gümüş medalı 110.397 xal toplayan Almaniya idmançıları Leh Griesser, Sofie Şeder və Elizabet Seitzdən ibarət komanda qazandı. Bürünc medalı isə 110.099 xal toplayan Hollandiya idmançısıları Lisa Top, Seline van Gerner və Lieke Veversdən ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 25 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 14 iyun tarixində baş tutdu.
Ölümə qadağa
Ölümə qadağa — xüsusi ərazilərdə ölümə qoyulan hüquqi qadağa. Qadağa ölmüş insanın ailəsinə cərimə formasında tətbiq olunur. Tarixdə bu tip qadağaya e.ə. V əsrdə Yunanıstanda rast gəlinir. Müqəddəs Delos adasında dini inanclar zəminində ölümə qadağa qoyulmuşdu. Böyük Britaniyada ehtimal olunur ki, parlamentin Vestminster sarayında ölərək oranı murdarlamaq qəbul edilməzdi. Əgər bu baş verərsə kralın hesabına dəfn edilərək təmizlənmə həyata keçirilir. Müasir dövrdə bir çox yaşayış məntəqələri ölümə qadağa qanunu qəbul etmiş. Buna səbəb ərazidə qəbiristanlıq yerinin dolması olur və aidiyyatı qurumlardan bu yolla yeni ərazinin ayrılmasına nail olmaqdır. Belə qanun İspaniyanın Əndəlus vilayətinə aid olan Lanjaronvə Fransanın cənubunda yerləşən üç yaşayış məntəqəsində — Kyuno, Le-Lavandu və Sarpurans, eləcədə Norveçin Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərində güvvədədir.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Komando (Azərbaycan)
Marko Komenda
Marko Komenda (26 noyabr 1996-cı ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Meppen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Münhenqladbax === Komenda Darmştadt 98 akademiyası vasitəsilə inkişaf etmişdir. 1 iyul 2016-ci ildə o, Borussiya Münhenqladbax klubuna transfer olmuşdur. Komenda Borussiya Münhenqladbax II komandası ilə 60 oyuna çıxmış və iki qolla yadda qalmışdır. === Meppen === 18 iyun 2018-ci ildə Komenda Meppen klubu ilə müqavilə imzalamışdır. Komenda klub ilə debütünü 30 iyul 2018-ci ildə Sportfreunde Lotte klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Meppen rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Şəxsi həyatı == Komenda Almaniyada anadan olmuşdur. Valideynləri isə Xorvatiya vətəndaşlarıdır.
Mitsuru Komaeda
Mitsuru Komaeda (d. 14 aprel 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Ölümə yaxın təcrübələr
Ölümə yaxın təcrübələr (ing. Near-death experience) - Tibbi baxımdan ürəyin dayanması və sonra təkrar işləməsi ilə müşahidə olunan təcrübələrə verilən ad. Ölümə yaxın təcrübələr, xüsusi ilə insanoğlunun ölümündən sonrakı həyata olan marağı səbəbindən tarixən maraq mövzusu olmuşdur.
Ölümə Çarə Yox
Ölümə çarə yox — Yuxu qrupunun üçüncü və hal-hazırda sonuncu albomu. 27 aprel 2001-ci ildə ADA Müzik vasitəsilə yayımlanmışdır. Albomdakı "Ulu Tanrım" mahnısını Sevda Ələkbərzadə fərqli sözlərlə "Ulu vətən" adı altında ifa etmişdir.
Ali Baş Komandan
Ali Baş Komandan — bir ölkənin hərbi qüvvələrinin ən yüksək əməliyyat komandanlığı və nəzarətini həyata keçirən şəxsə deyilir. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan respublikasının Ali Baş Komandanıdır.
Azərbaycanın Komando Briqadaları
Azərbaycan komandosu — Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı silahlı birləşmələri. Azərbaycanda komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarından başlanılmışdır. == Hərbi hissələri == === Xocavənd Briqadası === Azərbaycanda Komando Briqadasının birinci hərbi hissəsinin açılışı 24.12.2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində baş tutdu. Hərbi hissənin açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, müdafiə naziri Z. Həsənov və 2-ci Ordu Korpusunun Komandiri M. Bərxudarov qatıldı. Mərasimdən əvvəl müdafiə naziri Z. Həsənov İlham Əliyevə raport verdi. Daha sonra İlham Əliyev hərbçiləri salamladı və Azərbaycanın Dövlət Himni səsləndirildi. Şəxsi heyət qarşısında çıxışı zamanı İlham Əliyev "Komando Briqadasının yaradılmasının bizim üçün yeni addım olduğunu və bu briqadaların istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlarını." bildirdi. Daha sonra Azərbaycan Prezidentinin Komando Briqadasına döyüş bayrağının verilməsi haqqında 01.10.2021-ci il tarixli təqdimatı oxundu. Briqada Komandiri Elşən Sanayev döyüş bayrağını İlham Əliyevdən aldı.
Labirint qaçışçısı: Ölümə dərman
Ölümə dərman və ya original adı ilə The Death Cure adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının üçüncüsü olub 2011-ci ildə nəşr edilmiş gənclik romanıdır. Filmin ekranlaşdırılmış versiyasının buraxılış tarixi 2018-ci il yanvarın 12-də olmuşdur.
Kamandar
Kamandar – Azərbaycanlı adı. Kamandar Şərifov Kamandar Məcidov Kamandar AbdullayevDigərKamandar (Şəmkir) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd.
Kamança
== Musiqi alətinin yaranması ilə bağlı rəvayət == Bu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar ona toxunur, bu zaman əsrarəngiz səslər yaranır. Beləcə, günlər keçir, küləyin yaratdığı bu ecazkar səs hər kəsin zövqünü oxşayır. Günlərin bir günü külək dayanır, musiqi kəsilir. Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır.
Komandir
Komandir (alm. Commanding Officer‎) — Hərbi komandir - Hərbi birləşməyə,hissəyə və ya gəmiyə başçılıq edən şəxs.Məsələn:Bölük komandiri,Hərbi Hissə komandiri və s.Komandirlər birləşmə və ya hissələrə görə bölünürlər,beləki manqa(yarımqrup),taqım(qrup) və ya tim komandirləri "kiçik komandir" heyəti adlanırlar onlar şəxsi heyətin "bir başa rəis"ləri sayılırlar.Bölük və ya ondan böyük birləşməyə başçılıq edən şəxslərsə "bilavasitə rəislər" sayılır. İstehsalat rəhbərlərinə (mühəndislərə,texniklərə) bəzi hallarda komandir deyilir.
Komanlı
Komanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Yaşayış məntəqəsi türk mənşəli koman/kuman tayfalarının Azərbaycanda məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2831 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Komançi
Komançi — Amerika Birləşmiş Ştatlarında yaşayan yerli xalqlardan biri. Komançi qəbiləsinin Meksika və Texas arasında yerləşən ərazilərdə, daha güclü olmuşdular. XIX əsrin əvvələrində Komançilərin sayı 25 minə yaxın idi. ABŞ silahlı birliklərinə qarşı aparılan döyüşlərdə, Komançilərdən minlərlə insan həlak olmuşdur. Hal-hazırda ABŞ-də 10 minə yaxın, Komançi yaşayır. Bunlardan 5 mini Oklahoma ştatında yaşayan Komançilər təşkil edir. Komançi adının yaranması haqqında, müxtəlif fikirlər vardır. Bu fikirlərdən birinə əsasən digər bir hindu qəbiləsi olan Utelərin dilində arxaik formada işlənən Komance sözü olmuşdur. İspanlar Şimali Amerikaya gəldikdə, qəbilənin Kohmahts olaraq adlandırmışdılar. Bu söz, sonralar Komançi sözünə uyğunlaşdırılmışdır.
Kopaida
Kopaida və ya Kopais (q.yun. Κωπαΐς; yun. Κωπαΐδα) — Mərkəzi Yunanıstanda, Beotiya düzənliyində yerləşən keçmiş göl. XIX əsrin sonlarında göl qurumuşdur. Bir zamanlar göldə yerləşən adada melaqit vardı. Homerin Arne adlandırdığı şəhərin burada yerləməsi ehtimal edilir. == Quruması == Göl mövcud olduğu dövrdə onun sahillərində Qaliartos, Orxomenos və Xeroniya adlı şəhərlər mövcud olmuşdur. Gölə Kifisos, Termessus və Triton çayları tökülür. Göl ətrafında geniş əkin sahələri vardı. Göl daşarkən bu sahələri su basırdı.
Kotandağ
Kotandağ – Babək rayonu ərazisində dağ (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 1,6 km-dək cənub-cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit tərkibli, cənub-qərb yamacı sıldırımlı eyniadlı ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.
Olama ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.