Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konklav
Konklav (lat. conclave — bağlı, kilidli otaq) — Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı. Yığıncaq xarici aləmdən tamamilə təcrid olunmuş qapalı otaqda keçirilir. Seçkilər gizli səsvermə yolu ilə baş tutur. Seçilmək üçün yeni papaya səslərin 2/3 çoxunu toplamaq lazım gəlir. Otaq yalnız papa seçildikdən sonra açılır. Konklavın hazırda qüvvədə olan keçirilmə qaydaları 1274-cü ildə II Lion kilsə məclisində qəbul edilib.
Monklar
Monklar (Averon)
Anklav
Anklav (ing. Enclave) — Bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına anklav deyilir, lakin sahib olduğu dövlətə münasibətdə bu eksklav adlandırılır. Misal üçün Naxçıvan Muxtar Respublikası bir dövlətlə əhatə olunmadığı üçün onu heç bir dövlətin anklavı adlandırmaq olmaz . Buna görə də Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının eksklavıdır. == Anklavda yerləşən dövlətlər == == Dünyada olan anklavların siyahısı == Anqola — Kabinda Azərbaycan — Naxçıvan Muxtar Respublikası, Kərki, Yuxarı Əskipara və Barxudarlı, Sofulu Banqladeş — Kook Behar Belçika — Baarle-Hertog Bruney — Temburong Şərqi Timor — Oecussi-Ambeno Hindistan — Cooch Behar İtaliya — Campione d'Italia Almaniya — Büsingen am Hochrhein Qırğızıstan — Barak Malavi — Likoma Adası Oman — Musandam və Madha Rusiya — Kalininqrad İspaniya — Ceuta, Llivia və Melilla Tacikistan — Vorukh və Kayragach BƏƏ — Nahva ABŞ — Alyaska , Alburgh , Vermont , Minnesota Şimali Kipr Türk Respublikası — Ərənköy Özbəkistan — Shohimardon, Qal'acha və Khalmion == Poluanklav == Okeana çıxışı olan və dövlətin əsas ərazisindən kənarda yerləşən ərazilər poluanklav adlanır. Rusiyanın Kalininqrad vilayəti, Anqolanın Kabinda əyaləti poluanklav hesab olunur.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Monklar (Averon)
Monklar (fr. və oks. Montclar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Senen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12149. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 149 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 82 nəfər (15-64 yaş) arasında 60 nəfər iqtisadi fəal, 22 hərəkətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 64,7%) olmuşdur.
Anna Konkl
Anna Konkl (ing. Anna Konkle; 7 aprel 1987, Rendolf[d], Vermont) — amerikalı aktrisa, yazıçı və rejissor. O, Maya Erskin ilə birlikdə yaratdığı "PEN15" serialı ilə tanınır. Bu işinə görə 2019-cu ildə "Praymtaym Emmi" mükafatına namizəd göstərilib. == Həyatı == Anna Konkl 7 aprel 1987-ci ildə Vermont ştatında yerləşən Rendolf şəhərində doğulub. O, 1994-cü ildə valideynləri ilə birlikdə Massaçusetsin Scituate şəhərinə köçüb. O, gənc yaşında ikən valideynləri boşanıb. Anna Nyu-York Universitetinin nəzdində yaradılmış Tiş İncəsənət Məktəbinə daxil olub. Burada o, musiqili teatr üzrə təhsil alıb. Sonuncu kursda oxuyarkən Universitetin təşkil etdiyi təhsil proqramı çərçivəsində Amsterdama yollanıb.
Konka çayı
Konka, Kinka, Kinska və ya Kinski kimi tanınan Konka çayı (ukr. Кінська) — Ukraynanın Zaporojya vilayətindən axan Dnepr çayının sol qoludur. Çayın uzunluğu 146 km (91 mil)-dir. Drenaj su hövzəsi isə 26000 km²-dir. Azovboyu yüksəklikdən başlayır və Dneprdəki Kaxovka su anbarına axır. Çayın keçdiyi ərazilərdə Polohı və Orixiv şəhərləri yerləşir. Çayın adı, Krım tatarcasında Yılki Su kimi səslənir, "vəhşi atların suyu" mənasını verir. == Təsviri == Çayın zunluğu 149 km, hövzəsinin sahəsi isə 2600 km²-dir. Çayın mailliyi 1,7 m/km-dir. Yuxarı və orta axarda vadi darlaşır, aşağı axarında isə 3,5 km-ə qədər genişlənir.
Monklar (Yuxarı Provans Alpları)
Monklar (fr. Montclar, oks. Montclar) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04126. 2008-ci ildə əhalinin sayı 458 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 285 nəfərdən (15–64 yaş) 212 nəfər iqtisadi fəal, 73 hərəkətsiz (fəaliyyət göstərici 74,4%, 1999-cu ildə bu göstərici 69,8%) idi. Fəal olan 212 nəfərdən 196 nəfər (116 kişi və 80 qadın), 16 nəfər işsiz (6 kişi və 10 qadın) idi.