Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Kolatağ
Kolatağ — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kolatağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kolatağ kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == Kəndin əsl adı Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır. == Tarixi == Kolatağ kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Kolatağ monastırı
Kolatağ monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndində yerləşən tarix-memarlıq abidəsidir. Kolatağda yerləşən Böyük Arran monastırından fərqli olaraq sadə dizaynı və plan tərtibatına malikdir. == Tarixi == Tarixi Kolatağ kəndindən 8 km aralıda inşa edilmiş monastır böyük təpənin ətəyində yerləşir. Kompleks ərazisindəki çoxsaylı xaçdaşlar yüksək bədii, etnoqrafik və tarixi dəyər daşıyır. Ümumilikdə monastır ərazisindən XII–XIII əsrlərə aid iyirmi beş kitabə oxunaraq çap edilmişdir. Kitabələr 1179, 1181, 1186, 1191 və 1194-cü illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Kompleks qala divarları ilə əhatə olunmuş üç kilsə binasından ibarətdir. Divarların işində su hovuzu saxlanılmış, həmçinin su ötürmə sisteminin izləri aydın müşahidə edilir. Monastır həyəti iki hissəyə bölünür. Həyətin şimal hissəsində üç kilsə və onlar üçün ümumi olan üçtağlı narteks-sovməə binası yerləşir.