Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kazım Koyuncu
Kazım Qoyuncu — (türk. Kazım Koyuncu; d. 7 noyabr 1971, Hopa, Artvin, Türkiyə — ö. 25 iyun 2005, Şişli, İstanbul, Türkiyə) — laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir. == Həyatı == Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı.
Koyulhisar
Koyulhisar (türk. Koyulhisar) — Sivas ilinin ilçəsi.
Kofu
Kofu (yap. 甲府市) — Yaponiyanın Honşu adasında olan Çubu regionunda yerləşən Yamanaşi prefekturasının paytaxtı.
Koku
Koku (yap. 石石, çin. 石, Pinyin: Dàn, (qədim çincə: "şí")) — təxminən 180,39 litrə bərabər olan ənənəvi yapon həcm vahidi. 1891-ci ilədək koku 10 kub şakuya ( ≈ 0,278 m3) bərabər götürülürdü. Həmin il verilən imperator fərmanı ilə 1 kiçik koku 240100/1331 litrə bərabər götürüldü ki, bu da təxminən 180,39 litrə (və ya 5 buşel, 40 imperiya qallonu, yaxud 48 ABŞ qallonu) bərabərdir. Tarixən koku yetişkin bir şəxsin 1 ildə istehlak edə biləcəyi düyünün miqdarına əsasən müəyyən edilirdi. 1 koku düyü təxminən 150 kq bərabərdir. Samurayların maaşı, vilayətin gəlirliliyi koku ilə müəyyən olunurdu. Koku həm də gəminin yükgötürmə səviyyəsini ölçmək üçün də istifadə edilirdi — 50 kokuluq kiçik gəmilər və 1000 kokuyadək böyük gəmilər. Hazırda Yaponiyada bu ölçü vahidi hələ də istifadə edilir.
Kuyu
Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr.Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir. == Fauna == Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir. Ayıların əsas qidası qızılbalıqlardır.
OYU
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. == Maddi-texniki bazası == Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. == Beynəlxalq statusları == Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Alaevli boyu
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.
Alayuntlu boyu
Alayuntlu və ya Ulanyuntlu boyu, Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan onyedincisi Alayuntlulardır. Alayuntlu kəliməsi Ala-ala bədənli + yunt-At(cinsi) + lu bu birləşmələrdən yaranmışdır. Alayuntlu boyunun onqonu kərkincək qızılquş (lat. Falco vespertinus)-dur.
Alkaevli boyu
Alkaevli boyu — Oğuz xaqan dastanına görə 24 Oğuz boyundan biridir. "Alkaevli" kəliməsi ağ çadırlı mənasında İstifadə edilmişdir. XIII əsrdən sonra Anadoluya köç etmişdilər.
Büğdüz boyu
Büğdüz boyu — Oğuz Xaqanın Dastanına görə Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki irmi iki Oğuz boyundan səkkizincisi; "Büğdüz"lərdir. Oğuz türklərinin Üçoqlar qolundan bir boydur. Oğuzların müsəlmanlaşmağa başladıqları 10. əsirdən batıya köçdə önemli rol oynadılar. Daha çox Batı Anadoluya ve Orta Anadoluya gəlib yerləşdilər. Büğdüz: "Hər kəsə təvaze göstərər və xidmət edər mənasındadır. Dəclə Kürdləri bəyi olub, Həzrəti Peyğəmbərə elçi gedən (622-623 illəri arasında Mədinəyə çatan), Bogduz-Aman Xanədanı nümayəndəsi və Kürmançın iki ana qolundan olan Boğlular, Yenikənd-Yabgularından onuncu əsrdəki Şahməlikin Atabəyisi olan Quzulu, Hələb Türkmənlərindən Büğdüzler bu boydandır.
Bəydili boyu
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. == Tarixi == Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. == Oymaqları == Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.
Dodurğa boyu
Dodurğa boyu — Oğuz Qaqan Dastanına görə Oğuzların 24 boyundan biridir. Qaşqarlı Mahmudun qələmə aldığı Divân-ı Lügati't-Türk-ə görə isə iyirmi iki Oğuz boyundan onaltıncı sırada yer alır (Divan-ı Lügati't-Türk'də "Totırka" adı ilə yazılır). Dodurğa kəlməsi "Ölkə almak, Xanlıq qurmaq" mənasına gəlir; Oğuzların Boz-Oxlar qoluna bağlı Dodurğa boyunu, Oğuz Xanın altı oğlundan biri olan Ay Xandan çoxalmış olaraq bilinir. Dodurğa boyunun onqonu (yəni müqəddəs heyvanı) Qartaldır.
Dönüş kodu
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Döyər boyu
Tüyər boyu və ya Döyər boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşgarlı Mahmuda görə Divân-ı Lügati't-Türkdəki 22 Oğuz boyundan 18-cisi "Tüyər"lərdir. Tüyər kəliməsi günümüz Anadoluda düyər ve döyər şəkillərini almışdır. Afyonqarahisarda Diyərbəkirdə Kaysəridə Burdurda Sivasda ve Muğlada Bolu Dörtdivanda Yuxarı Düyər bu adda bir kənd vardır və Dörtdivanda Düyər yaylasında oğuz boylarına aid yazılar var. Türkiyənin xaricində isə Suriya, tarablus, ve Rakka şəhərlərində isə hələ yer adı olarak adlandırılır. Getdikləri yerlərə "Döyər" adlarını vermişlərdir. Osmanlı dövründə Diyərbəkir ilə Hələb arasındakı ən gözəl yaylaqlar tamamilə "Döyər" oymaqları tərəfindən tutulmuşdu.
Eyvazlı soyu
Eyvazlı soyu — Azərbaycan xalqının Seyidli oymağına aid nəsillərindən biri. == Tarixi == Eyvazlı soyu öz adını Seyidli oymağının sakini Eyvazın adından almışdır. O, XVIII əsrdə Seyidli oymağında yaşamışdır.Eyvazın Həsən adlı yeganə övladı olmuşdur. Həsən (1788-1848) Seyidli oymağında yaşamışdır. Molla məktəbində oxumuşdur.O, Yetərlə evlənmiş, Alı, Hüseyn, İsmayıl, Eyvaz adlı dörd övladı dünyaya gəlmişdir. Hazırda Eyvazlı nəsli Eyvazov soyadı ilə tanınır. Bu nəsil daha çox həkimləri, müəllimləri ilə şöhrət qazanmışdır. Məşədi İsmayıl Eyvazov, Nağı Eyvazov, Zeyni Eyvazov, Əli Zeyni oğlu Eyvazov, Nürəddin Eyvazov, Zirəddin Eyvazov, tanınmış həkim Rizvan Eyvazov, tibb elmləri namizədi, dosent Taryel Eyvazov, Molla Nəsir Eyvazov, Heydər Eyvazov, Rəşid Eyvazov, Kamil Eyvazov, Famil Eyvazov, Asif Eyvazov və başqaları bu nəslin layiqli övladlarıdırlar. == Şəkillər == Eyvazlılar == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Fiqaronun toyu
Fiqaro evlənir (KV 527, it. Le nozze di Figaro ossia la folle giornata) — Mosartın fr. Pierre Augustin Caron de Beaumarchaisin pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu dörd pərdəli opera. Operanın ilk premyerası 1 may 1786-cı ildə Vyanada Burqteatrın səhnəsində oynanılır. == Yazılma tarixi == Mosart operanı 1785-ci ilin dekabrında Vyanadakı Domqasse mənzilində bəstələməyə başlamış, 5 ay ərzində bitirmişdir. Operanın süjeti Bomarşın pyesindən götürülmüşdür. Həmin dövrdə aristokratiynı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdir. Mosartdan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları da bu mövzuda opera yazmışdılar. Bu mövzuya Mosartdan 30 il sonra demək olar ki, sonuncu və daha uğurlu Coakkino Rossini müraciət edərək "Sevilya bərbəri" operasını yazmışdır. == Orkestrin tərkibi == Partitura: 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot 2 valdhorn, 2 trompet Timpani (davul) Simli alətlər:Basso kontinuo: klavesin və violonçel == Personajlar == == I Pərdə == Qraf qəsrin bir dairəsi.
Gülməmmədli soyu
Gəloxçu Soyu
== Tarixçə == Gəloxçu soyu — Laçın rayonunda, Qarıqışlaq, Mişni, Hacılar, Sadınlar, Qılıçlı, Quşçu,Soyuqbulaq, Mayıs və başqa yaşayış məntəqələrini əhatə edir.Gəloxçu camaatı XVIII yüzildə Qaraçorlu mahalına, XIX yüzilin ikinci yarısından Zəngəzur qəzasına, XX yüzilin önlərindən Laçın rayonuna bağlıdır. 1823-cü ildə Gəloxçu obası vеrgi ödəyənlər: 78 tüstü, ödəməyənlər: kəndxudalar Mirzə bəy, Vəli bəy, Həsən bəy ibarət idi. 1827-ci ildə Gəloxçu obası vеrgi ödəyən 91, ödəməyən 5, rəncbər 2 tüstüdən təşkil olunmuşdu. Gəloxçu obasında əhali sayı == Gəloxçu obası şəhidləri == Qərib Baxşəliyev Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi. == Gəloxçu obası tanınmış şəxsləri == Şakir İsayev Akif Səlimov Əbülfət Kərimov İsmayıl Mirzəyev Məcid Mirzəyev Yusif Mirzə == Mənbə == Ənvər Çingizoğlu, Gəloxçu camaatı, "Soy" dərgisi, Bakı, 2010. Əli Məcidli, Gəloxçular və Törə, Bakı, 2019.
Haylandur boyu
Haylandur boyu – Hun boylarından biri. Türkmən tarixçisi Ovez Gündoğduyev bu boyun Qayı boyu ilə eyni boy olduğu qənaətindədir. Habelə, Atillanın da mənsub olduğu ve Avropa Hunlarını idarə edən Balamirlilər bu boydandır. == Haylandur Hunlarının Qafqaz Albaniyasına axını == Haylandur hunları 462-ci ildə Quzey Azərbaycanda mövcüd olmuş Albaniya Dövlətinə girdilər. Bu dönəm Qafqaz Albaniyasını Mehranilər sülaləsi idarə edirdi. Hunlarla birlikdə eyni anda Xəzərlər və Sabirlər kimi başqa türk boylarıda Albaniyaya axın edirdi. Sasani şahları bu axınlara qarşı nə qədər təhkimatlar tikdirsə də, keçişləri bağlasa da, bu axınları dayandıranmadı. Haylandurlar və onlarla birlikdə Qafqaza girən başqa Türk boyları Albanlarla birlikdə yaşamağa və qarışmağa başladılar. Sasanilər və Bizanslılar ilə 591-ci ildə edilmiş müqaviləyə görə Albaniya Girdiman, Tiflis və Dvin daxil olmaqla Sasanilər əlində qalacaq idi (262-ci ilidən Qafqaz Albaniyası Sasanilər tərəfindən işğal edilmiş idi.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Klaviş kodu
Klaviş kodu(key code, код клавиши,tuş kodu)-klaviaturada konkret klavişə mənimsədilən və onun basıldığını tanımaq üçün istifadə olunan unikal ədədi kod. Klaviş kodu klavişin üzərində olan nə hərf, nə rəqəm, nə simvoldur, nə də klavişi basdıqda generasiya olunan kod cədvəlinin elementidir; bu klavişin özünün xüsusi idenfikatorudur. Klaviş kodu termini ən çox Apple Macintosh kompüterlərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Koka kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü.
Kokain kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü.
Koku Ameqaşi
Koku Messan Ameqaşi (25 iyul 1984) — Toqolu üzgüçü. Koku Ameqaşi Toqonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Koku Ameqaşi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:11.13 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 111-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kolu (Ərdəbil)
Kolu (fars. كلي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (134 ailə).
Komu Vnız
Komu Vnız (ukr. Кому Вниз) - 1988-ci ildə Kiyevda yaranmış Ukraynanın rok qrupudur.
Koya Kitaqava
Koya Kitaqava (26 iyul 1996, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Xalqların böyük köçü
Xalqların böyük köçü — IV əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz qoymuşdur. Yürüşün son akkordları VII əsrdə Elbada, xorvatlar və serblərin müasir Bosniya və Dalmasiyada məskunlaşması ilə nəticələnir. == Köçün başlanması == Böyük Hun İmperiyası dağıldıqdan sonra hun tayfaları Qərbə doğru hərəkət edib,İdil Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların Qərbə doğru əziyyətli hərəkəti yox idi. == Yürüşün genişlənməsi == Şimaldan, qərbdən və Baltikyanı ərazilərdən böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü, köçəri türklərin axınına rast gəldilər. Bu iki cərəyan toqquşdu, qarışdı və güclü bir axının tərkibi oldu. Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etməyə başladı, bir müddət sonra bu proseslərə slavyan tayfaları da cəlb olundular. == Gedişat == Qərbi qsiun-nu-nun nəsilləri olan tarixi hunlar Aral dənizinin şimalındakı çölləri tərk etdilər və Avropaya üz tutdular. Təqribən 374-cü ildə, Cordanesin də dediyi kimi, hunlar Bulamerin rəhbərliyi altında Don çayını keçdilər, Terek və Kuban ərazilərində yaşayan alanları məğlub edərək özlərinə tabe etdilər. Dneprdən qərbdə hunlar ostqotlara hücum etdilər.