KÖVŞƏNLİK
KÖYLÜ
OBASTAN VİKİ
Gülarə Köylü qızı (Qədirbəyova)
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Köyarx
Göyarx (əvvəlki adları: Levonarx; Köyarx) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır. == Coğrafiya == Kənd Qarabağ düzündə, dağətəyi ərazidə yerləşir. == Tarixi == Kəndi XIX əsrin ikinci yarısında indiki Goranboy rayonunun Rus Borisi kəndindən ayrılmış malakan rus ailələri Levanarx çayının kənarında salmışdılar. Sonralar ermənilər kəndin adını təhrif edərək Levonarx kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Göyarx adlandırıldı. 1933-cu ildə Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində Lev kəndi qeydə alınmışdır. Toponimiyada lev "kənar" mənasında işlənir. Göyarx kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Mardakert rayonunun tərkibində idi və adı Levonarx idi. DQMV-ndə separatçılıq baş qaldırılandan sonra Azərbaycan Respublikasının Ali Sovetinin qəbul etdiyi 26 noyabr 1991-ci il tarixli qanun ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu, Mardakert rayonunun isə adı dəyişdirilərək Ağdərə rayonu adlandırıldı.
Köynək
Köynək — bədənin yuxarı hissəsinə geyinilən qollu və ya yarım qollu, yaxalı paltar. Köynək yaxasının altından qalstukla geyilə bilər. == Tarixi == Köynək XX əsrə qədər yalnız kişilərin alt paltarında geyə biləcəyi geyim idi. Qadın geyimi kişilərlə yaxından əlaqəli olsa da, müasir köynəyə çevrilən kişi geyimi idi. Orta əsrlərdə adi geyimlərin altında geyinilən düz, boyanmamış paltar idi. Orta əsr sənət əsərlərində köynəklər yalnız çobanlar, məhkumlar və tövbə edənlər kimi təvazökar obrazlarda görünür. XVII əsrdə bu gün də geyilən köynəklərinin nümayişinə icazə verildi. XVIII əsrdə kişilər paltar əvəzinə uzun köynək geyinirdilər. XVIII əsr kostyum tarixçisi Cozef Strut yataq üçün köynək geyinməyən kişilərin ədəbsiz olduğuna inanırdı. Hələ 1879-cu ildə üstündə heç bir şey olmayan köynək qeyri- etik sayılırdı.
Köynəkotu
Köysancaq
Köysancaq (Ərəbcə: كوي سنجق‎‎; Kürdcə: کۆیە, Koye), İraq Kürdüstanına bağlı Ərbil mühafəzəsinde şəhərdir. Şəhər Ərbilin 53 km şərqindədir. Şehrin əhalisi 2009 ilində 44,987 nəfərdi. == Etimologiya == Şəhərin adı "köy" (Türkcədəki "kənd") və "Sancaq" (Türkcədəki "bayraq") sözlərindən yaranmışdır və beləliklə Köy Sanjaq "bayraq kəndi" mənasına gəlir.
Köytəndaq etrapı
Köytəndaq etrapı (türkm. Köýtendag etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Köytəndaq qəsəbəsidir.
Köyçəqız gölü
Köyçəqız gölü (türk. Köyceğiz Gölü) — Türkiyənin Muğla ili ərazisində yerləşən göl. Gölün sahəsi 5200 ha-dır. Eyni adlı şəhərin şimal sahillərinə yaxın ərazidə qərarlaşır. Türkiyənin sahil ərazisinə yaxın yerləşən ən böyük göldür. Gölü Aralıq dənizi ilə dar və ensiz olan «Dalyan» adlı bir axar birləşdirir. Kanalın keçdiyi ərazidə eyni adlı bir qəsəbə və bir tarixi şəhərin qalıqları vardır (Kaunos). Kanal İztuzu tısbağalar sahili ərazisindən dənizə qovuşur. Kanal 1,5 metr dərinliyə sahibdir. Gölün yerləşdiyi ərazi əsrarəngiz görkəmə sahib olmasından turistləri bura cəlb edir.
Köyörqəze rayonu
Köyörqəze rayonu (başq. Көйөргәҙе районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Ermolayevo kəndidir. == Coğrafiyası == Rayon Başqırdıstanın cənubunda, Orenburq vilayəti ilə həmsərhədə yerləşir. Rayonun sahəsi 2.370 km²-dir. Rayonun ərazisi Ümumi Sırtın şimal hissəsində, hündürlüyü 400 m-ə qədər olan sahəni əhatə edir. İqlimi mülayim kontinental, isti və quraqdır. Hidroqrafik şəbəkə Aqidel çayı və onun qolları olan Meleuz, Böyük Yuşatır, Böyük Kuyurqaz və Kiçik Yuşatırla təmsil olunur. Ərazisində əsasən qara torpaqlar yayılmışdır. Palıd, cökə, ağcaqayın və digər enliyarpaqlı meşələr talalar şəkilində ərazinin 7% -ni tutur.
Köyəzebaş (Avurğazı)
Köyəzebaş (başq. Көйәҙебаш, rus. Куезбашево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (83%) üstünlük təşkil edir.
Köyəzəbaş (Auırqazı)
Köyəzebaş (başq. Көйәҙебаш, rus. Куезбашево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (83%) üstünlük təşkil edir.
Qara köynəklilər
Qara köynəklilər (italyanca: Camicie nere və ya Squadristi) Birinci Dünya Müharibəsindən sonra yaranmış olan və ondan sonrakı İkinci Dünya Müharibəsinin sonuna qədər İtaliyada mövcud olmuş hərbiləşdirilmiş faşist təşkilatıdır. Onlar 1919–1923-cü illər arasında Squadre D'azione (Hərəkət Qrupları), 1923–1943-cü illər arasında isə Milizia Volontaria Fascista Per La Sicurezza Nazionale (Milli Təhlükəsizlik üçün Könüllü Faşist Milisi) adlandırılmış və Benito Mussolini rəhbərliyi altında olan, Milli Faşist Partiyasının üzvlərindən ibarət olan kvazi-hərbi silahlı birləşmələr idilər. Bu yarımhərbi təşkilata Milliyətçi baxışları ilə tanınan ziyalılar, keçmiş ordu zabitləri və bəzi torpaq sahibləri də dəstək verirdilər.
Köyüngünbəd
Göykümbət — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimalda, Zəngi çayının yanında, Zərincə dağı tərəfdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Göygünbəz, Qafqazın 5 verstlik xəritəsində Göykümbət formasında qeyd edilmişdir. 1590-cı ildən məlumdur. Toponim Azərbaycan dilində rəng mənasında işlənən göy sözü ilə fars dilində "yarımkürə şəklində bina damı, qübbə" mənasında işlənən kümbəd sözündən əmələ gəlmişdir. Kümbəd kümbəz, eləcə də günbəz sözünün fonetik formasıdır. Azərbaycan dilində d~z səs əvəzlənınəsi qanunauyğun haldır. Təsviri toponimdir. Qurluşca mürəkkəbdir. Erm.
Atəşdən köynək
Atəşdən köynək (türk. Ateşten Gömlek) — Türkiyə yazıçısı Xalidə Ədib Adıvarın romanı, Türkiyədə baş verən müstəqillik uğrunda mübarizə illərinə həsr olunan ilk roman. == Yazılış tarixçəsi == Yazıçı romanın ön sözündə əsərin adını ideya olaraq, Yaqub Qədri Qaraosmanoğludan götürdüyünü etiraf edərək özündən asılı olmayaraq, hər dəfə Anadoluya baxdıqda ruhunda-canında məhz “atəşdən köynək” hiss etdiyini vurğulayır: “Mənim “Atəşdən köynəyi”mi zaman söndürüb bir kənara atmasa, türk romanları arasında iki “Atəşdən köynək” olacaq. Bəlkə də, əlli il sonra kitabxana rəflərində yan-yana qoyulan bu iki kitab Hans Andersonun nağılları kimi dilə gəlib bir-birlərinə keçmiş günlərdən danışacaqlar”. Xalidə Ədib Yaqub Qədriyə yazdığı məktubda da bu məsələyə toxunaraq, bu metoforik ifadəyə görə ona həm minnətdarlığını bildirmiş, həm də əfv diləmişdir. == Məzmunu == == Filmoqrafiya == == Qaleriya == Xalidə Ədib Adıvar Xalidə Ədib Adıvar və həyat yoldaşı Adnan Adıvarın məzarı "Atəşdən köynək" filminin afişası, 1932.
Qısa köynək
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.

Digər lüğətlərdə