Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kratos
Kratos (God of War)
Kroton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Krafton
Bluehole (kor. ㈜블루홀) — Cənubi Koreyalı videooyun istehsalçısı. Şirkət TERA və PlayerUnknown's Battlegrounds oyunları ilə tanınmışdır. 2018-ci ilin noyabr ayında, Bluehole özünü yeni qurulan bir ana şirkət, Krafton Game Union altında təşkil etdi.
Kratos (mifologiya)
Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir.
İşlədici kroton
İşlədici kroton (lat. Croton tiglium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
Boka-Raton
Boka-Raton (ing. Boca Raton) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Böyük Katon
Mark Porsi Katon (təq. e.ə. 234 – e.ə. 149[…], Roma) — Qədim Roma yazıçısı, Roma ədəbi nəsrinin banisi, dövlət xadimi. E.ə. 198-ci ildə Sardiniyada pretor olmuşdur. E.ə.195-ci ildə konsul olarkən İspaniyada yerli tayfaların üsyanını yatırmışdı. Latın dilində yazmış ilk Roma tarixçisidir. Katon aristokrat nəslindən olmasa da, senator seçilmiş, ticarət və sələmçiliklə məşğul olan iri əyanları müdafiə etmişdir. "Başlanğıclar" (Romanın ta qədimdən 2-ci Pun müharibəsinədək tarixi), "Əkinçilik haqqında" və s.
Kratos (Mortal Kombat)
Kratos (ing. Kratos) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Kratos Şao Kannı öldürdükdən sonra Yer dünyası bir müddətlik xilas olmuşdur. Bu səbəbdən Reyden və Fucin ona öz minnətdarlığını bildirmişlər. "Kratos" personajı "Müharibə Tanrısı" (ing. God of War) adlı videooyun seriyasının əsas personajıdır. 2011-ci ildə hazırlanan yeni "Mortal Kombat" versiya üçün bu personaj oyuna daxil edilmişdi.
Kratos (God of War)
Kratos (yun. Κράτος — "güc, hakimiyyət") və ya Spartanın Ruhu (ing. Ghost of Sparta) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən yaradılan God of War videooyunu seriyasının baş qəhrəmanı. Kratos yunan mifologiyasına əsaslanır. Kratos ilk dəfə 2005-ci ildə satışa buraxılan God of War videooyununda görünmüşdür. Videooyununun müvəffəqiyyəti, baş qəhrəmanı ehtiva edən altı yeni oyunun inkişafına gətirib çıxardı. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi, personajın son təsviri God of War Ascension-da (2013) olmuşdur. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdi. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi. God of War oyun seriyası, PlayStation brendi üçün flaqman tituldur.
Katon-Karaqay Milli Parkı
Katon-Karaqay Milli Parkı (qaz. Катонқараға́й мемлекетті́к ұлтты́қ табиғи́ паркі́) ― Qazaxıstanın şərq sərhəddində, Cənubi Altay dağlarında yerləşən ölkənin ən böyük milli parkı. Park Qazaxıstan, Rusiya, Çin və Monqolustan sərhədlərinin birləşdiyi "X" in qərb tərəfini doldurur. Sibirdəki ən yüksək zirvə olan Beluxa dağı (4,506 metr (14,783 ft) Rusiya sərhədində, Katun silsiləsində yerləşir. Park Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda, paytaxt Astananın 1 000 kilometr cənub-şərqində yerləşir. 1 iyun 2001-ci ildə yaradılan park, 2011-ci ildə Rusiya ilə birlikdə "Altay" transmilli parkına daxil edilmişdir. 2014-cü ildə ərazi UNESCO-nun İnsan və Biosfer proqramı tərəfindən "Katon-Karaqay Biosfer Qoruğu" na daxil edildi. == Topoqrafiya == Cənubi Altay dağlarının yamaclarında yerləşən bu park dağlıq və buzlaq ərazilərdən ibarətdir və yüksəkliyi 3,000 metr (9,800 ft)-dir. Park şimaldan Rusiyanın Altay Respublikası, cənub-şərqdən Çin, qərbdən Farpusnaya çayı, cənubdan isə Cənubi Altay dağları ilə həmsərhəddir. Parkın 34%-i meşəlik, qalan hissəsi dağ çəmənləri və ya qayalı yamaclar və buzlaqlardır.
Azərbaycan Kağız və Karton İstehsal Kombinatı
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Brayton
Brayton — İngiltərədə kurort şəhər. == Ümumi məlumat == Braytonda 200 il öncə kiçik balıqçı qəsəbəsi var idi. 1754-cü ildə doktor Riçard Rassel həmin ərazidə dəniz suyunun müalicəvi xüsusiyyətini aşkar etmiş və onu populyarlaşdırmağa başlamışdı. Bir neçə il sonra gənc Uels şahzadəsinin Braytona gəlişi ilə əlaqədar burada şahzadə üçün saray inşa edilmişdir. Həmin saray indiyədək qorunub saxlanılır. Şahzadənin ardınca ingilis zadəganlarının bu yerlərə axım ilə əlaqədar ərazidə dəbdəbəli mülklərin, mehmanxanaların tikintisinə başlanılmışdı. Beləliklə, Brayton Böyük Britaniyanın ən dəbdə olan kurortuna çevrilmişdi. Bu kurort ərazisində çimərlik, otellər, restoranlar müxtəlif əyləncə mərkəzləri fəaliyyət göstərir. Kurortda yeni, hündür mərtəbəli - göydələn otellərin tikintisi aparılır.
Croton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Drakon
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Kanton
Kanton aşağıdakı mənalarda işlənə bilər: == Coğrafiya == Kanton — bəzi ölkələrdə inzibati-ərazi vahidi: İsveçrə kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Lüksemburq kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Fransa kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Bosniya və Herseqovina kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Boliviya kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Ekvador kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Kosta-Rika kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; 1920-1930-cu illərdə RSFSR-in bəzi muxtar respublikalarında və vilayətlərində də kantonlar mövcud olmuşdur. Kanton — Çinin Quançjou şəhərinin Avropa dillərindəki köhnə adı. Kanton — Kiribatidə Feniks arxipelaqında atoll. Kanton — ABŞ-nin Minnesota ştatında şəhər. Kanton — ABŞ-nin Minnesota ştatında taunşip. Kanton — ABŞ-nin Ohayo ştatında şəhər. == Digər == Kanton — veksillologiyada bayrağın yuxarı sol hissəsinə verilən ad.
Karavon
Karavon (tatar. Каравон) — yerli ənənə, ansambl, Ümumrusiya rus folkloru festivalı, Tatarıstan Respublikasında rus xalq bayramı. == Tarixi == 2003-cü ildən bəri, Tatarıstan Respublikası Prezidentinin Fərmanı ilə bu, tətil günüdür və hər il Laişevski rayonunun Nikolskoye kəndində eyni adlı respublika rus folklor festivalı ilə birlikdə keçirilir. 1993-cü ildən bəri Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin himayəsindədir. Yerli folklorşünaslara görə, tətilin üç yüz ildən çox yaşı var və kökləri XVI əsrdə, üç gün ərzində may ayında “Müqəddəs Nicholas Wonderworker Günü” adlı bir patron ziyafəti olaraq qeyd edildiyi zaman. Rusiyanın Tatarıstan, Udmurtiya, Mari El və digər bölgələrindən folklor qrupları (bir neçə min nəfər) Laishevsky rayonunun Russkoye Nikolskoye kəndinə gəlir. Əksəriyyəti rus milli geyimlərini geyinirlər. Festival iştirakçıları festival qonaqlarına Volqa Pravoslav inancının ənənələri əsasında etno-teatrlaşdırılmış tamaşalar, mahnı və rəqslər təqdim edəcəklər. Antik dövrlərdən bəri əl sənətləri emalatxanaları nümayiş olunur. Yarmarka kəndin mərkəzi küçəsi oldu.
Karbon
Karbon (C) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 6-cı element. Karbon Mendeleyevin dövri sistem cədvəlində 2-ci dövr, 4-cü qrupda yerləşir. Karbonla eyni yarımqrupa silisium Si, germanium Ge, qalay Sn, qurğuşun Pb elementləri daxildir. Valent elektronlarının sayı 4-dür. Karbon təbiətdə çox tapılan qeyri-metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı yerdədir. Dünyada həm təbii, həm də mürəkkəb birləşmələr şəklində olan karbon ağırlıq olaraq Yer qabığının təxminən 0,2% — ni təşkil edir. Atmosferin isə təxminən 0,05% — ni təşkil edən karbon dioksid, mərmər kimi karbonat minerallarının, kömürün, neftin, təbii qazın əsas elementlərindən olan hidrokarbonatların və s. tərkibində vardır. Birləşmələrin 94% — in (4 milyondan çoxunun) tərkibində karbon vardır.
Kartof
Kartof (lat. Solanum tuberosum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3–6 gövdədən ibarət, hündürlüyü 50–80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3–4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1–2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.
Kation
Kation (yun. κατά káta "aşağı" və ἴον ion "gedən") müsbət yüklənmiş iondur. Elektrolizdə müsbət yüklənmiş ionlar həmişə katoda tərəf hərkət etdiyindən, onlara Kation adı verilmişdir. Bu atom və molekulaların elektron verməsi və ya Hidrogen ionu H+ alması nəticəsində yaranır. Duzlar həmişə kation və anionların birləşməsindən ibarətdir. Müxtəlif yüklü kationalar arasında baş verən elektron dəyişməsi Qapon düsturu ilə təsvir olunur. Kationların kimyvi təsdiqi üçün tətbiqi analitikaya aid laboratoriya cihazları, həmçinin sadə kolbalar tətbiq edilirlər. == Birləşmiş kationlar == Birləşmiş kationalar aid misallar: NH4+ (Ammonium]]-Ion) H3O+ (Oksonium]]-Ion) [NO]+ (Nitrosilbrləşməsi-Kation) == Sadə kationların birləşməsi == Na → Na+ + 1e− Natrium atomundan elektron verməsi nəticəsində sadə yüklənmiş Natriumionu yaranır. Tomda mənfi yükün az olması səbəbindən müsbət yüklər üstünlük təşkil edirlər. Mg → Mg2+ + 2e− İki elektronun verməsi nəticəsində maqnezium atomundan iki dəfə müsbət yüklənmiş maqnezium ionu yaranır.
Keratin
Keratin (/ˈkɛrətɪn/) — skleroproteinlər kimi də tanınan struktur lifli zülallar ailəsindən biri. Alfa-keratin (α-keratin) onurğalılarda olan bir keratin növüdür. Onurğalılarda pulcuqları, saçları, dırnaqları, lələkləri, buynuzları, pəncələri, və dərinin xarici təbəqəsini təşkil edən əsas struktur materialdır. Keratin həmçinin epiteliya hüceyrələrini zədələnmədən və ya stressdən qoruyur. Keratin suda və üzvi həlledicilərdə yüksək dərəcədə həll olunmur. Keratin monomerləri bərk və sürünənlərdə, quşlarda, suda-quruda yaşayanlarda və məməlilərdə olan sərt, minerallaşmamış epidermal əlavələr meydana gətirən ara filamentlər yaratmaq üçün dəstələrə yığılır. Həddindən artıq keratinləşmə müəyyən toxumaların, məsələn, mal-qara və kərgədanların buynuzları, eləcə də armadillosların osteodermlərinin möhkəmlənməsində iştirak edir. Məlumdur ki, keratinləşdirilmiş toxumanın gücünə yaxınlaşan yeganə digər bioloji maddə xitindir. Keratin iki növdür: bütün onurğalılarda rast gəlinən ibtidai, daha yumşaq formalar və yalnız sürünənlər və quşlar olan daha sərt törəmə formalar . Hörümçək ipəyi keratin kimi təsnif edilir , baxmayaraq ki, protein istehsalı onurğalılarda prosesdən asılı olmayaraq inkişaf etmiş ola bilər.
Krakov
Krakov (pol. Kraków [ˈkrakuf]), tam rəsmi adı — Krakov kral paytaxt şəhəri (pol. Stołeczne Królewskie Miasto Kraków) — Polşanın ikinci ən böyük şəhər. 2014-cü ilin hesablamalarına görə şəhərində özündə 760.000, ətraf ərazilərlə birlikdə isə 1,8 milyon əhali yaşayır. Krakov Polşanın elm, incəsənət və mədəniyyət mərkəzi, eləcə də ölkənin keçmiş krallarının köhnə paytaxtı və bir çox tarixi hadisələrin şahidi olduğuna görə Polşanın qəlbi hesab olunur. Şəhər öz gözəlliyi ilə turistləri də özünə cəlb edir. Dünyanın ən qədim ticarət mərkəzlərindən biri olan Cloht Hall burada yerləşir.
Krapov.
Antonio Krapovikas (ing. Antonio Krapovickas; 8 oktyabr 1921, Buenos-Ayres – 17 avqust 2015) — Argentina botaniki. == Elmi fəaliyyəti == Antonio Krapovikas Bromeliyakimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Krapovickas, A. Las especies de Sphaeralcea de Argentina y Uruguay // Lilloa. — 1949. — Vol. 17. — P. 179—222. Krapovickas, A. Flora del Valle de Lerma, Malvaceae Juss.. — Salta, 2008.
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Kreator
Kreator (qrup)
Kripton
Ar Kripton kk(Kr) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 36-cı element. Fotoqrafiyada istifadə olunan bəzi flaş lampalarının istehsalında istifadə olunur. Floresan lampalarda və dalğa boyu standartı olaraq ultrabənövşəyi (UB) Lazer də istifadə edilir. Kripton-85 izotopu, müxtəlif qatların tərkibinə yerləşdirilərək, kimyəvi təhlillərdə istifadə olunur.
Krotone
Krotone (it. Crotone) — İtaliyanın Kalabriya regionunda şəhər.
Keratoz
Keratoz (kerat+osis) epidermisin hüceyrə növü olan keratinositlərdən ibarət keratinin dəridə və ya selikli qişada böyüməsidir.
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.