Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lövhəcikkimilər
Trichoplax adhaerens (lat. Trichoplax adhaerens) — heyvanlar aləminin trichoplacidae fəsiləsinin trichoplax cinsinə aid heyvan növü. Bu tipə yalnız çoxhüceyrəli heyvanlar içərisində ən pirimitivi olan Trichoplax adhaerens növü aiddir.
Lövhəcikkimilər tipi
== Ümumi xarakteristika == Bu tipin yeganə nümayəndəsi Trichoplax adhaerens növüdür. Bu kiçik rəngsiz orqanizm olub tropik və subtropik qurşağın sakit dəniz sularının dayaz yerlərində yayılmış növdür. Onların rasionunu yosunlar (Chlorella), kriptomonadlar (Cryptophyta), göy-yaşıl bakteriyalar (Cyanobacteria: Phormidium inundatum) və digər mikroskobik qida qalıqları (detritlər) təşkil edir. Trixoplastın bədən ölçüləri 2 – 3 mm, qalınlığı 25 mkm olub 3 hüceyrə qatından 4 – 6 tip hüceyrətədən ibarətdir. Trixoplastın hərəkət üsulu amöbü xatırladır: o, substrat üzərində tədrici sürüşərək hərəkət edir, daim özkonturlarını dəyişir. Bədənin aydın görünən ön və arxa hissələri olmadığından o, dönmədən hərəkət istiqamətini dəyişə bilir. == Həzm prosesi == Həzm prosesi hüceyrə kənarında, trixoplastın bədəninin kənarında, substratla onun ventral səthi arasında gedir. Qidalanma zamanı trixoplast əyilir, bədənin mərkəzi hissəsi substrat üzərinə qalxır. Yaranmış qapalı cibdə qidanın həzmi baş verir. Qida məhsulları kirpik hüceyrələri tərəfindən udulur.
Basketbol lövhəsi
Basketbol lövhəsi — basketbol oyununda istifadə edilən idman avadanlığı. Lövhə düzbucaqlı və ya kvadrat formasında olur və ona basketbol səbəti bərkidilir. Basketbol lövhəsi arxadan divara və dirəyə asılmaq üşün xüsusi bağlayıcılara malik olur. == Ölçüləri == Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən lövhənin ölçüləri belədir: 180х105 sm. Lövhənin aşağı kənarından döşəməyə qədər olan məsafə 290 sm olmalıdır. Səbət dəmir halqadan və halqaya keçirilmiş dibi olmayan səbətdən ibarətdir. Səbət döşəmədən 3,05 metr, lövhənin aşağı hissəsindən isə 0,15 metr məsafədə yerləşir. Milli Basketbol Assosiasiyasında basketbol lövhəsinin ölçüləri — 72х42 düymə olur. Basketbol halqası 18 düymə diametrində və yerdən 10 fut hündürlükdə olmalı. Daxili düzbucağın ölçüləri 24х18 düymədir.
Genişləndirmə lövhəsi
Genişləndirmə lövhəsi – üzərində mikrosxemlər və bir-biri ilə keçirici cığırlarla birləşdirilmiş digər elektron komponentlər yerləşən və əlavə funksiyalar və ya resurslar təmin etmək üçün kompüterin şininə (verilənlərin ötürülməsinin əsas yoluna) qoşulan montaj lövhəsi. Tipik genişləndirmə lövhələrində əlavə yaddaş, disklərin kontrolleri, videoadapterlər, paralel və ardıcıl portlar, daxili modemlər gerçəkləşdirilir. Genişləndirmə lövhələrinə çox zaman, sadəcə, lövhə (BOARD) və ya kart (CARD) deyilir. Bax: EXPANSION SLOT. Daşınabilir kompüterlər (dizüstü, ovuciçi və s.) üçün genişləndirmə lövhələri, adətən, kompüterin yanlarında və ya arxasında olan yuvalara taxılan PC Card tipli lövhələr şəklində (kredit kartı ölçüsündə olur) buraxılır.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Sxem lövhəsi
Sxem lövhəsi (circuit board) – üzərində dövrə (sxem) əmələ gətirən elektrik komponentlərinin montaj edildiyi və bir-biri ilə əlaqələndirildiyi, izolyasiya materialından (məsələn, epoksid və ya fenol tərkibli qətrandan) hazırlanmış lövhə. Müasir sxem lövhələrində komponentləri birləşdirmək üçün mis folqadan istifadə edilir. O, lövhənin bir və ya hər iki üzündə, ən yeni modellərdə isə bir neçə qatda yerləşdirilə bilər. Çap lövhələrində (printed circuit board) mis folqalardan ibarət birləşmələr qabaqcadan çap prosesində fotolitoqrafiya üsulu ilə vurulur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yazı lövhəsi
1. Yazı lövhəsi (clipboard) – Microsoft Windows, Apple Macintosh və OS/2 əməliyyat sistemlərində nəzərdə tutulmuş xüsusi yaddaş resursu. "Yazı lövhəsi"ndə, ora sonuncu köçürülmüş informasiya hissəsinin nüsxəsi saxlanılır. Verilənlərin "yazı lövhəsi"ndən cari proqrama ötürülməsi yapışdırma (PASTE) əməliyyatı vasitəsilə aparılır. "Yazı lövhəsi"nin köməyilə informasiyanı bir proqramdan başqasına da ötürmək olar. "Yazı lövhəsi" vasitəsilə köçürülmüş verilənlər statik olur və sonrakı dəyişiklikləri özündə əks etdirmir. Tut: SCRAP; Bax: CUT AND PASTE, DYNAMIC DATA EXCHANGE. 2. Planşet-bloknot – əsas giriş qurğusu işıq-qələm olan kompüter. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == EN Перевод на английский How does the Clipboard work with SwiftKey Keyboard for Android?
Fatimə lövhəsi hədisi
Fatimə lövhəsi hədisini ilk-əl, mötəbər mənbələr və şiə kitablarına görə Allah cəbrayıla o, isə islam peyğəmbərinə verib o, da qızı Fatiməyə hədiyə etmişdir. lövlə adı verilməsi onun bir lövhə üstündə yazılmasından qaynaqlanır.onun məzmunuda imamların sayı və adlarından ibarətdir.Fatimə onu Şeyx Cabir Ənsariyə göstərib, oda onun üzündən kopyalamışdır.üç hədis əsasında imam Baqir və imam Sadiq tərəfindən doğrulanmışdır.
Tək-lövhəli kompüter
Tək-lövhəli kompüter(single-board computer,“одноплатная” вычислительная машина,)-yalnız bir lövhədən ibarət olan və, adətən, əlavə lövhələrin quraşdırılması üçün imkanı olmayan kompüter. Sənayedə birbaşa avadanlığa bərkidilmiş tək-lövhəli kompüterlərdən tez-tez istifadə olunur.Masaüstü personal kompüterindən fərqli olaraq, tək board lövhəli kompüterlər tez-tez periferik funksiyaları və genişləndirilməsi üçün genişləndirilməsi yuvalarına etibar etmirlər. Tək lövhəli kompüterlər geniş diapazonlu mikroprosessorlar istifadə edərək tikilmişdir. Kompüter hobbiçiləri tərəfindən hazırlanmış sadə dizaynlar tez-tez statik RAM və aşağı qiymətli 8 və ya 16 bit prosessorları istifadə edir.Kompüter-on-modul sistemin genişləndirilməsi üçün daşıyıcı qurğunun, ştampın və ya arxa plana yerləşdirilən bir-tək lövhəli kompüterin növüdür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.
Şahdağ tektonik lövhəsi
Şahdağ tektonik lövhəsi Cənub-Şərqi Qafqazın şimal yamacında yerləşir və Şahdağ-Beşbarmaq tektonik örtük dəstəminin qərb fraqmentinə cavab verən və orqanogen-rif, kristal dənəvər, oolit və brekçiyaformalı-qırıntılı malm-neokom əhəngdaşılarından təşkil olunmuş nəhəng klipdir. Təbaşir dövrünün ortalarına qədər əhəngdaşıları Böyük Qafqaz kənar dənizinin şelfi və qitə yamacının sərhədində Siyəzən dərinlik yarığının nəzarət etdiyi sədd rifinin tərkib hissəsi olmuşlar. Tektogenezisin avstriya fazasında əhəngdaşıları yan sıxılmanın təsiri nəticəsində öz bünövrəsindən qopardılmış və qitə yamacın sinxron “vəhşi” flişi üzərinə köçürülmüşdür. Tektonik lövhə ümumqafqaz istiqamətində uzanmış sinklinalşəkilli formaya malik olub sahəsi 150 kv.km, qalınlığı isə 1,5 km-ə çatır. Kənarları sərt eskarplarla haşiyələnmiş lövhənin dabanının bəzi yerlərində tektonik brekçiya (çöküntü melanjı) üzə çıxır ki, bu da onun şaquli tektonik yerdəyişmələrinə dəlalət edir.
Rascal (bir-lövhəli kompüter)
Rascal - Bir-lövhəli kompüterdir. Brandon Stafford tərəfindən yaradılmış və satışını ABŞ-nin Massaçusets ştaının Somervill şəhərində yerləşən "Rascal Micro" şirkəti həyata keçirir. == Xüsusiyyətləri == Rascal Linux ƏS əsasında işləyir. Lövhə Arduino şildlərini tamamilə dəstəkləyəcəyi formada dizayn olunub. The Rascal runs Linux. Its board design is compatible with Arduino shields. Lövhə, üzərində veb-server proqram təminatlı və Python-da proqramlaşdırma üçün nəzərdə tutulmuşdur.
Snowball (bir-lövhəli kompüter)
Snowball - Nano-ITX ölçülərində olan NovaThor A9500 ÇüS üzərində qurulmuş bir-lövhəli kompüterdir .2012-ci ilin əvvəllərində Linux əsaslı mobil əməliyyat sistemi olan Tizen bu sistemi dəstəkləməyə başlamışdır.İctimaiyyət tərəfinən dəstəklənən igloocommunity.org saytı var idi, sayt bağlandıqdan sonra bütün məlumat və alətlər GitHub-da arxivdədirlər: [1]