lövhə
lövhəqəlsəməli
OBASTAN VİKİ
Lövhəcikkimilər
Trichoplax adhaerens (lat. Trichoplax adhaerens) — heyvanlar aləminin trichoplacidae fəsiləsinin trichoplax cinsinə aid heyvan növü. Bu tipə yalnız çoxhüceyrəli heyvanlar içərisində ən pirimitivi olan Trichoplax adhaerens növü aiddir.
Lövhəcikkimilər tipi
== Ümumi xarakteristika == Bu tipin yeganə nümayəndəsi Trichoplax adhaerens növüdür. Bu kiçik rəngsiz orqanizm olub tropik və subtropik qurşağın sakit dəniz sularının dayaz yerlərində yayılmış növdür. Onların rasionunu yosunlar (Chlorella), kriptomonadlar (Cryptophyta), göy-yaşıl bakteriyalar (Cyanobacteria: Phormidium inundatum) və digər mikroskobik qida qalıqları (detritlər) təşkil edir. Trixoplastın bədən ölçüləri 2 – 3 mm, qalınlığı 25 mkm olub 3 hüceyrə qatından 4 – 6 tip hüceyrətədən ibarətdir. Trixoplastın hərəkət üsulu amöbü xatırladır: o, substrat üzərində tədrici sürüşərək hərəkət edir, daim özkonturlarını dəyişir. Bədənin aydın görünən ön və arxa hissələri olmadığından o, dönmədən hərəkət istiqamətini dəyişə bilir. == Həzm prosesi == Həzm prosesi hüceyrə kənarında, trixoplastın bədəninin kənarında, substratla onun ventral səthi arasında gedir. Qidalanma zamanı trixoplast əyilir, bədənin mərkəzi hissəsi substrat üzərinə qalxır. Yaranmış qapalı cibdə qidanın həzmi baş verir. Qida məhsulları kirpik hüceyrələri tərəfindən udulur.

Digər lüğətlərdə