Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lavanda
Lavanda (lat. Lavandula) digər adları: rəngli ot; levanda; lavenda və s. — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur.Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır. == Əhəmiyyəti == Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti ( tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir.
Enliyarpaq lavanda
Enliyarpaq lavanda (lat. Lavandula latifolia) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.
Ensizyarpaq lavanda
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcük¬lü¬dür.
Sünbüllü lavanda
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcük¬lü¬dür.
Ensizyarpaq lavanda və ya əsl lavanda (sünbüllü lavanda).
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcük¬lü¬dür.
Aloanda
Aloanda - Türkiyə Respublikası Muğla əyalətində yerləşən Likiya şəhəri. Fəthiyə rayonundan 24 km uzaqlıqda yerləşir. Kocaçay vadisində, Kabaağac kəndinin şimal-qərbində yerləşir. Hisarcık yüksəkliyi adlanan yüksəkliyin ətəklərində yerləşir. Şəhər və onun əhalisi haqqında dəqiq məlumatlar yoxdur. Tarixi qədim olan Aloanda ilə bağlı sadəcə Bizans dövründən qalma bir neçə kəsmə daşdan hazırlanmış qala divarları qalmışdır. Şəhər haqqında əldə edilmiş məlumatlar Likiya birliyi ilə bağlı aparılan araşdırmaların nəticəsində əldə olunmuşdur.
Lazanya
Lazanya (it. lasagne) — İtaliyada ən məşhur yeməklərdən biri olan lazanya. Makaron, tərəvəzlər və döyülmüş ətdən hazırlanan İtalyan zapekankası. == Mənşəyi == Lazanyanın mənşəyi orta əsrlər dövrü İtaliyadan gəlir və onun ənənəvi olaraq Neapol şəhərinə aid olduğuna inanılır. XIV əsrdən olan Liber de Coquina (lat. Aşpazlıq kitabı) adlı mənbə onun ən erkən reseptinin yazısını saxlayır. Bu reseptin ənənəvi lazanya ilə oxşarlığı böyük deyil. Fermentləşmiş xəmirdən nazik təbəqələr (lazanya) hazırlanıb, qaynadılırdı və üstünə pendirnən ədviyyatlar səpilirdi. Bu xörək balaca sancılan çubuqnan yeməli idi.Neapolun ənənəvi lazanya di karnevale (it. lasagne di carnevale) adlı xörək yerli kolbasa, balaca qovurmuş ət topları, bərk qaynadılmış yuçurtalar, rikotta və motsarella pendirləri və Neapol raqusudan (ət sousu) olan qatlardan ibarətdir.
Vakanda
Vakanda (/wəˈkɑːndə, -ˈkæn-/ ) — Marvel Comics tərəfindən nəşr olunan Amerika komikslərində görünən uydurma ölkə. Həmin ölkənin Şərqi Afrikada mövcud olduğu təsvir olunur. Saxaradan cənubda yerləşən Qara Afrikada yerləşir və super qəhrəman Qara Panteranın evidir. Vakanda ilk dəfə Fantastic Four #52-də (iyul 1966) göründü və Sten Li və Cek Kirbi tərəfindən yaradılmışdır.Vakanda komikslərdə və müxtəlif media uyğunlaşmalarında, məsələn, Marvel Kinematoqrafiya Kainatında, planetin texnoloji cəhətdən ən inkişaf etmiş milləti kimi təsvir edilmişdir. == Yerləşməsi == Bəzi mənbələr Vakandanı Tanzaniyanın bir qədər şimalında və məhz Ruandada yerləşdirir, digərləri isə – məsələn, Marvel Atlas #2 – onu Turkana gölünün şimal ucunda, Cənubi Sudan, Uqanda, Keniya və Efiopiya arasında (Azaniya, Kənan və Narobiya və bu kimi uydurma ölkələrlə əhatə olunmuş) göstərir.Rejissor Rayan Kuqler 2018-ci ildə çəkilmiş Qara Pantera filmindəki Vakanda təsvirinin Cənubi Afrika Lesoto Krallığından ilhamlandığını bildirib.Vakanda yazıçı Ta-Nehisi Koutsun son hekayələrində Viktoriya gölündə, Mohannda, Kənan, Azaniya və Niqanda digər uydurma xalqların yaxınlığında yerləşir. Bu, real həyatda daha çox Konqo Demokratik Respublikasının şərq yarısına uyğun gəlir.Birnin Zana Vakanda ərazisində yerləşir. Bəziləri onu ağıllı şəhər hesab edirlər.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930-1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Luanda
Luanda — Anqolanın paytaxtı.
Livanda nəqliyyat
Livanda nəqliyyat — İnkişaf səviyyəsinin böyük diapazonuyla fərqlənir. Rəfiq Həriri adına Beynəlxalq Hava Limanı ilə yanaşı avtomobil yolları ölkənin paytaxtı olan Beyrut şəhərinə qədər gəlib çıxır. Digər ərazilərdəki yollar isə pis vəziyyətdədir. 1975 və 1990-ci illər arasında vətəndaş müharibəsi və İsraillə İkinci Livan müharibəsi nəqliyyat infrastrukturuna ciddi zərər vurmuşdur. == Avtomobil nəqliyyatı == Livan əsasən geniş yol şəbəkəsinə malik ölkələrdən hesab olunur. Ancaq pis xidmətə görə bəzi sahələr və məskunlaşılmamış yerlər təhlükəli ola bilərlər. Həmçinin yollar həyəcan siqnalları nəticəsində xəbərdarlıqsız bağlana bilərlər. Livanın əsas yolları aşağıdakılardır: Beyrut — Cübeyl — Tərabülüs əş-Şam — Suriya il sərhəddə; Beyrut — Sayda — Sur — İsrail ilə sərhəddə; Beyrut — Bxamdun-əl-Мxatte — Xtaura — Suriya ilə sərhəddə; Xtaura — Zəhlə — Bəəlbək - Каа; Tərabülüs əş-Şam — Bişarri — Bəəlbək. === Avtomagistral === Livanın əsas yollarının bir hissəsi avtomagistral yollarına çevirilmişdir. Onlara aşağıdakılar aiddir: Beyrut avtomagistralı — Tərabülüs əş-Şam (81 km); Beyrut — Кfar-Badde (65 km); Beyrut — Sofar (26 km); Tərabülüs əş-Şam — Xane (20 km).Livanın yol şəbəkəsinin ümumi uzunluğu 2005-ci ilin məlumatlarına görə, 6970 kilometr təşkil edir.
Mavanda (Sərdəşt)
Mavanda (fars. ‎‎ماوندا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Mixael Labenda
Mixael Labenda (pol. Michał Rafał Łabenda; 10 sentyabr 1974, Polşa) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-2014).
Lenin Muğanda
Lenin Muğanda — 1965-ci ildə çəkilən Azərbaycan filmi. == Məzmun == Film Lenin ideyalarının Muğanda necə həyata keçirilməsi haqqındadır.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Amanda Oliveyra
Amanda Oliveyra (d. 6 yanvar 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Amanda Oliveyra, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Amanda Peterson
Amanda Peterson (ing. Amanda Peterson; 8 iyul 1971, Qrili, Kolorada) — ABŞ aktrisası. == Həyatı == 8 iyul 1971-ci ildə anadan olmuşdur. Amanda 1987-ci ildə "Məhəbbəti pulla almaq olmaz" filmində Patrik Dempsi ilə ifa etdiyi roluna görə uzun müddət dünya kinematoqrafiyasının diqqət mərkəzində qalmışdır.Onun son filmi 1994-cü ildə çəkildiyi "Futbol ulduzu" olub.2015-ci ilin iyul ayında vəfat etmişdir. Öz evində ölü tapılan aktrisanın ölüm səbəbini məlum deyil..
Amanda Pit
Amanda Pit (ing. Amanda Peet, 11 yanvar 1972) — amerikalı kino və televiziya aktrisadır.
Amanda Poppe
Amanda Poppe (d. 20 iyul 1999) — Quamlı üzgüçü. Amanda Poppe Quamı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Amanda Poppe birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 35.64 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 61-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Amanda Seyfreyd
Amanda Mişel Seyfrid (ing. Amanda Michelle Seyfried) — Amerika aktrisası, müğənnisi və modeli.
Amanda Seyfrid
Amanda Mişel Seyfrid (ing. Amanda Michelle Seyfried) — Amerika aktrisası, müğənnisi və modeli.
Amanda Todd
Amanda Mişel Todd (ing. Amanda Michelle Todd; 27 noyabr 1996, Port Kuitlam[d], Britaniya Kolumbiyası – 10 oktyabr 2012, Port Kuitlam[d], Britaniya Kolumbiyası) — YouTubea yerləşdirdiyi videoçarxdan sonra intihar edən, Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşamış 15 yaşlı orta məktəb şagirdi. İntihar etmədən əvvəl YouTubeda yayınladığı videoda o intihar səbəbindən, Facebookda yaşadığı istismardan, çılpaq şəkillərinin İnternetdə paylaşılmasından, özü-özünə xətər yetirməsindən və ona yaxın bir insan tərəfindən hücuma məruz qalmasından bəhs edir. Videoçarx müddətində danışmayan və yalnız əlindəki kağızlara yazdığı mətnləri göstərən Todd, necə şantaj edildiyini, ona necə fiziki və mənəvi hücumların olduğunu izləyənlərə çatdırır. 10 oktyabr axşam vaxtı Kanada polisi Amandanın Port Kuitlamdakı evindən ani ölüm xəbərini almış, istintaq başlatmış, sosial media da mövzunu araşdırmaya başlamışdır. Amanda Toddun intiharı Kanadada və bir çox digər ölkələrdə sosial media vasitəsilə insanlara qarşı edilən zorakılıq mövzusunda müzakirələrə səbəb olmuşdur. Todd Kuitlamdakı CABE orta məktəbinin 10-cu sinif şagirdi idi.
Amanda Uiss
Amanda Uiss (ing. Amanda Wyss; 24 noyabr 1960, Menhetten-Biç[d], Kaliforniya) —amerikalı film və televiziya aktrisadır. == Həyatı == Amanda Uiss 24 noyabr 1960-cı ildə Nyu-York şəhərinin Manhetten bölgəsində anadan olmuşdu. Yetkin yaşına çatdığı zaman bir sıra teatrlarda rollar ifa etməyə başlayır.. İlk seçilən rolu Qarağac küçəsində qarabasma filmində ifa etdiyi Tina rolu olur. Amanda Uiss bir sıra televiziya seriallarına çəkilmişdi. Hal-hazırda Los Ancelesdə yaşayır.
Ananda Marqa
Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan. Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır. Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər.
Aranda (kommuna)
Aranda (fr. Arandas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01013. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 163 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 95 yaşında (15-64 yaş arasında) 69 nəfər İqtisadi aktiv, 26 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.6%, 1999-cu ildə 74.1%). 69 fəal sakindən 62 nəfər (32 kişi və 30 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) işlədi. 26 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Buqanda
Buqanda — Uqanda daxilində Bantu krallığı. Baqanda krallığı, Buqanda Uqandanın paytaxtı Kampala da daxil olmaqla, Buqandanın Mərkəzi Bölgəsini əhatə edən müasir Şərqi Afrikadakı ənənəvi krallıqların ən böyüyüdür. 14 milyonluq Baqanda (tək Muqanda; tez-tez sadəcə kök söz və sifət olan Qanda adlandırılır) Uqanda əhalisinin təxminən 26,6%-ni təmsil edən ən böyük Uqanda bölgəsini təşkil edir. == Tarixi == XIII əsrdə Şərqi Afrikada (Uqanda), Viktoriya gölünün şimal-qərb sahilində Yaranmış Buqanda dövləti XIX əsrin ortalarında çiçəklənmə dövrünü yaşayırdı. Bu dövrdə Buqanda Unyoqo və Ankole dövlətlərini özünə tabe etmişdir. Əhalisi, başlıca olaraq, əkinçiliklə məşğul olurdu. Sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Buqanda dövlətinin ictimai həyatında kahinlər mühüm yer tuturdu. Buqanda hakimi(kabaka) həm də ali hərbi rəis, ali hakim və kahin hesab olunurdu. Bütün torpaqlar onun sərəncamında idi.
Şaqarda
Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd. == Tarixi == Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır. == Toponimi == Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi", "təpə" mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı.
Haqana
Haqana (ivr. ‏הַהֲגָנָה‏‎) — 1920–1948-ci illər arasında Britaniya Fələstinində yəhudi əhalisinin əsas sionist yarımhərbi təşkilatı. Bu, 1948-ci ildə ləğv edilmiş və İsrail Müdafiə Qüvvələrinin fundamentinə çevrilmişdir. Əvvəllər mövcud olan milislərdən yaradılan Haqananın ilkin məqsədi yəhudi yaşayış məntəqələrini ərəb hücumlarından qorumaq idi. Təşkilat Britaniya mandatı dövründə Fələstindəki yəhudi icmasına cavabdeh olan rəsmi dövlət orqanı olan Yəhudi Agentliyinin nəzarətində idi. İkinci Dünya müharibəsinin sonuna qədər Haqananın fəaliyyəti orta səviyyədə idi. Qrup Polşadan gizli hərbi dəstək almışdır. Haqana Ox dövlətlərinin Şimali Afrikadan Fələstinə hücum etməsi halında britaniyalılarla əməkdaşlıq etməyə çalışmışdır. İkinci Dünya müharibəsinin sona çatması və Birləşmiş Krallığın yəhudi immiqrasiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etməsi ilə Haqana Britaniya hakimiyyətinə qarşı təxribatçı fəaliyyətə keçmişdir. Birləşmiş Millətlər Təşkilatı 1947-ci ildə Fələstinin bölünmə planını qəbul etdikdən sonra Haqana Fələstin yəhudiləri arasında ən böyük döyüş qüvvəsinə çevrilmiş və vətəndaş müharibəsi zamanı ərəb qüvvələri üzərində qələbə əldə etmişdir.
Laquna
== Laquna == Laquna (isp. lagus-göl) -1. Sahil zonasında qum sayı (bar) və ya qum dili vasitəsilə dənizdən ayrılmış dayaz, şirin-sulu, şortam və ya çox şor sulu su hövzəsinə deyilir. 2. Mərcan rifləri ilə quru arasında və ya atolların içərisində yerləşən su hövzəsinə deyilir.
Uqanda
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.