Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fabada
Fabada - (Ispan dilində:fabada, fabada asturiana) - İspaniya, daha dəqiq deyilsə, Asturiya mətbəxinə aid ənənəvi yemək. Ağ lobya və kolbasadan hazırlanır. Yeməyin adı Asturiya dilində fabes sözündən yaranıb mənası yeməyin əsas ərzaqlarından biri olan lobya deməkdir. Fabada ilə oxşar yeməklər alman ayntopfu və İspan kosidosu hesab olunur.
Lambada
Lambada portuqal dilindən götürülmüş, Braziliyanın radiostansiyalarında işləyən di-ceylər (dj) son dərəcə populyar olan mahnıları məhz belə adlandırırdılar. Getdikcə bu ad rəqsin əsl adı olan "Karimbo"nu arxa plana atır. 80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazanmağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə Kaoma pop-qrupu yaradır. 1989-cu ildə Lambada mahnısı onların ifasında lentə alınır. Nəticədə Lambada ABŞ-də və Avropada ən hit mahnıya çevrilir. Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abadla
Abadla (ərəb. العبادلة‎)‎ — Əlcəzairin qərbində, Beşar vilayətində şəhər. Eyniadlı dairənin inzibati paytaxtıdır. Şəhər Böyük Səhranın şimalında, Mərakeşlə sərhəddə, Gir çayının sağ sahilində, Beşar şəhərindən 90 kilometr (56 mil) cənub-qərbdə və Beni Abbesdən 150 kilometr (93 mil) şimal-qərbdə yerləşir. Əvvəllər burada Fransanın hərbi bazası yerləşirdi. Qərbdə Fransanın keçmiş Hammagir kosmodromu yerləşir. == Əhali == 2009-cu ildə əhalinin sayı 14,364 nəfər idi. Sahəsi 28,70 km2-dir. == İqlim == Şəhərdə çox isti yay və sərin qış və il ərzində çox az yağıntı ilə quraq səhra iqlimi var. == İqtisadiyyat == Əsas sənaye kənd təsərrüfatıdır.
Alabama
Alabama (ing. Alabama /ˌæləˈbæmə/ ) — ABŞ-nin cənub-şərq bölgəsində yerləşən ştat. Şimalda Tennessi, şərqdə Corciya, cənubda Florida və Meksika körfəzi, qərbdə Missisipi ilə həmsərhəddir. Alabama ərazisinə görə ən böyük 30-cu, əhalisinə görə 24-cü ABŞ ştatıdır.Alabama ştat quşunun şərəfinə Sarı ağacdələn ştatı ləqəbini almışdı. Alabama həmçinin "Diksinin qəlbi" və "Pambıq ştatı" adı ilə də tanınır. Ştat ağacı uzunyarpaq şam və ştat çiçəyi kameliyadır. Alabamanın paytaxtı Montqomeridir və əhalisinə və ərazisinə görə ən böyük şəhəri Hantsvilldir. Ən qədim şəhəri 1702-ci ildə fransız kolonistləri (Alabama kreolları) tərəfindən Fransız Luizianasının paytaxatı olaraq əsası qoyulmuş Mobildir. Böyük Birminqem Alabamanın ən böyük metropoliten ərazisi və onun iqtisadi mərkəzidir.Əvvəlcə bir çox yerli qəbilələrin yaşadığı indiki Alabama fransızlar XVIII əsrin əvvəllərində onu əldə edənə qədər XVI əsrdən başlayaraq İspan ərazisi idi. 1763-cü ildə İngilislər ABŞ İstiqlal müharibəsində onu itirənə qədər ərazini ələ keçirdilər.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Babadağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Elabad
Elabad (Ağsu) — Ağsu rayonunda kənd. Elabad (İsmayıllı) — İsmayıllı rayonunda kənd.
Kabarda
Kabarda (kab.-çərk. Къэбэрдей) — Şimali Qafqazın mərkəzi hissəsindəki tarixi bölgə. == Lokalizasiyası == Müxtəlif tarixi dövrlərdə "Kabarda" adlanan ərazi həmişə eyni ərazini əhatə edə bilməzdi və tarixi əsərlərin müəllifləri tez-tez Şimali Qafqaz xəritəsindəki yerini öz tərzlərində yazırdılar. Kabarda əhalisi və sərhədləri haqqında bir çox məlumat rus salnamələrində qorunub saxlanılmışdır. Böyük Rəsm Kitabına görə (XVI əsrin sonlarından etibarən Rusiya və qonşu dövlətlərin xəritəsinin təsviri) Kabarda, Terekin sol sahilində Ardan və Qızıl çayları arasında (müasir Ardon) yerləşirdi (müasir Arqudan?). == Tarixi == Tarixi Kabarda ərazisində tapılan ən qədim mədəniyyət abidələri e.ə.IV minillikdə mövcud olan Maykop mədəniyyətinə aiddir. Müasir tədqiqatçılar Adıgey-Abxaz xalqlarının bu mədəniyyətin daşıyıcılarının törəmələri olduğunu təsbit etmişlər. Müvafiq olaraq, bu mədəniyyətin daşıyıcıları Şimali Qafqaz mədəniyyətlərində sonradan yaranmış — Şimali Qafqaz, Kuban və Koban mədəniyyətlərində iz buraxdılar.. I minilliyin ortalarında Çərkəzlərin çoxu Hunlar tərəfindən kənara çəkildi. Qədim rus salnamələrində Kabardiyalılar öncə Kasoqlar, sonra isə Pyatiqorsk Çərkəzləri adlanırdı.
Kanada
Kanada — Şimali Amerikada yerləşən ölkə. == Etimologiya == Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı. == Tarixi == Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. XVIII yüzilin ortalarında (1756–1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir.
Labalm
Labalm (fr. Labalme) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ponsen kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01200. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 65 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 24 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 204 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 124 nəfər arasında 92 nəfər iqtisadi cəhətdən aktiv, 32 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi - 74,2%, 1999-cu ildə 72,0% idi). 92 aktiv sakindən 81 nəfər işləmişdir (42 kişi və 39 qadın), 11 işsiz (8 kişi və 3 qadın) olmuşdur.
Labarna
Labarna (e. ə. XVII əsr – e. ə. XVI əsr) illəri arasında yaşamış bir Xet kralıdır. Labarna qədim Xet krallığının ənənəvi qurucusu hesab olunur. Adı Labarna daha sonra Xet krallığında bir ünvan kimi istifadə edilmişdir.
Lavaka
Lavaka - (rus. лавака, ing. lavaka) rütubətli tropiklərdə suffozion- erozion mən­şəli mənfi relyef forması; günbəz­vari yüksəkliyin qabarıq yamacına, bə­zən isə platonun kənarlarına kə­sil­miş olur. Uzunluğu 150- (2 km-dək), eni 100- (300 m-dək), dərinliyi 30- olur.
Lavanda
Lavanda (lat. Lavandula) digər adları: rəngli ot; levanda; lavenda və s. — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur.Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır. == Əhəmiyyəti == Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti ( tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir.
Lobata
Lobata (lat. Lobata) — heyvanlar aləminin daraqlılar tipinin tentaculata sinfinə aid heyvan dəstəsi.
Masada
Masada (ivr. ‏מצודה‏‎ — "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala. Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Şərt olaraq heç kimin sağ qalmaması qoyulmuşdu həmin seçilmiş insanların öhtəliyinə. Lakin toplu intihardan yalnız 2 qadın və 5 uşaq həyatda qalmışdır ki, onlar da bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırıb.
Barkhausia albida var. albida
Crepis albida (lat. Crepis albida) — mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Barkhausia albida var. albida Barkhausia albida var. macrocephala (Willk.) Rouy Barkhausia albida (Vill.) DC. Crepis albida subsp. albida Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp. grosii (Pau) Babc. Crepis albida subsp.
Crepis albida subsp. albida
Crepis albida (lat. Crepis albida) — mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Barkhausia albida var. albida Barkhausia albida var. macrocephala (Willk.) Rouy Barkhausia albida (Vill.) DC. Crepis albida subsp. albida Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp. grosii (Pau) Babc. Crepis albida subsp.
Achillea albida
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Aechmea lanata
Aechmea lanata (lat. Aechmea lanata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Agrostis albida
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Alabama (dəqiqləşdirmə)
Alabama — Amerika Birləşmiş Ştatlarının cənubunda ştatdır. Alabamanın həmçinin aşağıdakı mənaları da var: == Təhsil == Alabama Universiteti — 1831-ci ildə Alabama ştatında qurulmuş ictimai universitet. == Coğrafiya == Alabama (Nyu-York) — ABŞ-də qəsəbə. Alabama çayı — Alabama, ABŞ. Alabama Ərazisi — 1817-1819-cu illərdə mövcud olmuş ərazi. Alabama, Fransız Luizianasının doqquz hərbi rayonundan biri. == Musiqi == Alabama (qrup) - kantri musiqi qrupu. Alabama (qrup, Kanada) - 1970-ci illərin əvvəllərində mövcud olmuş qrup. Alabama (ştat himni) - Alabama ştatının himni.
Alabama nərəsi
Sutkusi kürəkburunu (lat. Scaphirhynchus suttkusi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü.
Aşağı Kanada
Aşağı Kanada (fr. Province du Bas-Kanada, ing. Province of Lower Canada (Aşağı Kanada əyaləti)) — Müqəddəs Lavrentiya çayının aşağı hissəsi ilə Müqəddəs Lavrentiya körfəzi boyunca uzanan bir ingilis koloniyasıdır. 1791 ilə 1841 arasında mövcud olan koloniya bu günkü Kvebekin cənubunda idi. Fransız mənşəli Kanadalıların məskunlaşdığı Yeni Fransa torpaqlarının bir hissəsi də Aşağı Kanadaya birləşdirilmişdir.
Babadağ (şəhər)
Babadağ — müasir Rumıniyada şəhər Qədim Osmanlı şəhərlərindən olmuşdur. Baba Dağ Osmanlıların güclü və əmin qalalarından idi. Sultan IV Murad bu torpaqların mühafizəsini gücləndirmək məqsədilə Qoca Kənan paşaya (Sultan Əhmədin damadı, onun qızı Atikə sultanın əri) əmr verir: "başın sənə gərəkdirsə, Baba Dağ qalasını möhkəm bir qalaya çevir". 1. Baba Dağ və ətrafı Çələbi Sultan Mehmetin hünəri və qeyrəti sayəsində Osmanlı hakimiyyətinə daxil olmuşdusa da (1416) bu yerlərin çox-çox əvvəldən türkmən yurdu olduğu məlumdur. Turla çayı boyunca (müasir Dnestr çayı ətrafı) torpaqlardan keçən Övliya Çələbi şəhərin adıyla bağlı göstərirdi ki, burada Sarı Saltık Sultan (o "piri- Türküstan" kimi tanınan Xoca Əhməd Yasəvinin tələbəsi olmuşdur) dəfn olunduğu üçün bu yer Baba Dağ adlanmışdı. Eyni zamanda onunla yanaşı burada digər çoxlu pirani qəbirlər vardır. Səyyah həm də şəhərdə Sarı Saltık Sultanın təkkəsi və ona bitişik olan gözəl Ulu Cameni ziyarət etdiyini söyləmişdi. Şəhərin görməli-gəzməli yerləri olan Dədə Saltık Sultan meşə qoruğu, Yar Bağları, Böyük meşəlik, Lalə bağçalarını...səyyah aludəliklə təsvir etmişdir. Övliya Çələbini heyran qoyan gözəlliklərdən indi bir əsər qalıbmı?!