Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Laiklik
Laisizm və ya laiklik (fr. laïcité sözündən) — dövlətin dininə və dilinə baxmayaraq ictimai sahədə hər kəsə eyni hüqüqların verilməsində daha fəal rol oynadığı siyasət və prinsiplər. == Türkiyədə == Türkiyə Respublikası milli dövlət kimi qurulmuşdur. Başqa sözlə, cəmiyyət öz müqəddəratını həll etmək səlahiyyətinə malikdir. Millətin tərifi nə irqdir, nə də ümmət. Millət öz hüquqlarını düşüncə əsasında nizamlayan cəmiyyətdir. Bu baxımdan millətin qeyd-şərtsiz suverenliyi dövlətin "laik" olması deməkdir. Bəzi dairələr Türkiyə qanunlarında sekulyarizmin heç bir tərifinin olmadığını iddia edirlər. Halbuki, Konstitusiyanın 24-cü maddəsində sekulyarizm rasionalist fəlsəfənin təhlilinə uyğun olaraq müəyyən edilmişdir.
Labill.
Jak-Jülien de Labillarder (fr. Jacques-Julien Houtou de La Billardière; 28 oktyabr 1755[…], Alanson – 8 yanvar 1834[…], Paris) — Fransa botaniki, zooloqu və səyyahı.
Sabitlik qanunu
“Sabitlik qanunu”– belə ki, biosferin canlı maddəsinin miqdarı sabit kəmiyyətdir. == Ümumi məlumat == Bu qanun ilk dəfə V.İ.Vernadski tərəfindən şərh edilmişdir: Belə ki, qanunun əsas mahiyyəti ondan ibarətdir ki, biosferin canlı maddəsinin miqdarı (müəyyən geoloji vaxt ərzində) sabit kəmiyyətdir. Bu qanun daxili dinamiki tarazlıq qanunu ilə sıx əlaqədardır. Sabitlik qanununa görə biosferin hər hansı bir sahəsindəki canlı maddə miqdarının hər hansı bir dəyişikliyi mütləq biosferin digər bir sahəsində əks işarə ilə həcmcə həmin qədər canlı maddə miqdarının dəyişməsinə səbəb olur.
İqtisadi sabitlik
İqtisadi sabitlik — iqtisadi artımda və qiymətlərin səviyyəsindəki stabilliyi əks etdirir.
Abilli (Əhər)
Abilli (fars. ابللو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (45 ailə).
Kamillik (film, 1979)
== Məzmun == Film tanınmış Azərbaycan yazıçısı və dramaturqu, respublika yazıçılar ittifaqının I katibi İmran Qasımovun anadan olmasının 60 illiyinə həsr olunmuşdur. Filmdə yazıçının həyat və yaradıcılığı barədə danışılır.
Sabitlik və idarəetmə
Sabitlik və idarəetmə təyyarənin — uçuş dinamikasının bir-biri ilə əlaqəli xüsusiyyətləridir. Təyyarənin idarəolunması onun rejimi dəyişdirmək qabiliyyətidir pilotun istəyi ilə uçuş (idarəetmə qollarını rədd etdikdə). Eyni zamanda nəzarət qollarının hərəkətləri sadə olmalıdır və onlara kiçik, lakin yaxşı hiss olunan səylərlə müşayiət olunmalıdır. Təyyarə sabitliyi — müstəqil olaraq, pilot müdaxiləsi olmadan verilən uçuş rejimini qorumaq və xarici iğtişaşlar dayandırıldıqdan sonra orijinal tarazlığa qayıtmaq. Başqa sözlə, N. E. Jukovskinin müəyyən etdiyi sabitliyi tarazlığın "gücü" kimi başa düşmək olar.Təyyarə hər üç oxa münasibətdə sabit olmalıdır. Yaxşı dayanıqlıq xüsusiyyətləri daha yaxşı işləmək üçün vacibdir. Sabit bir təyyarənin idarəetmə qolları ilə daha sadə hərəkətləri və pilotun sinir və əzələ enerjisini idarəetməyə az xərcləməsi var. Baxışın rahatlığı üçün sabitlik şərti olaraq statik sabitliyə bölünür — vaxtın başlanğıc anında pozulmuş tarazlığı bərpa etmək meylini aşkar etmək üçün bir təyyarənin mülkiyyəti və dinamik sabitlik — Narahatlıq dayandırıldıqdan bir müddət sonra pilot müdaxiləsi olmadan ilkin uçuş rejimini bərpa etmək üçün bir təyyarənin mülkiyyəti. Uzunlamasına statik sabitlik həddindən artıq yükləmə sabitliyinə bölünür — təyyarənin pilot müdaxiləsi və sürət olmadan orijinal uçuş rejiminin həddindən artıq yüklənməsini müstəqil şəkildə qoruyub saxlamaq qabiliyyəti — təyyarənin pilot müdaxiləsi olmadan orijinal uçuş rejiminin sürətini müstəqil şəkildə qorumaq imkanı. Sürüşən uçuş vəziyyətində, təyyarə statik (O y oxuna nisbətən) və eninə (Ols oxuna nisbətən) statik anlar yaşayır.
Güllücə-i Abilli (Əhər)
Güllücə-i Abilli (fars. گلوجه ابللو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (23 ailə).
Qabıllı
Qabıllı (əvvəlki adı: Qarabullu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabullu kəndi Qabıllı kəndi adlandırılmışdır.Ərazisində poliqorskit gil yatağı var. == Tarixi == Qabıllı etnogenezi kitabına əsasən, kəndin təməli təqribən 1792-ci ildə qoyulub. Qabıllı kəndi 13 tayfanı özündə birləşdirir: 1. Eyvazalı tayfası 2. Qaraqoyunlu tayfası 3. Qurbanovlar 4. İbrahimovlar 5. Heydər uşağı 6.Əlimərdan 7. Alıverdi tayfası 8.
Qabıllı dağı
Qabıllı dağı – Kəngərli rayonu ərazisində dağ (hünd. 1125 7 m). Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsinin şimal-şərq cinahındakı mailli düzənlikdə, Qabıllı kəndindən 3,5 km şimal-şərqdədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion (qalıq) mənşəli günbəzvari təpədir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində müşahidə edilən eyniadlı sinklinalın geniş şimal-şərq qanadında yerləşir.