Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Landsmol
Norveç dili (norv. norsk) — Əsasən Norveçdə danışılan, Skandinav dillərindən biri. == Tarixi == Norveç dilinin və eləcə də İsveç dili və Dan dilinin ən qədim variantı Qədim skandinav dili hesab olunur. Bu dönəmdə runik əlifba ilə yazılan dil, 1030-cu ildə xristianlığın yayılması ilə birlikdə Latın əlifbası ilə əvəz olunmuşdur. Norveç dili ətraf dillərdən bu dönəmdə ayrılmağa başlamışdır. Zamanla Skandinav dili Şərq Skandinav dilinə və Qərb Skandinav dilinə ayrılmağa başlamışdır. Norveçdə, İslandiyada, Farer adalarında, Qrenlandiyada Qərb Skandinavcası istifadə olunurdu. Bu dil özlüyündə də XIV əsrdə ayrılmağa başlamış və bu ayrımın nəticəsində müasir İsland dili və Farer dili yaranmışdır. 1350-1525-ci illər arası istifadə olunan dil Orta Norveç dili olaraq bilinir. === Dan dilinin təsiri === 1397-ci ildən Kalmar Birliyinə tabe olan Norveçdə Dan dilinin təsiri artmağa başlayır və idarəetmə dili olur.
Karl Lindeman
Karl Lindeman (ing. Ferdinand von Lindemann; 12 aprel 1852[…], Hannover – 6 mart 1939[…], Münxen) — Alman riyaziyyatçısıdır; 1882-ci ildə π (pi) ədədinin transendent olduğunu göstərmişdir.
Till Lindeman
Till Lindemann yaxud Didrix Lindemann (4 yanvar 1963, Leypsiq) — 4 yanvar 1963-cü ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rammstein rok qrupun vokalisti və yaradıcılarından biridir. Bu vaxta kimi 8 filmdə çəkilmişdir. Eyni zamanda "New Rock" dəbli ayaqqabı istehsalı firmasının sahibidir. == Xarakteri == Lindemannın səhnə performansı olduqca maraqlıdır. Ən məşhur hərəkəti azacıq əyilərək, ifa edilən musiqinin ritminə uyğun əlini öz dizinə vurmasıdır. Digər bir xarakteristik xüsusiyyəti isə "R" hərfini xüsusi vurğu ilə deməsidir. Buna əsas səbəb Şərqi Almaniya dialektidir. Həmçinin, Lindemann səhnədə olduğu zaman alovla oynamağı da çox sevir. Bu sevgisi səbəbindən özü və digər üzvləri təhlükəli anlar yaşamışdır.
Adam Laksman
Adam Erikoviç Laksman (rus. Адам Эрикович Лаксман; 1766 – 1806) – fin əsilli Rusiya leytenantı. 1792–93-cü illərdə Rusiyanın Yaponiya ekspedisiyasına başçılıq etmişdir. == Yaponiya ekspedisiyası == Təbiətşünas atası Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Laksman 1793-cü ilin iyulunda Hakodate şəhərinə doğru yelkən açmış, buradan quru yolu ilə Matsumae şəhərinə çataraq Tokuqava şoqunluğu tərəfindən göndərilmiş İşikava Şoqen və Murakami Dayqaku ilə görüşmüşdür. Onlar Laksmanın paytaxta gəlməsinin qarşısını almaqla vəzifləndirilmişdilər. Yaponiya rəsmilər qəzaya uğramış yapon dənizçiləri qəbul etmiş və ruslarla hədiyyə mübadiləsi aparmışdırlar. Lakin Laksmanın etimadnaməsini və məktublarını özünə qaytarmış, ticarətlə bağlı müzakirə aparmaqdan imtina etmişdirlər.
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Andaman alabayquşu
Andaman alabayquşu (lat. Tyto deroepstorffi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Andaman dənizi
Andaman dənizi (hind. अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur.
Böyük Andaman
Böyük Andaman (ing. Great Andaman) — Andaman adalarına daxil olan adalar qrupu. Qrupa 5 ada daxildir. Arxipelaqın sahəsi - 4606,5 Şimaldan cənuba: Şimali Andaman — 1376 km²; Orta Andaman — 1535,5 km²; Bratanq — 238 km²; Cənubi Andaman — 1347,7 km²; Rutland — 109,3 km². 3 ada qrupun ən iri adaları sayılır. İnzibati baxımdan Hindistanın Andaman və Nikobar adaları ərazisinə daxildir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhəridir. Böyük Andaman Kiçik Andaman adalarından cənubda yerləşir. Qrplar bir-birindən Dunkan boğazı ilə ayrılır.
Cənubi Andaman
Cənubi Andaman adası (ing. South Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Adanın cənub-şərqində ərazinin inzibati mərkəzi Port Bler yerləşir. Adanın digər hissələri isə bütünlüklə meşə ilə örtülüdür. Cənub sahillərində isə carava xalqının 100 nəfərlik bir icması yaşayır. Onlar Andaman dillərinin birində danışırlar. Ada turistlər arasında məşhurdur.. Adanın bəzi hissələrinə giriş qadağandır. Ora ancaq xüsusi insanları buraxırlar.
Kiçik Andaman
Kiçik Andaman adası (ing. Little Andaman island, hind. लिटल अंदमान) — Andaman adaları qrupuna daxil sahəsinə görə 4-cü böyük ada. Sahəsi 734,39 km² təşkil edir. Arxipelaqın cənubunda yerləşir. Rutland və Böyük Andaman adalarından Dunkan boğazı ilə ayrılır. == Coğrafiya == . Adanın düzən hissələri tropik meşələrlə örtülüdür. Burada nadir dəniz tısbağalarını müşahidə etmək olar. Kiçik Andaman bəzən Böyük Andaman əks olaraq təqdim olunur.
Laksman dirçəyi
Laksman dirçəyi (lat. Ajuga laxmannii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Şimali Andaman
Şimali Andaman adası (ing. Nouth Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük adalardan biri. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1376 km². Adada 42 163 nəfər yaşayır. Adanın ən böyük yaşayış məntəqəsi Diqlipurdur. == Coğrafiya == Adanın ən hündür nöqtəsi Seddl-Pik dağıdır (738 m). Şimali Andaman zəlzələlər baxımından zəngin ərazidə yerləşir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == İqtisadiyyat == Ada iqtisadiyyatının əsasını çəltik və portağal satışından gələn gəlir təşkil edir.
Adam Erikoviç Laksman
Adam Erikoviç Laksman (rus. Адам Эрикович Лаксман; 1766 – 1806) – fin əsilli Rusiya leytenantı. 1792–93-cü illərdə Rusiyanın Yaponiya ekspedisiyasına başçılıq etmişdir. == Yaponiya ekspedisiyası == Təbiətşünas atası Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Laksman 1793-cü ilin iyulunda Hakodate şəhərinə doğru yelkən açmış, buradan quru yolu ilə Matsumae şəhərinə çataraq Tokuqava şoqunluğu tərəfindən göndərilmiş İşikava Şoqen və Murakami Dayqaku ilə görüşmüşdür. Onlar Laksmanın paytaxta gəlməsinin qarşısını almaqla vəzifləndirilmişdilər. Yaponiya rəsmilər qəzaya uğramış yapon dənizçiləri qəbul etmiş və ruslarla hədiyyə mübadiləsi aparmışdırlar. Lakin Laksmanın etimadnaməsini və məktublarını özünə qaytarmış, ticarətlə bağlı müzakirə aparmaqdan imtina etmişdirlər.
Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. == Coğrafiyası == Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir. Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.
Andaman və Nikobar adaları
Andaman və Nikobar adaları (hind. अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011). == Coğrafiya == Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır.
Carl Axel Magnus Lindman
Karl Aksel Maqnus Lindman (isv. Carl Axel Magnus Lindman; 6 aprel 1856, Halmstad[d] – 21 iyun 1928, Adolf-Fredrik[d], Stokholm leni[d]) — İsveç botaniki və rəssamı.
Karl Aksel Maqnus Lindman
Karl Aksel Maqnus Lindman (isv. Carl Axel Magnus Lindman; 6 aprel 1856, Halmstad[d] – 21 iyun 1928, Adolf-Fredrik[d], Stokholm leni[d]) — İsveç botaniki və rəssamı.
Sincan-Qəbələ ekogeokimyəvi landşaf rayonu
Sincan Qəbələ ekogeokimyəvi landşaf rayonu-Rayonu digər ekogeokimyəvi landşaft rayonlarından fərqləndirən ən mühüm cəhət burada ekoloji gərginliyi yaradan amillər içərisində antropogen amilin üstün olmasıdır. == Ekoloji şərait == Kimyəvi və spektral analizlərin nəticələrinə görə rayonun şərqində və cənubunda kiçik lokal ərazilərdə sulfatlı-natriumlu-kalsiumlu, qalan yerlərdə isə sulfatlı-natriumlu birləşmələr yayılmışdır. Bəzi yerlərdə mərgümüş,vanadium,mis,bor və s.mikroelementlərin konsentrasiyası klarka nisbətən azacıq yüksək olsa da ərazidə stronsiumdan başqa bütün elementlərin miqdarı fon səviyyəsindən aşağıdır. Qəbələdə ekoloji şəraitin pisləşməsi ətraf mühitin kimyəvi elementlərlə çirkləndirilməsindən deyil, təbii mühitə texnogen təsirlərdəndir. Söhbət burada bir vaxtlar müdafiə məqsədilə qurulan Radiolokasiya qurğusundan gedir. Tədqiq etdiyimiz ərazinin geokimyəvi şərait ilə yanaşı həm də burada yaranmış ekoloji vəziyyəti öyrənməyə cəhd etdiyimizdən bu qurğunun ətraf mühitə zərərli təsir haqqında danışmağı lazım bilirik. == Ekoloji şəraitin insanlara təsiri == Qəbələ rayonunun Soltan-Nuxa,Əmirli, Aydın-Qışlaq kəndlərində maqnit şüalanması intensivliyi yol verilən normadan 7–9 dəfə çox olmuşdur. Maqnit şüalanması intensivliyinin yüksək olması isə ətraf ərazilərin fauna və florasının öldürücü təsir göstərir. Çöl tədqiqatları zamanı ərazidə müşahidə etdiyimiz qarağacların kütləvi quruması, yerli əhalinin dediklərinə görə, arı ailələrinin beçə verməməsi, kütləvi surətdə xəstəliyə tutulub qırılması və s.bu kimi hallar göstərilən texniki qurğunun fəaliyyəti ilə əlaqədardır. Ən dəhşətlisi isə odur ki, bu Radiolokasiya qurğusunun fəaliyyət göstərdiyi illərdə Qəbələ rayonunda əhalinin ölüm faizi xeyli yüksəlmiş, doğum isə 70% azalmışdır.