Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fishing
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Lassina Traore
Lassina Frank Traore (21 yanvar 2001-ci ildə anadan olub) — Burkina-Faso təmsilçələrindən olan Rahimo klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Faso futbolçusudur. == Milli karyerası == Traore Burkina-Faso milli futbol komandasında debütünü 4 may 2017-ci ildə Benin millisinə qarşı oyunda etmiş və qol ilə yadda qalmışdır. Həmin görüşdə Burkina-Faso rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Milli komanda === 3 Yanvar 2018 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Burkina-Faso hesablamasının birinci siyahısındadır.
Lassina Zerbo
Lassina Zerbo (fr. Lassina Zerbo; 10 oktyabr 1963, Burkina-Faso) — Burkina-Fasonun Baş naziri vəzifəsində çalışmış burkina-fasolu siyasətçisi və alim. == Həyatı == Zerbo 1993-cü ildə Fransanın Paris XI Universitetində geofizika üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Zerbo evlidir və üç qızı var. == Fəaliyyəti == === İlk fəaliyyəti === Zerbonun beynəlxalq karyerası "BHP Minerals International"-da tədqiqatçı-geofizik vəzifəsindən başlayıb. Daha sonra o, ABŞ-nin Virciniya ştatında yerləşən şirkətin Afrika proqramları üçün layihə geofiziki kimi çalışdı və onun bütün hava elektromaqnit layihələri üçün texniki təcrübəni təmin etdi. 1995-ci ildə "Anglo American Exploration"-a qoşulduqdan sonra Zerbo şirkətin Afrika, Asiya və Avstraliyadakı əksər layihələri üçün tədqiqat və təkmilləşdirmə layihələrinə rəhbərlik edərkən Afrika üzrə baş geofizik vəzifəsini öz üzərinə götürdü. Bu vəzifədə o, qitə boyu layihələr vasitəsilə bütün Afrika əməliyyatlarını idarə etdi. 2004–2013-cü illərdə CTBTO-nun Beynəlxalq Məlumat Mərkəzinin direktoru kimi o, 2006, 2009 və 2013-cü illərdə Koreya Xalq Demokratik Respublikası tərəfindən keçirilmiş nüvə sınaqları ilə bağlı CTBT məsələləri üzrə tədqiqat işləri aparmışdır. Zerbo CTBT-nin Elm və Texnologiya konfranslarına rəhbərlik etmişdir.
Boris Laskin
Boris Savelyeviç Laskin — sovet ssenaristi. == Həyatı == Boris Laskin 22 iyul 1914-cü ildə Orşada anadan olub. ÜDKİ-nin ssenari fakültəsində təhsil alıb (1935). Boris Laskin 22 avqust 1983-cü ildə vəfat edib.
The Smashing Pumpkins
The Smashing Pumpkins — 1998-ci ildə Çikaqoda yaranmış alternativ rok qrupudur. == Qrup haqqında == Qrup yapon mühacir Ceyms İxa və Billi Korqanın tanışlığı nəticəsində yaranmışdır. Öz ilk duet kompozisiyalarını Çikaqaodakı polyak barında səsləndirdilər. Qrupun bəstə yazarı, vokalist və gitaristi Billi Korqandır. 2000-ci ildə dağılan qrup 2006-cı ildə üzv dəyişikliyi ilə yenidən bir ara gəlmişdir. 1993-cü ildə çıxardıqları "Siamese Dream" albomu qrupun birinci şah əsəri oldu və ABŞ-də 4 milyondan çox satdı. Bu albom Böyük Britaniyada da qrupun ən məşhur albomu oldu. 1995-ci ilin sonunda "Mellon Collie And The Infinite Sadness" albomu ABŞ-nin hit-paradlarında birinci sıraya və Böyük Britaniyada ilk dəfə üçüncü sıraya yüksəldi. Bu almob ilə qrup Qremmi mükafatına namizəd göstərilir. "Tonight" klipi MTV-nin 6 mükafatına layiq görülür.
Laskin binası (Taqanroq)
Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, 39 ünvanında yerləşir. Bina XIX əsrin üçüncü yarısında inşa edilmişdir. == Tarixi == 1833-cü ildə Taqanroqa Aleksandr Yakovleviç Laskin öz tikinti dəstəsi ilə Taqanroq şəhərinə gəlir. 1840-cı illərdə o, Müqəddəs Mitrofiya kilsəsinin tikintisinə cavabdeh olur. Bu kilsənin yerində Moloko vavilonu yerləşir. Aleksandr Laskin Adeleida Laskinlə ailə qurmuşdur. O, 1857-ci ildən 1880-ci ilə qədər Taqanroq şəhəri, Qreçeskaya 39 ünvanında yerləşən binanın sahibi olmuşdur. Aleksandr Laskin konka yolunun inşasında belə iştirak etmişdir. 1860-cı illərdə Aleksandr Laskin polkovnik rürbəsinə qalxır və əlaqələndirmə yolları üzrə mühəndislər korpusunun sədr müavini olmuşdur.
Mashin Sentai Kiramager
'Mashin Sentai Kiramager (yap. 魔進戦隊キラメイジャー, tərcüməsi: Maşın Eskadra Kiramager, oxunuşu: Maşin Sentai Kirameija) - Əsas 5 nəfərdən ibarət olan Super Sentai Serialının 44-cü serialıdır. Serialın mövzusu qiymətli daşlar və maşınlara əsaslanır.
Doris Lessinq
Doris Lessinq (ing. Doris Lessing; 22 oktyabr 1919[…], Kirmanşah – 17 noyabr 2013[…], London) — ingilis yazıçısı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007). Zəif bəşəriyyətin qüdrətli sivilizasiyaların mübarizəsində passiv iştirakının fəlsəfi problematikasının müxtəlif izahlarını özündə əks etdirən "Kanopus Arqosda" (1979-1982) seriyasından beş romanın müəllifidir. == Həyatı == İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur. İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə — Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdü. Taleyini yeni yerlərdə sınamaq fikrinə düşən atası — Britaniya ordusunun keçmiş kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istəyirdi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi. Doris 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almışdı.
Kross-listinq
Lessinq kafirotu
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Lessinq kamforosması
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Simon Lessinq
Simon Lessinq (12 fevral 1971, Keyptaun) — Birləşmiş Krallıqı təmsil edən triatlonçu. == Karyerası == Simon Lessinq Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 9-cu pillədə başa vurdu.
Piter Kaşinq
Piter Kuşinq (ing. Peter Cushing; 26 may 1913[…] – 11 avqust 1994[…], Kenterberi, Kent qraflığı) — İngiltərə aktyoru.
Leroy Lansinq Ceyns
Leroy Lansinq Ceyns (ing. Leroy Lansing Janes; 1838, Ohayo – 1909) – Meyci dövrünün ilk illərində Yaponiyada fəaliyyət göstərmiş ABŞ pedaqoqu. == İlk illəri == Leroy Lansinq Ceyns 1838-ci ildə ABŞ-nin Ohayo ştatında doğulmuş, ABŞ Hərbi Akademiyasında təhsil aldıqdan sonra ABŞ Vətəndaş müharibəsində iştirak etmişdir. == Yaponiyada fəaliyyəti == 1871-ci ildə Yaponiyada missionerlik edən Quido Verbek tərəfindən Yaponiyaya dəvət edilmişdir. O, təklifi qəbul edərək Kumamotoda yerləşən Qərb məktəbində dərs vermək üçün Yaponiyaya gəlmişdir. Ceyns yapon dilini bilməməsinə və bu dili öyrənmək istəməsə də, tədris proqramı onun tam ixtiyarına verilmişdir. O, riyaziyyat, tarix və təbiətşünaslıq dərslərini ingilis dilində vermişdir. Lakin birinci tədris ilindəki fəaliyyəti oxu və yazı ilə məhdudlaşmışdır. O, əxlaqi tərbiyə ilə də məşğul olmuşdur. Ceyns tədrisin ilk üç ilində tələbələri ilə xristianlığı müzakirə etməkdən çəkinmişdir.
Listinq (qiymətli kağızlar)
Listinq (ing. list — siyahı) — qiymətli kağızların birja siyahısına daxil edilməsi (birja ticarətinə buraxılmış qiymətli kağızların siyahısı), qiymətli kağızların birja tərəfindən müəyyən edilmiş şərtlərə və tələblərə uyğunluğunun monitorinqi prosedurlarının məcmusu. Siyahıya tez-tez mübadilə siyahısının özü deyilir. Qiymətli kağızlar sənədlərin yoxlanılmasından və qiymətli kağızın birinci və ya ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsindən sonra listinq prosedurundan keçmiş kimi tanınır. Siyahıya salınma proseduru aşağıdakı addımları əhatə edir: qiymətli kağızların listinqinə və ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi qaydası haqqında arayış, habelə listinqdə olmayan qiymətli kağızların ticarət təşkilatçısı vasitəsilə dövriyyəyə buraxılması haqqında ərizə. Qiymətli kağızların listinqi və onların birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi qaydası haqqında ərizə yalnız həmin qiymətli kağızların emitenti tərəfindən verilə bilər. Ekspert qiymətləndirməsi üçün birja ilə müqavilənin bağlanması. Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm faktlar haqqında məlumatın açıqlanması. Emitentin gəlirliliyi, likvidlik əmsalları və s. kimi göstəricilər əsasında qiymətli kağızların ekspertizasının aparılması.
Qothold Efraim Lessinq
Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 22 yanvar 1729[…], Kaments[d] – 15 fevral 1781[…], Braunşveyq) — alman şairi, dramaturqu, ədəbiyyatşünas, pedaqoq, alman klassik ədəbiyyatının banisi, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Əsas əsərləri "Laokoon və ya Rəssamlıq və Poeziyanın Sərhədlərində" traktatı, "Hamburq dramı" məqalələr silsiləsi, pyesleri "Miss Sara Sampson", "Minna fon Barnhelm", "Emilia Galotti", "Müdrik Natan" pyesləridir." Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur. == Həyatı == Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kaments şəhərində, pastor İohann Gottfrayd Lessinq (1693–1770) və həyat yoldaşı Yustina Salome,(1703–1777) ailəsində üçüncü uşaq idi. O, ibtidai təhsilini lüteran pravoslavlığının mövqelərində dayanan atasından alıb və artıq beş yaşında ikən atasının tərtib etdiyi İncil və katexizmi oxuya bilib. Qohumu Kristlob Mylius (almanca: Christlob Mylius, 1722–1754) ona hər şeyə tamamilə fərqli baxış verdi və onunla dostluq münasibətlərini davam etdirdi. Milius getdikdən sonra Lessinq Latın məktəbində, 1741-ci ildən isə — Maysendə Müqəddəs Afrikanın nüfuzlu məktəbində, ilk növbədə, qədim dilləri və qədim ədəbiyyatı öyrənir; Lessinqin ilk ədəbi təcrübələri bu dövrə aiddir. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi.
Rasinq Lüksemburq FK
Rasinq — Lüksemburqun futbol klubu == Tarixi == 2005-ci ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
El-Səid Laşin
El-Səid Laşin (9 fevral 1980) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == El-Səid Laşin Misiri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 33-cü pillənin sahibi olub. Daha sonra El-Səid Laşin Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. El-Səid Laşin Misiri 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Laşın gəlirli binası (Rostov-na-Donu)
Laşın gəlirli binası və ya A. P. Livudun gəlirli binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində dörd mərtəbəli bina. Bina Rostov-na-Donu şəhərinin puşkinskaya küçəsi ev 75 ünvanında yerləşir. Bina Maksik Qorki adında mədəniyyət və istirahət parkının əks tərəfində yerləşir. Bina XX əsrin əvvələrində inşa edildir. Binanın inşasına çəkilən xərclər Aleksandr Edmundoviç Laş tərəfindən ödənilmişdir. Binanın ən zəngin və prestijli mənzillərinin pəncərəlıri Puşkinskaya küçəsinə açılır. Elə də prestijli olmayan mənzillər isə isə həyətə baxırdı. Bina sovet hakimiyyəti qurulduqdan sonra milliləşdirilmişdir. Binanın əsas fasadı Puşkinskaya küçəsinə baxır. Hazırda bu tikili çox mənzilli yaşayış binası kimi istifadə edilir.