Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Latxa
Latxa — İspaniyanın Basklar ölkəsində süd verən qoyun cinsi. Əksəriyyətlə Biskay, Gipuzkoa və Navarre rayonlarında tapılar. Latxa qoyunların xam südü İdiazbal və Roncal pendirlərin istehsallarında istifadə edilər. Yunları uzun və cod olur. Bəzi süd qoyunları daha çox süd verdiyi üçün Basklar ölkəsindəki bəzi çobanlar pendir istehsalında mələz Assaf cinsini istifadə edirlər. Bunun Avropa Birliyinin Mənşə adı qaydalarına zidd olduğunu düşünənlər var.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Taxta
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Yaxta
Yaxta — motorlu, yaxud yelkənli yüngül gəmi, su nəqliyyat növü. “Yaxta” holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb. Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür. Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar: yelkənli yelkənli-motorlu motorlu yaxtalar.Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. == Şaxtasız dövr == Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Axta
Axta rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon olmuşdur. Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər. Yuxarı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Axta (Razdan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Axta (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Acacia laeta
Senegalia laeta (lat. Senegalia laeta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin seneqaliya cinsinə aid bitki növü. == Areal == Tropikal Afrika, İsrail, Ərəbistan yarımadasında yayılmışdır.
Böyük Şaxta
Böyük Şaxta (ing. Younger Dryas və ya ing. Big Freeze) - eramızdan əvvəl 10800-9500-cü illər arasında soyuq iqlim vəziyyəti və quraqlığın izlədiyi 1300 (± 70) illik perioddur. Böyük Şaxta Şimali Amerikadakı buz təbəqələrinin toqquşması nəticəsində baş vermişdir.
Caltha laeta
Bataqlıq sunərgizi (lat. Caltha palustris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin sunərgizi cinsinə aid bitki növü. == Sinonimləri == Caltha alpestris Schott, Nyman & Kotschy Caltha alpina (Schur) Schur Caltha arctica R.Br. Caltha arctica subsp. caespitosa (Schipcz.) Khokhr. Caltha arctica subsp. caespitosa A.P. Khokhr. Caltha arctica subsp. membranacea (Turcz.) Khokhr. Caltha arctica subsp.
Cupressus laeta
İkicərgə taksodium (lat. Taxodium distichum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin taksodium cinsinə aid bitki növü. Şimali Amerikada təbii halda bitir. Hündürlüyü 30–35 m-ə çatan, dekorativ ağacdır. Hər il qışda iynəyarpaqlarını tökən bu ağac sonradan özünəməxsus çətir əmələ gətirir. Yarpaqları xətvarı-neştərvarı və ya ensiz-xətvarıdan qabıqşəkilliyə qədər, tək, çox vaxt cod və iynəli, əsasən spiral yerləşmiş, bəzən qarşılıqlı, bir damarcıqlıdır. Qabıqların aşağı kənarları qalın və ya dişciklidir. Strobilləri bir evli, erkək strobilləri-xırda, ucda və ya qoltuqda, mikrosporofilləri spiral şəklində yerləşir. Rüşeymi 2-9 ləpəlidir. Erkək sünbülcükləri 15 sm uzunluğunda olub, salxım formasındadır.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Euphorbia laeta
Euphorbia dendroides (lat. Euphorbia dendroides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula dendroides (L.) Haw. Euphorbia dendroides var. hesperia Jahand. & Maire Euphorbia divaricata Jacq. Euphorbia laeta Aiton Euphorbion dendroideum (L.) St.-Lag. Tithymalus arboreus Tourn. ex Lam. Tithymalus dendroides (L.) Hill Tithymalus laetus (Aiton) Haw.
Leunisia laeta
Leunisia (lat. Leunisia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Leunisia laeta Phil.
Maxta nekropolu
Maxta nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid arxeoloji abidə. Nekropola aid küp qəbirlər 1988-ci ildə su hovuzunun yerləşdiyi təpədə aşkar edilmişdir. Küp qəbirlərdən əldə edilən qablardan yalnız birinin (qum qarışığı olmayan gildən hazırlanaraq boz rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş küpə tipli qab) sınığı saxlanmışdır. Abidənin II – III əsrlərə aid olması ehtimalı irəli sürülsə də, hələ ki, ətraflı tədqiq edilməmişdir.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsi ilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Senegalia laeta
Senegalia laeta (lat. Senegalia laeta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin seneqaliya cinsinə aid bitki növü. == Areal == Tropikal Afrika, İsrail, Ərəbistan yarımadasında yayılmışdır.
Setaria laeta
Setaria pumila (lat. Setaria pumila) — qırtıckimilər fəsiləsinin setaria cinsinə aid biki növü. == Sinonim == Chaetochloa glauca var. purpurea Farw. Chaetochloa lutescens var. longispica Honda Oplismenus helvolus (L.f.) P.Beauv. Panicum flavescens Moench [Illegitimate] Panicum glaucum var. elongatum Pers. Panicum glaucum var. flavescens Elliott Panicum glaucum var.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Şaxta Baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Axta (Dərələyəz)
Axta — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə, Arpa çayının sol qolu olan Axtaçay dağ çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim padar türk tayfasından olan axta etnonimi əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 187 nəfər, 1873 - cü ildə 290 nəfər, 1886- cı ildə 304 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 458 nəfər, 1914 - cü ildə 504 nəfər, 1916-cı ildə 463 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 129 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 199 nəfər,, 1939 - cu ildə 268 nəfər, 1959 - cu ildə 202 nəfər, 1970-ci il də 379 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.
Aşağı Axta
Razdan və ya Aşağı Axta — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Razdan rayonunun mərkəzi. Razdan şəhəri Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30.VI.1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.