LAXTA

Farscadır, əsli  ləxt  kimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

LAHAR
LAKEY
OBASTAN VİKİ
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Aktivləşdirilmiş laxtalanma müddəti
Aktivləşdirilmiş laxtalanma müddəti (ing. activated coagulation time - ACT) — laxtalanmanı daha doğrusu onun müddətini ölçmək üçün tətbiq olunan müayinə metodudur. Bu zaman koalin əlavə edilmiş qanın laxtalanmağa başladığı an qeydiyyata alınır. Bu müayinə üsulu xüsusən, qanın tam heparinləşdirilməsi şəraitində aparılan tibbi müayinə, müalicə və cərrahi əməliyyatlarda qanın laxtalanma müddətini təyin etmək üçün tətbiq edilir. Normada bu göstərici 80–100 saniyədir. Bu o deməkdir ki qan 80–100 saniyə ərzində laxtalanmağa başlayır. Süni qan dövranı aparatı ilə icra olunan ürək əməliyyatları zamanı bu müddətin tam heparinləşdirmə nəticəsində 400–600 saniyə olması labüddür.
Laxtalanma
Qanın laxtalanması və ya koaqulyasiya — qan plazmasında həll olmuş fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi. Qanın laxtalanması qan damarlarının zədələnməsi hallarında qanaxmanın qarşısını almaq üçün orqanizmin qoruyucu reaksiyasıdır. Qanın laxtalanmasında qan plazması və qan lövhəciklərinin müxtəlif komponentləri (tromboplastin, protrombin, kalsium ionu, K vitamini və s.) iştirak edir. Qanın sürətlə laxtalanması üçün plazmada AC-qlobulin də olmalıdır. Qanda heparinin artması laxtalanmanın qarşısını alır. Bəzi xəstəliklərdə, məs. hemorragik diatezlərdə, hemofiliyada qanın laxtalanması azalır, bəzilərində isə (məsələn, sətəlcəm, tromboflebit) artır.
Qanın laxtalanması

Yayğın damardaxili laxtalanma sindromu
Yayğın damardaxili laxtalanma sindromu (YDDL) — qanın damar daxilində diffuz və davamlı laxtalanması ilə səciyyələnən patologiyadır. Bu sindrom birincili xəstəlik deyil, adətən xəstəliklərin ağırlaşmasıdır. Damardaxili laxtalanma sindromu yerli müdafiə prosesi olan laxtalanma prosesinin "həddini aşaraq" yayğınlaşması prosesidir. Buna bənzər digər patologiya ümumi iltihab sindromudur. Yayğın damardaxili laxtalanma sindromu klinik olaraq iki formada büruzə verir: xroniki və kəskin. Xroniki sindromda yavaş və nisbətən hüdudlu gedən laxtalanma trombozlar törədir. Laxtalanma faktorlarının "xərclənməsi" qaraciyərdəki və sümük iliyindəki kompensator istehsalı üstələmədiyi üçün "tükənmə fenomeni" olmur və qanaxma təhlükəsi minimuma enir. Bu formada baldır venaları trombozflebiti, lokal trombozlar çox rast gəlir.
Yayılmış damardaxili laxtalanma

Digər lüğətlərdə