TAXTA

TAXTA I is. [ fars. ] Tikinti materialı: yonulmuş, hamarlanmış ağac. Yükü taxta-şalban, torpaqdı, daşdı (Ə.Kürçaylı).

TAXTA II is. [ fars. ] Lövhə. Ona baxmaq üçün uşağı yazı taxtasına çağırdım (Q.İlkin).

TAXTA III is. Bir parça, zolaq, şırım. Gülpəri xalanın donu dörd taxtadan ibarət olur.

TAĞ
TALA
OBASTAN VİKİ
Taxta
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır. Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Kələm taxtabitisi
Kələm taxtabitisi (lat. Eurydema ventralis) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar dəstəsinin Qalxancıqlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qara rəngli, beli və qanadları qırmızı naxışlı böcəklərdir. Yetkin fərdin ön kürəciyi qırmızı rəngdə olmaqla, üzərində 6 qara ləkə vardır. Qalxancıq və qanadüstlüyündə zolaq, qara və qırmızı rəngdə naxışlar vardır. Qarıncıq üst tərəfdən qırmızıdır. Uzunluğu 8–10 mm-dir. Yumurtası silindrvari, çəlləkşəkillidir. Yanlarında yumru ləkələr vardır. Böyüklüyü 1 mm-dir.
Mərmər taxtabiti
Taxtabaşı
Taxtabaşı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Taxtabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Taxtabaşı kəndi Başlıbel kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Taxtabaşı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Yaşayış məntəqəsini 1935-ci ildə həmin rayonun Xallanlı kəndindən çixmiş ailələr salmışlar. Kənd Taxta düzünün (keçmiş Ağdərə rayonu ərazisindədir) baş tərəfində yerləşdiyinə görə belə adlanır. Taxta burada "dağlıq yerdə, yüksəklikdə düz yer", baş isə coğrafi termin olub, burada "üst tərəf, yuxarı tərəf" mənasındadır. Kəndin adı yerli əhali arasında bəzən Xallanlı Taxtabaşısı da adlanır. Kənd dağətəyi ərazidə yerləşir. Sünbüllü yurd, Gülnazoğlu yurdu, Qərvənd yurdu, Hacı Pənahın yurdu, Buzxana yurdu, Boğaz yurdu, Gicitkanlı yurd, Çala yurd, Şurabad yurdu, Çullu yurd, Solaxayıçala yurdu, Köhnə binələr yurdu, Mahmudun yurdu, Ləzgi yurdu, Məndilin yurdu, Səlim bəyin yurdu.
Taxtabiti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxtanəkəran
Taxtanəkəran — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Toponim taxta komponenti və kəran isə talışca "kənd", "evlər" sözlərindən ibarətdir (Taxtalı evlər kəndi). Elşən Baxşıyev (1973–1994). İlqar İbrahimov (əsgər) (2002–2020).
Taxtaxanı dağı
Taxtaxanı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1651,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkesin qolunun qərbə istiqamətlənmiş Elti şaxəsinin cənub yamacında zirvə. Biləv kəndindən 2,75 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Daşbaşı asimmetrik antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb yamacından antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Taxtazavod
Hacışamlı — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində kənd. Hacısamlı kəndində taxta emalı zavodu fəaliyyət göstərdiyi üçün çox vaxt el arasında bu kəndə "Taxta zavodu" və yaxud da sadəcə "Zavod" adlandırırdılar. Lakin kəndin adı Qaraqasımlı tayfasının ulu babası Hacı Sam İslam oğlunun şərəfinə Hacısamlı adlandırılmışdır. Söz kökü mürəkkəb söz olmaqla düzəltmə sözdür. Hacısamlı antrotoponimi üç hissədən ibarətdir ki, sözün birinci hissəsi olan hacı sözü haca (həccə) gedən şəxsin tituludur və şəxs adlarının əvvəlində işlənir. Sözün ikinci hissəsi Sam sözü əski türk dilində – böyük anlamını verir. Türkdilli xalqlar islam dinini qəbul etdikdən sonra şəxs adlarının ərəb dilində olan sözlərdən yararlanması prosesi çox sürətləndi. Sam ərəbcə isti ölkələrdə əsən güclü, isti külək - səmum (güclü, yandırıcıı) küləyi anlamındadır. Quran ayəsində də bu küləyin adı çəkilir. Sözün üçüncü hissəsi olan, tipik soyad sonluqlarına qoşulan –lı şəkilçisi burada yer adının sonluğuna qoşularaq sözün həm formasını, həm də mənasını dəyişdirməklə yeni mənalı söz əmələ gətirmişdir.Hacısamlı adlanan bu təxəllüs (soyad) Azərbaycan türkcəsində bir neçə formada - Hacısamlı tayfası, Hacısamlı camaatı, Hacısam köyü, Hacısamlı kəndi, Hacısamlı dairəsi, Hacısamlı bölgəsi, Hacısamlı nahiyəsi, Hacısamlı bəyliyi, Hacısamlı obası, yaxud da Hacısamlı dərəsi və s.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.
Taxıl taxtabitisi
Taxıl taxtabitisi (lat. Trigonotylus ruficornis Geoffr.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Bu növ korcalar Miridae fəsiləsinə məmsub olub, geniş yayılmışdır. Uzunluğu 5.7–6.3 mm – dir. Yumurta mərhələsində qışlayır. Payızda yarpaqların toxumaları arasında 6 – 10 dənə yumurta qoyur. Erkən yazda yumurtadan çıxan sürfələr payızlıq dənli bitkilər üzərində qidalanır. İyunun əvvəllərində birinci nəsil yetkin formaya keçir. Bunlar yazlıq dənli bitkilər üzərində qidalanır və yumurta qoyur. İkinci nəslin inkişafı da dənli bitkilər üzərində gedir.
Tərə taxtabitisi
Tərə taxtabitisi (lat. Piesma quadrata Fieb. - ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Bədəninin rəngi tutqun boz olub, üzərində nizamsız yayılmış qara ləkələr və nisbətən iri açıq rəngli nöqtələr vardır. Başı üçbucaq şəkilindədir. Gözləri yanlara çox çıxmışdır. Bığcıqları 4 buğumludur. Qalxancığı kiçik olub, qurtaracığı açıq rənglidir. Bədəninin uzunluğu 2,5–3,5 mm –dir. Tərə taxtabitisi imaqo halında otların, tökülmüş yarpaqların altında, çəmənlikdə, meşədə və bağlarda, payızlıq əkin sahələrində qışlayır.
Xızır Taxtamışev
Xızır Taxtamışev (17 oktyabr 1943, Ersakon[d]) — Elmlər doktoru, Qaraçay-Çərkəz Respublikasının xalq şairi. 1943-cü il oktyabrın 17-də Stavropol diyarının Çərkəz Muxtar Vilayəti Ersakon kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1967-ci ildə Cənubi Rusiya Dövlət Politexnik Universitetini mühəndis ixtisası ilə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə əyani aspiranturaya (Milli Nəqliyyat Universiteti) daxil olmuşdur. 1973-cü ildə MNU-də namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə MNU-da doktorluq dissertasiyası müdafiə edir. Onun uzunmüddətli elmi tədqiqatlarının nəticələri Rusiya Federasiyasının və MDB ölkələrinin Dövlət Standartında (ONTP-01-90), Moskva “Akademiya” nəşriyyat mərkəzi tərəfindən dəfələrlə təkrar nəşr olunan dərsliklərdə tətbiq edilmişdir. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Elmi Araşdırma Birliyi ona “Nəqliyyat və texnoloji maşın və komplekslərin istismarı” ixtisası üzrə “Magistr və bakalavrların hazırlanması üçün dərsliklər” nominasiyası üzrə I dərəcəli Diplom təqdim edilmişdir. Elmi və pedaqoji fəaliyyətdə mühüm nailiyyətlərə görə texnika elmləri doktoru, professor Taxtamışev Xızır Mahmudoviç “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” döş nişanı ilə təltif edilib.
Yaşıl yonca taxtabitisi
Yaşıl nezara (lat. Codophila varia F.- ) — buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ. Yaşıl rəngdə olub, qanadı üstündə boz və ağ yatıq şəkildə tükləri vardır. Bədəninin uzunluğu 3–4 mm-dir. Yumurtalarını kiçik qruplar halında bir cərgədə, bəzən isə qarışıq halda tökür. Bu zərərverici öz yumurtalarını yarpağın damarlarına yox, qırağına qoyur. İldə 2–3 nəsil verir. Yumurtaların inkişafı 14–16 gün çəkir. Sürfələrin qışlayan yumurtalardan çıxması aprel ayında müşahidə olunur. Sürfələr bitki şirəsi ilə qidalanaraq 5 dəfə qabıq dəyişir.
Yonca taxtabitisi
Yonca taxtabitisi (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Yonca taxtabitisi Miridae fəsiləsinə mənsubdur. Bu zərərvericinin rəngi açıq yaşıl və ya bozumtul – yaşıldır. Erkək fərdlərdə bu rəng bir qədər tutqun olur. Belin qabaq hissəsi üzərində iki dənə qara nöqtə vardır. Qalxancığın üzərində bir – birinə paralel iki tutqun xətt gedir. Başı üçbucaq şəklində olub parlaqdır. Bığcıqları 4 buğumludur. Uzuluğu 7,5 – 9 mm – dir.
Çuğundur taxtabitisi
Çuğundur taxtabitisi (lat. Poeciloscytus cognatus Fieb.- ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Bədəninin üst və alt tərəfində asan tökülən gümüşü ağ tüklərin olması ilə fərqlənir. Rəngi qaramtıl-sarıdır. Erkəklərin bədəni altdan bütünlüklə qara, dişilərinki isə yaşıldır. Qanadüstü hissə sarımtıl boz olub, qara haşiyəlidir. Qanadları şüşə kimi şəffafdır. Bədəninin uzunluğu 3,5–5 mm-dir. Əsasən yumurta bəzən isə yetkin mərhələdə qışlayır. Payızda yumurtalarını yonca və qızıltərə bitkisinin gövdə toxumasına və yarpaq damarlarına, yazda isə çuğundur və digər bitkilərin üzərinə qoyur.
Çəmən taxtabitisi
Çəmən taxtabitisi (lat. Lygus pratensis L) — Buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ. Çəmən taxtabitisi əsas yem otlarına zərər verir. Qorxulu zərərverici hesab olunur. Çəmən taxtabitisinin bədəni uzunsov dairəvi olub, üzəri batıq nöqtələrlə örtülüdür. Bığcıqları bədəndən qısadır. İkinci buğumun sonu bir qədər yoğunlaşmışdır. Bədəninin rəngi çox dəyişkən olub, yaşılımtıl-sarıdan tutqun bozumtul rəngə qədər dəyişməklə üstündə qırmızımtıl və ya qəhvəyi ləkələr olur. Bel qabağı üzərində 4, başın üzərində isə 3 tutqun xətt vardır. Bədəninin uzunluğu 5–7,5 mm-dir.
Taxtayurd (Mahnişan)
Taxtayurd (fars. تخته يورد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 429 nəfər yaşayır (75 ailə).
Armen Leonoviç Taxtacan
Armen Leonoviç Taxtacan və ya Taxtacan (erm. ձրմեն ռևոնի չախտաջյան; rus. Армен Леонович Тахтаджян) (28 may (10 iyun) 1910, Şuşa[…] – 13 noyabr 2009, Sankt-Peterburq) – Bitkilər, bitkilərin təkamülü, bitkilərin sistematikası və biocoğrafiya sahələrində XX əsrin ən mühüm simalarından biri hesab edilən Sovet — erməni botanikidir. Alimin digər maraq dairəsi olan sahələrə Çiçəkli bitkilərin morfologiyası, paleobotanika və Qafqaz florası daxil idi. O, XX əsrin ən nüfuzlu taksonomçularından biri hesab edilir. Onun bitkilərlə əlaqədar olan elmi təxəllüsü Taxt olmuşdur. == Həyatı == === Ailəsi === Taxtacan 1910-cu il iyun ayının 10-da Rusiya imperiyasının Şuşa şəhərində anadan olmuşdur. Babası olan Məliksan Taxtacyan Petroviç Osmanlı imperiyasının tabeliyində olan Trabzon şəhərində anadan olmuşdur. O, İtaliyada təhsil aldıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. Babası 1930-cu ildə Parisdə vəfat etmişdir.
Armen Taxtacan
Armen Leonoviç Taxtacan və ya Taxtacan (erm. ձրմեն ռևոնի չախտաջյան; rus. Армен Леонович Тахтаджян) (28 may (10 iyun) 1910, Şuşa[…] – 13 noyabr 2009, Sankt-Peterburq) – Bitkilər, bitkilərin təkamülü, bitkilərin sistematikası və biocoğrafiya sahələrində XX əsrin ən mühüm simalarından biri hesab edilən Sovet — erməni botanikidir. Alimin digər maraq dairəsi olan sahələrə Çiçəkli bitkilərin morfologiyası, paleobotanika və Qafqaz florası daxil idi. O, XX əsrin ən nüfuzlu taksonomçularından biri hesab edilir. Onun bitkilərlə əlaqədar olan elmi təxəllüsü Taxt olmuşdur. == Həyatı == === Ailəsi === Taxtacan 1910-cu il iyun ayının 10-da Rusiya imperiyasının Şuşa şəhərində anadan olmuşdur. Babası olan Məliksan Taxtacyan Petroviç Osmanlı imperiyasının tabeliyində olan Trabzon şəhərində anadan olmuşdur. O, İtaliyada təhsil aldıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. Babası 1930-cu ildə Parisdə vəfat etmişdir.
Böyük şahmat taxtası
“Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” (ing. The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives) — Zbiqnev Bzezinskinin 1997-ci ildə yazdığı ən məşhur kitabı. == Məzmunu == Kitab ABŞ-ın geosiyasi gücü və bu gücün XXI əsrdə həyata keçirilə biləcəyi strategiyaları əks etdirir. Bjezinski əsas diqqətini ABŞ-ın Avrasiya ilə bağlı geosiyasi strategiyasına yönəldir. Bjezinski hesab edir ki, Avrasiya qitəsində üstünlük faktiki olaraq bütün dünyada üstünlük deməkdir və ABŞ-ın ən mühüm strateji məqsədi Mərkəzi Asiya və postsovet məkanında (ilk növbədə, məkanda ən böyük sahəni tutan Rusiyada) öz təsirini genişləndirməkdir. Bjezinski həmçinin ABŞ-ın beynəlxalq maliyyə institutlarında (BVF, Dünya Bankı) dominantlığını qeyd edir:54 . Müəllif Rusiyadan geosiyasi revanş alınmasının zəruriliyindən danışır, lakin qeyd edir ki, indi bu, ABŞ-ın xarici siyasətinin əsas istiqaməti deyil. Müəllif Rusiyanı “qara dəlik” adlandırır və o zamankı elitanın müqavimət göstərə bilməməsi və suveren siyasət yeritməni nəzərdə tutur. Gələcək qüvvələrin bölgüsündən danışaraq, o , Ukraynanı Rusiya İmperiyasının sonuncu dayağı hesab edir. Müəllifin fikrincə, yalnız Ukraynanın Rusiya Federasiyasından qəti şəkildə uzaqlaşması və orada qərbyönlü siyasi elitanın yaradılması ABŞ-a imkan verəcəkdir ki, yeganə “dünya” imperiyası dövlətini qoruyub möhkəmləndirsin, çünki Bjezinskinin hesab etdiyi kimi, Ukraynasız Rusiya Avrasiya imperiyası ola bilməyəcək:85 .

Digər lüğətlərdə