Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lazarus A.D.
Lazarus A. D. — Amerikan Thrash metal qrupu,2005-ci ildə yaradılmışdır. Qrupun ilk debüt albomu "The Onslaught" 2007-ci ildə " Earache Records" albom şikətilə birgə çıxarılmışdır. Bu albomdan sonra qrup Avropa turunda Almaniya, Avstriya, İsveçrə və İtaliyada konsertlərdə çıxış etməyə başladı."The Onslaught" albomu 2009-cu ildə yenidən "Metal Blade" albom şirkəti ilə çıxardaraq,Amon Amarth,Goatwhore və Testament kimi qruplarla konsertlər də çıxış edərək tanınmağa başlandılar. Onların ikinci studiya albomları "Black Rivers Flow" 2011-ci ildə işıq üzü görmüşdür. Bu albomdan sonra qrup Şimali Amerika ölkələrin də çıxış etmişdir.
Labarum
Labárum (lat.) — Roma imperiyasının bayrağı, özəl görkəmli hərbi simvol (ştandart). Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi. Bu yuxunu görəndən sonra, Konstantin öz əskərlərinə gördüyü labarumu öz qalxanlarının üzərində təsvir etməyi əmr etmişdi. Bu döyüş onun qələbəsi ilə bitmişdi və bundan sonra Konstantinus roma imperatoru olmuşdu. Onun hakimiyyəti dövründə də Xristianlıq dövlət dini statusunu almışdı.
Lazarev
Lazarev (rus. Лазарев) — rus soyadı.
Mazares
Mazares (qədim yunanca: Μαζάρης) — II Kirin babası, Midiya hökmdarı Astiaqı devirərək hakimiyyəti ələ keçirdikdən sonra, onun tərəfinə keçmiş Midiya sərkərdəsi. == Mazares Herodotun "Tarix" əsərində == Herodotun qeydlərində Mazaresin II Kirə xidmət edən Midiya sərkərdəsi olması və Kiçik Asiyada üsyanı yatırarkən öldürülməsi göstərilir. II Kirin e.ə. 539-cu ildə Lidiyanı fəth etməsindən sonra lidiyalılar rəsmən Paktias adlandırıldı və lidiyalılara, Kirin dövlət xəzinəsindən bəxşiş paylanılmaqla, onlardan və İoniya yunanlarından düzəldilmiş xüsusi ordu yaradıldı. Tabaluz Kirin Lidiyann paytaxtı Sard şəhərindəki satrapına qarşı üsyan etmiş, şah qvardiyasının da daxil olduğu fars ordusunu mühasirəyə almışdı. Üsyan haqqında eşidən Kir, lidiyalıları cəzalandırmaq və Sard şəhərini yandıraraq yerlə-yeksan etmək üçün planlar hazırlamağa başladı. Məğlub olduqdan sonra II Kirin məhkəmə hakimlərindən biri təyin edilən keçmiş Lidiya kralı Kroesus isə heç bir zərər çəkmədən onun keçmiş krallığının ərazisindən əl çəkməyə razı salmaq üçün yalvarırdı. Herodot qeyd edir ki, Kroesusun tövsiyəsi ilə Lidiya əhalisi tərkisilah edildi və insanların rahatlıq ümidlərini alt-üst edən ticarət haqqında sərt qanunları qəbul etdi. Bunları etdikdən sonra Kroesus qeyd etdi ki, "insanlar artıq həddən artıq zəiflədilib və onlardan çəkinmək üçün heç bir əsas yoxdur." İnsanlara qalib olduğunu göstərmək fikrində olan II Kir Kroesusun istəyinə qarşı çıxaraq, öz sərkərdəsi Mazaresi üsyanı yatırmaq və Paktiası cəzalandıraraq imperiyanın tərkibinə qaytarmaq üçün oraya göndərdi. Lakin Mazaresin rəhbərlik etdiyi ordu Sard şəhərinə yaxınlaşdıqda, paktiaslılar şəhəri tərk etdilər.
Laurus
Dəfnə (lat. Laurus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və Cənubi Qafqazın qərbində rast gəlinir. == Sinonimləri == === Heterotipik sinonimləri === Adaphus Neck. Appella Adans.
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Etimologiyası == Talış dilində azu (asu) "sürətli" və rud "çay" sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Pəncəli Teymurov (1981–2016).
Larus
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həm də göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Echinops lanatus
Echinops lanatus (lat. Echinops lanatus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Erigeron lanatus
Erigeron lanatus (lat. Erigeron lanatus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Lagurus cylindricus
Silindrik hülpə (lat. Imperata cylindrica) - hülpə cinsinə aid bitki növü. == Sinonimləri == Arundo epigeios Forssk. ex Steud. [Invalid] Calamagrostis lagurus Koeler [Illegitimate] Imperata allang Jungh. Imperata angolensis Fritsch Imperata arundinacea Cirillo Imperata arundinacea var. africana Andersson Imperata arundinacea var. europaea Andersson Imperata arundinacea var. glabrescens Büse Imperata arundinacea var. indica Andersson Imperata arundinacea var.
Lazarev burnu
Lazarev burnu (Nevelskoy boğazı)
Lazarev buxtası
Lazarev buxtası — düzbucaqlı formaya malik olan 28 metr uzunluğa və 24 metr enə malik olan körfəz. Körfəz I Aleksandr Torpağı ilə Rotşild adası arasında yerləşir. İki adanı birləşdirən şelf buzlağı buxtanı cənubdan əhatə edir. Körfəzin şimal sahilləri 1821-ci ildə Faddey Bellinshauzen və Mixail Petroviç Lazarev tərəfindən kəşf edilmişdir. Körfəzin şəkli səmadan Finn Ronun rəhbərlik etdiyi ekspedisiya tərəfindən 1947-1948-ci illərfə çəkilmişdir. 1960-cı ildə isə Britaniya Antarktida xidməti tərəfindən çəkilir. Buxta Mirniy gəmisinin kapitanı Mixail Petroviç Lazarevin şərəfinə adlandırılmışdır.
Lazarev dağları
Lazarev dağları — Matuseviç buzlağının qərbində, Eld Pik dağından 40 km aralıda yerləşir. Dağları Sovet Antarktika ekspedisiyası və Avstraliya Antarktika ekspediyası tərəfindən araşdırılmışdır. Sovet ekspedisiyası tərəfindən Mixail Lazarevin şərəfinə adlandırılmışdır. Lazarev Mirnı gəmisinin komandiri olmuşdur.
Lazarev dənizi
Lazarev dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Kraliça Mod Torpağı sahilində yerləşir. Sahəsi 929,000 km², dərinlik mərkəzə doğru 3.000 m, şimalda dərinlik isə 4500 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. İlin yay və payız mövsümünün sonunda buzlar əsasən sahilə yaxın ərazilərdə qalır. Dəniz 1962-ci ildə Birinci rus antartik ekspedisiyanın rəhbəri M. P. Lazarevin şərəfinə adlandırılmışdır. == Tədqiqatı == Dənizin örgənilməsində Sovet və Rus tədqiqatçılarının böyük rolu olmuşdur. Katerik şelfi burada nisbətən azlıq təşkil edirlər. Selfin sahildə uzunluğu 200 km təşkil edir. Cənubdan mərkəzə doğru dərinlik birdən-birə 3000 m, şimalda isə dərinlik 4500 metrə qədər enir. Sahilləri qayalı olan yerlər əssasən Kraliça Mod Torpağına daxil olan Şahzadə Marta sahili ərazisində müşahidə edilir.
Ligularia lamarum
Ligularia lamarum (lat. Ligularia lamarum) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Mixail Lazarev
Lazaryev Mixail Petroviç (1788-1851) — rus tədqiqatçısı. "Mirnıy" gəmisinin komandiri M.P.Lazaryev 1788-ci ildə Vladimir quberniyasında anadan olmuşdur. O iki qardaşı kimi dəniz korpusuna daxil olmuşdur. O, Baltik dənizində xidmətə başlayaraq Rusiya İsveç müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra Lazaryev "Svorov" gəmisinə komandir təyin olunur. Bu gəmidə o, dünya səyahətinə çıxmış və bir sıra adalar Sakit okeanda kəşf etməklə Suvorovun şərəfinə adlandırmışdır. Beləliklə, hər iki səyyah 16 iyul 1819-cu il tarixində Kronştadtı tərk edirlər. Ekspedisiyanın qarşıya qoyduğu əsas məqsəd mümkün qədər cənuba enməklə Cənub materikinin mövcudluğu haqqında olan müxtəlif fikirlərə son qoymaq idi. Ingiltərənin Portsmut limanında dayanmaqla bir sıra cihazlar əldə etmiş gəmilər payızın əvvəllərində Braziliyaya istiqamət götürürlər. Braziliya sahillərində Rio-de-Janeyro şəhəri yaxınlığındakı əlverişli limanda löbər salmaqla ilk tanışlığa başlayırlar.
Neoseiulus camarus
Neoseiulus camarus (lat. Neoseiulus camarus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Qazaros Avakyan
Qazaros Avetisoviç Avakyan (erm. Ղազարոս Ավետիսի Ավագյան, rus. Газа́рос Авети́сович Авакя́н; 15 mart 1918 və ya 12 sentyabr 1918, Çaykənd, Gəncə qəzası – 22 yanvar 1945) — erməniəsilli SSRİ hərbçisi, leytenant. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. Qazaros Avetisoviç Avakyan 12 sentyabr 1918-ci ildə Yelizavetpol qəzasının Çaykənd kəndində anadan olmuşdur. O, 1940-cı ildən Sovet Ordusunda xidmət edərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan müharibə illərində, 1943-cü ildə Smolenskdə, 1944-cü ildə isə Belorusiyada gedən döyüşlərdə vuruşmuşdur. O, 22 yanvar 1945-ci ildə Polşada, Ostrolenka şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Qazaros Avakyan "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. O həmçinin, ölümündən sonra, 24 mart 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qazaros Ağayan
Qazaros Stepanoviç Ağayan (erm. Ղազարոս Աղայան; 4 (16) aprel 1840[…] və ya 16 aprel 1840, Xaçın, Tiflis qəzası – 20 iyun (3 iyul) 1911, Tiflis) — erməni pedaqoqu və yazıçısı. Qazaros Stepanoviç Ağayan 16 aprel 1840-cı ildə o vaxtlar Rusiya imperiyasına bağlı olan Gürcüstanın Xaçın kəndində anadan olmuşdur. Pedaqoji görüşlərində Konstantin Uşinskinin təliminə əsaslanmışdır. Ağayan məktəbi dinin təsirindən qurtarmağı, xalqa yaxınlaşdırmağı tələb edirdi. Ağayan erməni dili dərsliklərinin müəllifidir. "Həyatımızın əlamətdar hadisələri" (1893) və "Harutyun və Manvel" (1867) adlı xatirə əsərləri var. "İki bacı" (1872) romanında 1860–1870-ci illərdə erməni kəndindəki ictimai ziddiyyətlər əks olunmuşdur. Ağayan görkəmli uşaq yazıçıdır ("Gülnaz nənənin nağılları", 1904 və s.). Azərbaycan folkloruna yaxından bələd olmuş, haqqında qiymətli fikirlər söyləmişdir.
Senecio lanatus
Senecio lanatus (lat. Senecio lanatus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sergey Lazarev
Sergey Vyaçeslovoviç Lazarev (rus. Серге́й Вячесла́вович Ла́зарев; d. 1 aprel 1983, Moskva, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Rusiya müğənnisi və aktyoru. O, əsasən musiqi karyerasına görə tanınır və Smash!! qrupunun üzvü olaraq şöhrət qazanmışdır. 2006-cı ildə qrup dağıldıqdan sonra Sergey öz solo karyerasına başlamışdır. O, "You are the Only One" mahnısı ilə Rusiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Lazarev Rusiyanı növbəti dəfə İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində "Scream" mahnısı ilə təmsil etmişdir. Sergey Vyaçeslovoviç Lazarev 1 aprel 1983-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Sergey altı yaşından doqquz yaşınadək idman gimnastikası ilə məşğul olmuşdur.
Astragalus lagurus
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Tragacantha lagurus
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Leonurus lacerus
Adi damotu (lat. Leonurus cardiaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü. Azərbaycanda yabanı halda 2 növü yayılmışdır. Təbabətdə bir növü istifadə olunur. Çoxillik, hündürlüyü 40-150 sm, gövdəsi düz, çox vaxt qırmızımtıl, budaqlı, qısa qıvrım tükcüklü, bitkidir. Gövdə yarpaqları saplaqlı, altdan bozumtul, əsasdan ürəkvari, ortasına kimi və ya daha dərin beş enli, uzunsov, kəsikli-dilimli hissələrə bölünmüşdür. Yuxarıya doğru yarpaqlar tədricən kiçilir, üç yumurtavarı-lansetvari kəsikli-dilimli və ya bütöv hissələrə bölünmüşdür. Çiçəklər xırda, oturaq, xəttvari, tikanlı çiçəkaltlıqlıdır. Kasacıqı qıfvari, 5 6mm uzunda, qısa tükcüklü, üçkünc dişli, ucu tikanlıdır. Tacı çəhrayı, ağ pırpıztüklü, bir az kasacıqdan uzundur.
Xazarud mahalı
Xazarud və ya Xazayurd mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. İsmayıllı və Göyçay rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Azay sultan idi. 1821-ci ildə 2 oba (Haputlu və Şıxlı) və 7 kənddə (Mican, Qalınçaq, Xanağalı, Qalagah, Uştal (Üştala), Yenikənd, Uruşan) 551 ailə yaşayırdı. Xazayurd mahalının sakinləri əkinçilik, bağçılıq və baramaçılıq, ipəkçilik, ilə məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Lüzarş
Lüzarş (fr. Luzarches) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 4.103 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 30 km şimalda, Serji belediyyənin 28 km şərqdə yerləşir.