Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lia van Leer
Lia van Leer (iv. ליה ון ליר, 8 avqust 1924, Belsı – 13 mart 2015, Qüds, İsrail) Qüds Beynəlxalq Film Festivalı qurucusu və direktoru. İsrailin Dövlət mükafatı laureatı (2004), Fransanın "Fəxri Legion" ordeni Yerusəlim fəxri vətəndaşı olmuşdur. == Bioqrafiya == 1924-cü ildə Belsıʼnin Besarabiya şəhərində taxıl taciri Şimen Greenberq və Beynəlxalq Qadınlar Sionist Təşkilatının (WIZO) fəalı Golda Greenberg'in ailəsində anadan olmuşdur. Böyük Vətən müharibəsi başlanğıcında işğaldan sonrakı dövrdə atası Belsıʼdə nasistlər tərəfindən vurulub, anası Dnestryanı döyüşdə öldürülmüşdü. 1940-cı ildə məcburi Fələstinə yerləşdi, harada ki, bacısı artıq məskən salmışdı. 1946-cı ildə Qüdsdə İvrit Universitetinin Humanitar fakültəsini bitirmişdir.1948-ci ildə xeyriyyəçi fondun təsisçisi və Hollandiya sənətçisi Bernard van Leerin (1883–1958) oğlu mühəndis, pilot və dramaturq Vim van Leer (Wim van Leer) ilə görüşdü. Nikahdan sonra Van Leer ailəsi ilə birlikdə Hayfa şəhərinə (1952) yerləşdi. 1955-ci ildə Lia van Leer ilk İsrail film klubunu qurdu (o vaxt ölkədə televiziya yox idi) və film istehsal toplanması ilə məşğul oldu. Növbəti il o Tel-Əviv və Qüds film həvəskarları icması açdı.
Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur. Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb. "Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır. Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır. == Adı == Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir == Tarixi == 1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.
Lederq
Lederq (fr. Lédergues, oks. Ledèrgas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12127. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 31 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 708 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 370 nəfər (15-64 yaş) arasında 266 nəfər iqtisadi cəhətdən, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə 64.1%).
Ledra
Ledra (yun. Λήδρα) və ya Ledrae — Kipr adasının mərkəzində, bu gün Lefkoşanın olduğu yerdə iştirak edən bir şəhər krallığıydı. Bəzi mənbələrə görə e.ə. 1050-ci ildə qurulan şəhər e.ə. 330-cu ilda kiçik bir kənd qədər küçülmüştü. Bir dövr Asurlular tərəfindən də idarə.
Leryo
Leryö (fr. Leyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38210. Kommunanın 1999-cu il üçün əhalisi 643 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 32 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Letre
Letre (fr. Lettret, oks. L'Estrech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Kommuna Yuxarı Alplar departamentinə aiddir və Qap dairəsinə aid edilir. Tallar kantonuna daxildir. Kommunanın INSEE kodu 05074-dür. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 115 nəfərin (15-64 yaş arasında) 90 nəfəri iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,3%, 1999-cu ildə bu göstərici 69.4%). Fəal olan 90 nəfərdən 83 nəfəri (40 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 25 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə aktiv iş fəaliyyəti göstərmir.
Leşru
Leşru (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Nerey
Nerey (yun. Νηρεύς) — Yunan mifologiyasında çox sevilən və hörmət bəslənilən müdrik, ədalətli, dənizcilərin dostu, xoş xasiyyətli su aləmi (dəniz) tanrısı, Geya və Pontun böyük oğlu. Doridanın əri nereidaların atası. Eyni zamanda Fetidanın əridir. Bəzi mənbələrə görə qazı sayılan Amfitrita Poseydonun arvadıdır.
LERU
Avropa Tədqiqat Universitetləri Liqası (ing. League of European Research Universities, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir == Tarixi == LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb. == LERU statistikası == 550 min tələbə, həmçinin 50 min doktorant; Magistrlərə 55 min, doktorlara 12 min təqaüdün ayrılması; Ümumi tədqiqat büdcəsi — 5 milyard avro; Qrantların ümumi həcmi 300 milyon avro; Tədqiqatları və ya təhsili LERU universitetləri ilə bağlı olan 230 Nobel mükafatı və Fildsov mükafatı laureatı; 55 min nəfər professor-müəllim heyəti.
Gibson Leveri
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. == Həyatı == Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
Henry Bacon
Henry Bacon (28 noyabr 1866[…] – 16 fevral 1924[…], Manhetten, Nyu-York ştatı), əsasən, Beaux-Arts memarlıq üslubuna uyğun olaraq memarlıq əsərləri hazırlayan və həyata keçirən Amerika memarıdır. Tanınmış əsərləri arasında ABŞ-nin paytaxtı Vaşinqtonda son layihəsi olan Linkoln memorialı (1915–1922-ci illərdə qurulmuşdur.) da vardır.
Henry James
Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi. Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir. Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur. Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində Amerika və Avropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir.
Hit Lecer
Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı. O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi. Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi.
Katy Perry
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Kerey Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Kerry King
Kerri Rey Kinq (ing. Kerry Ray King; 3 iyun 1964, Los-Anceles, Kaliforniya) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri. Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" (ing. Golden God) nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" (ing. Golden Gods Awards)). == Həyatı == Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
Leeve adası
Leeve adası (bolq. остров Лееве, ‘Ostrov Leeve’ \'os-trov 'le-e-ve\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqında yerləşən adasıdır. Ada buzlaqlardan azaddır. Adanın uzunluğu 200 m, eni 80 metrdir. Redina adasından 100 m məsafədə yerləşmişdir. Ada Bolqarıstanın Rila dağından axan Leeve çayının adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 640 m cənub-qərbdə, Misnomer burnundan 1.46 km şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Lemer boğazı
Lemer boğazı — Odlu Torpaq adasını Estados adasından ayırır. Boğazı Holland səyyahları Y.Lemer və V.K.Sxauten ilk dəfə 1616-cı ildə keçib. 1619-cu ildə Qarsiya de Nodalın ekspedisiyası zamanı keçilir və Dieqo-Ramires adası kəşf edilir. Eni 30,6 km təşkil edir. Sahillərində Magellan pinqivinlərinə rast gəlinir.
Leroy Corc
Leroy Corc (nid. Leroy George; d. 21.04.1987, Paramaribo, Surinam) — Surinam əsilli hollandiyalı futbolçu. Göztəpə klubunun şərəfini qoruyur. == Karyerası == Leroy 2006-2010-cu illərdə "Utrext" klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə Niymegenə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib. Leroy Corc Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb.
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
Love Berry
Love Berry (ラブベリー, Rabu Berii) – Tokuma Shoten nəşriyyatı tərəfindən Tokioda nəşr olunan Yaponiya dəb jurnalı. Jurnal yeniyetməliyə yenicə daxil olmuş və ya yeniyetməliyin orta yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Jurnal üçün işləyən modellər "LoveBerrina" adlandırılır. Jurnal çox vaxt qısaca LB kimi tanınır. == Tarixi == "Love Berry" jurnalının ilk buraxılışı 1 dekabr 2001-ci ildə işıq üzü görmüşdür və aylıq olaraq Tokioda yayımlanırdı. 5 dekabr 2011-ci ildə rəsmi saytda jurnalın artıq nəşr olunmayacağı açıqlanmışdır. Jurnalın son buraxılışı 1 fevral 2012-ci ildə nəşr olunmuşdur. 25 dekabr 2015-ci ildə yenidən yayımlanmağa başlamışdır.
Jerry Heil
Cerri Heyl (ing. Jerry Heil), əsl adı – Yana Aleksandrovna Şemayeva (ukr. Я́на Олекса́ндрівна Шема́єва; 21 oktyabr 1995, Vasilkov[d], Kiyev vilayəti) — Ukrayna müğənnisi və mahnı müəllifi. O, dünya və ukraynalı sənətçilərin mahnılarının təkrar səslənməsi sayəsində videobloger və kaver-sənətçi kimi tanınmışdır. Müəllifin "Mən Yana" (2019) adlı debüt studiya albomundan olan "Qoruma, ləğv" mahnısı ona böyük populyarlıq gətirmişdir. == Həyat və yaradıcılığı == Yana Aleksandrovna Şemayeva 21 oktyabr 1995-ci ildə Ukraynada, Kiyev vilayətinin Vasilkov şəhərində anadan olmuşdur. O, kiçik yaşlarından musiqi öyrənməyə başlamış, 3 yaşından 15 yaşına kimi musiqi məktəbində, sonra Reynhold Qlier adına Kiyev Musiqi İnstitutunda (xor dirijorluğu şöbəsi) və Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında (ikinci kursda oranı tərk etmişdir) təhsil almışdır. Şemayeva 2022-ci ildə Bostonda (ABŞ) Berkli Musiqi Kollecinə daxil olmuşdur. Yana Şemayeva "Jerry Heil" təxəllüsünün tarixini "bir az dəlilik" adlandırmışdır. O, 15 yaşında "VKontakte" sosial şəbəkəsində qeydiyyatdan keçəndə "Jerry Mouse" ("Tom və Cerri" cizgi filminin cizgi personajı, yəni siçan Cerri adından) uydurma adından istifadə etmişdir.
Lener Dominqes
Lener Dominqes Peres (isp. Leinier Domínguez Pérez) (1983-cü ilin 23 sentyabrda Havanada anadan olub) Kubalı qrosmeyster. O, 2002, 2003, 2006, 2012-ci illərdə Kuba Şahmat Çempionatının qalibi olub. 2004-cü ildə Fide Dünya Şahmat Çempionatında 1/4 finalda Teymur Rəcəbova taybreykdə uduzub. Onun ən yaxşı nəticəsi 2006-cı ildə Barselonada olub. O, turnirdə 9 oyundan 8 xal yığıb. Həmin turnirdə 2932 reytinqli Vasili İvançuk iştirak edirdi. 2008-ci ildə CPA şahmat turnirinin və 43-cü Kapablankanın xatirə turnirinin qalibidir. Eyni ildə Biel-də keçirilən turniri Evgeny Alekseyev ilə birinci yerdə bitirdi (amma taybreykdə ona uduzmuşdu). Həmin turnirdə dünya çempionu Maqnus Karlsen də iştirak edirdi.
A.Henry
Avqustin Henri (ing. Augustine Henry; 2 iyul 1857, Dandi – 23 mart 1930) — İrlandiya botaniki. == Bioqrafiya == 1857-ci ildə Şotlandiyanın Dandi şəhərində anadan olub. == Əsərləri == The Trees of Great Britain and Ireland. 1907—1913, co-author H. J. Elwes. Private (subscription only) publication. Edinburgh. Notes on Economic Botanical of China, introduction by E. Charles Nelson, Boethus Press 1986 ISBN 0-86314-097-1. Anthropological work on Lolos and non-Han Chinese of Western Yunnan. == İstinadlar == == Ədəbiyyat == Bretschneider.
Melvin Leyrd
Melvin Robert Leyrd (ing. Melvin Robert Laird Jr.;1 sentyabr 1922[…], Omaha, Nebraska – 16 noyabr 2016[…], Fort-Mayers[d], Florida) — ABŞ siyasətçisi, yazıçısı və dövlət xadimi. O, 1969–1973-cü illərdə prezident Riçard Niksonun dövründə ABŞ Müdafiə naziri vəzifəsində çalışmışdır. Melvin Robert Leyrd 1 sentyabr 1922-ci ildə ABŞ-də, Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. O, Viskonsin ştatının Marşfild şəhərində böyüyüb. Leyrd Minnesotada yerləşən Karlton Kollecində oxumuşdur. Burada o, 1942-ci ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi qazanmışdır. Leyrd daha sonra İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir. O, Sakit okean cəbhəsində xidmətlərinə görə "Bənövşəyi ürək" mükafatına layiq görülmüşdür. Leyrd 1946-cı ildə Viskonsin Ştat Senatında daxil olmuşdur.
Ləgər
Aşağı Ləgər
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 206 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.