Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Levellerlər
Levellerlər (ing. Levellers — bərabərçilər) — İngiltərə burjua inqilabı dövründə radikal siyasi cərəyan. Həmin dövrdə xırda burjuaziyanın maraqlarını ifadə edən levellerlər birpalatalı demokratik respublika yaradılması, vətəndaşların qanun qarşısında bərabərliyi, azad ticarət, vergilərin azaldılması və s. tələbləri irəli sürürdülər. İnqilab zamanı London sənətkarları və yeni tipli ordunun əsgərləri arasında siyasi publisist Con Lilbernin ideyaları geniş yayıldı. Onları levellerlər adlandırırdılar. == Tarixi == "Levelle" termini ilk dəfə XVII əsr İngiltərəsində istifadə olunmuşdur.1607-ci il Midland üsyanında ilk dəfə adları çəkilib. Bu vaxtdan etibarən levellerlər tarix səhnəsinə çıxdılar. Onlar leveller terminini təhqiredici sayırdılar və özlərini xalq müdafiəçiləri adlandırırdılar. Levellerlər İngiltərə tarixində ilk radikal siyasi qruplaşma hesab olunur.
Leveillea
Blumea (lat. Blumea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Bileveillea Vaniot Blumeopsis Gagnep. Cyathocline Cass. Doellia Sch.Bip. Leveillea Vaniot Nanothamnus Thomson Placus Lour.
Neteller
Neteller — bütün dünyada pulları köçürmə yolu ilə göndərmək və almaq imkanı verən elektron ödəniş sistemidir. 1999 ildə yaradılmışdır. Mülkiyyətçi - Paysafe Groupdur. Neteller servisi bukmeker kontorları və onlayn kazino istifadəçiləri arasında daha çox populyarlıq qazanmışdır. Bizim günlərdə bu komissiyalar qüvvədədir: sistem daxilində pul kisələri arasındakı köçurmə tarifi - 1,45% (maksimum məbləğ məhdudlaşdırılmadan). Konvertasiyaya görə komissiya, məsələn, pul göndərənin və alanın hesablarının fərqli valyutada açılmış olduğu hallarda - 3,99% təşkil edir. Sistemin istifadəçiləri icra edilmış tranzaksiya əməliyyatının həcmindən asılı olaraq imtiyazlı status (Bronz, Silver, Qold, Platinum, Daymond) əldə etmək imkanına malikdirlər. Bu kimi statuslar, üçün komissiya yığımının aşağı dərəcəsi qüvvədədir. == Valyutalar == İndiki zamanda 26 valyutanı dəstəkləyir. Dünyanın 200-dən çox ölkəsində, o cümlədən Azərbaycanda, Rusiyada, Ukraynada, Belarusda, Gürcüstanda, Estoniyada, Latviyada, Litvada və keçmiş SSRİ-nin digər ölkələrində işləyir.
Ligularia leveillei
Ligularia leveillei (lat. Ligularia leveillei) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Dəvəlilər
Dəvəlilər Güney Azərbaycanda (əsasən Qaradağ mahalında) yaşayan türkdilli tayfa. Qacarların bir qoludur. Maldarlıq və əkinçiliklə məşğul olurlar. Qacarlar dövlətində (1796-1925) mühüm rol oynayıblar.
Məsəllər
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Sekellər
Sekellər ([ˈseːkɛj] sekey) eləcə də Szekler hərfən. adamlar; eləcə də rum. Secui, alm. Szekler‎, lat. Siculi) — Macarların bir subetnosu. == Tarixi == Sekellər Macar dilindən fərqli danışırlar. Sekellər Qərbi (Avropa) Hun imperiyasından sonra Karpat hövzəsinə köçək 3000 Hun əsgərin nəsillərindəndir. 895-ci ildə Macar ağalığına qədər varlıqlarını sürdürmüş və sonradan Macar ağalığına keçmişlərdir. Tarixdə Sekel krallığı adlı bir dövlət qurdular, lakin macarlar bu dövləti işğal elədilər. Daha sonra Osmanlı imperiyası zamanında Sekel Muxtariyyəti tanındı.
Levililər
Levililər (/ˈliːvaɪt/ LEE-vyte; ivr. ‏לְוִיִּם‏‎) və ya levitlilər Levi qəbiləsindən olduğunu iddia edən yəhudi kişiləridir. Levi qəbiləsi Yaqub və Liyanın üçüncü oğlu Levi nəslindəndir.
Dəvələr
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Evenlər
Evenlər (even эвен; kişi.cinsi — even, qadın.cins — evenka) — Sibir ərazisində yayılmış Tunqus-mancur dillərinə aid dilə malik xalq. Qohum xalqlar: Evenklər == Yayılması və sayları == Ümumi sayları 20 min nəfər təşkil edir. 2002-ci ildə siyahıya alınmaya görə Saxa ərazisində 11,657, Maqadan vilayəti ərazisində 2527, Kamçatka vilayətində 177, Çukotka Muxtar Dairəsi 1407 və Xabarovsk diyarında 1272 nəfər even yaşayır Ukrayna ərazisində 2001 il siyahıya alınmasına görə burada 104 even yaşayır 1930—1934 illərdə Uzaq şərqdə Oxoxt-Even milli dairəsi mövcud olmuşdur. 2002 ilə olam məlumatlar Saxa Respublikası: Yakutsk şəhəri - 1213 nəf Qataqay-Alıta kəndi - 726 nəf Topolinoye kəndi - 671 nəf Sebyan Kyoel - 648 nəf Çokurdax kəndi - 363 nəf Sasır kəndi - 354 nəf Kustur kəndi - 296 nəf Andeyoşkino kəndi - 271 nəf Deputatskiy - 270 nəf Berezovka kəndi - 267 nəf Sayılık kəndi - 261 nəf Saskılax - 247 nəf Tiksi qəsəbəsi - 233 nəf Xonuu kəndi - 212 nəf Kazaçe kəndi - 179 nəf Xayır kəndi - 178 nəf Carqalax - 148 nəf Çerskiy - 146 nəf Olenoqorsk - 137 nəf Yoçuqey kəndi - 129 nəf Tomtor kəndi - 125 nəf Kuberqanya kəndi - 115 nəf Xandıqa qəsəbi - 115 nəf Maqadan vilayəti: Qijiqa kəndi - 332 nəf Maqadan - 310 nəf Ola - 292 nəf Omsukçan - 286 nəf Taxtoyamsk - 212 nəf Qarmanda kəndi - 210 nəf Evensk - 191 nəf Seymçak - 127 nəf Tauysk - 102 nəf Kamçatka diyarı: Esso kəndi - 498 nəf Anavqay kəndi - 320 nəf Xailino - 165 nəf Ayanka kəndi - 157 nəf Palana - 111 nəf Çukot Muxtar Dairəsi: Olom kəndi - 417 nəf Anyoysk - 248 nəf Anadır şəhəri - 142 nəf Bilibino - 108 nəf Xabarovsk diyarı: Arka kəndi - 271 nəf Ketanda - 166 nəf Usçan - 103 nəf Nyadbaki qəsəbəsi - 102 nəf Evenlərin illərə görə sayı: == Dil == Altay dil ailəsinin Tunqus-macur dilləri qrupuna daxildir. Onda çox dialekti vardır. Onlar arasında şərq, qərb və orta dialektləri fərqlənir. Onların 52,5 % rus dilində sərbəst danışır və 27,4 % isə rus dilini doğma dil hesab edir. Onların formalaşması Pribaykal, Zabaykal və Şərqi Sibir ərazisində formalaşmışlar. Bu bizin eranın birinci minilliyinə təsadüf edir. Evenlərin bir hissəsi Yukagirlər və Yakutlar tərəfindən asimiliyasiya olunmuşlar.
Sətirlər üzərində əməllər
Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn, A.equals(B) (başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq. 2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn, A.compareTo(B)<=0 yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE). 3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn, A+“ ”+B nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.
Təbiəti sevənlər (veriliş, 1980)
"Təbiəti sevənlər" — 1980-ci ildən 2015-ci ilə qədər Azərbaycanın AzTV kanalında yayımlanan və təbiət haqqında veriliş. Verilişin aparıcıları Qara Mustafayev və Mirəli Axundov olub. == Tarixi == Veriliş dəfələrlə "Parni iz Baku" komandası tərəfindən "Təbiəti sökənlər" nömrəsi altında parodiya olunub. Qara Mustafayevi Tahir İmanov "Qara", Mirəli Axundovu isə Cabir İmanov "Ağacov Bağban" obrazında canlandırıb.