KÖPÜKLÜ

sif. Köpüyü olan, köpük verən, köpük edən, köpüklənən, köpüklə örtülü. Köpüklü su. Köpüklü ləpələr.
– Qara dənizin köpüklü dalğaları çınqıllara toxunaraq, qəribə bir musiqi kimi tərənnüm edir. H.Nəzərli.
Ağ mərmər pilləkənlər köpüklü bir dağ çayı kimi dördüncü mərtəbədən üzüaşağı axırdı. Ə.Məmmədxanlı.
Ağ köpüklü şəlalələr; Qayaları ovub dələr. M.Dilbazi.

KÖPÜKLƏTMƏK
KÖPÜKLÜLÜK

Digər lüğətlərdə