Fyodor Çalov
Fyodor Çalov (rus.: Фёдор Ча́лов, 10 aprel 1998, Moskva) — Rusiyalı futbolçu, hücumçu mövqeyində oynayır. Futbol üzrə Rusiya Milli komandasının və Moskvanın "MOİK" klubunun oyunçusudur. Rusiyanın İdman ustasıdır.
== Karyerası ==
Futbolçu 2005-ci ildə uşaq və yeniyetmələrdən ibarət "Yunıy Dinamovets" futbol klubunun uşaq futbol məktəbində futbol öyrənməyə başlayır. Bir il sonra, "MOİK" klubunun skautları 8 yaşlı Çalovu, "MOİK"in Uşaq komandasına aparırlar. "MOİK"də inkişaf edən futbolçu, 13 yaşında uşaqlar arasında Rusiya çempionatında ən yaxşı bombardiri olur.
Tezliklə yeniyetmə Fyodorun qol vurma bacarığı üzə çıxır. 2015-ci ildə o, 1998-ci il təvəllüdlü futbolçuların çempionatında "Spartak" ilə oyunda 5 qol vurur. Bir il sonra UEFA Gənclər Liqasının oyunları çərçivəsində, Fransanın "Monako" komandası ilə qarşılaşmada rəqibin qapısına dörd qol vurur. Onun "poker"i komandasına 5:0 hesabı ilə qazanmağa kömək edir və o, dörd qoldan üçunu altı dəqiqə ərzində qol vurur.