Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Leylan (Mahnişan)
Leylan (fars. ليلان‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (31 ailə).
Leylan (dəqiqləşdirmə)
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində şəhər. ‎Leylan (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
British Leyland
British Leyland — Motor Corporation (BLMC) 1968-ci ildə Leyland Motor Corporation və British Motor Holdingsin birləşməsi ilə yaradılmış Britaniya avtomobil şirkətidir.
Leylanə (Sərdəşt)
Leylanə (fars. ‎ليلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 428 nəfər yaşayır (67 ailə).
Geylan
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Seylan
Leyla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Alpaslan Ceylan
Alpaslan Ceylan (1959, Ərzurum ili) — Türkiyə tarixçisi, professoru, "Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru. == Həyat və fəaliyyəti == Alpaslan Ceylan 1959-cu ildə Türkiyənin Ərzurum vilayətində anadan olmuşdur. O, 1985-ci ildə Atatürk Universitetinin Tarix fakültəsini bitirmişdir. Ceylan həm magistratura, həm də doktorantura təhsilini həmin universitetin Qədim dövrlər tarixi şöbəsində bitirmişdir. O, bundan sonra Atatürk Universiteti Ədəbiyyat fakültəsində müəllim olmuş, 2009-cu ildə ona həmin fakültənin professoru adı verilmişdir. Ceylan qədim tarixə dair onlarla kitab və məqalə yazan bir professor kimi bir çox mühüm arxeoloji tədqiqatlara da imza atmışdır. O, ən son olaraq Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin Tarix şöbəsində Qədim dövrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir.Alpaslan Ceylan qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə ekspertdir. O, son 25 ildə Şərqi Anadolu, Şimal-Şərqi Anadolu, Qafqaz və Mərkəzi Asiyanın qədim tarixi ilə bağlı beynəlxalq elmi araşdırmalar, arxeoloji qazıntılar və layihələr həyata keçirmişdir. O, 2012–2016-cı illərdə Türkiyə Ənənəvi İdman Növləri Federasiyasının prezidenti vəzifəsində çalışmışdır. Bu çərçivədə o, 7–14 sentyabr 2014-cü ildə Qırğızıstanda keçirilən I Dünya Köçəri Oyunlarının və 2–9 sentyabr 2016-cı il tarixlərində Qırğızıstanda keçirilən II Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinin üzvü və Türkiyə nümayəndə heyətinin rəhbəri vəzifələrində çalışmışdır.
Ceylan Mumoğlu
Ceylan Mumoğlu (tam adı: Ceyran Qurban qızı Nadirova; 19 dekabr 1976, Sumqayıt) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist. == Həyatı == Ceyran Qurban qızı Nadirova 19 dekabr 1976-cı ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub.1983-1993-cü illərdə Sumqayıt şəhər 24 nömrəli orta məktəbində təhsil alıb. 1993-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni bitirib. 1997-2007-ci illər ərzində müxtəlif məktəblərdə tarix müəlliməsi işləyib. 2007-ci ildən ailə quraraq Türkiyənin İstanbul şəhərinə köçüb. 2011-ci ildən Türkiyə vətəndaşıdır. == Fəaliyyəti == 2009-2017-ci illərdə Azərbaycanın ilk milli qadın portalı olan qadin.net saytında həmtəsisçi və baş redaktor vəzifəsində işləyib.2009-cu ildən saytdakı fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyətə də başlamış, bir çox psixoloji, parapsixoloji araşdırma məqalələrin, müxtəlif müsabiqələrdə mükafat almış hekayələrin və "Aydınlanma səyahəti", "Qurbağa öpüşü", "Sev və inan" kitablarının müəllifidir.2009-cu ildən ədəbi fəaliyyətə başlayıb, ilk hekayələrini, araşdırmalarını və publisist məqalələrini yazmağa başlayıb.C. Mumoğlunun həmtəsisçisi olduğu qadin.net saytı 2013-cü ildə Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer olub.2018-ci ildə “Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalının “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə keçirdiyi hekayə müsabiqəsində "Quyu" hekayəsilə iştirak etmiş və uğurlu iştirakına görə təltif edilib.2018-ci ildən Azərbaycanda "Ustad", 2020-ci ildən isə Türkiyədə "DergiZan" jurnalında fəaliyyət göstərir və mütəmadi olaraq bu jurnallarda yazıları çıxır. 2018-ci ilin dekabr ayında "Kuyu" adlı ilk türkcə hekayəsi yayımlanıb.2021-ci ildə Qadının üç yaş dövrü romanı türk dilinə tərcümə edilib və "Kadının üç çağı" adı ilə Ankarada nəşr edilib. == Əsərləri == === Müəllifi olduğu === ==== Kitabları ==== Aydınlanma səyahəti Qurbağa öpüşü Sev və inan Qadının üç yaş dövrü ==== Məqalələri ==== === Tərcümələri === ==== Kitabları ==== Alfred Adler, "Sosial maraq" Eudien Ovidiu Çiroviçi, "Güzgülər kitabı" Reymond Kerver, "Sevgidən bəhs edəndə nə danışırıq" Ceylan Mumoğlu, "Dünya ədəbiyyatından hekayələr" Osman Balcıgil, “Yaşıl mürəkkəb” romanı ==== Məqalələri ==== == Mükafatlar == 2013: Qadin.Net - Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer. 2018: "Cümhuriyyət - 100" hekayə müsabiqəsində uğurlu iştirakına görə təltifnamə == Həmçinin bax == Varis Yolçiyev Rövşən Abdullaoğlu Elxan Elatlı Elizabet Tüdor Ülviyyə Tahir == İstinadlar == == Xarici keçidlər == ceylanmumoglu.com — Ceylan Mumoğlunun rəsmi saytı Rəsmi Facebook profili Ceylan Mumoğlu — Facebook səhifəsi Ceylan Mumoğlu — Instagram səhifəsi Ceylan Mumoğlu kanalı — YouTube Ceylan Mumoğlu — Twitter səhifəsi Ceylan Mumoğlu — Pinterest səhifəsi Ceylan Mumoğlu — Goodreads səhifəsi Nigar Babayeva.
Leysan (ad)
Leysan (tatar. Ләйсән, başq. Ләйсән) — azərbaycanlı kişi, tatar və başqırd qadın adı. Ad ərəb dilindəki "Nisan" (نيسان, mənası – azərb. cömərd‎) sözündən, bu söz ivrit dilindəki "Nisan" (נִיסָן‎) sözündən, bu söz isə Akkad dilindəki "Nisan" (ܢܝܣܢ) sözündən gəlir ki, bu da Assuriya təqviminin birinci, Yəhudi təqviminin isə yeddinci ayıdır. Qriqori təqvimində bu ay mart–aprel aylarına təsadüf edir (Bax: Nisan). Bu ad müasir Azərbaycan dilindəki "Niysan" (və ya "Neysan") sözünün canlı dildə istifadə olunan variantıdır. Mənası – "qısamüddətli, böyük intensivliyə malik atmosfer yağıntısı" deməkdir. Digər bir izahı "Niysanda yağan yağış".Adı kiçiltmə mənalı variantları – Leysanoçka, Leysanka, Leysancıq, Leysançik. Leysan Məmmədov — Leysan Utyaşeva —DigərLeysan — qısamüddətli atmosfer yağıntısı.
Leysan Məmmədov
Leysan Utyaşeva
Leysan Utyaşeva (başq. Ләйсән Альберт ҡыҙы Үтәшева, tatar. Ләйсән Альберт кызы Үтәшева ; 28 iyun 1985) — Rusiya idmançısı; bədii gimnastika üzrə əməkdar idman ustası; Rusiya və beynəlxalq yarışların dəfələrlə çempionu; üzrə Dünya və 6 dəfə Avropa çempionu, Dünya Kubokunun qalibidir; TV aparıcısı, idman şərhçisidir. Başqırdıstan sakini olsa da, Rusiya onu özünün qüruru hesab edir. == Həyatı == Leysan Utyaşeva 28 iyun 1985-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Alşeyevski rayonunun Rayevka kəndində anadan olmuşdur. == Şəxsi həyatı == === Ailəsi === Milliyyətcə rus, polyak və Volqa tatarlarının qarışığından olan atası Albert tarixçi, başqırd olan anası Zülfiyyə isə kitabxanaçıdır. Leysan rusiyalı aktyor və komediyaçı Pavel Volya ilə ailə qurmuşdur. Bu evlilikdən onların bir oğlu və bir qızı var; Robert adlı oğulları 14 may 2013-cü ildə ABŞ-də Florida ştatının Mayami şəhərində, Sofiya adı qızları isə 6 may 2015-ci ildə anadan olmuşlar. === Dini === Daha əvvəl müsəlman olan Leysan İslamdan Ortodoks xristianlığına keçmişdir.
Leğlan (Hurand)
Leğlan (fars. لغلان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (63 ailə).
Mett LeBlan
Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır. == Həyatı == Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı.Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi. 2004-cü ildə onların bir qızı dünyaya gəldi.
Leyla (Kavelius)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Tərcümə və nəşr == Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Leyla — Aleksandra Kavelius parlaqimzalar.az A.Nilgün Aktaş. "Leyla / Alexandra Cavelius" ( (türk.)). blog.milliyet.com.tr. 2010-05-2010.
Leyla (ad)
Leyla (Ləyla, Leyli) (ərəb. ليلى‎; ivr. ‏לילא‏‎) — bir çox xalqlarda qızlara verilən şəxsi ad. sami dillərində mənası "gecə" deməkdir və (L-Y-L لیل) kökündən irəli gəlir və zaman keçdikcə "qara saçlı gözəl" və ya "qaranlıq gözəli", "gecə anadan olmuş" deyiminə gətirib çıxarılıb. İvrit dilində ad "Lilit" kimi işlənir. == Bu adı olan tanınmış insanlar == Leyla Bədirbəyli: Azərbaycan SSR xalq artisti Leyla Şıxlinskaya: Azərbaycanlı aktrisa Leyla Əliyeva: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük qızı Leyla Səfərova: Azərbaycanlı rejissor, ssenari müəllifi. Leyla Vəkilova: İlk Azərbaycanlı balerina Leyla Murad: Misirli müğənni və aktrisa Leyla Yunus: Azərbaycanlı hüquq müdafiəçisi Leyla Bağırova:Azərbaycanlı müəllim Leyla Ceyd: İngilis modeli və pornoaktrisa. Leyla Quliyeva: Azərbaycanlı şərhçi Leyla Şahtaxtinskaya: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Məmmədbəyova: Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi. Leyla Abaşidze: Gürcü aktrisa Leyla Pəhləvi: Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik övladı Leyla Əli: Məhəmməd Əli – əfsanəvi Amerikalı boksçusunun qızı və Amerikalı qadın boksçusu Leyla Əli Abdulla: Maldivin birinci xanımı Leyla Foruhər: İranlı müğənni və aktrisa Leyla Allahverdiyeva: Leyla Xalid: Leyla Axundzadə: Leyla Neyzi: Leyla Qamsız Sarptürk: Leyla Şahgəldiyeva: Leyla Abdullayeva — Azərbaycanın Fransadakı səfiri (2022–h.h).
Leyla (roman)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Tərcümə və nəşr == Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Leyla — Aleksandra Kavelius parlaqimzalar.az A.Nilgün Aktaş. "Leyla / Alexandra Cavelius" ( (türk.)). blog.milliyet.com.tr. 2010-05-2010.
Leyla (şeir)
Leyla — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı şeir. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyovaya həsr edilmiş əsər. == Tarixi == Səməd Vurğun "Leyla" şeirini Leyla Məmmədbəyova həsr etmişdir. Məmmədbəyova Azərbaycanın ilk peşəkar qadın təyyarəçisi olub. O, 1930-cu ildən Bakı aeroklubunun üzvü olub. Leyla Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.Leyla Məmmədbəyovanın bu uğuru diqqətdən kənar qalmamış, ona bir sıra şeir və kinofilm həsr olunmuşdur. Qadın təyyarəçiyə həsr edilmiş şeirlər sırasında ən uğurlusu Səməd Vurğunun 1935-ci ildə yazıdığı "Leyla" şeiridir.
Leyla Abaşidze
Leyla Mixaylovna Abaşidze (gürc. ლეილა აბაშიძე; 1 avqust 1929, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 aprel 2018, Tbilisi) — Sovet və Gürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1965).
Leyla Abdullayeva
Leyla Yaşar qızı Abdullayeva (1981, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi (2018–2022), Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri (2022–h.h). == Həyatı və karyerası == Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.2002–ci ildən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, Azərbaycanın regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.Leyla Abdullayeva 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 4 oktyabr 2018-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinədək Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi vəzifəsini icra edib.Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edildi. == Ailəsi == Leyla Abdullayeva Hüseyn Hüseynov ilə evlidir və iki övladı var. Həyat yoldaşı Hüseyn Hüseynov hazırda Azərbaycanın Bolqarıstandakı səfiridir.
Leyla Acametova
Leyla İlyas qızı Acametova (ukr. Лейля Ільясівна Аджаметова; krımtat. Leylâ İlyas qızı Acametova, Лейля Ильяс къызы Аджаметова; 9 mart 1994, Özbəkistan) — Ukrayna yüngül atletika idmançısı. Yay Paralimpiya Oyunlarının çempionu və medalçısı. Ukrayna çempionu. Ukrayna idman ustası namizədi. Özbəkistanda anadan olmuşdur. 1999-cu ildə ailəsi ilə birlikdə Krıma köçdü. 11 yaşından bəri atletika ilə məşğul olur. Hazırda "İnvasport" adlı Xarkov regional əlillər bədən tərbiyəsi və idman mərkəzində məşq edir.
Leyla Allahverdiyeva
Leyla Allahverdiyeva - iqtisadiyyat elmlər doktoru, professor. Allahverdiyeva Leyla Mədəd qızı Bakı şəhərində Azərbaycan Xalq Təsərrüfatı inistitunun “ Əməyin iqtisadiyyati ” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsinin Planlaşdırma və Normativləşdirmə Elmi-Tədqiqat institutunun aspiranturasını əyani bitirmişdir. O, 1985-ci ildə Xalq təsərrüfatının iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsi ixtisası (şifr-08. 00. 05i) üzrə “ Əməkehtiyatlerı bol olan regiyonlarda sərbəst əmək resurslarının planlaşdırılması, idarə edilməsi ” mövzusunda namizədlik dissertasiyasıni müdafiə etmişdir. 2003-cü ildə Leyla Allahverdiyeva Daşkənd şəhərində Özbəkistan Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat institutunda Əhalinin sakinliyi və əmək iqtisadiyyatı ixtisasi (şifr-08. 00. 10) üzrə “Özbəkistanın demoqrafik xüsusiyyətini nəzərə almaqla sakinlərin sosial müdafiə sisteminin inkişafı və formalaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, və iqtisadiyyat elmlər doktoru elmi dərəcəsi almişdır. Bir müddət Özbəkistan elm ocaqlarında çalışmış, sonra isə elmi fəaliyyətini Qazaxıstanda davam etdirməyə başlamışdır.
Leyla Axundzadə
Leyla Axundzadə — «Əməkdar incəsənət xadimi» ,pedaqoq və sənətşünas. == Həyatı == Leyla Axundzadə 1953-cü il iyun ayının 21-də anadan olmuşdur. O, ali təhsilini Moskvada M.Lomonosov adına Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq şöbəsində almışdır. 1975-ci ildə bu ali məktəbi bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət Universitetinin təsviri incəsənət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlamış və elə buradaca sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Ümumiyyətlə, Leyla xanımın bu universitetdəki elmi fəaliyyəti Azərbaycanda sənətşünaslığın inkişafı ilə bağlı olmuşdur. Onun dərc etdirdiyi məqalələrdə milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması yolları araşdırılır, müasirlik ənənələrinə sədaqət nümunəsi əks olunurdu.Leyla xanım hələ 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdu. Bu, onun yaradıcılığında rəssamlıq sənətinin geniş yer alması ilə bağı idi. Milli rəssamlığın tədqiqi sahəsində Leyla xanımın elmi məqalələri olduqca əhəmiyyətlidir. Onun müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən 40-dan artıq elmi məqaləsi təkcə ölkəmizdə deyil, Türkiyədə, Almaniyada, İtaliyada və Rusiyada nəşr olunaraq geniş şəkildə yayılmışdır. 2000-ci ildə “Zamanın qanadları” adlı Yaradıcılıq Assosiasiyasının təsisçisi və direktoru olmuşdur.
Beslan
Beslan (rus. Бесла́н) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən şəhər. 2010-cu ilə olan məlumata əsasən şəhərdə 36 min nəfərə yaxın əhali yaşayır. Şimali Osetiyanın önəmli mərkəzlərindən olan şəhərin etnik tərkibi müxtəlifdir. Belə ki, Beslan əhalisinin 81.78% osetinlərdən ; 13.51% isə ruslardan ibarətdir.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. == Əhali == İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Keylani
Kehlani Eşli Perriş (ing. Kehlani Ashley Parrish; 24 aprel 1995, Oklend, Kaliforniya) — amerikalı müğənni, bəstəkar və rəqqasə.
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s. Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Leyden
Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər. == Coğrafiyası == Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. == Əhalisi == 329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər. == Turizm == Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir. == Elm və təhsil == Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.Leyden şəhərində ölkənin ən qədim ali təhsil ocağı olan Leyden Universiteti yerləşir.
Bəğlan
Bəğlan vilayəti
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.