Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sionizm
Sionizm (İvrit: צִיּוֹנוּת, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar. Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar.
Daniel Lioneye
Daniel Lioneye — Finlandiyadan olan stoner rock/metal qrupu. == Haqqında == HIM qrupunun üzvləri tərəfindən 2001-ci ildə yaradılmışdır. Gitaraçı-vokalist Linde Lindström, basda Mige, və baranban da Ville Valo çıxış edirdi. Onların ilk debüt albomu yarandıqları ildə çıxartmışdlar. Və albom "The King of Rock 'n Roll (2001)" adlanırdı. Bu albomdan "The King of Rock 'n Roll (2001)" adlı trek Bam Margera-nın Viva La Bam TV verlişinin arxa fon musiqi olaraq səslənirdi. 2010-cu ildə qrupa daha HIM qrupunun üzvü olan klavişdən Burton daxil oldu. Həmən ildə qrup özünün ikinci albomunu buraxdı. Bu albom "Vol. II" adlanırdı.
Georgi Leonidze
Georgi Nikolayeviç Leonidze(gürc. გიორგი ლეონიძე)(28.1.1899—9.8.1966)) — gürcü şairi. == Həyatı == Gürcüstanın Xalq şairi Georgi Nikolayeviç Leonidze 1899-cu il yanvar ayının 28-də Saqareco rayonunun Patardzueli kəndində anadan olub. Şeirlərində vətənpərvərlik motivləri güclüdür. Böyük Vətən müharibəsi illərində yazdığı şeirlərində qəhrəmanlıq, vətənə məhəbbət tərənnüm edilir. 1950-ci ildə “Samqori”, 1951-ci ildə “Portoxala” tarixi poemaları, 1962-ci ildə isə “Sehrli ağac” adlı hekayələr toplusu nəşr olunub. 1957-1966 illərdə Gürcüstan Elmlər Akademiyası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb. “Berşoula” adlı poemasını Əhməd Cəmil, “Azərbaycan şairlərinə”, “Vətəni vəsf edirəm” Əflatun Saraclı, “Bulaq” Rəfiq Zəka, “Vətən nəğməsi” Məmməd Araz, “Vəsf edirəm” Əli Kərim, “Vətən haqqında nəğmə” Tofiq Bayram, “Tar haqqında mahnı” adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Şair 1966-cı il avqust ayının 9-da dünyasını dəyişib.
Leonike Huet
Leonike Huet (21 may 2000-ci ildə anadan olub) — Fransanı təmsil edən qadın badmintonçu.
Yaşıl sionizm
Yaşıl sionizm — Sionizmin ilk növbədə İsrailin ətraf mühit problemləri ilə maraqlanan növü. Yaşıl sionizm İsrailə məxsus ətraf mühit problemləri ilə İsrailin yəhudi dövləti olaraq mövcud olmasını dəstəkləyir. Termin Dünya Sionist Konqresində, Dünya Sionist Təşkilatında və onun tərkibində olan təşkilatlarda iştirak etmiş ilk ekoloji qurum olan Aytsim partiyası üçün ticarət nişanıdır.
Georgi Leonidze adına Gürcüstan Dövlət Ədəbiyyatı Muzeyi
Georgi Leonidze adına Gürcüstan Dövlət Ədəbiyyatı Muzeyi (gürc. საქართველოს გიორგი ლეონიძის სახელობის ქართული ლიტერატურის სახელმწიფო მუზეუმი) — 1930-cu ildə Tbilisi Teatr Muzeyinin, daha sonra isə Moskvada məşhur Andrey Rublov muzeyinin yaradıcısı olan David Arsenişvilinin təşəbbüsü ilə yaradılmış muzey. Bu muzeyin yaradılmasının ən böyük təşəbbüskarı gürcü şairi Titsian Tabidze idi. O, 1919-cu ildən bəri simvolist yazıçılar qrupu – “Mavi buynuzlar” ilə birlikdə ədəbiyyat muzeyinin yaradılmasının tərəfdarı idi. Titsian Tabidze İvan Enikolofovla birlikdə həm də muzeyin ilk sədri olub. == Tarixi == Muzeyin ilk binası Tbilisidə Mtatsminda təpələrində yerləşən, Gürcüstanın ən görkəmli yazıçı və şairlərinin panteonu olan Mtatsminda Panteonu evi olub. Əvvəlcə muzey oradakı məşhur şəxsiyyətlərin sənədlərini və əlyazmalarını qorumaq üçün yaradılmışdır. Beləliklə, qurumun ilk adı Mtatsminda Yazıçılar Muzeyi olub. Lakin sonralar, 1938-ci ildə kolleksiya gürcü ədəbiyyatının XIX-XX əsrlərinə aid müxtəlif növ sənədlərlə tamamlandıqda və böyüdükdə, muzey yeni binasına: indiyədək yerləşdiyi Giorgi Çanturiya küçəsi 8 ünvanındakı tutduğu tarixi binaya köçdü ( XIX əsrin sonlarında tikilmiş, əvvəllər Qafqaz canişi müavininin iqamətgahı olmuşdu) və adı dəyişdirilərək Dövlət Ədəbiyyat Muzeyi oldu. Muzey 1967-ci ildən 1939-1951-ci illərdə muzeyin direktoru olmuş Georgi Leonidzenin adını daşıyır.