Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fyodor Litke
Fyоdоr Pavlоviç Litkе (1797–1882) — rus səyyahı, tədqiqatçısı F.R.Litkе Pеtеrburqda çinоvnik ailəsində anadan оlmuşdur. Yaşından validеynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi kеçirməklə böyüyən rus cоğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litkе bеlə хatırlayır: "Acından ölməyə qоymamaq üçün küçədən götürülən uşaq kimi baхırdılar, uşaqlıq dövrümdən хоşagələn hеç bir хatirə qalmadı." 1812-ci ildə 15 yaşında ikən dоnanmanda хidmət еtməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qоlоvninin rəhbərliyi altında "Kamçatka" gəmisində dünya səyahətində iştirak еdir. 1821-1824-cü illərdə Yеni Tоrpağın öyrənilməsi üçün təşkil оlunmş еkspеdisiyanın rəisi оlmuşdur. Dörd dəfə bu tоrpağa еkspеdisiya təşkil еtməklə əldə оlunmuş faktiki matеriallara əsaslanmaqla "Şimal Buzlu оkеanına dörd dəfə səyahət" əsərini yazır. Bu kitab оnun şöhrətlənməsində böyük əhəmiyyət kəsb еdir. Qоlоvinin təklifi ilə Yеni Tоrpaq еkspеdisiyasına rəhbərlik еdən Fyоdоr Pavlоviç Litkе adanın sahil хətlərinin dəqiqliklə öyrənilməsini və хəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qоymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış оlurlar. Növbəti ilin yayında Kоla yarımadasında Murmansk sahillərini öyrənməklə Yеni tоrpağa dоğru üzürlər.
Lethe diana
Lethe diana – Nimfalidlər fəsiləsindən kəpənək növü. Qanadları tünd qəhvəyi rənglidir, üzərlərində arpacıqlar olur, qanad açıqlığı 45–55 mm təşkil edir. Lethe confusa növünü xatırladır, lakin Lethe confusa kəpənəyinin qanadlarında ağ zolaq olur. Qanad açıqlığı 45–55 mm arasında dəyişir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, üzərlərində kiçik ağ zolaqlar olur, dişilərdə bu daha aydın sezilir. Bir qanadının üzərində 6-yə qədər arpacıq olur. Damarları açıq-aydın sezilə bilir. Növə Rusiyanın regionlarında – Primorye, Saxalin və Cənubi Kurildə təsadüf edilir. Həmçinin Yaponiyada yayılmışdır: Hokkaydo, Honşu, Şikoku, Kyuşu və Tsuşima. Əsasən enliyarpaqlı meşələrdə, dağlarda və düzənlikdə rast gəlinir.
Litke adaları
Litke adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Nordenşeld arxipelaqına daxil olan beş əsas qrupdan birini təşkil edir. Ruskiy adasından cənubda yerləşir. Qrupa 10 iri və bir necə kiçik adalardan ibarətdir. Adalar 33 km məsafədə uzanır. Cənubunda yerləşən Paxtusov adalarından Lenin boğazı ilə ayrılır. 3,5 km şərqdə isə Şərq adaları qərarlaşır. Adalar 1901-ci ildə Fyodr Litkenin şərəfinə adlandırılmışdır. Torosnıy adası — 42 metr hündürlüyə sahib qayadan ibarət olan iri ada.
Litke adası
Litke adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelaqın cənub-şərqində, Salm adasından 3.5 km cənub-şərqdə yerləşir. Salm adasındam Fram boğazı ilə ayrılır. Ada dairəvi formaya malikdir. Diametri 3 km, sahəsi isə 14 km²-dir. Ərazisinin böyük hissəsini 85 m hündürlüyə malik buzlaq tutur. Şimal-qərbində buzdan azad kiçik bir ərazi vardır. Ada rus dənizçisi, qütb araşdırmaçısı, coğrafiyaçısı Fyodor Litkenin şərəfinə adlandırılmışdır.
Litke boğazı
Litke boğazı (rus. Пролив Литке) - Avrasiya materikini Karaqin adasından ayırır. Boğaz Berinq dənizində yerləşir. Uzunluğu 120 km, ən dar yerdə eni 26 km təşkil edir. Boğaz rus dəniz səyyahı Fedora Petroviç Litkenin şərəfinə adlandırılmışdır. Boğazın sahilində Ossara qəsəbəsi yerləşir. Bölgə Kamçatka diyarına aid ərazidə yerləşir.
Litke burnu
Litke burnu (çuk. Кэйикэй, esk. Кайкак) — Çukot yarımadası, Puatın buxtası sahillərində yerləşən qayalı burun. Sahillərini Berinq dənizinin suları yuyur. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukotski rayonu ərazisinə daxildir. Burun ilk dəfə 1828-ci ildə dövrü dünya səyahətinə çıxmış "Sevyanin" gəmisində kəşf edilmişdir. Komandanın bir ildən sonra geri qayıtması ilə ekspedisiyanın rəhbəri olan Fyodor Litkenin şərəfinə adlandırılmışdır. Çukotkaça çuk. Кэйкэй adı isə tərcümədə — "piydən qırışlar" mənasını verir. Burunun qayalarında 5 min quş yuva qurur: berinq qrabatdağı, qütb qağayısı, gümüşü qağayı, Sakitokean təmizçisi və s.
Vesna Milanoviç-Litre
Vesna Milanoviç-Litre (d. 30 may 1986; Sinj, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Vesna Milanoviç-Litre Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Letre
Letre (fr. Lettret, oks. L'Estrech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Kommuna Yuxarı Alplar departamentinə aiddir və Qap dairəsinə aid edilir. Tallar kantonuna daxildir. Kommunanın INSEE kodu 05074-dür. 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 115 nəfərin (15-64 yaş arasında) 90 nəfəri iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,3%, 1999-cu ildə bu göstərici 69.4%). Fəal olan 90 nəfərdən 83 nəfəri (40 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 25 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə aktiv iş fəaliyyəti göstərmir.
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Litsea
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. Litva Polyaklarının Seçimi, lider: V. Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A. Zuokas. Liberal — Demokrat Partiyası, lider: V. Mazuronis. Litva Sosial — Demokrat Koalisiyası, lider: A. M. Brazauskas.
Vitre
Vitre (Alye) — Fransada kommuna, Overn regionunda yerləşir. Vitre-le-Fransua (rayon) — Fransanın Şampan-Arden rayonlarından biri. Fujer-Vitre (rayon) — Fransanın Bretan regionun rayonlarından biri.
Xitne
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. İslam terminologiyasında xütnə adlandırılır. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Vitte
Vitte — soyad. Karl Vitte — alman hüquqşünas. Sergey Vitte — gürcü mənşəli rus dövlət xadimi Digər Vitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Vitte adası (Yokanqskie adaları) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada.
Bulbophyllum lizae
Bulbophyllum lizae (lat. Bulbophyllum lizae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Curriculum vitae
Curriculum vitae (lat.) (azərb. xülasə‎, fr. résumé — "həyatın axını", tərcümeyi-hal) qısaldılmış forması CV — bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd. Adətən, mahiyyətcə işəqəbulunma - namizədlik sənədi sayılır Tərcümeyi-hal, yəni CV, xülasəsinin həcmi bir namizədin bacarıqları ilə müəyyənləşir. Xülasə adətən bir neçə bölmədən ibarətdir. Bu bölmələrin hər birində informasiya qısa və anlaşıqlı bir şəkildə yazılmalıdır. CV-ə heç bir qeyri-dəqiq informasiya daxil etmək olmaz. Xülasədə sizi maksimal xarakterizə edəcək məlumatlar yerləşdirilməlidir. CV formasında olmalıdır: Ad və soyad; Doğum tarixi; Namizəd ilə əlaqə vasitələri - əlaqə nömrəsi və elektron poçt ünvanı; Təhsil - burada təhsil səviyyəsi (məktəb, kollec, bakalaviatura, magistratura, doktorantura və s.), təhsil müəssisələrinin adları, təhsil alınan zaman aralığı və ixtisas qeyd olunmalıdır; Sertifikat və diplomlar (nailiyyətlər); İş həyatı və könüllülük fəaliyyəti; Maraq və bacarıqlar (dil, komputer və s.) Namizədi tövsiyə edə biləcək şəxslər və onların əlaqə nömrələri (referanslar). əks xronoloji sıra ilə (bir qayda olaraq, üç son iş yeri) ixtisas üzrə iş təcrübəsinin icmalı Bəzən xülasədə həmçinin peşəkar assosiasiyalara, elmi nəşrlərə və müəllif patentlərinə üzvlük haqqında informasiyanı da daxil edirlər.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Litr
Litr (л, l, L, ℓ) — həcmin metrik ölçü vahidi. Litr BS vahidi deyil, saat və sutka kimi "BS-yə aid olmasa da, onun vahidləri kimi istifadə edilə bilər". BS-nin standart ölçü vahidi — kub metr (m³). Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan-Batist Litrin adını daşıyır. Laboratoriya qablarını da ehtimal ki, ilk dəfə o hazırlayıb. Təəssüf ki, onun tərcümeyi-halı haqqında sənədlər dövrümüzədək qalmayıb. Təkcə bu məlumdur ki, onun valideynləri də şərab istehsalı ilə məşğul olublar. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi.
Like..?
Like..? — amerikalı repçi Ice Spice-ın ilk mini-albomu (EP). 20 yanvar 2023-cü ildə 10K Projects və Capitol Records tərəfindən buraxılıb. Mini-albom buraxılışından cəmi bir neçə saat əvvəl elan edilmişdir. Prodüserliyini repçinin yaxın əməkdaşı RiotUSA edib. Mini-albomdan əvvəl "Munch (Feelin' U)", "Bikini Bottom" və "In Ha Mood" sinqlları yayımlanıb. Ice Spice-ın Lil Tjay ilə ifa etdiyi "Gangsta Boo" mahnısı, onun Billboard Hot 100 çartında 82-ci sırada qərarlaşan ilk mahnısı olmuşdur. Digər sinql "In Ha Mood" isə həmin çartda 58-ci sıraya yüksəlmişdir.
Karl Vitte
İoqan Qenrix Fridrix Karl Vitte II (alm. Johann Heinrich Friedrich Karl Witte‎; 1 iyul 1800[…] – 6 mart 1883[…], Halle, Prussiya) — alman hüquqşünas, tərcüməçi, tarixdə ən cavan elm doktoru kimi qalmışdı (Ginnesin rekordlar Kitaba düşüb).
Kiçik Litva
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen‎; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen‎, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi. Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub. Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi.
Kobus leche
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Kosmik latte
Kozmik latte - bir digər adı ilə kainatın rəngi Cons Hopkins Universitetinin astrofizika heyəti tərəfindən irəli sürülən proyekt. Hər keçən gün ovsunlayıcı kainatımızın fərqli bir rəsmi və ya fotoşəkili ortaya çıxır. Yaxşı kainatın fotoşəkilinə baxdığınız zaman nə görürsünüz? Ulduzlar, qalaktikalar, supernovalar və böyük qaranlıq. Bəs sizə bu qaranlığın qaranlıq olmadığını kainatın əsl rənginin “latte” olduğunu desək necə? Bəli kainatın bu anda əsl rəngi İtalyan dilində süd mənasını verən lattedir. Astronomlar uzun araşdırmalardan sonra kainatın “orta” bir rəngi olaraq latte rəngini ortaya qoydular. 2001-ci ildə Karl Glazebrook və Ivan Baldry kainatın rəngini yaşımtıl ağ olduğunu təyin etmişdi. Ancaq qısa bir müddət sonra öz araşdırmalarına kainatdakı bütün işığın rənginin yüngülcə ağ olduğunu əlavə edərək analizlərini düzətdilər. Bu araşdırmaya 200.000’dən çox qalaktika daxil edilərək kainatın böyük bir sahəsindən gələn işığın spektral aralığı qiymətləndirilərək edilib.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Fitnə
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
İlahə
İlahə və ya daha az mənbələrdə tanrıça — qadın cinsində təsvir edilən ilah. Bir çox məlum mədəniyyətlərdə ilahələr adətən hərfi və ya metaforik hamiləlik, ya da qadın və qızların necə qəbul edildiyi və ya necə davranması gözlənilən qadınlıq rolları ilə əlaqələndirilir. Buraya toxuculuq, gözəllik, sevgi, seksuallıq, analıq, yaradıcılıq və məhsuldarlıq (qədim ilahə ana kultu ilə nümunə verilmişdir) daxildir. Bir çox böyük ilahələr həmçinin sehr, müharibə, strategiya, ovçuluq, əkinçilik, müdriklik, tale, Yer, səma, güc, qanunlar, ədalət və s. ilə əlaqələndirilir. Mədəni kontekstlərində mənfi hesab edilən diskordianizm və ya xəstəlik kimi bəzi mövzular da bəzi ilahələrlə əlaqələndirilir. Beavis, Mary Ann and Helen Hye-Sook Hwang (eds). Goddesses in Myth, History and Culture, Mago Books, 2018. ISBN 1976331021ISBN 1976331021 Dexter, Miriam Robbins, and Victor Mair (2010). Sacred Display: Divine and Magical Female Figures of Eurasia.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara - qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200-1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100-150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0-1,5 QPa, temperatur isə 600-7000 C təşkil edir.
Ağıllı lövhə
Ağıllı lövhə — informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
Bat (ilahə)
Bat — Bat Misir mifologiyasında inək qulağı və buynuzlu insan üzü və ya qadın kimi təsvir edilən inək ilahəsi. Batya sitayişin sübutu qədim Misirdə dini ayinlərin ilk qeydlərindən mövcuddur. Orta Padşahlıq dövründə, Aşağı Misir və Yuxarı Misir birləşdirildikdən sonra onun şəxsiyyəti və atributları ilahə Hathorun tərkibinə daxil edildi, oxşar ilahə başqa bir adda sitayiş edildi. Batın təsviri qədim Misirin bütün tarixi boyu dini ayinlərlə əlaqəli olmağa davam edən müqəddəs alət olan sistrumda qorunub saxlanılmışdır. Batlara sitayiş qədim Misirdə ən qədim dövrlərə gedib çıxır və onun mənşəyi Son Paleolit ​​dövrü pastoral mədəniyyətlərində ola bilər. Bat, Yuxarı Misirin 7-ci adı olan Xu və ya Diospolis Parva kimi tanınan Seşeşin baş ilahəsi idi. "Bat" epiteti "t" qadın şəkilçisi ilə "ba" sözü ilə bağlı ola bilər. Bat nadir hallarda rəsm və ya heykəltəraşlıqda aydın şəkildə təsvir olunur. Digər hallarda, o, ulduzlarla əhatə olunmuş səmavi boğa məxluqu və ya qadın kimi təsvir edilmişdir. Bat insan üzü olan, lakin misirlilər tərəfindən ilk dəfə sürülən inək qulaqları və mal-qaranın əyilmiş buynuzları kimi boğa xüsusiyyətləri olan amuletlərdə təsvir edilmişdir.
Bəndər Lingə
Bəndər Lingə - İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəndər Lingə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,303 nəfər və 5,589 ailədən ibarət idi.
Dali (ilahə)
Dali (gürc. დალი) — Cənubi Qafqaz xalqlarının mifalogiyasında ilahə. Əsasən Svan əfsanələrində görünsə də, Meqrellər kimi digər Cənubi Qafqaz xalqlarında Daliyə bərabər qəbul edilən fiqurlar da vardır. Dali dağ keçisi və maral kimi vəhşi heyvanları müdafiə edən ov ilahəsidir. Dalinin qanunlarına riayət edən ovçuların ovu uğurlu, riayət etməyənlərinki isə uğursuz keçir və onlar cəzalandırılır. Dali əfsanələrdə əsasən, qızıl saçlı və parıldayan dərili gözəl və çılpaq qadın olaraq təsvir edilir. Əfsanələrdə bəzən sevdiyi heyvanların formasında olduğuna görə çox vaxt sürüdən fərqlənmək üçün bəzi işarələr gəzdirir. Şayiələrə görə o, dağların yuxarı hissəsindəki çuxurda yaşayır və qayalarda gəzən dırnaqlı ov heyvanlarını qoruyur. Dali bəzən əfsanəvi ov iti Qurşa ilə birlikdə olur. Müxtəlif yazıçılar Dali və digər mifaloji varlıqlar arasındakı oxşarlıqlar haqqında yazmışdırlar.
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
Fitrə zəkatı
Fitrə zəkatı – Fitr bayramından əvvəl ehtiyacı olan müsəlmanlara verilməli olan sədəqə. Fitrə zəkatının verilməsində məqsəd imkansız və ehtiyacı olanların Fitr bayramını digər müsəlmanlarla birgə qeyd etmələrinə kömək etmək, eləcə də orucluq ayı ərzində mümkün səhv və nöqsanların kəffarəsini ödəməkdir. Fitrə zəkatı Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxs, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa`" – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verilməsini əksər islam alimləri tərəfindəm şəri dəlillərə uyğun olmadığını vurğulayıblar. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir. İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin. Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir. Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar.