Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Lamu
Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var. == Tarix == === Erkən tarix === Şəhərin əsl adı Amudur və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər. Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir. Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır. Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir.
Lome
Lome — Toqonun paytaxtı, ölkənin inzibati və sənaye mərkəzi, əsas portu. Şəhərdə neftayırma müəssisələri vardır. Əhalisi 750 min nəfərdir (2003-cü il), sıxlığı hər kvadrat kilometrə 2174 nəfərdir. Şəhər XVIII əsrdə eve xalqı tərəfindən salınıb. 1882-ci ildə bey Biç kəndi Britaniyanın A. and F. Swanzy şirkətinin nümayəndələri əraziyə gəldikdən sonra əsas ticarət mərkəzinə çevrildi. Almaniya ərazi paytaxtını Anexodan 1897-ci ildə Bey Biçə köçürür. Şəhər sürətlə inkişaf etməyə başlayır, 1914-cü ildə isə Fransa tərəfindən tutulur. 27 aprel 1960-cı ildə Lomedə Toqonun müstəqilliyi elan edilir.
Olay
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Centaurium lomae
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Erythraea lomae
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Georgi Lomaya
Georgi Camaloviç Lomaya (gürc. გიორგი ჯემალის ძე ლომაია; 8 avqust 1979, Tbilisi) — gürcü futbolçu, İnter Bakı klubunun və Gürcüstan milli futbol komandasının qapıçısı. Georgi Lomaya İnter Bakı futbol klubunun tarixinə ilk gürcü qapıçı kimi düşüb. Vətənində "Kodako", Tiflisin "Dinamo", "Merani" və "Lokomotiv"də oynayan Georgi 2003-cü ildən legioner həyatı yaşayıb. Belə ki, ilk iki ildə Moskva "Spartak"ının qapıçısı olub. Ancaq bu titullu komandada cəmi 2 oyun keçirib və 4 top buraxıb. 2004/2005 mövsümündə "Ximki"yə icarəyə verilən Lomaya daha sonra Rusiyada "Luç-Enerji", Almaniyada "Karl Tseyss", Ukraynada "Karpatı" komandasında forma geyinib. Ötən il vətəninə qayıdan Georgi Rustavi "Olimpi"sinin şərəfini qoruyub. 1998-ci ildə debüt etdiyi milli komandada 33 oyun keçirib.
Lina Romay
Lina Romay(isp. Lina Romay), əsl adı — Roza Mariya Almirall Martines (isp. Rosa María Almirall Martínez; 23 iyun 1954, Barselona, İspaniya — 15 fevral 2012) — ispan aktrisası. == Həyatı == Lina Romay 23 iyun 1954-cü ildə İspaniyanın Barselona şəhərində anadan olmuşdu. Bir çox filmlərə çəkilib. Ən məşhuru:«Vampir qız» (ing. Female Vampire) filmidir. Lina Romay 15 fevral 2012-ci ildə vəfat edib.
Loqoy krateri
Loqoy krateri (həmçinin: Loqay astroblemi) — Belarus Respublikasının Minsk vilayətində, Loqoy rayonunun Malinovka kəndi yaxınlığında yerləşən krater. 42,3 ± 1,1 milyon il əvvəl, radisu təxminən 650 metr olan bir asteroidin düşməsi nəticəsində formalaşmışdır. Asteroidin həcmi 1,150 milyard m³, çəkisi isə 9,2 trillion ton olmuşdur. Asteroidin ehtimal olunan sürrəti 18 km/saniyə olmuşdur. Toqquşma zamanı ayrılan enerjinin miqdarı 1,49 Zetta Colu və ya 365 trotil ekvivalentinə bərəabər idi. Bu təxminən Hirosimaya atılan 25 milyon bombaya bərəabərdir. Krater mərkəzinin kordinatları: 54°12′ şm. e. 27°48′ ş. u.
Lotay Tserinq
Lotay Tserinq (dz. བློ་གྲོས་ཚེ་རིང་; 10 may 1969, Thimphu) — 7 noyabr 2018-ci ildən etibarən Butanın hazırkı Baş naziri və siyasətçi. == Həyatı == Tserinq 10 may 1969-cu ildə sadə bir ailədə anadan olub. Thimphu şəhərinin Daluxa kəndində böyüyüb. İlk təhsilini Punaxa Liseyində almış və Şerubtse Kollecini bitirmişdir. Banqladeşdəki Dakka Universitetinin nəzdindəki Mymensinq Tibb Kollecini bitirmiş və 2001-ci ildə magistr dərəcəsi almışdır. Banqladeşin Dakka şəhərindəki Banqabandu Şeyx Mucib Tibb Universitetində cərrahiyyə ixtisasını bitirmişdir. 2007-ci ildə ABŞ-nin Viskonsin Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının ona verdiyi maddi dəstəyin sayəsində urologiya təhsili aldı. Butana qayıtdıqdan sonra ölkəsində təcrübə keçən yeganə uroloq idi. 2010-cu ildə Sinqapurun Sinqapur Ümumi Xəstəxanasında və Yaponiyanın Okayama Universitetində endourologiya ixtisası üzrə kurs aldı.
Olama ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Tommy Hilfiger
Tommy Hilfiger – amerikan dizayn və həmçinin brend geyim və ətriyyat firması. Şirkət 1985-ci ildə Nyu-Yorkda Tommi Hilfiger və dostu Fred Gerinq tərəfindən yaradılmış və təsis edilmişdi. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir. Firma həmçinin optik və gün eynəkləri və bir sıra dəridən hazırlanmış məhsullar istehsal edir. Şirkət əməkdaşlarının sayı 5000 nəfərdən çoxdur.
Tommy Kirk
Tomas Lee Kirk (10 dekabr 1941, Luisvill, Kentukki – 28 sentyabr 2021, Las-Veqas, Nevada) ― Amerika səhnəsi, film və televiziya aktrisası. 1957: Old Yeller 1959: The Shaggy Dog 1960: Swiss Family Robinson 1961: Babes in Toyland 1961: The Absent Minded Professor 1963: Savage Sam 1963: Son of Flubber 1964: Pajama Party 1964: The Misadventures of Merlin Jones 1965: The Monkey's Uncle 1965: Village of the Giants 1966: The Ghost in the Invisible Bikini 1966: Unkissed Bride 1967: Catalina Caper 1967: It's a Bikini World 1967: Track of Thunder 1967: Psycho à Go-Go 1971: Ride the Hot Wind 1975: My Name Is Legend 1956: The Hardy Boys: The Mystery of the Applegate Treasure 1957: The Hardy Boys: The Mystery of the Ghost Farm 2018: Find Your Future Reality 1967: Mars Needs Women 1969: It's Alive! 1988: Streets of Death 1997: Best Doggone Dog in the West: The Making of Walt Disney's 'Old Yeller' 2000: Club Dead 2002: 'Old Yeller': Remembering a Classic 2002: Swiss Family Robinson: Adventure in the Making 2006: The Hardy Boys Unmasked Tommy Kirk — IMDb səhifəsi "Interview with the author of Tinker Belles and Evil Queens: The Walt Disney Company from the Inside Out". Salon. 2000-01-27. 2011-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08. — mentions Kirk "Tommy Kirk". Disney Legends. profile.
Tommy Shelby
Tommy Shelby və ya Thomas Shelby BBC-nin Peaky Blinders seriyasındakı qondarma obrazı. İrlandiyalı aktyor Cillian Murphy serialda rol alan Tommy Shelby obrazını canlandırır. Rejissor Steven Knight, Tommy Shelby rolu üçün Murphy'yi seçdi. Xarakter Birminghamda yaşayan bir Roman ailəsindən olan Bir Dünya Müharibəsi qazisidir. 1919-cu ildə Shelby ilə tanış olduq və hekayə əsasən Qreys ilə romantikası və Müfəttiş Campbell ilə ziddiyyəti ətrafında cərəyan edir. Beş il sonra Grace ilə evlənir, lakin Qreys qısa müddət sonra toylarında öldürülür. Shelby'nin Alfie Solomons ilə münasibətləri Peaky Blinders-dəki bir çox hekayənin əsas elementlərindən biridir. Serialın baş qəhrəmanıdır. Başlanğıcda, Peaky Blinders adlı dəstənin lideri, qrupun ən böyüyü və qardaşı Arthur Shelby, sonrakı hissələrdə zirvədəki blinderin lideri olur, thomas shelby və dəstəsi isə mərc işi ilə məşğul olan bir ailədir. ilk mövsümdə, dəstə sonrakı mövsümlərdə Thomas'ın təsirli hərəkətləri ilə nəhəng bir imperiya quracaq.
Quicken Loans Arena
Quicken Loans Arena və ya digər adı ilə "The Q" ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşir. Bu arena NBA üzvü Klivlend Kavalers, Amerika Hokkey Liqasında çıxış edən Klivlend Monsters və Arena Futbol Liqasının üzvü Klivlend Qladitors komandalarının oyunlarına ev sahibliyi edir. Bundan əlavə arena Klivlend Steyt Vikinqs kişi və qadın basketbol komandalarının ikinci arenasıdır.
Lady Gaga
Stefani Coann Ancelina Cermanotta (ing. Stefani Joanne Angelina Germanotta; 28 mart 1986[…], Manhetten, Nyu-York ştatı) — əsasən Ledi Qaqa (ing. Lady Gaga) adı ilə tanınan ABŞ müğənni, bəstəkar və aktrisası. == Həyatı == Hələ də yaşadığı Nyu Yorkda doğulub böyüdü və musiqi həyatına addım atmazdan əvvəl Katolik bir qız məktəbini bitirdi, sonra Nyu York Universitetində təhsil aldı. Mahnı oxumağa Manhettenda bir rok musiqi səhnəsində başladı. 2007-ci ildə "Streamline Records" şirkəti ilə müqavilə imzaladı. Buradakı ilk dövründə digər sənətçilər üçün mahnı yazan Qaqa , bir müddət sonra Akonın marağını çəkdi. Qaqanın musiqi və vokal qabiliyyətini bəyənən Akon, onu yeni qurduğu "Kon Live Distribution" adlı musiqi şirkətinin heyətinə qatdı. Sənətçinin avqust 2008-ci ildə çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya ümumisindəki siyahılarda birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Lady Marmalade
Lady Marmalade (azərb. Ledi Marmelad‎) — 1974-cü ildə ABŞ qrupu "Labelle" tərəfindən ifa edilən sinqldır. == Kompozisiyaların siyahısı == Labelle 7" sinql #1 "Lady Marmalade" — 3:14 "It Took a Long Time" — 4:04 Labelle 7" sinql #2 "Lady Marmalade" — 3:14 "Space Children" — 3:04 === Hit-paradlarda tutduğu yerlər === == Sabrina Salerno versiyası == "Lady Marmalade" sinqlının kaver versiyası Sabrina Salerno tərəfindən 1987-ci ildə ifa edilmişdir. === Kompozisiyaların siyahısı === 7" maksi "Lady Marmalade" — 3:55 "Boys, Hot Girl, Sexy Girl" (7" megamix) — 4:10 12" maksi "Lady Marmalade" (12" remix) — 5:57 "Boys, Hot Girl, Sexy Girl" (12" megamix) — 6:04 CD maksi "Lady Marmalade" (12" remix) — 6:08 "Boys, Hot Girl, Sexy Girl" (megamix) — 6:04 "Lady Marmalade" — 3:55 === Hit-paradlarda tutduğu yerlər === == All Saints versiyası == "Lady Marmalade" sinqlının kaver versiyası "All Saints" qrupu tərəfindən 1998-ci ildə ifa edilmişdir. === Kompozisiyaların siyahısı === All Saints CD maksi sinql "Lady Marmalade" (98 mix) — 4:02 "Lady Marmalade" (Mark’s Miami Madness mix) — 7:55 "Lady Marmalade" (Sharp South Park vocal remix) — 8:09 "Lady Marmalade" (Henry & Hayne’s La Jam mix) — 6:47 All Saints CD 1 "Under the Bridge"5.03 "Lady Marmalade" 4.04 "No More Lies" 4.08 "Lady Marmalade" (Henry & Haynes La Jam mix) — 9:23 "Under the Bridge" (promo video) 5.00 All Saints CD 2 "Lady Marmalade" (Mark!'s Miami Madness mix) — 7:56 "Lady Marmalade" (Sharp South Park vocal remix) — 8:10 "Under the Bridge" (Ignorance remix featuring Jean Paul e.s.q) — 4:55 "Get Bizzy" — 3:45 === Hit-paradlarda tutduğu yerlər === == Mulen Ruj! versiyası == "Lady Marmalade" sinqlının Mulen Ruj! filmi üçün kaver-versiyası 2001-ci ildə yazılmışdır.
Lama (buddizm)
Lama (buddizm) - Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.
Lama (heyvan)
Lama (lat. Lama glama) – dəvəkimilər fəsiləsinə aid cütdırnaqlı məməli heyvan növü.
Lama gölü
Lama gölü — Krasnoyarsk diyarının ən böyük sirinsulu göllərindən biridir. Tektonik məşəlli göl Norilskdən 120 km şərqdə yerləşir. == Əsas məlumatlar == Gölün uzunluğu 80 kilometr, maksimal eni 8 km, sahəsi isə 318 min km² təşkil edir. Gölün dərinliyi 300 metrdən yüksək olması düşünülür. Bəziləri isə dərinliyin hətta 600 metr təşkil etəsi ehtimal edilir. Suyu olduqca soyuqdur. Lama gölü Melkoye gölü ilə Lama çayı vastəsi ilə birləşir. Gölün səviyəsinin qalxması hələ göl buzla örtülü olarkən müşahidə edilir. Buzların ilk hərəkəti iyunda müşahidə edilir. İyulun ortalarında gölün səviyyəsi maksimuma çatır.
Lame (kommuna)
Lame (fr. Lamaids) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03136. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 141 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 90 yaşında (15-64 yaş arasında) 67 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə bu 70.9%). 67 fəal şəxsdən 60 nəfər (35 kişi və 25 qadın), 7 nəfər işsiz (5 kişi və 2 qadın) idi. 23 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Laym xəstəliyi
Laym xəstəliyi (ing. Lyme dis.) – spiroxeta ilə törənən (Borellia burgdorferi) gənə dişləməsindən sonra yaranan, mövsümi xarakterli, transmissiv xəstəlikdir. Dərinin (dişləmə yerində yaranan xroniki miqrəedici eritema çox xarakterikdir), ürəyin, sinir və oynaqların zədələnməsi baş verir. Ən çox dizin sinoviti olur, nadir halda xroniki hala keçir.
Liam MakIntayr
Liam Ceyms MakIntayr (ing. Liam James McIntyre; d. 8 fevral, 1982, Adelaida) — Avstraliya aktyoru. O, Starz TV-nin seriyası olan Spartak: İntiqam və Spartak:Lənətlilərin Müharibəsindəki Spartak rolu ilə tanınır. MakIntayr film karyerasına qısa filmlərlə başladı. Sonra isə Avstraliyanın məşhur Raş və Qonşuları serialında qonaq aktyor kimi fəaliyyət göstərdi. Sonra isə Spartak serialında Spartak roluna çəkilməyə namizəd oldu. Çünki Whitfield xərçəng səbəbi ilə filmdə roluna davam edə bilmədi və ölümündən əvvəl serialdan tamamilə çəkildi. Beləliklə də McIntyre Spartak rolunu icra etməyə başladı. McIntyre Herakl əfsanəsi filmində Sotiris rolunu canlandırdı.
Lome konvensiyası
Lome müqaviləsi və ya Lome konvensiyası Avropa İqtisadi Cəmiyyətini və Afrika, Karib və Sakit okean ölkələri arasında imzalanmış ticarət və yardım müqaviləsidir. İlk dəfə 1975-ci ildə Qərbi Afrikada yerləşən Toqo Respublikasının paytaxtı olan Lome şəhərində imzalanıb. 1976-cı ilin aprelində qüvvəyə minmiş ilk Lome Konvensiyası (Lome I) o vaxtkı Avropa İqtisadi Birliyi (AİB) ilə inkişaf etməkdə olan Afrika, Karib və Sakit okean ölkələri (AKSOÖ), xüsusən də keçmiş Britaniya, Hollandiya, Belçika və Fransa koloniyaları arasında əməkdaşlığın yeni çərçivəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onun iki əsas aspekti var idi: O, AKSOÖ-nün kənd təsərrüfatı və mineral ixracatının əksəriyyətinin AİB-yə rüsumsuz daxil olmasını təmin edirdi. AİB kənd təsərrüfatı ilə rəqabətdə şəkər və mal əti kimi məhsullar üçün kvota sisteminə əsaslanan imtiyazlı giriş razılaşdırıldı. İkincisi, AİB AKSOÖ ölkələrinə yardım və investisiya üçün Avropa Hesablama Birliyinə (AHB) 3 mlrd. avro vəsait ayırmağı öz öhdəliyinə götürdü. Konvensiya yenidən müzakirə edilib və üç dəfə yenilənib. II Lome (1981-ci ilin yanvarından 1985-ci ilin fevralına qədər) - Avropa Hesablama Birliyi yardım və investisiya xərclərini 5,5 milyarda qədər artırdı. III Lome 1985-ci ilin martında (ticarət müddəaları) və 1986-cı ilin mayında (yardım) qüvvəyə minib və 1990-cı ildə başa çatıb; AHB-nin öhdəliklərini 8,5 milyard avroya artırdı.
Lomé Müqaviləsi
Lome müqaviləsi və ya Lome konvensiyası Avropa İqtisadi Cəmiyyətini və Afrika, Karib və Sakit okean ölkələri arasında imzalanmış ticarət və yardım müqaviləsidir. İlk dəfə 1975-ci ildə Qərbi Afrikada yerləşən Toqo Respublikasının paytaxtı olan Lome şəhərində imzalanıb. 1976-cı ilin aprelində qüvvəyə minmiş ilk Lome Konvensiyası (Lome I) o vaxtkı Avropa İqtisadi Birliyi (AİB) ilə inkişaf etməkdə olan Afrika, Karib və Sakit okean ölkələri (AKSOÖ), xüsusən də keçmiş Britaniya, Hollandiya, Belçika və Fransa koloniyaları arasında əməkdaşlığın yeni çərçivəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onun iki əsas aspekti var idi: O, AKSOÖ-nün kənd təsərrüfatı və mineral ixracatının əksəriyyətinin AİB-yə rüsumsuz daxil olmasını təmin edirdi. AİB kənd təsərrüfatı ilə rəqabətdə şəkər və mal əti kimi məhsullar üçün kvota sisteminə əsaslanan imtiyazlı giriş razılaşdırıldı. İkincisi, AİB AKSOÖ ölkələrinə yardım və investisiya üçün Avropa Hesablama Birliyinə (AHB) 3 mlrd. avro vəsait ayırmağı öz öhdəliyinə götürdü. Konvensiya yenidən müzakirə edilib və üç dəfə yenilənib. II Lome (1981-ci ilin yanvarından 1985-ci ilin fevralına qədər) - Avropa Hesablama Birliyi yardım və investisiya xərclərini 5,5 milyarda qədər artırdı. III Lome 1985-ci ilin martında (ticarət müddəaları) və 1986-cı ilin mayında (yardım) qüvvəyə minib və 1990-cı ildə başa çatıb; AHB-nin öhdəliklərini 8,5 milyard avroya artırdı.