Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akasiya yalançıçanaqlı yastıcası ( Parthenolecanium corni Bouche)
Leuce
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Lerche (studiya)
Lerche (ラルケ, Raruke, alman dilində "torağay" deməkdir) — 2011-ci ildə yaradılmış Yaponiya cizgi filmi studiyası. Lerche studiyası Studio Hibari (yapon dilində "hibari" "torağay" deməkdir) şirkətinin bir hissəsidir.
Loubye sahili
Loubye sahili — Antarktidanın Qreyam Torpağından qərbdə yerləşən sahildir. Sahil Belluye burnundan şimal-şərqdə, Bourqeois burnundan cənub-qərbdə yerləşmişdir. Sahillə burnular arasında 158 km məsafə vardır. Sahil 1905-ci ilin yanvarında Jan-Batist Şarkonun rəhbərliyi altında Fransa Antarktika Ekspedisiyası tərəfindən ərazinin tədqiqi zamanı Fransanın prezidenti olmuş Emile Loubetin adını daşıyır. == Yerləşməsi == Loubye sahili 67°00′ c. e. 66°00′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kobus leche
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Leuce alba
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Leuce × canescens
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. == Ekologiyası == İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. == Azərbaycanda yayılması == Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Touch and Go
Brother Louie (Modern Talking)
Brother Louie (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Brother Louie '98 (Modern Talking)
Brother Louie '98 (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
La noche es para mí
"La noche es para mí", (azərb. Mənim üçün gecə‎) 2009 Avroviziya Mahnı Müsabiqəsində Soraya Arnelasın İspaniya adına səsləndirdiyi mahnıdır. Mahnı Irini Michas, Dimitri Stassos və Jason Gill tərəfindən bəstələndi və mahnının sözləri Felipe Pedroso tərəfindən yazıldı. == Ümumi == Mahnı əvvəlcə 2007-ci ildə Yunanca olaraq "Əfvdə Pou Ksereis" adı ila bəstələndi. Əvvəl Helena Paparizou üçün təklif edilən mahnı Paparizou tərəfindən imtina edildi. Mahnı, daha sonra söyləməsi üçün Maro Lytraya təklif edildi. Ən sonunda Chrispaya təklif edilən mahnının Yunanıstanın 2008 mahnısı olması üçün istifadə edilməsi düşünüldü. Mahnı bu üç müğənni tərəfindən də istifadə edilməyincə 2009 ili üçün uyğun sənətçi axtarıldı. Soraya və prodüserləri Sin Miedo albomu üçün mahnını almağa qəbul etdi. 13 oktyabr 2008-ci ildə nümayiş olunan albom İspanca olduğundan, mahnı da İspan dilində olaraq yazılaraq alboma alındı.
Accélérateur Grand Louvre d'analyse élémentaire
AGLAE (fr. Accélérateur Grand Louvre d'analyse élémentaire) – Parisdə yerləşən Luvr muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə saxlanılan muzeyin zərrəcik sürətləndiricisi. 1988-ci ildən bəri muzeyin bir parçasıdır. Araşdırmaçılar əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi məlumat verə bilər. == İstifadəsi == Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün də istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid). Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir. Maşını idarə edən qrupun rəhbəri Kler Paçekodur. Paçeko Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
Ana lövhə
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ağıllı lövhə
Ağıllı lövhə — informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
Karvan (simfonik lövhə)
Karvan — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. 1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.
Mikaela Louç
Mikaela Louç (ing. Mikaela Loach) — eko-aktivist, Edinburq Universitetinin tibb tələbəsi, Edinburqda iqlim ədaləti uğrunda mübarizə aparır. Global Citizen Prize: UK’s Hero Award mükafatına namizəd olur. Coe Bekker ilə birlikdə Mikaela iqlim dəyişikliyi, insan hüquqları və sosial ədalət haqqında YIKES podkastının prodüserliyini, aparıcılığını edir. Mikaela Louç Yamaykada anadan olub və Böyük Britaniyanın Surrey şəhərində böyüyüb. Daha sonra universitetdə təhsil almaq üçün Edinburqa köçür. Hazırda Edinburq Universitetində 4-cü kurs tələbəsidir. 2019-cu ildə qız Extinction Rebellion (XR) ətraf mühit hərəkatının üzvü olur və 2019-cu ilin oktyabrında o, siyasətçilərdən iqlim böhranını dinləmələrini tələb etmək üçün XR etirazlarında iştirak etmək üçün Edinburqdan Londona gedir. O, öz təcrübələrini gündəliyinə qeyd edir. 2019-cu ildə keçirilən XR etirazında Mikaela Louç polisin etirazı dağıtmasına mane olmaq üçün Şotlandiyanın Extinction Rebellion Scotland səhnəsində təxminən 8 saat qalmalı olur.