Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Möhkəmlik
Möhkəmlik — material xassəsi olub, onun plastiki deformasiya və kəsilməyə qarşı göstərdiyi mexaniki müqavimətini təsvir edir. Gərginlik-deformasiya-diaqramından vacib texniki möhkəmlik parametrləri tapılır. Materialın tərkibindən, temperaturundan, təsir edən yükdən və təsir sürətindən asılı olaraq müxtəlif möhkəmlik qiymətləri əldə edilir. Təsir edən yükün növündən asılı olaraq fərqlənirlər: statik və dinamik möhkəmlik (məsələn, sükutda duran, uzunmüddətli dözümülülük), yükün təsir istiqamətindən asılı olaraq yaranan möhkəmlik(sıxılma və dartılma), həmçinin əyilmə, sınma və kəsilmə möhkəmlikləri.