Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mürdad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Müəmma
Müəmma — klassik Şərq ədəbiyyatında geniş yayılmış formalardandır. Müəmmanı "mənzum tapmaca" da adlandırırlar. Məlum olduğu kimi, müəmmalardan bir çoxu əbcəd hesabı əsasında yazılır. Belə ki, bəzən rəqəm söylənilir, onun müqabili olan hərf nəzərdə tutulur, bəzən də hərf söylənilir, onun müqabili olan rəqəm nəzərdə tutulur. Orta və Yaxın Şərq ədəbiyyatında İ.Nəsimi və M.Füzulinin müəmmaları daha məşhurdur. Müəmmalarda şair fikrini müxtəlif sözlər, təşbehlər, rəmzlər içərisində bir növ gizlədib ifadə edir. Müəmmalarda əsas fikri, mətləbi tapmaq üçün fikirləşmək lazımdır. Aşıq yaradıcılığında, xüsusən də deyişmələrdə müəmmalardan geniş istifadə olunmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Ələsgər və Molla Cumanın müəmmaları məşhurdur. Ustadlar müəmmalardan müxtəlif məqsədlərlə, xüsusən də aşıq və sinədəftərlərlə deyişmə-qarşılaşma zamanı imtahan-sorğu vasitəsi kimi istifadə etmişlər.
Məddah
Meddah - kiçik qruplara o cümlədən qəhvəxana və ya çayxanalarda kiçik auditoriyaya Türk tarixini danışan şəxslərə deyilir. Bu şəxslər 16-ci əsrdə Osmanlı imperiyası dövründə daha məşhurlaşmışdır. Bu dövrdə meddahlar hər hansı hekayəni və ya tarixi bir hadisəni özləri müxtəlif improvizələr edərək danışır və ətrafdakı insanların diqqətini buna cəlb edirdilər. Meddahlar hər zaman çətir, papaq və digər baş geyimlərində istifadə edərək, ifadə etdikləri şəxslərin xarakterini, səsini və dialektini təsəvvür edirdilər. Tamaşanın limiti yox idi və yaxşı meddah onu əhatə edən auditoriyanı fikrini öz bacarığı ilə hekayədən asılı etməyi bacarmalı idi. Meddahlar adətən gəzən artistlər mənasını verir. Çünki onlar böyük şəhərlərdən kiçik kəndlərə gedərək yol boyu gördüklərini kənd camaatına hekayə edərək danışırdı. Bu adət ənənə Homerin dövründən başlandığı təsadüf edilir. Onların vəzifələri Yunanıstan o cümlədən Odessa hekayəçilərinin vəzifələrinə oxşayırdı. O dövrdə yaranmış hekayə olan Xosrov və Şirin və Leyli və Məcnunda meddahlar tərəfindən yayıldığı ehtimal edilir.
Müəmma filmi
Müəmma filmi — Kino janrlarından biridir. Bu janr detektiv və cinayət filmləri ilə sıx əlaqəlidir. Müəmma filmlərində dolaşıq situasiyalar yaranır, şübhə və sürpriz sonluq əsas süjet xəttini təşkil edir.
Yusif Məddah
Yusif Məddah (az-əbcəd. یوسف مداح‎) — Azərbaycan şairi. O, "Vərqa və Gülşa" əsəri ilə məşhurdur. Onun həyatı haqqında çox az şey məlumdur, lakin onun XIV əsrin əvvəllərində yaşadığı təxmin edilir. Məddah yaxşı təhsil almış, Azərbaycan, ərəb və fars dillərini mükəmməl bilirdi. Onun ən məşhur əsəri ərəb xalq nağılı əsasında yazılmış, 1,700-ə yaxın beytdən ibarət və əruz vəznində olan "Vərqa və Gülşa" məsnəvisidir. Məddahın "Vərqa və Gülşa"dan başqa "Xamuşnamə", "Dastan-ı İblis əleyhüllanə" və "Məqtəl-i Hüseyn" kimi əsərləri var. Şair əsasən Yusif Məddah təxəllüsündən istifadə etmişdir. Buna baxmayaraq, onun digər təxəllüsləri arasında "Yusifi" və "Yusuf-i Məddah" da var. Türk alim İ. Hikmət onun adını Yusifi Məddah kimi təqdim edir.
Hədiqətüs-Süəda
Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası‎) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məhəmməd Füzulinin əsəri. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir. Əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h. 954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur. Bu əsər Füzulinin ilk bədii nəsr əsəridir. Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur. Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir.
Ahura Məzda
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Meddah
Meddah - kiçik qruplara o cümlədən qəhvəxana və ya çayxanalarda kiçik auditoriyaya Türk tarixini danışan şəxslərə deyilir. Bu şəxslər 16-ci əsrdə Osmanlı imperiyası dövründə daha məşhurlaşmışdır. Bu dövrdə meddahlar hər hansı hekayəni və ya tarixi bir hadisəni özləri müxtəlif improvizələr edərək danışır və ətrafdakı insanların diqqətini buna cəlb edirdilər. Meddahlar hər zaman çətir, papaq və digər baş geyimlərində istifadə edərək, ifadə etdikləri şəxslərin xarakterini, səsini və dialektini təsəvvür edirdilər. Tamaşanın limiti yox idi və yaxşı meddah onu əhatə edən auditoriyanı fikrini öz bacarığı ilə hekayədən asılı etməyi bacarmalı idi. Meddahlar adətən gəzən artistlər mənasını verir. Çünki onlar böyük şəhərlərdən kiçik kəndlərə gedərək yol boyu gördüklərini kənd camaatına hekayə edərək danışırdı. Bu adət ənənə Homerin dövründən başlandığı təsadüf edilir. Onların vəzifələri Yunanıstan o cümlədən Odessa hekayəçilərinin vəzifələrinə oxşayırdı. O dövrdə yaranmış hekayə olan Xosrov və Şirin və Leyli və Məcnunda meddahlar tərəfindən yayıldığı ehtimal edilir.
Müezza
Müezza (ərəb. معزة‎) Məhəmməd peyğəmbərin (s.a.s) pişiyi olduğu nəql edilir. Hz. Məhəmməd Uhud səfərində, ordunun önünə balalarını emizdiren bir pişik çıxınca, pişiyin yanına bir gözətçi qoymuşdur. Böyük bir ordunu o pişiyin ətrafından keçirmişdir. Səfərdən dönərkən pişiyə sahiblənmiş və adını Müezza qoymuşdur. Hz. Məhəmməd pişiyi Müezzanı o qədər çox sevərmiş ki, Müezza bir gün kölgəlikdə oturan Hz. Məhəmmədin paltarının ucunda yatıbmış. Hz.
On üç müəmma
On üç müəmma ilk dəfə 1932-ci ildə Böyük Britaniyada müəllifi Aqata Kristi olmaqla Collins Crime Club tərəfindən nəşr olunmuş detektiv hekayələr toplusudur. ABŞ-da toplu 1933-cü ildə Dodd, Mead and Company tərəfindən The Tuesday Club Murders adı ilə nəşr edilmişdir. Kolleksiyaya on üç hekayə daxildir ki, onların hər biri Miss Marplın qonaqlarından birinin “anlatdığı” detektiv hekayəsidir. Qalan qonaqlar sirri həll etməyə və cinayətkarın adını çəkməyə dəvət olunur. Miss Marple - əyri , həvəskar detektiv Raymond West - Miss Marplın qardaşı oğlu, gənc yazıçı Coys Lamprier - rəssam, Raymondun sevgilisi Ser Henry Clittering - Scotland Yardın keçmiş komissarı Doktor Pender - qoca kahin Cənab Peterik - yerli hüquqşünas Bir il sonra kluba daxildir: Polkovnik Bantri Dolli Bantri - Polkovnikin arvadı Jane Helier - aktrisa Dr Lloyd "Çərşənbə axşamı" klubu Ser Henrinin hekayəsi. Üç nəfər - evli cütlük və arvadın yoldaşı - şam yeməyinə otururlar. Nahardan sonra hamı özünü pis hiss edir, amma sonda arvad ölür. Ölüm səbəbi naharda verilən konservlərin tərkibində olan ptomain ilə zəhərlənmə olub. Xidmətçinin şəhadəti göstərir ki, ər arvadının ölümünü arzulayır. Polis cəsədi çıxarır və ölümün arsenik zəhərlənməsindən olduğunu müəyyən edir .
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Media
Media — kommunikasiyada məzmun saxlamaq və çatdırmaq üçün istifadə olunan kommunikasiya vasitələri və ya alətləri. Bu termin əsasən çap mediası, nəşriyyat, xəbər mediası, fotoqrafiya, kino, yayım (radio və televiziya), rəqəmsal media və reklam kimi kütləvi informasiya vasitələrinin kommunikasiya sənayesinin komponentlərinə aid edilir. Əhəmənilər dövləti (çaparxana) və Roma imperiyası da daxil olmaqla, poçt kimi uzun məsafəli rabitə sistemlərinə imkan verən erkən yazı və kağızın inkişafı medianın erkən formaları kimi şərh edilə bilər. Hovard Reynqold kimi yazıçılar insan kommunikasiyanın ilk formalarını, məsələn, Lasko mağara təsvirlərini və erkən yazıları medianın ilk formaları kimi qələmə vermişdilər. Media tarixinin başqa bir çərçivəsi Şove mağarasının təsvirləri ilə başlayır və insan ünsiyyətini qısa səs diapazonundan kənara çıxarmağın digər yolları ilə davam edir: tüstü siqnalları, iz işarələri və heykəllər. Kommunikasiya kanalları ilə bağlı müasir tətbiqində media termini ilk dəfə kanadalı kommunikasiya nəzəriyyəçisi Marşall MakLuhan tərəfindən "Counterblast" (1954) əsərində istifadə edilmişdir: "Media oyuncaq deyil; onlar Ana Qaz və Piter Pan rəhbərlərinin əlində olmamalıdır. Onları yalnız yeni rəssamlara həvalə etmək olar, çünki onlar sənət formalarıdır". 1960-cı illərin ortalarında bu termin Şimali Amerika və Birləşmiş Krallıqda geniş istifadə edilməyə başlanmışdır. Kütləvi informasiya vasitələri ifadəsi, Henri Luis Menkenə görə, ABŞ-də hələ 1923-cü ildə istifadə edilmişdir. Telekommunikasiya sahəsindəki inkişaflar mediaya analoq və rəqəmsal media vasitəsilə uzun məsafəli bağlantı yaratmaq imkanı vermişdir.
Stellaria media var. media
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Banksia media
Banksia media (lat. Banksia media) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Böyük Budda
Tyantan Budda və ya daha çox məşhur olan Böyük Budda (çin dilində 天壇大佛) — böyük brünc rəngdə olan Buddanın statuyasıdır. Lantau adasında Po Lin monastrı yaxınlığında Honkonqda yerləşən bu statuya buddistlərin əsas sitayiş yeri olduğundan bu dinə sitayiş edən xalqların nümayəndələri bura daha çox gəlir. Böyük Budda insan və təbiət arasındakı əlaqəni, hormoniyanı simvolizə edir. Buddistlərin əsas dini mərkəzi olan Honkonqda yerləşir. Gözəl və qeyri-adi arxitekturaya malik olan Böyük Budda dünya turistlərin də diqqətini cəlb edib və bu səbəbdən ilbəil buraya gələn turistləri sayı artır. Statuetin hündürlüyü 34 m, çəkisi isə 250 tondur. Ən hündür budda olan Böyük Budda 2007-ci ildə brüncdən hazırlanmışdır (ən hündürü Tayvanda Qaoskyunededi). Ən hündür hissəsinə qalxmaq üçün gələnlər 268 pilləkan qalxmalıdılar. Bununla yanaşı avtomobil yoluda vardır. Böyük Budda şimala, digərləri isə cənuba baxır.
Crataegus × media
Crataegus ×media (lat. Crataegus ×media) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
DMG Media
DMG Media – Böyük Britaniyada qəzet qrupu. Lord Rotermirin 1922-ci ildə yaratdığı "Deyli meyl ənd ceneral trast" nəşriyyat korporasiyasına daxildir. İdarəsi Londondadır. "Associated Newspapers Ltd" 3 qəzet nəşr edir (2004). Gündəlik "Deyli meyl" ("Daily Mail") qəzetinin əsası 1896-cı ildə qoyulmuşdur, tirajı 2,3 mln. nüsxədir. "Meyl on sandi" ("Mail on Sunday") bazar günü nəşri 1982 ildə yaradılmış, tirajı 2,2 mln. nüsxədir. "İvninq standard" ("Evening Standard") London axşam qəzeti 1827-ci ildən nəşr olunur, tirajı 440 min nüsxədir. Nəşrlərin üçü də Böyük Britaniyanın mərkəzi qəzetləri içərisində oxucu dairəsinin ("orta sinfin" konservativ, yaxud mərkəzçi düşüncəli hissəsi) stabilliyi ilə seçilir.
Digitalis media
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Drosera media
Drosera intermedia (lat. Drosera intermedia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Drosera americana Willd. Drosera foliosa Elliott Drosera intermedia var. americana (Willd.) DC. Drosera intermedia f. corymbosa (DC.) Fernald Drosera intermedia var. corymbosa DC. Drosera intermedia f. elatior Planch. Drosera intermedia var. elatior Planch.
Fumaria media
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Gallinago media
Ortaboy tənbəlcüllüt (lat. Gallinago media)) — Tənbəlcüllütlər fəsiləsinin Tənbəlcüllüt cinsinə aid quş növü. Nadirdir. (EN). Təhlükə həddindədir. Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır .
Gawker Media
"Gawker Media LLC" (əvvəllər "Blogwire, Inc." və "Gawker Media, Inc.") — ABŞ onlayn media şirkəti və bloq şəbəkəsi. 2003-cü ilin oktyabrında Nik Denton tərəfindən "Blogwire" adı ilə təsis edilmişdir. Qərargahı Nyu-Yorkda yerləşir. 2012-ci ildən Kayman adalarında birləşdirilmiş "Gawker Media" yeddi müxtəlif veb-loqların və onların altında bir çox alt saytların əsas şirkəti idi. Bütün "Gawker" məqalələri "Creative Commons" qeyri-kommersiya lisenziyası əsasında lisenziyalaşdırılmışdır. 2004-cü ildə şirkətin adı "Blogwire, Inc"dən "Gawker Media, Inc."ə və qısa müddət sonra "Gawker Media LLC"yə dəyişdirilmişdir. 2016-cı ildə şirkət Halk Hoqan intim kaset iddiaları nəticəsində şirkətə qarşı 140 milyon dollarlıq təzminat ödənildikdən sonra 11-ci fəsildə iflasdan müdafiə üçün müraciət etmişdir. 16 avqust 2016-cı ildə "Gawker.com" istisna olmaqla bütün "Gawker Media" brendləri "Univision Communications" tərəfindən hərracda 135 milyon dollara alınıb. 18 avqustda şirkət "Gawker.com"un növbəti həftə fəaliyyətini dayandıracağını, digər saytlarının isə fəaliyyətini davam etdirəcəyini açıqlamışdır. 21 sentyabr 2016-cı ildə "Univision" bütün "Gawker Media" mülkiyyətlərini yeni yaradılmış "Gizmodo Media Group"a köçürmüşdür.
Hideki Maeda
Hideki Maeda (d. 13 may 1954) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 65 oyun keçirib, 11 qol vurub.
Hirotake Maeda
Hirotake Maeda (前田博武) — Yaponiya tarixçisi. O, Tokio Paytaxt Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin tarix üzrə professorudur. Maeda Yaxın Şərq tədqiqatları, Avrasiyaşünaslıq, İran və Qafqaz tarixləri üzrə ixtisaslaşmışdır. O, fars və gürcü dilində olan mənbələrdən istifadə edərək Səfəvilər dövlətində qulamların mənşəyi, onların İran tarixindəki rolu və mövqeyinə xüsusi diqqət yetirir. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica. 32 (2). 2003: 243–278. doi:10.2143/SI.32.2.563203.
IBT Media
"IBT Media" — ABŞ qlobal rəqəmsal xəbərlər təşkilatı. aylıq 90 milyondan çox oxucu əldə edir. Digərləri arasında "International Business Times" və "Medical Daily" nəşrlərini dərc edir. "IBT Media"nın baş ofisi Nyu-Yorkda yerləşir. 2014-cü ilin məlumatına görə, şirkət təxminən 21 milyon dollar gəlir və təxminən 500 min dollar mənfəət əldə etmişdir. Şirkət 2006-cı ildə "IBT Media" olaraq qurmuşdur. Şirkətin xüsusi şaquli saytlar və həmçinin beynəlxalq nəşrlər vasitəsilə üzvi şəkildə qurduğu bir neçə brend mövcuddur. 2018-ci ilin yanvar ayında Manhetten dairə prokurorluğunun işçiləri şirkətin ofislərində reyd keçirərək on səkkiz kompüter serverini götürmüşdür. "Newsweek"in məlumatına görə, reyd şirkətin maliyyəsi ilə bağlı araşdırmanın bir hissəsi idi. 1 fevral 2018-ci ildə şirkətin sahiblərindən olan və sədri Etyen Uzak, eləcə də maliyyə direktoru vəzifəsini icra edən həyat yoldaşı Marion Kim istefa vermişdir.
Vərqa Və Gülşa (Yusif Məddah)
Vərqa və Gülşa — XIV əsrdə yaşamış Azərbaycan şairi Yusif Məddah tərəfindən qələmə alınmış əsər. Ərəb əfsanəsi olan, buna baxmayaraq ilk dəfə İran ədəbiyyatında məsnəvi kimi görünən Vərqa və Gülşa hekayəsi Qəznəvilər dövründə Əyyuqi adlı bir şair tərəfindən qələmə alınıb. Bu mövzu İran ədəbiyyatının digər məsnəvi mövzuları kimi geniş yayılmayıb. Vərqa və Gülşa mövzusu türk ədəbiyyatında ilk dəfə 1368–1369-cu ildə Yusif Məddah tərəfindən işlənilib. Yusif Məddahın həyatı haqqında çox məlumat yoxdur. XIV əsrdə yaşadığı məlumdur. Lakin onun doğum və ölüm tarixi məlum deyil. Onun adı sadəcə Şeyxoğlunun "Kənzül Kübəra və Məhəkkül-Uləma" adlı əsərində çəkilir. Müəllif həmçinin əsərinə Vərqa və Gülşa məsnəvisindən aşağıdakı beyti daxil edib: "Sənligün gedər hicab olmuş sənəSən onun üzünə onsuz baxsana" İ. Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir. Bu mülahizəni söyləyərkən о, əsasən, Yusif Məddahın fars dilində yazdığı ''Xamuşnamə'' məsnəvisindəki fikirlərə əsaslanır.