Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Müəşşər
Müəşşər (ərəbcə: onluq) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müəşşərin hər bəndi 10 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 9 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Az yayılmış şeir formasıdır. Molla Pənah Vaqifin "Ey büti-tutizəban, gəl ki, məqalın istərəm", "Ey rəngi-ruxi-alına heyran gülü-lalə" şeirləri müəşşərin nümunələrindəndir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.121 == Xarici keçidlər == Fərid Muradov. "Ədəbiyyatımızın unudulmuş söz ustasının müəşşəri" (az.).
Səttər Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. == Hərbi xidməti == Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Müəmmər Lütfi Bəxşi
Müəmmər Lütfi Bəxşi (1903-1947) — Türkiyə şairi. == Həyatı == Mədrəsə təhsili aldığı üçün qüvvətli bir islam mədəniyyətinə sahibdir. 18-19 yaşlarında əruzla və əski tərzdə şeirlər yazmışdır. Sonralar hecaya və ən sonunda da sərbəst nəzmə keçmişdir. Şeirləri "Ahəng", "Sədayi-həqq", "Yeni gün", "Məhfəl", "Naziktər", "Hilal", "Anadolu", "Şərq", "Yanıq", "Yurd", "İctihad", "Sərvəti-fünun" və "Yeni səs" kimi dövri nəşrlərdə çıxır. Antalyada olduğu zaman Antalya xalq evi dərgisi olan "Türk Akdəniz"i idarə edir. Şeirləri kitablaşmadı. Dörd dəftər dolusu şeiri olduğu söylənir. Şeirlərində daha çox milli mövzulara və eşqə yer vermişdir. Tokadizadə Şəkib, Tahir ül-Mövləvi, Əhməd Haşim, hecanın beş şairi, Kamaləddin Kamu kimi şairlərin təsirində qalmışdır.
Müəmmər əl-Qəzzafi
Muəmmər Qəddafi və ya Müəmmər əl-Qəddafi audio ərəb. معمر القذافي‎ [muˈʕamːar alqaðˈðaːfiː]; ən tezi 7 iyun 1939 və ən geci 7 iyun 1943[…], Qəsr Əbu-Hadi[d], İtaliya Liviyası[d] – 20 oktyabr 2011[…], Sirt[…]) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969–2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977–1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969–1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970–1972). 1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəddafinin hakimiyyət illərinə təsadüf edir. == İlk illəri == 1965-ci ildə Muəmmər Qəddafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı. == Əl-Fateh İnqilabı == Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.
Mir Yəhya Müztər
Mir Yəhya Mir Mustafa oğlu Müztər (Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Mir Yəhya Mir Mustafa oğlu Cənubi Azərbaycanın Zunuz qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Müztər təzəllüsü ilə şeir yazırdı. Divanı Təbriz şəhərində çap edilmişdi.
Şeyx Məttar məscidi
Şeyx Məttar məscidi (türk. Şeyh Mutahhar Camii), Dörd Ayaqlı məscid, Qasım bəy məscidi və ya Qaım Padişah məscidi — Diyarbəkirdə 1500-ci ildə Ağqoyunlu bəylərindən Qasım bəyin əmri ilə inşa edilmiş məscid. == Haqqında == Ağqoyunlu memarlığının ən önəmli əsərlərindəndr. Şeyx Mutəhharın qəbrinin üzərində tikilmişdir. Xalq arasında Şeyx Məttar məscidi olaraq bilinir, lakin qaynaqlarda adı Qasım bəy məscidi və ya Qasım Padişah olaraq da keməkdədir. Dörd ayaqlı minarəsinə görə məşhurlaşmışdır. Yekparə daş sütun üzərində död künclü olaraq inşa edilmiş məscid Anadoluda ola yeganə dörd ayaqlı minarəyə sahibdir. Burada dörd ayaq 4 İslam məzhəbinin rəmzidir. Böyük ehtimalla, məscidə sonradan əlavə edilən minarə üzərində balkon vardır.Həsən paşa abidəsinin yanındakı dar küçə içərisində olan məscid kvadrat planlı və tək qübbəlidir. Yanlarda üç cüt, şimal və cənubda isə 2 cüt pəncərəsi vardır.
Seyful-İslam Müəmmər əl-Qəzzafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Seyf əl-İslam Müəmmər əl-Qəddafi

Münster
Münster (alm. Münster‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Münster inzibati dairəsində şəhər. Sahəsi 302.89 km2, əhalisi 299 708 nəfərdir (2013).
Matthaus Seutter
Georq Matthaus Seutter (1678-1757)—Almaniya coğrafiyaşünası. == Həyatı == Məşhur alman coğrafiyaşünası Georg Matthäus Seutter (1647-1756) öz xəritəsində bütün cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərmişdir. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.
Muəmmər Qəddafi
Muəmmər Qəddafi və ya Müəmmər əl-Qəddafi audio ərəb. معمر القذافي‎ [muˈʕamːar alqaðˈðaːfiː]; ən tezi 7 iyun 1939 və ən geci 7 iyun 1943[…], Qəsr Əbu-Hadi[d], İtaliya Liviyası[d] – 20 oktyabr 2011[…], Sirt[…]) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969–2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977–1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969–1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970–1972). 1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəddafinin hakimiyyət illərinə təsadüf edir. == İlk illəri == 1965-ci ildə Muəmmər Qəddafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı. == Əl-Fateh İnqilabı == Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.
Muəmmər Qəzzafi

Münster 42
Münster 42 (alm. Fernmeldeturm Münster 42‎ Fernmeldeturm Münster 42) — beton dəmir televiziya və radio yayımı qülləsi hansı ki, Munster (Federal Dövlət Vestfaliya — Şimali Reyn)şəhərində yerləşir. Analoq televiziya antenaları, DVB-T antenaları, VHF radio xidmətləri üçün istifadə olunur. Qüllə, həmçinin Münster- Bilefeld- Schverte- Haltern am See regionunda radio-rele rabitəsini təmin etməyə xidmət edir.
Tomas Müntser
Tomas Münser(alm. Thomas Müntzer‎, eləcə də Münzer, təxminən 1490 – 27 may 1525) — alman vaizi, Reformasiya dövründə alovlu çıxışları ilə yadda qalmışdı. == Həyatı == Tomas Münser təxminən 1490-cı il dolaylarında Almaniyada anadan olmuşdu. Əvvəlcə Leypsiq Universiteti, sonra Frankfurt Universiteti təhsil almışdı. Yunan, İbrani və Latın dilləri üzrə mütəxəssis oldu. 1516-cı ildən 1518-ci ilədək monastrda yaşadı. Martin Lüterin 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi yayıldıqdan sonra kilsədən ayrılıb, Vittenberqə getdi. Mayın ortalarına üsyançılar ümumi proqramın və sonrakı hərəkət planını müzakirə etmək üçün kəndli nümayəndələrinin Geylbronn qurultayını çağırmaq niyyətində idilər. Onun layihəsi "Geylbronn proqramı" adı aldı. O knyazların hakimiyətinin məhdudlaşdırılmasını və ilk növbədə bürgerlərin, eləcə də kəndlilərin və qismən cəngavərlərin maraqlarına cavab verən ölkənin mərkəzləşdirilməsini nəzərdə tuturdu.
Mehtər musiqisi
Mehtər türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət anlayışında xalqın bütünlüyü, dövlətin ucalığı kimi anlayışlar çox önəmlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk dövlətlərində, Səlcuq və Osmanlı dövlətlərində də kiçik dəyişikliklərlə özünə yer alıb. Burada üç önəmli simvol var: Otağ adlanan xaqanın və ya baş komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətləndirilir, çünki otağ yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız xaqana aiddir. Xaqanlıq mehtəri isə bayrağın altında və otağın önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur. Bayraq və mehtər türk dövlətində biri-birindən ayrılmaz çox önəmli əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və savaşa başlamaq üçün ilk addımlar atılır.
Nikolay Metner
Nikolay Karloviç Metner(rus. Никола́й Ка́рлович Ме́тнер, 5 yanvar 1880 - 13 noyabr 1951) — Rusiya bəstəkarı. == Həyatı == Nikolay Karloviç Metner 5 yanvar 1880 -ci ildə Moskva şəhərində anadan olmuşdu. Nikolay Metner 13 noyabr 1951-ci ildə Londonda vəfat edib.
Qetter Yaani
Qetter Yaani (est. Getter Jaani; d. 3 fevral 1993, Tallin) — Estoniya pop-müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Rockfeller Street" (azərb. Rokfeller küçəsi‎) mahnısı ilə təmsil etmiş, finala çıxmış, 24-cü yeri tutmuşdur. == Bioqrafiya == 1993-cü ilin 3 fevralında Tallində anadan olmuş və böyümüşdür. 2015-ci ildə gecə məktəbindən məzun olaraq diplomunu almışdır.İlk dəfə "Eesti otsib superstaari" (azərb. Estoniya super ulduz axtarışındadır‎) müsabiqəsinin 3-cü mövsümündə tanınmış və 4-cü yeri tutmuşdur. 2011-ci ildə 2011 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir və "Rockfeller Street" mahnısı ilə finalda 24-cü yeri tutmuşdur. 2011-ci ildə "Tantsud tähtedega 2011" müsabiqəsində çıxış etmişdir.
Santa Muerte
Santa Muerte (ispancadan – "Müqəddəs ölüm") — əsasən Meksika və ABŞ-də yayılmış, xalq katolisizmində və Meksika neopaqanizmində idol və ilahə. O, ölümün təcəssümüdür və onun fədailəri onu sağalma, qoruma və axirətə təhlükəsiz çatdırılma ilə əlaqələndirirlər. Katolik kilsəsinin və yevangelist hərəkatların liderləri tərəfindən qınanılmasına baxmayaraq, onun kultu XXI əsrin əvvəlindən bəri getdikcə artır. == Təşkilat == Kultun bəzi nümayəndələrini "Meksika və ABŞ-nin ənənəvi Katolik kilsəsi" adlanan kilsə birləşdirir. Təsisçisi David Romodur. Bu təşkilatın ilk kilsəsi 1999-cu ildə meydana çıxmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Chesnut, R. Andrew. Devoted to Death: Santa Muerte, the Skeleton Saint (Second). New York: Oxford University Press. 2018 [2012].
Seyf əl-İslam Müəmmər əl-Qəzzafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Ferdinand von Mueller
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Leta Stetter Hollinqvort
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Muəmmər Z.A.
Muəmmər Zainəl Əsyikin (ərəb. معمر زين العاشقين‎; 14 iyun 1954) — İndoneziya əsilli Qari və hafiz.
Mette Frederiksen
Mette Frederiksen (dan. Mette Frederiksen; 19 noyabr 1977, Olborq, Danimarka) — 2019-cu ilin iyunundan etibarən Danimarkanın Baş naziri, 2015-ci ilin iyunundan etibarən isə Sosial Demokratların lideri olan danimarkalı siyasətçi.Həmkarlar ittifaqı işçisi kimi çox qısa fəaliyyətinə əlavə olaraq, Frederiksen heç vaxt siyasətdən kənar heç bir işlə məşğul olmadı. İlk dəfə 2001-ci il ümumi seçkilərində Folketinqə seçildi və Kopenhagen əyalətini təmsil etdi. Sosial Demokratlar 2011-ci il ümumi seçkilərində qalib gəldikdən sonra Baş nazir Helle Torninq-Şmitt tərəfindən Məşğulluq Naziri təyin edildi. 2014-cü ildə Ədliyyə Naziri vəzifəsinə yüksəldi. 2015-ci il ümumi seçkilərində Sosial Demokratların kiçik fərqlə məğlubiyyətindən sonra Torninq-Şmitt istefa etdi və Frederiksen onu əvəz etmək üçün növbəti seçkilərində qalib gələrək müxalifət lideri oldu.Frederiksen partiyasını 2019-cu il ümumi seçkilərinə apardı, nəticədə sol və mərkəz-sol partiyaların bloku Folketinqdə çoxluq qazandı. Frederiksen Kraliça II Marqrete tərəfindən yeni hökumət qurmaqda danışıqlara rəhbərlik etmək üçün təyin olundu və 27 iyunda Baş nazir olaraq and içdi. == Həyatı == Danimarkanın şimalında Olborq şəhərində anadan olub. Frederiksenin atası yazıçı, anası müəllim idi. Yeniyetmə ikən meşələri və balinaları qorumaq və aparteidə son qoymaq üçün kampaniya apardı.Frederiksen Olborqhus Gimnaziyasına qatıldı.
Should've Known Better
Should've Known Better (azərbaycanca: Yaxşı bilmək lazım idi) — Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Soluna Samay ifa etdiyi mahnıdır. 23-ci yeri tutdu.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.