MƏƏTTƏL

is. [ ər. müəttəl]
1. Gözləmə, intizar.
Elə kəndlilər bu sözün məəttəli idi(lər). Qantəmir.
[Vahid:] Elə bil anam bu suala məəttəl imiş. B.Bayramov.

// Yubanma, intizarda olma.
[Xannazir öz dəstəsinə:] Daha nəyin məəttəlisiniz, irəli! P.Makulu.

□ Məəttəl etmək (eləmək) – yubatmaq, intizarda qoymaq, gözlətmək.
[Qızın atası:] Gedin, tez başlayın, … camaatı məəttəl eləməyin. S.Rəhman.

Məəttəl olmaq – yubanmaq, gözləmək. [Ağa Salman:] Ümmidim budur ki, uzun iş olmasın.
Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil! M.F.Axundzadə.
[Katib:] Yox, bu saat gələr, məəttəl olmazsan. Ə.Haqverdiyev.

2. Təəccüblü, heyran. Mən onun işlərinə məəttələm.
□ Məəttəl qalmaq – təəccüb etmək, çaşıb qalmaq, nə edəcəyini bilməmək, baş çıxarmamaq.
…Məəttəl qalmışam, bilmirəm, yazım, ya yox. C.Məmmədquluzadə.
Nərgiz lap məəttəl qaldı. Ə.Məmmədxanlı.
[Qarı nənə:] Gərək ona elə bir şey öyrədim ki, hamı məəttəl qalsın. M.Dilbazi.

3. İşsiz, boş, bikar.
□ Məəttəl qalmaq – çatışmayan bir şeyə görə bikar qalmaq, iş görə bilməmək, dayanıb durmaq.
[Bəlli Əhməd:] Qırılıbdı sazım, məəttəl qalmışam; Usta qulun ollam, al, düzəlt sazı. Koroğlu”.
[Anam:] Sən bilmirsən ki, adam bəzən bir mismar üçün … məəttəl qalır? Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏƏTTƏL təəccüb — heyrət
MƏDRƏSƏ
MƏƏTTƏLÇİLİK

Digər lüğətlərdə

-тка ассирия́не иеромона́х пригу́дка прутня́к сни́зиться утесни́тель шокола́дка бу́квочка взрыва́ние выче́рпывание коммуни́стка моторизи́рованный ортопеди́стка откочёвка рамоли́ электрифика́ция рымза трескать asymmetry cocaine juniper parol pit boss unquestionably