Mirzə Məhəmməd Müsəvvir
Mirzə Məhəmməd Müsəvvir (Qəzvin – 1901, Bakı) — XIX əsr Azərbaycan şairi, rəssamı və xəttatı. O, "Məcməüş-şüəra" ədəbi cəmiyyətinin üzvü olmuşdur.
Mirzə Məhəmməd Qəzvin şəhərində anadan olmuş, 1876-cı ildə Bakıya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, rəssamlıq və xəttatlıqla məşğul olmuş, eyni zamanda "Müsəvvir" təxəllüsü ilə şeirlər yazmışdır. Müsəvvir ali savadının olmamasına baxmayaraq elmdən uzaq qalmamış, mahir şahmatçı olmuşdur. Seyid Əzim Şirvani ilə dost olan Mirzə Məhəmməd onun yaradıcılığını Maninin yaradıcılığına bənzətmiş, Çin incəsənəti ilə müqayisə etmişdir.
O,1901-ci ildə Bakıda vəfat etmişdir.
Müniri, Mirzə Ağadadaş, redaktorBahar ağlayışı. Baku: Ecoprint. 2018.