Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müjdəçilər (film, 2007)
Müjdəçilər (ing. The Messengers) — qorxu və mistika janrında çəkilmiş ABŞ filmi. == Məzmun == "Müjdəçilər" filmi 2007-ci ildə ekrana çıxıb. Film bir evdəki qorxulu hadisələrdən bəhs edir. Filmin başlanğıcında bir qadının oğlu ilə birlikdə nədənsə qaçdığını görmək olar. Lakin gizlənməyə çalışdıqları hər nəysə əvvəlcə qadını, sonra da oğlunu tapır. İllər sonra başqa bir ailə yeni həyat qurmaq üşün bu evə köçürlər. Lakin bu evin lənətindən xəbərləri yoxdur. Ailənin böyük qızı Ces evdəki mənfi ab-havanı hiss edir. Lakin ona inanan olmur.
Müjdəçilər (film 2007)
Müjdəçilər (ing. The Messengers) — qorxu və mistika janrında çəkilmiş ABŞ filmi. == Məzmun == "Müjdəçilər" filmi 2007-ci ildə ekrana çıxıb. Film bir evdəki qorxulu hadisələrdən bəhs edir. Filmin başlanğıcında bir qadının oğlu ilə birlikdə nədənsə qaçdığını görmək olar. Lakin gizlənməyə çalışdıqları hər nəysə əvvəlcə qadını, sonra da oğlunu tapır. İllər sonra başqa bir ailə yeni həyat qurmaq üşün bu evə köçürlər. Lakin bu evin lənətindən xəbərləri yoxdur. Ailənin böyük qızı Ces evdəki mənfi ab-havanı hiss edir. Lakin ona inanan olmur.
Müjdə
Müjdə və ya Xeyirxəbər (Latın Vulqatası Luka 1:26-39-da Annuntiatio nativitatis Christi) həm də Bakirə Məryəmin Müjdələnməsi, Bizim Ledinin Müjdələnməsi və Lordun Müjdəsi adları ilə tanınan, xristianlıqda Məryəmin hamilə olması və Tanrının oğlunun inkarnasiyasında iştirak edəcəyi haqqında xəbərlə Mələk Cəbrayıl tərəfindən müjdələnməsi hadisəsidir. Cəbrayıl Məryəmə dünyaya gətirəcəyi uşağın adını da deyir: Yehoşua – YHWH xilas edir anlamına gəlir. Əksər xristianlar bu hadisəni 25 mart tarixində İsanın doğulmasından doqquz ay əvvəl Müjdə bayramı kimi qeyd edirlər. Luka 1:26-da verilən məlumata görə Müjdə hadisəsi Yelezavetanın Vəftizçi İohanna hamiləliyinin altıncı ayında baş vermişdir. İriney (təxm. 130-202) İsanın təqdim edilməsini 25 mart kimi qəbul edirdi ki, bu da İsanın əziyyətləri ilə uyğunluq təşkil edirdi.Şimal yaz ekinoksu tarixi bir çox ölkələrdə, o cümlədən İngiltərədə Yeni il bayramı kimi də qeyd olunur, İngiltərədə isə bu bayram həm də Ledi günü kimi tanınırdı. Həm Katolik, həm də Ortodoks kilsələri Müjdə hadisəsinin Nazaretdə baş verdiyini qəbul etsələr də, konkret məkanla bağlı fikir ayrılığı var. Müjdə bazilikası birinci, Yunan Ortodoks Müjdə kilsəsi isə sonuncü məkan hesab olunur. Müjdə xristian incəsənətinin açar mövzularından biri olmaqla Katolik kilsəsinin Marian incəsənətində xüsusi yer tutmuş, xüsusilə orta əsrlər və intibah mədəniyyətlərinin əsas mövzularından biri olmuşdur. == Bibliya məlumatları == Bibliyada Müjdə hadisəsi haqqında məlumat Luka 1:26-38-də verilir: Lukanın İncilindəki məlumatla eyni olmasa da, oxşar Müjdə xəbəri Matfey 1:18-21-də də verilir: === 4Q246 əlyazması === Luka 1:32, 35-də oxuyuruq: Kumran əlyazmalarından olan 4Q246 əlyazmasında isə oxuyuruq: Bəzi tədqiqatçıların fikrincə, bu mətnlərdə oxşarlıq o qədər çoxdur ki, Lukanın çoxdan unudulmuş qədim Kumran əlyazmalarından istifadə etdiyini güman etmək olar.
Protrombin müddəti
“Quick” göstəricisi, “Quick” test, Protrombin müddəti ABŞ həkimi ing. Armand James Quick-in şərəfinə adlandırılmış qanın laxtalanma sisteminin funksiyasını qiymətləndirmək üçün mövcud olan tibbi laborator göstərici. Bu göstəricinin başqa cür protrombin müddəti (ing. prothrombin time - PT) adlandırırlar. == Müayinəsi == Götürülmüş qan probuna natrium-sitrat qatılır ki tez laxtalanmanın qarşısı alınsın. Bu zaman laxtalanma üçün lazım olan kalsium natrium sitratla birləşir. Laboratoriyada sitratlı qan probu sentrafuqdan keçirilərək zərdab alınır. 37 °C tempraturda alınmış zərdab üzərinə toxuma faktoru (=Tissue-Faktor= (toxuma-) tromboplastin) əlavə edilir. Beləliklə ekzogen olaraq laxtalanma aktivləşmiş olur. Fibrinin yaranmasına qədərki müddət hesablanır.
Aktivləşdirilmiş laxtalanma müddəti
Aktivləşdirilmiş laxtalanma müddəti (ing. activated coagulation time - ACT) - laxtalanmanı daha doğrusu onun müddətini ölçmək üçün tətbiq olunan müayinə metodudur. Bu zaman koalin əlavə edilmiş qanın laxtalanmağa başladığı an qeydiyyata alınır. Bu müayinə üsulu xüsusən, qanın tam heparinləşdirilməsi şəraitində aparılan tibbi müayinə, müalicə və cərrahi əməliyyatlarda qanın laxtalanma müddətini təyin etmək üçün tətbiq edilir. Normada bu göstərici 80-100 saniyədir. Bu o deməkdir ki qan 80-100 saniyə ərzində laxtalanmağa başlayır. Süni qan dövranı aparatı ilə icra olunan ürək əməliyyatları zamanı bu müddətin tam heparinləşdirmə nəticəsində 400-600 saniyə olması labüddür.
Yarım parçalanma müddəti
Yarım parçalanma müddəti (T1/2) — orqanizmdə dərman preparatının miqdarının 50%-ə (yarıya) qədər azalması üçün tələb olunan müddət və ya zaman. Müxtəlif dərman preparatlarında bu müddət müxtəlif olur. Beləki aspirin və ibuprofen preparatlarında yarım parçalanma müddəti təxminən 4, piroksikamda isə 24 saatdır.
Müjdə Ar
Kamile Suat Ebrem (d. 21 iyun, 1954-cü il) — Türkiyə kino aktrisası.
Geri ödəmə müddəti metodu
Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur. == Məqsədi == Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsi ilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir. == Düsturu == Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) - nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2] Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C) P P = C 0 C {\displaystyle PP={\mathbb {C} _{0} \over C}} Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir: P P = n + ( C 0 − C k ) C {\displaystyle {\displaystyle PP={n+{{(\mathbb {C} _{0}-\mathbb {C} _{k})} \over C}}}} [3] n - Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il C0 - İnvestisiya məbləği Ck - n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.
Müjdə xristian incəsənətində
Müjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir. Müjdə mövzusu hələ erkən xristianlıq dövründən məşhur olmuş və bu mövzuda məlum olan erkən dənət nümunəsi Romadakı Prisilla katakombasındakı IV əsrə aid freskodur. == Orta əsrlər və intibah == Orta əsrlər və intibah dövründə məşhur olan Müjdə mövzusuna həmin dövrlərin ən məşhur və nüfuzlu sənətkarları müraciət etmişlər. Bakirə Məryəm və arxangel Cəbrayıl Roma-Katolik Marian incəsənətinin ən sevilən mövzularından biri olmuşdur. Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço di Buininsenya, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa minlərlə ustad sənətkarlar bu mövzuya müraciət etmişlər. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir. Müjdə səhnələrinin təsvir kompozisiyası adətən bir-birinə oxşar idi; Məryəmin solunda dayanmış Cəbrayıl ona müjdəli xəbəri verərkən Məryəm oturmuş, daha sonrakı təsvirlərdə isə diz çökmüş halda göstərilirdi. Tipik olaraq Cəbrayıl daha yaxından, Məryəm isə bir qədər onun fonunda verilir. Orta əsrlər incəsənətində bir qayda olaraq Məryəm qapalı məkan və ya dəhlizdə göstərilirsə, intibah incəsənətində o, bağda və ya ağacların əhatəsində verilir. Təsvirlərdə göstərilən bina bəzən Bakirənin evi, bəzən də Yerusəlim məbədi hesab edilir.
Müjde Ar
Kamile Suat Ebrem (d. 21 iyun, 1954-cü il) — Türkiyə kino aktrisası.