BƏŞƏR
BƏŞİRƏ
OBASTAN VİKİ
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
II Bəşir
Bəşir əs-Sani əş-Şihabi (ərəb. بشير الثاني الشهابي‎; 2 yanvar 1767, Qəzir[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1850[…], Konstantinopol) — 1788–1840-cı illərdə Cəbəli-Lübnan əmiri.
Bəşir fondu
Bəşir Atalay
Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub. == Yaşamı və akademik karyerası == Bəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə Universitetində və YUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub. == Siyasi karyerası == 2002-ci ilin ümumi seçkilərində o, AKP-dən Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib. == Şəxsi həyatı == Bəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.
Bəşir Cəmayel
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür. Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur.
Bəşir İmanov
Ömər Bəşir
Ömər əl-Bəşir (tam adı: Ömər Həsən Əhməd əl-Bəşir, ərəb. عمر حسن أحمد البشير‎; 1 yanvar 1944, Hoş Bonnaqa[d], Nil vilayəti[d]) — Sudan dövlət və siyasi xadimi, 30 iyun 1989-cu ildən 11 aprelin 2019-cu ilədək Sudanın VII Prezidenti, 1996-cı ildən etibarən aparıcı "Milli Konqres" partiyasının sədri. 2019-cu ilin aprel ayında hərbi çevriliş nəticəsində hakimiyyətdən endirilmişdir. Ömər Əl-Bəşir 1944-cü ildə kəndli ailəsində dünyaya gəlib. Sudan Britaniya və Misir müstəmləkəçiliyindən azad olanda, o yeniyetmə idi. 16 yaşlı Ömər ordu sıralarına yazıldı, Xartum və Qahirədə təhsil aldı. 1973-cü ildə Misir ordusunun tərəfində İsrailə qarşı döyüşdü. Bundan sonra, əl-Bəşir ölkənin cənubunda ordu komandanı oldu, burada üsyançı qüvvələrlə mübarizəyə rəhbərlik etdi. Dünya Ömər əl-Bəşirin adını ilk dəfə 1989-cu il Sudan Nicat İnqilabı zamanı eşitdi. Bu inqilabın əsas simalarından biri Həsən əl-Turabi idi.
Bəşir (İraq)
Bəşir (ərəb. قرية بشير, Bašīr‎, türk. Beşir) İraqın Kərkük mühafəzəsinə tabe olan kənddir. Əhalisi şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Kənd 2014-cü ilin iyununda İŞİD tərəfindən ələ keçirilib. 1 may 2016-cı ildə İraq qüvvələri tərəfindən geri alınıb.
Hacı Bəşir Rzayev
Hacı Bəşir Rzayev — Qarabağın, Şuşanın məşhur Rzayevlər nəslindən olan, Şuşada “Tacirlər padşahı” kimi tanınan məşhur tacir. Bu nəslin ulu babası olan Həsənəli XVIII əsrin ikinci yarısında Şuşanın Gəlmələr məhəlləsində yaşamış və ticarətlə məşğul olmuşdur. == Erkən həyatı və təhsili == Bəşir Hacı Şükür oğlu Rzayev 1868-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa şəhər məktəbində təhsilini davam etdirmişdi. Ticarətlə məşğul olmuşdu. Hacı bəşir II Gildiya tacir idi. === Ailəsi === Hacı Bəşir Rzayev Rübabə xanımla ailə həyatı qurmuşdu. Onların bu nikahdan İsmayıl, Əli, Cəmil, Saleh adlı oğlanları, Həcər, Xurşid adlı qızları vardı. == Fəaliyyəti == Hacı Bəşir Rzayev Rusiyanın bir çox şəhərləri ilə, Iran və Osmanlı dövləti ilə ticarət edirdi.
Mir Bəşir Qasımov
Mir Bəşir Fəttah oğlu Qasımov (1879, Daşbulaq[d], Cənubi Azərbaycan – 23 aprel 1949, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1938–1949). Mirbəşir Fəttah oğlu Qasımov 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olmuşdur. 1898-ci ildən inqilabi işə qoşulmuşdu. Mirbəşir Qasımov 1905-ci ildə Balaxanı neft mədənlərində çalışırdı. M. Qasımov 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olub. 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub. Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib. 1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur.
Bəşir (Heris)
Bəşir (fars. بشير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (59 ailə).
Bəşir (qəzet)
"Bəşir" (qəzet) — İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzet. == Məlumat == "Bəşir" 1958-ci il 14 iyulda İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzetdir. Həftəlik türkcə-ərəbcə şəkilli ədəbiyyat nəşri olan "Bəşir" qəzeti ədəbi məqalələrdən başqa ictimai, səhiyyə, kənd təsərrüfatı və qanunvericilik kimi digər mövzuları əhatə etdiyi kimi ölkəyə aid daxili məsələlərlə bağlı siyasi məqalələrə də yer verirdi. İraq türkmanlarının haqqlarının müdafiəçisi olan bu mətbu orqan zaman keçdikcə xalq tərəfindən sevilən bir qəzetə çevrilib. "Bəşir" qəzetinin redaksiyası Kərkükdə Əvqaf küçəsində 7 qatlı Əvqaf binasının qarşısındakı ayrıca bir binada idi. Bu kirayəlik binanın bir hissəsindən qəzetin məsul müdiri vəkil ofisi kimi istifadə edirdi. Altı ay müntəzəm olaraq yayımlanmış "Bəşir" qəzetinin ilk sayı 1958-ci il 23 sentyabrda çap edilmişdir.
Bəşir Abbasov
Bəşir Bünyadov
Bəşir Nürəli oğlu Bünyadov (1895, Yuxarı Girətağ, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 13 aprel 1967, Bakı) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (22.02.1933–21.12.1933). == Həyatı == 1923-cü ilin yanvarında Şuşa qəzası İcraiyyə Komitəsinin sədri təyin edilmişdir. ADPU Bəşir Bünyadovun rəhbərliyi vaxtında Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu adlanırdı. == Əsərləri == Страницы героического прошлого (Keçmişin qəhrəmanlıq səhifələri). Bakı: Azərnəşr, 1966.
Bəşir Bünyatov
Bəşir Nürəli oğlu Bünyadov (1895, Yuxarı Girətağ, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 13 aprel 1967, Bakı) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (22.02.1933–21.12.1933). == Həyatı == 1923-cü ilin yanvarında Şuşa qəzası İcraiyyə Komitəsinin sədri təyin edilmişdir. ADPU Bəşir Bünyadovun rəhbərliyi vaxtında Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu adlanırdı. == Əsərləri == Страницы героического прошлого (Keçmişin qəhrəmanlıq səhifələri). Bakı: Azərnəşr, 1966.
Bəşir Cümeyyil
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür. Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur.
Bəşir Cüməyyil
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür. Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur.
Bəşir Fuad
Bəşir Fuad (1852–1887) — jurnalist, hərbçi. == Həyatı == Bəşir Fuad 1852-ci ildə anadan olub. Ata tərəfi Abdülhamidin yaxın xidmətçilərindən gürcü əsilli Hamdi Mahmud Paşadır. Hurşit Paşanın oğludur. Adanada məmur olmuşdur. Anası haqqında tək bilgi isə 1886-cı ilin martında bir xəstəlikdən öldüyüdür. Maddi baxımdan heç bir ehtiyacı olmayan Bəşir Fuad təhsilinə Fatih Rüştiyəsində başlayıb. Ailəsinin Suriyaya köçməsiylə təhsilini Cizvit şəhərində davam etdirib. 1867–1870-ci illər arasında İstanbulda Əskəri Məktəbdə oxuyub. 1871-ci ildə girdiyi Məktəb-i Hərbiyəni bitirincə yavər olaraq Abdülazizin sarayında işləməyə başlayıb.
Bəşir Həsənov
Bəşir Kərimov
Bəşir Kərimov (2 fevral 1976, Füzuli – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Qarabağa geniş planlı hücumlar edir Azərbaycanın əsrlərdən yadigar torpaqlarını işğal edirdilər. == Döyüşlərdə iştirakı == Bəşir 1993-cü ildə artıq döyüş meydanlarında idi…o, burada patron daşıyır, əsgərlərə yemək çatdırılmasında iştirak edirdi. 1993-cü il ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir də qanlı döyüşə girmişdi. Füzuli rayonu işğal edildikdən sonra isə onun ailəsi İmişli rayonunda məskunlaşır. 1994-cü il 19 may Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı Kərimov Bəşir qardaş gülləsindən həlak oldu. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bəşir Musazadə
Bəşir Göyüş oğlu Musazadə (15 fevral,1904—1991) – Azərbaycanda qabaqcıl kənd təsərrüfatı mütəxəssisi. İttifaq əhəmiyyətli fərdi pensiyaçı (1968). Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Bəşir Göyüş oğlu Musazadə 15 fevral 1904-cü ildə Goranboy rayonun Fəxralı kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı institutunu bitirmişdir. Kirovabad (indiki Gəncə) şəhəri hərbi komisarlığında, Qasım İsmayılov (indiki Goranboy) rayonundakı "28 Aprel" sovxozunda, Ağstafadakı 75 saylı Atçılıq zavodunda, Şəki rayonundakı Orconikidze adına taxılçılıq savxozunda, Azərbaycan SSR Sovxozlar Nazirliyində aqronom və s. vəzifələrində işləmişdir (1934-1968). 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur. 1947-ci ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 5 aprel 1948-ci il tarixli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur.
Bəşir Məmmədov
Bəşir Məmmədov Məmməd oğlu (10 yanvar 1915, Lənkəran, Lənkəran qəzası – 3 oktyabr 1988, Lənkəran) — azərbaycanlı xanəndə. == Həyatı == Azərbaycan klassik xanəndələri ənənələrinin davamçılarından biri. Uşaqlıq illərindən məlahətli səsə və musiqi duyumuna malik olmuşdur. Respublikamızın ayrı-ayrı rayonlarında tanınmış xanəndələrlə konsertlərdə iştirak etmiş, Azərbaycan milli muğam sənətini təbliğ etmişdir. İfasında xalq mahnıları, muğamlar əsas yer tutmuşdur. Nizami , Füzuli, Nəbati, Vahid və digər klassiklərin qəzəllərini məharətlə ifa etmiş, tamaşaçıların rəğbətini qazanmışdır. Yaşadığı əsrin əllinci illərində Lənkəran Dövlət Teatrına dəvət olumuş, Məcnun ("Leyli və Məcnun"), Şah İsmayıl ("Şah İsmayıl"), Azançı ("Sevil") və digər rollarda çıxış etmişdir. Xalq mahnıları və muğam ustası kimi Lənkəranda "oxuyan Bəşir" adı ilə tanınmışdır. Böyük Vətən Müharibəsi iştirakçısı olmuş, "Birinci dərəcəli Vətən müharibəsi" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Uzun illər şəhər ticarətində çalışmışdır.
Bəşir Nuriyev
== Siyahı ==
Bəşir Səfəroğlu
Bəşir Səfər oğlu Səfərov (11 mart 1925, Rustov, Quba rayonu, Azərbaycan – 23 mart 1969, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1968). == Həyatı == Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşından etibarən şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 1941-ci ilin axırlarında İkinci Dünya müharibəsinə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb.
Bəşir Əhmədov
Əhmədov Bəşir Abbas oğlu (5 may 1932, Tovuz rayonu – 19 iyun 2007, Bakı) — Azərbaycan filoloq-dilşünası, metodist, pedaqoq. Ali Attestasiya komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, "Maarifçi" qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur. == Həyatı == Bəşir Əhmədov 1932-ci il 5 mayda Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 7 illik təhsilini Alakol kənd məktəbində, orta təhsilini isə Gədəbəy rayonunun Qoşabulaq kənd orta məktəbində almışdır. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1955-ci ildə həmin universiteti bitirmişdir. 1953-cü ildən elmi məqalələri mətbuat səhifələrində dərc olunmağa başlamışdır. 1955-ci ildə Mərəzə qəsəbəsində (Şamaxı rayonu), daha sonra isə Əli Bayramlı (Şirvan) rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. Elə həmin il Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Dəmirçizadənin rəhbərliyi altında "V sinifdə Azərbaycan dili fonetikasının tədrisi" mövzusunda namizədlik, 1967-ci ildə "Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi" (elmi məsləhətçi prof. Ə.Abdullayev) adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
Eyyub Bəşirov
Eyyub Balaməmməd oğlu Bəşirov (12 dekabr 1925, Xol Qarabucaq, Salyan (indiki Neftçala – 7 noyabr 2017), Azərbaycan SSR, SSRİ) — Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti; Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik. == Həyatı == Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Lakin özünün dediyinə görə əslində 1925-ci ilin 12 dekabrında doğulmuşdur. 1943-cü ildə Salyan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlamışdır. 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülürmüşdür. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Azərbaycana qayıdıb və doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin, xalq təbabətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılmışdır. 1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir.
Fikrət Bəşirov
Fəxrəddin Bəşirov
Hakim Bəşirov
Hüseyn Bəşirzadə
Kamil Bəşirov
Rza Bəşirov
Rza Ənvər oğlu Bəşirov (16 may 1960, Bakı) — Professor, Şərqi Aralıq Dənizi Universitetinin incəsənət və elm fakültəsinin dekanı. Rza Bəşirov 1960-cı il mayın 16-da Bakı şəhərində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada SSRİ EA-nın hesablama riyaziyyatı şöbəsində təcrübə keçib. 1990-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Yenilənən çoxkaskadlı kommutasiya şəbəkələrinin tikintisi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işə başlayıb. 1990-cı ildən baş elmi işçi, 1991-ci ildən isə Kibernetika İnstitutunda laboratoriya müdiri olub. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasında dərs deyib. 1993-cü ildən Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Şərqi Aralıq Dənizi Universitetində işləyir.
Rəhman Bəşirov
Sabir Bəşirov
Sabir Bəşirov (20 noyabr 1956-cı ildə Yardımlı r., Peştəsər k. – 21 sentyabr 2018 Yardımlı, Peştəsər) — görkəmli ziyalı, ədəbiyyatşünas, tənqidçi-esseist,filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü. Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.
Əyyub Bəşirov
Elxan Bəşirov
II Bəşir Şihab
Bəşir əs-Sani əş-Şihabi (ərəb. بشير الثاني الشهابي‎; 2 yanvar 1767, Qəzir[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1850[…], Konstantinopol) — 1788–1840-cı illərdə Cəbəli-Lübnan əmiri.
I Bəşir Şihab
I Bəşir Şihab (ərəb. بشير_الأول_الشهابي‎) — XVIII əsrin əvvəllərində Cəbəl-Lübnanı idarə etmiş Livan hakimi. O, Şihab ailəsinin ikinci hakimi və ümumiyyətlə sülalənin banisi hesab edilir.
Bəşir ibn Əmr əl-Kindi
Bəşir ibn Əmr əl-Hədrami əl-Kindi (ərəb. بَشیر(بُشر) بن عَمرو الحَضرَمی الکِندی‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabəsi. == Nəsil == Atasının adı Əmr və ya Ömər kimi qeyd olunur. O, Kində qəbiləsindən olan Hadramautdan idi. == Hüseyn ibn Əlini müşayiət etməsi == Bəşir (və ya Buşr) və oğulları Məhəmməd Kərbəlada Hüseyn ibn Əliyə qoşuldular. Aşura günü Bəşirə dedilər ki, onun başqa bir oğlu Rey sərhəddində əsir düşüb. Cavab verdi: “Onun işini Allaha həvalə edirəm. Mən onun əsir olmasını, mənim sağ qalmağımı istəmərəm”. Hüseyn bunu eşidəndə ona dedi: “Allah sənə rəhmət eləsin! Sən mənim beyətimdən azadsan.
Süleyman Bəşir Diaqne
Süleyman Bəşir Diaqne (fr. Souleymane Bachir Diagne. fransız: [djaɲ]; 8 noyabr 1955, Sen-Lui (Seneqal)) — Seneqal və Fransa filosofu. Onun yaradıcılığı məntiq və riyaziyyat tarixi, qnoseologiya, islam dünyasında fəlsəfə ənənəsi, şəxsiyyətin formalaşması, Afrika ədəbiyyatı və fəlsəfələrinə həsr olunmuşdur. == Əsərləri == === Kitabları === ingiliscə Open to Reason: Muslim Philosophers in Conversation with the Western Tradition, Translated by Jonathan Adjemian, Columbia University Press (2018). The Ink of the Scholars: Reflections on Philosophy in Africa (2016). African Art as Philosophy: Senghor, Bergson, and the Idea of Negritude, Translated by Chike Jeffers, (2011). fransızca Le fagot de ma mémoire (2021) Comment philosopher en Islam (2010) Léopold Sédar Senghor: l’art africain comme philosophie. Paris: Riveneuve Editions, 2007. 100 mots pour dire l’islam.

Digər lüğətlərdə