Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müəllimə
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Mübaliğə
Sözün lüğəvi mənası şişirtmə deməkdir. Hadisə və ya fikrin şişirdilmiş şəkildə verilməsi mübaliğə adlanır. Ədəbiyyatşünaslıqda mübaliğəyə hiperbola da deyilir. Mübaliğədən həm nəzmdə, həm də nəsrdə ifadəni gücləndirmək üçün istifadə olunur. Həmin ritorika sənətlərindən biri olan mədhiyyə, qəsidə, gözəlləşdirmə kimi şeir növlərində sevgili və dövlət xadimlərinin xüsusiyyətlərini qabartmaq üçün mübaliğə sənətindən istifadə edilir. Ədəbiyyatda daha çox şişirtmə adı ilə tanınan mübaliğə sənətindən həm şairlər, həm də roman və hekayə müəllifləri istifadə edirlər. Mübaliğə sənətinin məqsədi hekayəni daha güclü etmək və oxucunu heyran etməkdir. Roman, hekayə və nağıl kimi hadisə yazılarında mübaliğə sənəti adətən personajın gözü ilə edilir. Personajın hiss və düşüncələrini şişirdilmiş şəkildə ifadə etmək personajın düşdüyü vəziyyəti daha aydın başa düşməyə imkan verir. Mənzum əsərlərdə isə adətən kimisə tərifləyəndə və ya tənqid edərkən mübaliğədən istifadə olunur.
Mütaliə
Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır.
Mühakimə qabiliyyətinin tənqidi
Mühakimənin tənqidi (alm. Kritik der Urteilskraft‎), həmçinin Mühakimə qabiliyyətinin tənqidi kimi tərcümə edilən alman filosofu İmmanuel Kantın 1790-cı ildə yazdığı kitabdır. Bəzən "üçüncü tənqid" olaraq adlandırılan Mühakimə Xalis zəkanın tənqidi (1781) və Praktik zəkanın tənqidi (1788) əsərlərindən sonra gəlir.
Sitti-Mükrimə Xatun
Sitti-Mükrimə Xatun (d. ? — ö. 1486), — II Mehmedin yeddi qadınından üçüncüsü və Sultan II Bəyazidin doğma anasıdır. Sitti-Mükrimə Xatun Dulqədiroğulları bəyliyinin 6. hökmdarı Zülqədiroğlu Süleyman bəyin qızıdır. II Mehmed 15 yaşında ikən 15 dekabr 1446 tarixində, 11 yaşlı Sitti-Mükrimə Xatun ilə evlənmişdir. 3 dekabr 1447 tarixində Sultan II Bəyazidi dünyaya gətirmiş, ancaq 1486 tarixində hələ 53 yaşındaykən vəfat etmiş və Validə sultan ola bilməmişdir. Oğlu şahzadə Bəyazidin təlim-tərbiyəsi ilə isə II Mehmedin digər qadını olan I Gülbahar Xatun maraqlanmışdır. Məzarı Ədirnədə öz adını daşıyan Sitti Şah Xatun Məscidindədir.
Azərbaycanın müalicə ocaqları (film, 1951)
Azərbaycanın müalicə ocaqları filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir. == Məzmun == Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir.
Mukali qoyon Cəlayır
Mukali qoyon Cəlayır (1182–1223) — Monqol ulusunun sərkərdəsi, Çingiz xanın silahdaşı Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı. Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu. Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə — heç nə, — nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, o cümlədən qohumlarla amansız qanlı müharibələrdə formalaşmışdı. Bu vəziyyət Çingiz xanın andası (qan dostu) Van xanla birlikdə tatarlar üzərinə qalibiyyətli yürüş edən zaman curkinlər onun köçərilərinə basqın etmişdilər. Arxadan zərbə vuranlar amansızcasına cəzalandırıldı. Darmadağın edilmiş curkinlər düşərgəsində cəlairlər əyanlarının nümayəndələri də ələ keçirildi.