Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müdrəsə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Mürəbbə
Mürəbbə — meyvələrin çeşidli şəkillərdə şəkərlə qaynadılması ilə hazırlanan şirniyyat. Əsasən səhər yeməyində olmaqla günün saatlarında da istifadə olunur. Bununla yanaşı, bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Mürəbbə iki cür hazırlanır: ya meyvələr şəkərə qatılıb bir gecə saxlanılaraq qaynadılır, ya da qaynayan şərbətə atılaraq bişirilir. Qaynayıb bişən mürəbbə şüşə qablara yığılaraq qablaşdırılır. Bir çox meyvə və tərəvəzin mürəbbəsi hazırlanır. Bundan başqa gül mürəbbəsində olduğu kimi gülün yarpaqlarının istifadə edildiyi mürəbbə növləri də vardır. Evdarlıqda mürəbbə bişirmək ən vacib işlərdən biri sayılır. Mürəbbəni bişirməyi demək olar hamı bacarır, lakin onun incəliklərini hamı bilmir. Bunu nəzərə alaraq mürəbbə bişirən qadınlara bəzi məsləhətləri vermək lazımdır.
Müvəssəq (termin)
Müvəssəq — Şiə hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (türk. Gence-Karabağ eyaletinin Mufassal Defteri) — Osmanlı İmperiyası hakimiyyəti dövründə Gəncə-Qarabağ əyalətində gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə yaradılmış özündə statistik məlumatları əks etdirən sənəd. == Haqqında == Osmanlı dövlətinin Gəncə-Qarabağ bölgəsini 1725-ci ildə ələ keçirməsindən sonra vergi yığmaq məqsədilə 1727-ci ildə hazırlanan «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə Gəncə-Qarabağ əyalətinin kəndlərində nə qədər adamın yaşadığını, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi. Qanunnamə ilə başlayan dəftərdə ərazi-inzibati vahidlərə və onlara tabe olan yaşayış məskənlərinə görə vergi mükəlləfiyyəti daşıyanların adı, atasının adı, ailə vəziyyəti, bəzi hallarda isə, xüsusilə şəhərlilər üçün, peşəsi haqqında məlumat verildikdən sonra əvvəlcə onların əkib-becərdikləri dənli bitkilərdən natural verginin həcmi və ağca ilə dəyəri sonra isə bağ-bostan, arı pətəkləri, işləyən dəyirmanlar, hevyanlar üçün ödənən vergilərin və s. dəyəri yazılırdı.Hər il əyalətdən illik gəlir barədə verilən məlumatlar dövlət dəftərxanasında yoxlanılır, əgər hər hansı bir səbəbdən çatışmazlıq ortaya çıxardısa, böyük vəzirin sədrliyi ilə iclasları keçirilən Divanın çıxardığı qərara əsasən vəziyyətin yoluna qoyulması haqqında əyalətin bəylərbəyinə "buyuruldu", "hökm" və s. göndərilirdi. Səbəb daha ciddi olduğu təqdirdə, məsələyə sultanın özü müdaxilə edərdi. === Texniki məlumat === İki nüsxə olan bu dəftərlərdən biri aidiyyəti olduğu əyalətdə, digəri isə İstanbulda, dövlət dəftərxanasında saxlanılırdı. Hal-hazırda yeganə nüsxəsi İstanbulda Başbakanlık Arxivində (№903) saxlanılır. Ölçüsü 34x12 sm, xətti nəsx, siyaqət və qırma siyaqətdir.
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri (osm. Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası) — Osmanlı İmperiyası hakimiyyəti dövründə İrəvan əyalətinin İsgəndərqalası və Urud livalarında gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə 1593-cü ildə tərtib olunmuş özündə statistik məlumatları əks etdirən sənəd.XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan dəftər Ankarada Tapu ve Kadastro Kuyum-i Kadime Arşivində saxlanılır (199, vərəq 111a-191a). Səhvən Bəyazid vilayətinin müfəssəl dəftərinə əlavə edilmiş dəftər Akif Muradverdiyev və Hüsaməddin Məmmədovun (Qaramanlı) yaxından köməkliyi ilə 2003-cü ildə Ankarada Türkiyə Dövlət Arxivindən tapılmış və əski əlifbadan Azərbaycan dilinə çevrilmişdir. Dəftər ilk dəfə 2005-ci ildə Musa Urudun Zəngəzur adlı kitabında çap olunub.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır.Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir. Dəftərdə hər kəndin nə qədər vergi verəcəyi sayılarla qeyd edilmişdir.
Mürəbbe
Mürəbbe (ərəbcə: dördlük) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması.Mürəbbe 4 misra olmaqla 5-7 bənddən ibarət olur. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 3 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyə quruluşu aaaa, bbba, vvva və s. şəklindədir. Bəndlərin son misrası nəqərat şəklində olur. Məhəmməd Füzulinin "Gözüm, canım, əfəndim sevdigim, dövlətli sultanım!" nəqəratli mürəbbesi məşhurdur. Mürəbbedə hər bəndin axırıncı misraları təkrar da ola bilər. Məsələn "Leyli və Məcnun" poemasında Qeysin — Məcnunun dilindən verilən Mürəbbedə hər bəndin axırında "Qanı, ey zalım, bizimlə əhd-peyman etdiyin?" misrası təkrar olunur. == Həmçinin bax == Müsəbbe Müsəddəs Sonet == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Müəşşər
Müəşşər (ərəbcə: onluq) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müəşşərin hər bəndi 10 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 9 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Az yayılmış şeir formasıdır. Molla Pənah Vaqifin "Ey büti-tutizəban, gəl ki, məqalın istərəm", "Ey rəngi-ruxi-alına heyran gülü-lalə" şeirləri müəşşərin nümunələrindəndir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.121 == Xarici keçidlər == Fərid Muradov. "Ədəbiyyatımızın unudulmuş söz ustasının müəşşəri" (az.).
Müvəşşəh
Akrostix (q.yun. ἀκρο-στῐχίς, ἀκρο-στῐχίδος, ἀκρο-στιχίδα; ἄκρος – kənar + στίχος – sətir, poetik xətt) və ya müvəşşəh (ərəb. موشح‎ – qurşaqlanmış) — hər misranın baş hərflərini yuxarıdan aşağıya oxuduqda söz və ya ifadə əmələ gətirən şeir. Akrostix eşitmə deyil, vizual təəssüratlara aiddir. Akrostik forma xüsusilə Böyük İsgəndərin hakimiyyəti dövrü və Bizans imperiyasında yaşayan yunandilli müəlliflər, həmçinin İntibah dövrü şairləri arasında sevilirdi.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Arisaema amurense
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Epilobium amurense
Amur yağıotu (lat. Epilobium amurense) - yağıotu cinsinə aid bitki növü.
Galium amurense
Şimal qatıqotu (lat. Galium boreale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine borealis (L.) Hill Galium amurense Pobed. Galium auriense Pourr. ex Willk. & Lange Galium boreale var. amurense (Pobed.) Kitag. Galium boreale var. angustifolium (Freyn) Cufod. Galium boreale var.
Lis Musse
Lis Musse (8 fevral 1996-cı ildə anadan olub) — Premyer liqa təmsilçilərindən olan Bornmut FK klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Musse həmçinin Fransanın U-20 komandasının üzvüdür. == Klub karyerası == === Havr === Lis Musse əvvəlcə yerli klublardan olan Sokense Qravill və Havr Kukriauvill klublarında çıxış etmişdir. 2006-cı ildə isə Havr klubunun akedemiyasına qoşulmuşdur. Əvvəlcə Havr klubunun ikinci dəstəsində çıxış etməyə başlayır və 14 qolla yadda qalır. 2014-cü ildə Havr klubunun əsas heyətində debüt edir və 34 oyuna 14 qol vurur. === Bornmut === Musse 30 iyun 2016-cı ildə €7.3 milyon qarşılığında Havr klubundan Bornmut FK klubuna transfer olmuşdur. == Milli karyerası == Musse Fransanın U-20 komandasında 2015-ci ildə debüt etmişdir.
Mureş (judets)
Mureş judetsi (rum. Județul Mureș) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 6714 km². Şərqdə — Xarqita, qərbdə — Alba və Kluj, şimalda — Bistritsa-Neseud və Suçava, cənubda — Sibiu və Braşov. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 581 759 nəfər təşkil edirdi, sıxlığı — 86,64 nəf./km². == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 7 şəhər və 91 kommuna daxildir.
Mureş (çay)
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. == Fiziki xüsusiyyətləri == Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. == Region və şəhərlər == Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. == Tarixi == Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. == Qorunması == Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Mureş çayı
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. == Fiziki xüsusiyyətləri == Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. == Region və şəhərlər == Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. == Tarixi == Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. == Qorunması == Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Arisaema amurense var. serratum
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Galium boreale var. amurense
Şimal qatıqotu (lat. Galium boreale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine borealis (L.) Hill Galium amurense Pobed. Galium auriense Pourr. ex Willk. & Lange Galium boreale var. amurense (Pobed.) Kitag. Galium boreale var. angustifolium (Freyn) Cufod. Galium boreale var.
Polygonum amphibium var. amurense
Su qırxbuğumu (lat. Polygonum amphibium) – qırxbuğum cinsinə aid bitki növü. == Sinonim == Chulusium amphibium (L.) Raf. Chulusium fluitans Raf. Chulusium natans Raf. Persicaria amphibia (L.) Gray Persicaria amphibia var. emersa (Michx.) J.C. Hickman Persicaria amphibia var. stipulacea (N. Coleman) H. Hara Persicaria amphibia var. terrestris (Leyss.) Munshi & Javeid Persicaria amurensis (Korsh.) Nieuwl. Persicaria coccinea (Muhl.
Alfred de Müsse
Alfred de Müsse (fr. Alfred de Musset; d. 11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852). == Həyatı == Alfred de Müsse 11 dekabr 1810-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur. Alfred de Müsse 2 may 1857-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Məşhur "Gecələr", "May", "Dekabr", "Avqust", "Oktyabr" (1835–1837) poemalarında tənhalıq və kədər motivləri güclüdür. Alfred de Müsse romantik teatrın yaradıcılarındandır. "Mariannanın şıltaqlığı" (1833), "Lorentsaçço" (1834), "Şamdan" (1835) dramları vardır.
Mureş Daşqını Milli Parkı
Mureș Daşqını Təbiət Parkı ― Rumıniyanın qərbində, Arad şəhərinin kənarında yerləşən milli park. Rumıniya hökuməti tərəfindən 2005-ci ildə ayrılmışdır. Park 17,455 ha ərazini əhatə edir və Arad şəhərindən qərbə, Macarıstan sərhəddinə qədər Mureş çayını izləyir. Park, bataqlıq əraziləri üçün tipik bir ekosistemdir. Axar suları, gölləri, bataqlıqları və meşələri, quş növlərinin yaşaması və yuva qurması üçün mühüm yerdir və bu ərazilər hər üç ildə bir dəfə olmaqla dövri daşqınlara məruz qalır. Parkdakı meşələr (7500 ha) əsasən palıd, ensizyarpaq göyrüş, qara və ağ qovaq, ağ söyüd və amerikan qara qozunun qarışığından ibarətdir. Bu sahə, əksəriyyəti beynəlxalq səviyyədə qorunan, təxminən 200 növ quş üçün yuva və köç üçün əhəmiyyətli bir yerdir. Mureș Daşqını Milli Parkının əsas məqsədi bölgədəki yaşayış yerlərini və landşaft müxtəlifliyini qorumaqdır. Parkın bir hissəsi RAMSAR konvensiyası ilə qorunur. Parkın daxilində 4 ciddi qorunan təbiət qoruğu var: Cenad Meşəsi (310.5 ha), Böyük Cenad Adası (2,1 ha), İqrian Adaları (7 ha) və Prundul Mare (717.9 ha).