Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əl-Muəxxir
Əl-Muəxxir (ər. المؤخّر) — Allahın adlarından biri.
Mirzə Məhəmməd Müsəvvir
Mirzə Məhəmməd Müsəvvir (Qəzvin – 1901, Bakı) — XIX əsr Azərbaycan şairi, rəssamı və xəttatı. O, "Məcməüş-şüəra" ədəbi cəmiyyətinin üzvü olmuşdur. Mirzə Məhəmməd Qəzvin şəhərində anadan olmuş, 1876-cı ildə Bakıya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, rəssamlıq və xəttatlıqla məşğul olmuş, eyni zamanda "Müsəvvir" təxəllüsü ilə şeirlər yazmışdır. Müsəvvir ali savadının olmamasına baxmayaraq elmdən uzaq qalmamış, mahir şahmatçı olmuşdur. Seyid Əzim Şirvani ilə dost olan Mirzə Məhəmməd onun yaradıcılığını Maninin yaradıcılığına bənzətmiş, Çin incəsənəti ilə müqayisə etmişdir. O,1901-ci ildə Bakıda vəfat etmişdir. Müniri, Mirzə Ağadadaş, redaktorBahar ağlayışı. Baku: Ecoprint. 2018.
Əl-Musəvvir
Əl-Musəvvir (ər. المصور) — Allahın adlarından biri. Hər məxluqu fərqli yaradan, təsvir edən, ona məxsusi forma verən deməkdir. Varlıqlar aləmini seyr etdikdə, nəzərimizə ilk növbədə onların xarici görkəmi çarpır. Bütün bunlar mahiyyətlərinə uyğun yaradılmışdır. Bu xüsusiyyəti insanda daha aydın görmək mümkündür. İnsanın hər orqanı öz funksiyasını yerinə yetirə biləcək tərzdə xəlq edilmişdir. Bu ad Allahın varlığının ən bariz nümunəsidir. Kainatda varlıqlar o dərəcə gözəl, nizam-intizamlı, ahəngli yaradılmışdır ki, insan onlara baxdıqca, sanki, rəssamın əli ilə çəkildiyini düşünür. "ət-Təğabun" surəsinin 3-cü ayəsində buyurulur: "O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı.