Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsibəti-Fəxrəddin
Müsibəti-Fəxrəddin (az-əbcəd. موصیبت فخرالدین‎) — Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılan faciə. Bu, Azərbaycan dramaturgiyasında ilk faciədir. Bu əsərdə patriarxal nizama qarşı, mülkədar təsərrüfatının transformasiyası uğrunda mübarizə aparan gənc liberal zadəgan obrazı yaradılıb. "Müsibəti-Fəxrəddin" faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır. 1902-ci ildə Bakıda ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun beş pyesinin, o cümlədən "Fəxrəddinin vahiməsi"nin daxil olduğu toplusu nəşr olundu. Qalan pyeslər "Müasirliyin qəhrəmanları", "Görünməz qadın", "Yağışdan leysana" və "Evdə təhsilin şəkli" əsərləri idi. Həmin ildə faciə Vəzirovun şəxsi rəhbərliyi və Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi sənətkarların iştirakı ilə səhnələşdirilib. 1916-cı ilin noyabrında Mirzağa Əliyevin iştirakı ilə pyes yenidən tamaşaya hazırlandı.
Müsibəti–Fəxrəddin
Müsibəti-Fəxrəddin (az-əbcəd. موصیبت فخرالدین‎) — Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılan faciə. Bu, Azərbaycan dramaturgiyasında ilk faciədir. Bu əsərdə patriarxal nizama qarşı, mülkədar təsərrüfatının transformasiyası uğrunda mübarizə aparan gənc liberal zadəgan obrazı yaradılıb. "Müsibəti-Fəxrəddin" faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır. 1902-ci ildə Bakıda ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun beş pyesinin, o cümlədən "Fəxrəddinin vahiməsi"nin daxil olduğu toplusu nəşr olundu. Qalan pyeslər "Müasirliyin qəhrəmanları", "Görünməz qadın", "Yağışdan leysana" və "Evdə təhsilin şəkli" əsərləri idi. Həmin ildə faciə Vəzirovun şəxsi rəhbərliyi və Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi sənətkarların iştirakı ilə səhnələşdirilib. 1916-cı ilin noyabrında Mirzağa Əliyevin iştirakı ilə pyes yenidən tamaşaya hazırlandı.
Musabəyli
Musabəyli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Musabəyli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd.
Azadə Musabəyli
Azadə Şahbaz qızı Musabəyli — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Elmi fəaliyyəti == Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür. İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər. Təsəvvüfi poeziya, Türkiyədə və Bağdadda yaranan Azərbaycan ədəbiyyatı, Azərbaycandakı Türkiyə əlyazmaları və sairənin ilkin yazılı qaynaqlar əsasında tədqiqi, xarici ölkələrdəki Azərbaycanla bağlı əlyazmalar haqqında bilgilərin üzə çıxarılaraq sistemli şəkildə təqdim edilməsi A.Musabəyli yaradıcılığının elmi istiqamətlərindəndir. A.Musabəyli Azərbaycandakı Türkiyə ilə bağlı əlyazmaların üzə çıxarılması, sistemləşdirilməsi, elmi-paleoqrafik təsviri, kataloqlaşdırılması, tekstoloji-filoloji tədqiqi kimi yeni bir elmi istiqamət üzərində çalışmaqdadır. Onun bütün bu araşdırmaları Azərbaycan-Türkiyə ədəbi əlaqələri və türk xalqları ədəbiyyatı kontektsində aparması təqdirəlayiqdir.
Musabeyli (Kilis)
Musabeyli Kilis ilinin sahə baxımından ən böyük ilçe sidir. Bölgədə Türklər, Ərəblər, Qaraçılar və kürdlər mövcuddur. Ayrıca Erməni mənşəli ailələr də vardır. Türklər 'in Anadolu' ya yerleşmelerinden əvvəl bölgə, böyük bir meşə sahəsi olaraq bilinməkdədir. Bu tarixdən sonra Murathöyügü adı ilə məskunlaşma vahidi halına gətirilmişdir. Ancaq, qəti olaraq quruluş tarixi məlum deyil. Adından da aydın olduğu kimi ilçe mərkəzi mound mövqesindədir. Zaman zaman edilən inşaat və iş qazıntıları əsnasında tarixi əsərlər bulunmaktadir. Bu tarixi qalıqların hititlər dövrünə aid olduğu sanılmaqdadır. 14 Aprel 1997 tarixində və 2768 saylı qərarla bölgə, Mədəniyyət və Təbiət Qoruma Qanunu lazımınca qoruma altına alınmış, ikinci və üçüncü dərəcədən arxeoloji sit sahəsi olaraq elan edilmişdir.
Musabəyli (Ağsu)
Musabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Kənddə M. K. Rəhimov adına orta məktəb vardır. Musabəyli kəndi şərqdən Qaraqoyunlu, qərbdən Növcü kəndi ilə həmsərhəddir. Qaraqoyunlu ilə bu kəndi Nazir çayı ayırır. Kənd əhalisi əsasən əkinçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olur. Kənddə Musabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Musabəyli (Füzuli)
Musabəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Musabəyli kəndi XIX yüzilin ikinci yarısında yaranmışdır. 1875-ci ildə Mirzənağılı obasından Şıx Musa İsmayıl oğlu (1841--?), Şıx İsa İsmayıl oğlu (1846--?), Nüzgar kəndindən Qasım Kərbəlayı Əhməd oğlu (1834--?), Hüseyn Kərbəlayı Əhməd oğlu (1836--?), Məmməd Kərbəlayı Əhməd oğlu (1858--?), Rza Kərbəlayı Əhməd oğlu (1870--?), Qaracallı obasından Məmməd Gülməmməd oğlu (1836--?), Zeynal Gülməmməd oğlu (1842--?), Qəhrəman (1844--?), Bayram Gülməmməd oğlu (1854--?), Hüseyn Gülməmməd oğlu (1856--?), Abbas Yusif oğlu 1816--?), Məmməd Yusif oğlu (1828--?) köçüb əski Xırdapara-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Kənd Şıx Musa Ismayıl oğlunun şərəfinə Musabəyli adlandı. 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Musabəyli oyk., diiz. Ağsu r-nunun Qaraqoyunlu i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Musa- bəy adlı şəxsə məxsus ərazidə salındığı üçün belə adlandırılmışdır. R-nun ərazisində Musa- bəyin adı ilə bağlı bir neçə mikrotoponim də qeydə alınmışdır, Füzuli r-nunun Pirəhmədli i.ə.v.-də kənd.
Musabəyli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.