Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mığmığa qızdırması
Pappataçi qızdırması, mığmığa qızdırması və ya üçgünlük qızdırma — mığmığaların sancması nəticəsində virusların orqanizmə keçməsindən törəyən xəstəlik. == Simptomlar == Xəstəlik inkubasiya dövründən sonra (3–6 gün) kəskin başlayır, temperatur yüksəlir (3–5 gün), başağrısı, gözü hərəkət etdirdikdə, baldır əzələlərində, bel-oma nahiyəsində ağrı olur. Xəstəlik başlayandan 24–26 saat sonra xəstənin qanında virus tapılır. == Yayılması == Pappataçi qızdırması isti ölkələrdə, yəni Afrika, Asiya, Amerika, Avropanın Aralıq dənizi sahillərində geniş yayılmışdır. Krımda, Moldovada, Mərkəzi Asiya və Qafqazda rast gəlmək olur. Xəstəlik mığmığaları qırmaqla ləğv edilir.
Cığcığ (Kəleybər)
Cığcığ (fars. جيغ جيغ‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (16 ailə).
Dırmıq
Dırmıq — əmək aləti. Dırmıq (bəzi hallarda Dımrıq)ləklərdə torpağın hamarlanmasında, bağ-bostanların ot, alaq və kəsəkdən təmizlənməsində, biçilmiş ot və taxılın yığılmasında (dırmıqlanmasında) işlədilir. Dırmıq ağac sapdan, dişağacı və dişlərdən ibarətdir. Diş taxtasının düz, yaxud oval formasına görə müxtəlif quruluşlu dırmıqlar var. Dırmıq Azərbaycanın bəzi zonalarında çəng, cılğı, dirnəvuc, darinquc, daraq, rəndə və s. adlarla da məlumdur. Naxçıvanda dırmıqdişli mala növüdür. XIX əsrin ikinci yarısından Azərbaycanda dəmir dırmıqdan da istifadə edilir.
Minmi
Minmi (lat. Minmi) — Ankylosauria qrupuna daxil olan, kiçik ölçülü dinozavr cinsi. Onlar Təbaşir dövrü 119–113 milyon il əvvəl yaşamışlar. Cənub yarımkürrəsində bronirovanlara aid tapılan ilk tapıntı olmuşdur. Ralf Molnar tərəfindən 1980-ci ildə qeydə alınmışdır. 2011-ci ildə onun həmkarları tərəfindən Minmi ankilozavrlara daxil edilirdi. Tapılan tapıntı — Minmi Crossing növü adlanır. Avstraliyada aşkarlanan tapıntılar iki yaxşı qalmış skelet və bir necə sümük qalıqlarından ibarətdir. Onların üzəri müxtəlif ölçülü və formalı donqarlarla örtülü olmuşdur. Bu donqarlar hətta quyruqlarının üzərində belə mövcud olmuşdur.
WiGig
WiGig — Standart olaraq İEEE 802.11ad təyin olunmaqdadır. == Wireless Gigabit Alliance == WiGig (ing. Wireless Gigabit Alliance, azərb. ‎ Naqilsiz Geqabit qrupu) yeni nəsil simsiz rabitə standartıdır. Bu standart IEEE 802.11ad standartı adlanır. WiGig texnologiyası bizə məlum 802.11ac standartından fərqli olaraq 60 GHz tezlik diapazonundan istifadəni nəzərdə tutur. WiGig ilə təchiz edilmiş kompüter və noutbuklara xarici daşıyıcı, proyektor və başqa periferiya qurğularının qoşulması üçün daha kabelə ehtiyac olmayacaq və fərdi kompüterdəki Full HD və daha yüksək formatda filmi planşetə iki dəqiqəyə ötürmək mümkün olacaq. WiGig texnologiyasını dəstəkləyən ilk qurğu 2015-ci ildə nümaişə çıxarılmışdır. Sözügedən qurğu “Qualcomm Snapdragon 810” mobil çipidir. Bu çip "WiGig" texnologiyasını dəstəkləyən birinci mobil platformadır və nəticədə 4K formatlı videonun yayımını həyata keçirmək mümkün olacaq.
İqriq
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. == Əhalisi == Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. == Həmçinin bax == Quba rayonu == Xarici keçidlər == Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti == Mənbə == Azərbaycan coğrafiyası.
İqrığ
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. == Əhalisi == Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. == Həmçinin bax == Quba rayonu == Xarici keçidlər == Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti == Mənbə == Azərbaycan coğrafiyası.
Miomir Muqoşa
Miomir Muqoşa (d. 23 iyul 1950, Çetinye, Monteneqro, Yuqoslaviya) — Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meri (2000-ci ildən). == Həyatı == 23 iyul 1950-ci ildə Çetinye şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Podqoritsa şəhərində almışdır. Belqrad Universitetinin tibb fakültəsini bitirmişdir. 2000-ci ildən Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meridir.
Miami Heat
Mayami Hit — Florida ştatının Mayami şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Migri kəklikotu
İqrığ bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əski İqriq
Əski İqriq və ya Əski İqrığ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir. == Turizmi == Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Migri kəklikotusu
Migri kəklikotusu (lat. Thymus migricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU C2a (i). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Təbiətdə hündürlüyü 8–15 sm olan yarımkoldur. Bitki də budaqlanma güclüdür. Üzərində çiçək olan budaqları 5–12 sm ola bilir. Çiçəkaltlığı aşağıya doğru əyilmiş tüklərlə örtülüdür. Bitkinin yar-paqları saplaqlı olub uzunsov və ya yumurtavaridir. Yarpaqlar 0,6–1,3 sm uzunluğunda 0,3–0,7 sm enində ola bilir.
Cıqcıq-i Vusta (Nir)
Cıqcıq-i Vusta (fars. جق جق وسطي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (7 ailə).
Cıqcıq-i Ülya (Nir)
Cıqcıq-i Ülya (fars. جق جق عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).