Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meşəçilik
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Bursa meşəçilik muzeyi
Bursa meşəçilik muzeyi (türk. Bursa Ormancılık Müzesi) — Türkiyənin şimal-qərb hissəsində, Bursa şəhərində meşə təsərrüfatına həsr olunmuş muzey. == Muzey binası == Muzey Bursada, Çekirgə küçəsində, Saatçi köşkü kimi tanınan binada yerləşir. Bina Osmanlı dövründən qalan tarixi bir malikanədir. Qurucusu Zafər Öztaptıkdır. Malikanə ilkin olaraq yaşayış yeri kimi istifadə olunub. 1939-1949-cu illər arasında burada "Bursa Meşə məktəbi" yerləşirdi. 1983-cü ilə qədər "Meşə Regional Müdirliyinin" ofisi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildə aparılan tənzimləmələrdən sonra muzey binasına çevrildi. 29 mart 1989-cu ildə muzey ziyarətçilərin üzünə açıldı.
Məşşailik
Peripatetiklər (yun. περιπατέω – gəzinti) — Aristotelin öyrənciləri və ardıcılları idilər. Onların fəaliyyəytəri nəticəsində "Peripatetizm" adlı fəlsəfi cərəyan yaranmışdı. Aristotel Afinada Likeion (yun. Λύκειον) adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeonun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz tələbələrini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” (gəzənlər) adlandırılmışdır. Aristotelin ölümündən sonra onun ardıcılları fəlsəfi və elmi araşdırmalarını davam etdirmişdilər.
Fransada ilin məşqçisi
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin məşqçisi siyahısıdır. Fransada ilin məşqçisi mükafatı 1994-cü ildən bəri sahibinə təqdim edilir. Mükafatın ilk sahibi isə "Kann" klubunda məşqçi kimi çalışmış Luis Fernandes olmuşdur. Erik Qerets isə mükafatı qazanmış ilk əcnəbi məşqçidir.
Almaniyada ilin futbol məşqçisi
Bu Almaniyada hər il üzrə seçilmiş ilin məşqçisi siyahısıdır (Trainer des Jahres). Mükafat 2002-ci ildən başlayaraq qalibinə təqdim edilir. Qalib "Alman İdman Jurnalistləri Assosiasiyası"nın (Verband der Deutschen Sportjournalisten) üzvü olan alman futbol jurnalistləri tərəfindən seçilir və ölkənin idman dərgisi olan "Kiker" jurnalında dərc edilir.
Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilər
Çərşənbə günü saat 18.00-da Məzəm-Su 15 maçında Məzəm komandası 9-6 hesabı ilə qələbə çalmışdır. Maçın adamı Muradov Rəhman olmuşdur.Hikmət Osmanov isə göstərdiyi düüüüd oyuna görə ən zəif marafon yarışçısı seçilib. Bu siyahıya UEFA Çempionlar Kuboku və Çempionlar Liqasını məşqçi olaraq qazanan şəxslər daxildir. İspaniyalı məşqçi Xose Vilyalonqa Lorente 1955-56 sezonunda "Real Madrid"lə UEFA Çempionlar Kubokunu qazanaraq bu uğuru əldə edən ilk məşqçi olmuşdur. 1970-80-cı illərdə ingilis klubları və məşqçiləri arasında rəqabət getməsinə baxmayaraq, ən çox italyan məşqçilər bu uğura nail olmuşlar. 1992-93 sezonunda bir sıra dəyişikliklərdən sonra turnirin adı UEFA Çempionlar Liqası adlandırılmışdır. Bu yenilikdən sonra ilk final olan 1993 finalında belçikalı Raymon Qotals Olimpik Marsel klubunu çempion edərək kubokun yeni formatında çempionluq yaşayan ilk məşqçi olmuşdur. 1976-77, 1977-78 və 1980-81 sezonlarında Liverpul ilə 3 dəfə çempion olan Bob Peysli kuboku ən çox qazanan məşqçidir. Bundan əlavə 16 məşqçidə kuboku 2 dəfə qazananlar sırasındadır. Miçel Munoz, Covanni Trapattoni, Yohan Krayf, Karlo Ançelotti, Frank Raykard və Xosep Qvardiola həm futbolçu, həm də məşqçi olaraq çempionluq yaşayan şəxlərdir.