Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərsiyə
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.
Tərbiyəçi (film, 1971)
Film-portret Bakıdakı 3 saylı poliqrafiya peşə-texniki məktəbin direktoru Sofya Yaqubova haqqında danışır. Filmdə vaxtilə S.Yaqubovanın bu məktəbi bitirməsi, istehsalat təhsili ustası işləməsi, sonra uzun illər həmin məktəbin direktoru olması göstərilir. "Gənc fəhlə" jurnalı ilk dəfə bu məktəbdə nəşr olunmuşdur. Məktəbin məzunları bir çox mətbəələrdə, o cümlədən "Kommunist" nəşriyyatında, "Qırmızı Oktyabr" mətbəəsində işləyirlər. Elə məktəbin özündə çalışan təhsil ustaları da bu təhsil ocağının məzunlarıdır. Filmdə S.Yaqubovanın ailəsi də göstərilmişdir. O, məşhur pambıqçı, iş başında faciəli şəkildə həlak olmuş Sevil Qazıyevanın bu məktəbə necə daxil olması barədə xatirəsini danışır. 1) 1976-cı ildə Bakıda Beynəlxalq Qadınlar gününə həsr olunmuş Respublika həvəskarlar filmləri müsabiqəsi Film I dərəcəli Diploma və Fəxri Fərmana layiq görülmüşdür.
Mersiyalı Offa
Mersiyalı Offa - 757-796-cı illər arasında Mersiya kralı olmuşdur və ilk dəfə özünə 774-cü ildə Ingiltərə kralı adını götürmüşdür. İngiltərənin cənubunda Anglosakson dövrünün ən güclü krallıqlarından birini qurmuşdur.