Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərtəbə
Mərtəbə (от fr. étage) — iki qonşu horizontal örtük arasındakı hissə. Bu hissədə bir qayda olaraq yaşayış və ya texniki hissə yerləşir. == Mənbə == Виды этажей, этажность домов. Определение этажности.
Günəşə bir mərtəbə yaxın (film, 1967)
== Filmin heyəti ==
Məktub
Məktub — xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur. Məktublar müxtəlif formalarda - daş üzərində, ağac qabığı üzərində, kağız üzərində, elektron (e-mail) formada və s. olurlar. Dünyadakı ən böyük məktub XVI əsrdə 10 m uzunluğu, 7 m eni olan perqament üzərində yazılan, Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən hesab olunur. Bu məktub Ankara Milli Muzeyində (Ankara Etnografya Müzesi) saxlanılır. == Məktubun tərtib olunma qaydası == Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsə xitabı əhatə edir; Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir; Fərqləndirici hissə. Bu hissə məktubun əsasını, məzmununu əhatə edir.
Məhbubə Hacıyeva
Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı. == Həyatı == Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.
Məhbubə Məlikova
Məhbubə Məlikova — Azərbaycan aktrisası. == Həyatı == Səhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.
Məhbubə Paşayeva
Məhbubə İbad qızı Paşayeva (20 may 1905, Şuşa – 16 yanvar 1970, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Paşayeva Məhbubə İbad qızı 1913-cü ildə Şuşa şəhərində anadan olub. Təxminən 5–6 yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə — dayısının (Üzeyir Hacıbəyovun) yanına köçüb. Burada Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Yalnız bundan sonra onun müğənnilik fəaliyyəti başlayıb. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. 1929-cu ildə dram teatrı nəzdindəki opera studiyasına daxil olmuş, burada Ü. Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış etmişdir (1930). Sonradan "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli və s. rolları oynamışdır. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, "Koroğlu" operasında xanəndə qızın partiyasını oxumuşdur.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Schechter məktubu
Schechter məktubu və ya Kembric sənədi — Qahirə genizasında Solomon Schechter tərəfindən kəşf edilmişdir. == Məktub == Schechter məktubu kim olduğu bilinməyən bir Xəzər tərəfindən yüksək mövqedəki yəhudiyə yazılmışdır. Bir çox şəxs tərəfindən bu məktubun Konstantinopoldan olan bir Xəzərin Hasday ibn Şapruta yazdığı məktub olduğuna inanır. Geniza kolleksiyasında olan bu məktublar Schechter tərəfindən 1898-ci ildə Kembric Universitetinə bağışlanmışdır. Ancaq kağızların çoxu oxunmaz halda olub, sadəcə iki blok mətin bu günə qədər həyatda qalmağı bacarmışdır. == Mətində din dəyişdirmə == Schechter məktubunda xəzərlərin din dəyişdirmə hadisəsi Xəzər yazışmaları və Kuzariyə görə fərqli izah edilir. Bu məktuba görə, farsların və ermənilərin zülmündən qaçan yəhudilər köçəri xəzərlərə qatılırlar və zamanla assimiliyasiya olurlar. Ardından Sabriel adlı güclü və döyüşçü lider xəzərlərin rəhbərliyinə keçdi. Sabriel uzaqdan da olsa, yəhudi sığınmaçıların nəvələrindən idi və arvadı Serahın da onu fikrindən daşındırması ilə yəhudiliyi seçdi və xalqı da onu izlədi.Məktubda buradan sonrasının böyük bir qismi itmişdir və sadəcə bir neçə ədəd kağız parçası qalmışdır. == HLGV ve Romanus == Bu məktubdan sağ çıxan bir başqa bilgi isə Xəzər ölkəsinə edilən istiladır.
Tanserin məktubu
Tanserin məktubu - Sasanilər hökmdarı I Ərdəşirin (224-240) tapşırığı ilə onun vəziri Tanser tərəfindən Mazandaran hakimi Cəşnəsəf şaha yazlmış məktubdur. Məktub böyük tarixi əhəmiyyət daşıyan mənbədir.
Tövsiyə məktubu
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Etiraz məktubu
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.Etiraz məktubu notanın mənfi növüdür.
Atama məktub
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Açıq məktub
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. == Yaranma tarixi == İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. == Dizaynı və forması == Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.
Elektron məktub
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Məktub (albom)
Məktub - Azərbaycan musiqiçisi Qara Dərvişin 2017-ci ildə işıq üzü görən albomu.
Məktub (mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. == Klip == Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Məktub ölçüsü
Məktub ölçüsü – ABŞ-də, Kanadada, Meksikada və bəzi başqa ölkələrdə istifadə olunan standart kağız ölçüsü: 8.5x11 düym (216x279 mm) bərabərdir. Şimali Amerikadan kənarda istifadə olunan və beynəlxalq standart olan A4 formatına (210×297 mm) yaxındır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Məqubə Sırtlanova
Məqubə Sırtlanova (tam adı: Sırtlanova Məqubə Həsən qızı, tatar. Мәгубә Хөсәен кызы Сыртланова, rus. Магуба Гусейновна Сыртланова; 15 iyul 1912, Bələbəy, Ufa quberniyası – 1 oktyabr 1971, Kazan) — baş leytenant və İkinci dünya müharibəsində 46-cı Taman qvardiyası gecə bombardmançıları aviasiya alayında komandirin köməkçisi. Müharibə zamanı 780 hücumu başa vurduğuna görə 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == 15 iyul 1912-ci ildə Rusiya İmperiyasının Başqırdıstan ərazisində Bələbəy şəhərində anadan olmuş Məqubə Sırtlanova 1932-ci ildə Başalov Uçuş Məktəbini bitirmiş və Tbilisidə uçuş klubu planer məktəbinə qatılmışdı. İkinci Dünya müharibəsi başladıqdan sonra 1941-ci ilin iyulunda ordu sıralarına çağırılmışdır. O, mənşəcə tatardır və 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdurİkinci Dünya müharibəsindən sonra, o, 1951-ci ildən 1962-ci ilə qədər Kazanda bir zavodda işləmişdir. Kazanda onun adına bir küçə, abidə və idman zalı var. 1 oktyabr 1971-ci ildə vəfat etmiş və Novo-Tatar Sloboda qəbiristanlığında dəfn edilmişdir. == Hərbi karyerası == Sırtlanova 27 dekabr 1942-ci ildə ön cəbhəyə vuruşmağa göndərilmişdi.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Məhbubə xanım Mahmudbəyova
Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova (11.6. 1902, Şuşa — 13.1.1976, Bakı) — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı. == Həyatı == Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb.
Məktuba Cavab (1944)
Məktuba cavab — İsmayıl Əfəndiyevin musiqili kinooçerk janrında filmi. == Məzmun == Film musiqili oçerk səpgisindədir. Buraya səhnələşdirilmiş epizodlar da daxil edilmişdir. 416-cı Azərbaycan diviziyasının döyüşçüləri cəbhədən kinostudiyanın işçilərinə məktub göndərirlər. Döyüşçülər xahiş edirlər ki, respublikanın əmək nailiyyətləri, arxanın qəhrəmanlıq işləri barədə onlara xəbər versinlər. Kinostudiyanın işçiləri bu məktuba cavabı kinonun dili ilə göndərməyi qərara alırlar. Kinokamera bizi məktublarına cavab olaraq iki qutu kinolent almış döyüşçülərin hərbi hissəsinə aparıb çıxarır. Əsgərlər öz doğma vətənləri Azərbaycanın iqtisadi, mədəni vəziyyəti ilə tanış olurlar. Filmdə arxa cəbhədə zəhmətkeşlərin qəhrəmanlığı, neftçilərin fədakarlığı əks etdirilir. Ekranda Azərbaycan Dövlət Konservatoriyasının uşaq orkestri, saz çalanlar ansamblı, mahnı və rəqs ansamblı bir-birini əvəz edir, xalq artisti Bülbül çıxış edir, Azərbaycan radio komitəsinin xor kollektivi bəstəkar Cahangir Cahangirovun "416-cı" mahnısını oxuyur, istehsalatda olan "Arşın mal alan" bədii filmdən bir epizod göstərilir.
Trolhettanda məktəbə hücum
“Krun” məktəbinə edilmiş hücum - İsveçin Trolhettan şəhərində yerləşən “Krun” məktəbinə 2015-ci ilin 22 oktyabrında baş tutmuş terrorostik akt. 21 yaşlı Anton Lundin-Petersson məktəbə daxil olub qılıncla orada yerləşən insanlara xəsarət yetirdi. Nəticədə 2 nəfər oldü, daha 2 nəfər isə yaralandı. Qatil polis tərəfindən öldürüldü. Hadisənin rasizm əsasında baş verdiyini bildirən istintaq davam edir.
Şəhidin məktubu (film)
Şəhidin Məktubu — Ramin Eyyubovun çəkdiyi 20 Yanvar faciəsinə həsr olunmuş filmi.Film 17 yanvar 2015-ci ildə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin dəstəyi ilə keçirilən mərasimdə ictimaiyyətə təqdim edilmişdir. Təqdimat mərasimində ictimai xadimlər, QHT rəsmiləri iştirak etmişdir.Filmdə baş rollarda Şəbnəm Rəhimova, Zeynəb Aslanova, Bətul Vəlizadə, Hüseyn Aslanov, Riyad Aslanov və gənc aktyor Nicat çəkilmişdir.
Atama məktub (hekayə)
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Dostuma Məktub (1992)
== Məzmun == Kinolent Bakıdan İsrailə köçüb getmiş yəhudi millətindən olan Azərbaycan vətəndaşlarına şəhərimiz haqqında söhbət açır. == Film haqqında == Film "Stark Enterprayz İnk."-in iştirakı ilə "Fuda" Firmasının sifarişi ilə çəkilmişdir.
Korinflilərə ikinci məktub
Korinflilərə ikinci məktub — Həvari Pavelin Korinflilərə yazdığı 2-ci məktub. Əhdi-Cədidin səkkizinci kitabıdır. Sinay palimpsestinin əsas mətnini təşkil edir.