Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birinci Məşrutiyyət
Birinci Məşrutiyyət — Osmanlı İmperiyasında 1876-cı ildə II Əbdülhəmid tərəfindən elan edilən konstitusional idarəetmə forması. == Arxa plan == Osmanlı İmperiyasının iqtisadi problemləri 17-ci əsrdən etibarən torpaqların itirilməsi və davamlı büdcə kəsirləri verməsi ilə başlandı. Avropa dövlətləri ilə imzalanan sərbəst ticarət sövdələşmələriylə ölkəyə gələn mallardan aşağı gömrük vergiləri alınırdı. Bu həm dövlətin gəlirlərini azaltmış, həm də yerli sənayenin geriləməsinə səbəb olmuşdu. İqtisadi problemlərlə yanaşı, xüsusilə, 1789-cu il Fransız inqilabının təsiri ilə yayılan azad yönümlü düşüncələr və millətçilik axını Osmanlı İmperiyasını da bürüdü. Balkanlarda 19-cu əsrdə müstəqillik tələbilə etirazlar başlandı. Balkanlarda və Orta Şərqdə maraqların toqquşmasından əziyyət çəkən Avropa dövlətləri ilə Çar Rusiyası da zamanla bu hərəkatları dəstəklədilər. Osmanlı sərhədləri daxilində qeyri-müsəlman xalqların vəziyyətlərinin düzəldilməsi səbəbilə İmperiyanı islahatlar keçirməyə məcbur etdilər. 1839-cu ildəki Tənzimat Fərmanı ilə 1856-cı ildəki İslahat Fərmanının elanları bu şəraitdə reallaşdı. == İnkişafı == Digər yandan, 1860-cı illərdə bir aydın hərəkat olaraq Gənc Osmanlılar ortaya çıxdı.
İkinci Məşrutiyyət
İkinci Məşrutiyyət — Osmanlı Konstitusiyasının 29 il fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə başlayan və "Məbuslar Məclisi"nin Sultan Vahidəddin tərəfindən 11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir. Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və diktarorluğa şahidlik etmişdi. İki böyük müharibə (Balkan müharibələri və I Dünya Müharibəsi) və İmperiyanın dağılması da bu dövrdə baş vermişdi. Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və konstitusiya dəyişmədiyindən, bəzi tarixçilər bu dövrü vahid Məşrutiyyət dövrünün ikinci hissəsi adlandırırlar. İkinci Məşrutiyyətin elanından dərhal sonra seçkilər keçirildi. Seçkilərdə əsas iki partiya, İttihad və Tərəqqi ilə liberal yönlü Əhrar Firqəsi idi. Seçkini ittihadçılar qazandı. Seçkinin ardından yaranan yeni Məclis-i Məbusan 17 dekabr 1908-ci ildə fəaliyyətə başladı. Osmanlı İmperiyasının son dövrünə öz damğasını vuran əsas ünsürlərdən olan İkinci Məşrutiyyət, həm də Türkiyə Cümhuriyyətinin quruluş illərinə də güclü təsir etmişdir. Bu zaman ölkəni pərdə arxasından idarə edən İttihad və Tərəqqi rəhbərliyinə qarşı bəzi çevrələrdə qeyri-məmnunluq getdikcə artdı.
Sensor məhrumiyyət
Sensor məhrumiyyət (lat. sensus - hiss və lat. deprivatio - itki, məhrumiyyət) — mərkəzi sinir sistemində sinir impulsları axınının azalmasına səbəb olan bir və ya bir neçə duyğu orqanına xarici təsirin qismən və ya tam dayanması. Məsələn, personal qapalı bir məkanda (sualtı qayıqda, kosmik gəmidə və s.) təcrid olunduqda sensor məhrumiyyətlər baş verə bilər; Üstəlik, kosmosa uçuş zamanı sensorməhrumiyyətinin inkişafına çəkisizlik vəziyyəti şərait yaradır. Göz bağları və ya qulaq tıxacları kimi ən sadə məhrumetmə cihazları görmə və eşitmə qabiliyyətinə təsirləri azalda və ya aradan qaldırarkən, daha mürəkkəb cihazlar qoxu, taktil (toxunma), dad, temperatur reseptorları və vestibulyar aparatı "söndürə" bilər. Sensor məhrumiyyət alternativ təbabətdə, yoqada, meditasiyada, psixoloji təcrübələrdə (məsələn , sensor məhrumetmə kamerası), həmçinin BDSM oyununda, işgəncə və cəzada istifadə olunur. Qısa müddət ərzində sensor məhrumiyyətlər insana rahatlaşdırıcı təsir göstərir, daxili şüuraltı təhlil, məlumatların strukturlaşdırılması və çeşidlənməsi, özünü tənzimləmə və psixikanın sabitləşməsi proseslərini tetikler, xarici stimullardan uzun müddət məhrum olmaq isə həddindən artıq narahatlıq, reallıqla əlaqənin itirilməsi, hallüsinasiyalar, depressiya, konsentrasiyanın pozulması və sonradan posttravmatik stressə səbəb ola biləcək antisosial davranışlara səbəb ola bilər. Sensor məhrumetmənin insanın şəxsiyyətinə onun hissləri vasitəsilə təsirinin bu xüsusiyyəti istintaqda məcburi dindirmə prosedurlarının aparılmasında geniş tətbiq tapmışdır.