Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlahi məxluq (film, 2011)
İlahi məxluq — rejissor Yavər Rzayevin filmi. Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və dağlara səfər edən gənc rəssam qızın verdiyi şəkilli dərgi olur. Film 2008-ci ildə "Bizim Kino" Prodüser Mərkəzi tərəfindən çəkilmiş, 2009-cu ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında tamamlanmışdır. Filmdə çəkilmiş canavarların təlimi "Animalfilm" studiyası tərəfindən həyata keçirilmişdir. Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 tammetrajlı filmdən biridir. Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb.
Mevlüt Karakaya
Mövlud Karakaya (1 yanvar 1963, Ankara ili) — mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Mövlud Karakaya 1963-cü ildə Ankara ilinin Bala ilçəsində anadan olub. Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Həmin universitetin Sosial Elmlər İnstitutunda isə magistr və PhD dərəcələri alıb. Mühasibat uçotu və maliyyə sahələri üzrə dosent və professor elmi adları alıb. Birləşmiş Ştatların İndiana Universitetində dövlət idarəçiliyi üzrə, Perdyu Universitetində isə siyasi elmlər üzrə əlavə magistr dərəcələri alıb. Nüfuzlu universitetlərdə — Qazi Universiteti, Hacettepe Universiteti, Başkənd Universiteti və İzmir İqtisadiyyat Universitetində mühasibat və maliyyə fənnlərindən dərslər tədris edib. 1999-2003-cü illərdə Torpaq Məhsulları Ofisinin İdarə Heyətinin sədri olub. Uzun illərdir MHP üzvüdür. 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib.
Əxlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Bərk məhlul
Bərk məhlul– müxtəlif elementlərin atomlarının ümumi kristallik qəfəsdə yerləşdiyi dəyişən tərkib fazaları. == Təsnifat == Nizamsız (atomların xaotik yerləşməsi ilə), tam və ya qismən nizamlı ola bilərlər. Eksperimental olaraq, nizamlılıq əsasən rentgen struktur analizi ilə müəyyən edilir. Bərk məhlul yaratma qabiliyyəti bütün kristallik bərk cisimlər üçün xarakterikdir. Bir çox hallarda bu dar konsentrasiya həddləri ilə məhdudlaşır, lakin davamlı bərk məhlullar sıralı sistemlər də məlumdur (məsələn, Cu-Au, Ti-Zr, GaAs-GaP). Əslində, təmiz hesab olunan bütün kristallik maddələr, çox az tərkibli qarışığı olan bərk məhlullardır. Üç növ bərk məhlul var: əvəzedilmiş bərk məhlullar; daxil edilmiş bərk məhlullar; çıxarılmış bərk məhlullar. Yum-Rozerinin yarıempirik qaydalarına əsasən, əvəzedilmiş bərk məhlulların davamlı sırası metallik sistemlərdə ancaq o elementlərlə yaradılır ki, onlar birincisi, ölçülərinə görə bir-birinə yaxın olan atom radiuslarına malikdirlər (15%-dən çox fərqli olmamaq şərtilə) və ikincisi, gərginliyin elektrokimyəvi sırasında bir-birindən çox uzaq yerləşmirlər. Bu zaman elementlər eyni tip kristallik qəfəsə malik olmalıdırlar. Yarımkeçirici və dielektrik əsaslı bərk məhlullarda, daha "boş" kristallik qəfəslər sayəsində əvəzedilmiş bərk məhlulların yaranması atom radiuslarının böyük fərqi zamanı da mümkündür.
Doymuş məhlul
Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.
Frits Maxlup
Frits Maxlup (alm. Fritz Machlup‎; 15 dekabr 1902, Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 30 yanvar 1983, Prinstom, Nyu-Cersi) — avstriyalı və amerikalı iqtisadçı. == Bioqrafiyası == Vyana Universitetində təhsil alıb. O, 1923-cü ildə Lüdviq fon Mizesin rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə etmişdir. 1933-cü ildə Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə əlaqədar ABŞ-yə mühacirət etmiş, 1940-cı ildə ABŞ vətəndaşlığını almışdır. Buffalo, Cons Hopkins və Prinston universitetlərində dərs deyirdi. Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1971–1974), 1966-cı ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti olmuşdur. Bernard Xarms mükafatı laureatı (1974). == Biblioqrafiyası == Махлуп Ф. Производство и распространение знаний в США. — М.: Прогресс, 1966. — 462 с.
Meksika məxluqu
Montauk məxluqu
Montauk məxluqu — dalğaların Nyu-Yorkun turistik Montauk sahillərinə çıxardığı əsrarəngiz heyvan. Heyvanın iki fərqli baxımdan çəkilən fotoşəkilləri, internetdə həyəcanla müzakirə edilir. Əsrarəngiz varlığın nə olduğuna dair bir çox nəzəriyyə var. Hətta CNN və Fox News kimi ciddi media qurumları da müzakirəyə müdaxil oldular. Fox News kanalına danışan bir mütəxəssis, varlığın bir rakun olduğunu iddia etsə də, ən çox qəbul görən şərh, burnu qoparılmış, çürümək üzrə olan bir pitbul olduğu istiqamətində. Ancaq heyvanın pəncələrinin itə bənzəmədiyini iddia edən araşdırmaçılar, "Bu, Atlas okeanındakı gizli nüvə sınaqlar üzündən mutasiyaya uğramış bir varlıqdır" deyirlər. Bir başqa məşhur nəzəriyyə, hadisənin tamamilə uydurma olduğu və əslində bir reklam kampaniyası başlatmaq məqsədilə yayıldığı istiqamətindədir. İnternet sayəsində, viral (virus kimi yayılan) satışa çıxarma texnikalarının gedərək tutulduğunu ifadə edən mütəxəssislər, bu ehtimalı ehtimal xarici görmür. Enerji içkisi firmasının "Montauk məxluqu canlı tutana pul mükafatı" vəd etməsi isə, fürsətçilik olaraq xarakterizə edilir.
Məxulə (Çaroymaq)
Məxulə (fars. ماخوله‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (12 ailə).
Məsut Özil
Məsud Özil (15 oktyabr 1988, Helzenkirxen, Almaniya Federativ Respublikası) — keçmiş türk əsilli alman yarımmüdafiəçisi. Məsud Özil 15 oktyabr 1988-ci ildə Almaniyanın Helzenkirxen şəhərində doğulmuşdur. 2010 Dünya çempionatında uğurlu çıxışından sonra "Verder"dən "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdur. Həmçinin bu turnirdəki uğurlu futbolu ilə Qızıl Top və Avropada İlin Futbolçusu mükafatlarına namizəd göstərilmişdir. Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Məsud Özil Türkiyə milli futbol komandasında çıxış etməyə dəvət alarkən "Özümü bir alman kimi hiss edirəm" deyərək bu təklifi rədd etmiş, Almaniya milli futbol komandasının heyətində iştiraka üstünlük vermişdir.Lakin 2018 FİFA Dünya Kubokundan sonra ona edilən irqçi təzyiqlər səbəbindən millidəki karyerasını başa vurmuşdur. Məsud Özil "Real Madrid" klubunun heyətində çıxış etmiş ilk türk əsilli futbolçu olmuşdur. 22 mart 2023-cü il tarixində Məsud Özil, futbolçu karyerasını başa vurduğunu açıqlamışdır.[1] 2019-cu ilin yanvar ayında Məsut Özil aktrisa və model sevgilisi Amine Gülşe ilə nişanlanıb.
Əxlat tüməni
Əxlat tüməni — XIV əsr. İnzibati ərazi. Elxanilər dövləti Ərminiyyə vilayətinin tümənindən biri Dövrün tanınmış tarixçi-coğrafiyaşünas alimi Həmdüllah Mustovfi Qəzvini (1281–1345) Ərmən vilayəti və xüsusilə də, "Böyük" və "Kiçik" Ərminiyyələr barədə maraqlı məlumat verir. Müəllif "Ərmən", "Ərminiyyə" adlandırdığı bu vilayətin 2 hissədən -"Böyük Ərminiyyə" və "Kiçik Ərminiyyə"dən ibarət olduğunu xəbər verir. Onun yazdığına görə, Kiçik Ərminiyyə İran ərazisinə daxil deyil. Böyük Ərminiyyə isə Kiçik Ərminiyyədən şərqdə yerləşməklə İrana (yəni Hülakular dövlətinin tərkibinə) daxildir və dövlətin bir tümənini (Əxlaq tümənini) təşkil edir. Böyük Ərminiyyənin hüdudları Kiçik Ərminiyyə (qərbdə), Rum, Diyarbəkr, Kürdüstan, Azərbaycan (tarixi Atropatena) və Arrana kimi çatırdı. Mərkəzi Əxlaq (İxlat) şəhəri idi. Dövlətə 39 tümən vergi ödəyirdi (hansı ki, təkcə Azərbaycan əlaləti — tarixi Atropatena ərazisi bu dövrdə 9 tümənə bölünmüşdü və dövlətə 1000 tüməndən artıq vergi verirdi). Əxlat tüməninin tərkibinə Əxlat, Ərciş, Xəradin, Van, Vəstan və s.
Dövlətə məxsus müəssisə
Dövlətə məxsus müəssisə (DMM) anlayışı dövlətdən dövlətə dəyişir, bununla birgə ümumi olaraq xalqa məxsus olan mənbələrdən istifadə etmək yolu ilə, iqtisadi məkanda fəaliyyət göstərən Dövlət Qurumlarını bildirir. Beynəlxalq ədəbiyyatda dövlət şirkəti olaraq keçən bu anlayış, sahibi olan hökumət adına ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxsi bildirir. Şirkətlərin hüquqi vəziyyəti hökumətin bir hissəsi olma və ya dövlətin önəmli bir səhmdarı olduğu səhmdar cəmiyyətlər arasında dəyişir. Dövlətə məxsus şirkətlər, əsasəndə dəmir yolları və telekommunikasiya, strateji mal və xidmətlər (poçt, silahlar), təbii ehtiyatlar və enerji, siyasi cəhətdən həssas olan iş, mətbuat, alkoqol və tütün məhsulları, tibb ilə bağlı olan məhsullar kimi təbii inhisar və infrastruktur sahələrində yayılmışdır.
Məmlük
Məmlüklər ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyanın idarə etdiyi dövləti sülalə (1250–1517). Məmlük söz mənasıyla ağ kölə deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Savaş əsiri və ya satın alınanlardan təşkil olunan hökmdarın muhafız birliklərinə bu ad verilmişdir. İlk dəfə Abbasi xəlifələri türk əsilli Məmlükləri ordu sıralarına cəlb etmiş, zamanla bunlar güclənərək öz dövlətlərini qurmuşlar. Misirdə qurulan Tulunoğulları (Tulunlular) və Ixşidilər (Axşidlər) belə ortaya çıxmışdılar. Misirdə qurulan Məmlük dövlətinin qurucusu İzzəddin Aybək də, Məmlük adı verilən Türkman əsilli sərkərdələrdən biriydi.
Mirzə Lütfulla xan Məxmur
Mirzə Lütfulla xan Məxmur (1683-1750)- şair, vali Mirzə Lütfulla xan Hacı Şükrulla oğlu 1683-cü ildə Surs limanında anadan olmuşdur.Məxmur Ağa Hüseyn Xansarinin şagirdi Ağa Həbibulla İsfahaninin şagirdi olmuş, onun yanında elm və fəzilət əldə etmişdir. Atası vəfat etdikdən sonra Məxmur ticarət Benqala getmiş onun vasitəsilə o dövrün sultanı tərəfindən Mürşidqulunun Rüstəmcəng ləqəbi və bu ləqəbə məxsus vəzifəni almışdır.Mirzə Lütfulla xan hicri qəməri 1164 (1750)-cü ildə vəfat etmişdir. Mirzə Lütfulla xan Dürdanə bəyim Məhəmmədşüca xan Avşar qızı ilə ailə qurmuşdu. Məhəmmədyəhya xan adlı oğlu, Mehman bəyim adlı qızı vardı. Ənvər Çingizoğlu,Mirzə Lütfulla xan Məxmur, "Soy" dərgisi, 12 (32), 2009, səh. 113-114.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Texut
Texut - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Məmlük Dövləti
Məmlük dövləti – Misir, Suriya və Hicazda hökm sürən müsəlman türk dövləti (1250–1517). Misirdə Əyyubi ordusundakı türk əsilli əmirlər tərəfindən qurulan, dövrün tarixçilərinin türk dövləti olaraq adlandırdığı Məmlüklər , Bahrilər və Burcilər olmaqla 2 dövrə ayrılır . Əyyubi hökmdarı Əs-Saleh Əyyubun qıpçaq ölkəsi və Şimali Qafqazdan gətirdiyi türk əsilli məmlüklərdən ibarət olan və Məmalikül-Bahriyyə adını alan xüsusi birliklər çox keçmədən Əyyubi ordusunun ən önəmli hissəsinə çevrilmişdi. Əs-Saleh Əyyubun ölümünün dərhal ardından Fransa kralı IX Lüdoviqin rəhbərliyindəki səlib ordusuna qarşı qazanılan Mənsurə və kralla birlikdə bir çox xaçlı komandirinin əsir düşdüyü Fariskur (7 aprel 1250) döyüşlərində ən böyük rolu bu hərbi dəstələr oynamışdı. Ancaq yeni Əyyubi sultanı Turan Şah onların qazandığı nüfuzu öz taxtına rəqib hesab etdi və məmlüklər arasındakı güclü komandirləri vəzifədən almağa başladı. Bundan başqa taxta çıxarkən güclü dəstəyini aldığı türk əsilli ögey anası Şəcərəddür Xatunu atasının xəzinəsini gizlətməklə günahlandıraraq sarayda nəzarət altına aldı. Nəticədə Bahri əmirlərindən Baybars Əl-Bunduqdari və yaxın adamları sui-qəsd tərtibləyərək Turan Şahı öldürdülər. Onun ölümüylə Misirdə Əyyubilər dövrü başa çatmış, yerinə Məmlüklər adıyla tanınan yeni bir türk dövləti qurulmuş oldu. Baybars Əl-Bunduqdari və adamları vaxtilə qulluq etdikləri Nəcməddin Əyyubun dul xanımı Şəcərəddür Xatunu taxta çıxarmış, onun qullarından İzzəddin Aybək Əl-Mənsuru da atabəy elan etmişdilər. Türk əsilli olması səbəbilə bir çox tarixçinin ilk Məmlük sultanı hesab etdiyi Şəcərəddür Xatun əsir tutulan Fransa kralıyla razılığa gələrək Dimyat bölgəsinin boşaldılması, ağır vergi və İslam ölkəsinə hücum edilməməsi şərtiylə onu azadlığa buraxdı.
Məmlük sultanlığı
Məmlük dövləti – Misir, Suriya və Hicazda hökm sürən müsəlman türk dövləti (1250–1517). Misirdə Əyyubi ordusundakı türk əsilli əmirlər tərəfindən qurulan, dövrün tarixçilərinin türk dövləti olaraq adlandırdığı Məmlüklər , Bahrilər və Burcilər olmaqla 2 dövrə ayrılır . == Tarixi == === Dövlətin yaranması === Əyyubi hökmdarı Əs-Saleh Əyyubun qıpçaq ölkəsi və Şimali Qafqazdan gətirdiyi türk əsilli məmlüklərdən ibarət olan və Məmalikül-Bahriyyə adını alan xüsusi birliklər çox keçmədən Əyyubi ordusunun ən önəmli hissəsinə çevrilmişdi. Əs-Saleh Əyyubun ölümünün dərhal ardından Fransa kralı IX Lüdoviqin rəhbərliyindəki səlib ordusuna qarşı qazanılan Mənsurə və kralla birlikdə bir çox xaçlı komandirinin əsir düşdüyü Fariskur (7 aprel 1250) döyüşlərində ən böyük rolu bu hərbi dəstələr oynamışdı. Ancaq yeni Əyyubi sultanı Turan Şah onların qazandığı nüfuzu öz taxtına rəqib hesab etdi və məmlüklər arasındakı güclü komandirləri vəzifədən almağa başladı. Bundan başqa taxta çıxarkən güclü dəstəyini aldığı türk əsilli ögey anası Şəcərəddür Xatunu atasının xəzinəsini gizlətməklə günahlandıraraq sarayda nəzarət altına aldı. Nəticədə Bahri əmirlərindən Baybars Əl-Bunduqdari və yaxın adamları sui-qəsd tərtibləyərək Turan Şahı öldürdülər. Onun ölümüylə Misirdə Əyyubilər dövrü başa çatmış, yerinə Məmlüklər adıyla tanınan yeni bir türk dövləti qurulmuş oldu. === Bahri Məmlükləri dövrü === Baybars Əl-Bunduqdari və adamları vaxtilə qulluq etdikləri Nəcməddin Əyyubun dul xanımı Şəcərəddür Xatunu taxta çıxarmış, onun qullarından İzzəddin Aybək Əl-Mənsuru da atabəy elan etmişdilər. Türk əsilli olması səbəbilə bir çox tarixçinin ilk Məmlük sultanı hesab etdiyi Şəcərəddür Xatun əsir tutulan Fransa kralıyla razılığa gələrək Dimyat bölgəsinin boşaldılması, ağır vergi və İslam ölkəsinə hücum edilməməsi şərtiylə onu azadlığa buraxdı.
Mesut Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Məmlük sülaləsi (İraq)
İraq Məmlük sülaləsi (ərəb: مماليك العراق) 18 və 19-cu əsrlərdə İraqda hökmranlıq edən bir sülalə idi. Osmanlı İmperiyasında Məmlük dövləti yıxıldı, əsir alınanlar özgür buraxıldı. Sülalədən bəzilər Osmanlı məktəblərində təhsil aldılar və sonra hərbi və inzibati vəzifələrə təyin edildilər. Məmlüklər, 1704-cü ildən 1831-ci ilə qədər Osmanlı İraqını idarə etmişlər. Osmanlı hakimiyyəti 1831-ci ildə Məmlük sülaləsinin hakimiyyətini ləğv etdi və bölgəni bir ayrı sülaləyə bağladı. Ancaq Bağdaddakı bir çox inzibati orqan, Məmlük sülaləsindən oluşmuşdu. Məmlüklər I Dünya Müharibəsinə qədər İraqda suveren bir siyasi qüvvə olaraq qaldı.
Abdullah paşa (Məmlük)
Abdullah Paşa (ərəb. عبد الله باشا‎, osman. عبد الله پاشا; v. 1777, Bağdad, Bağdad əyaləti[d]) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1776–1777). == Həyatı == Abdullah Paşa tayfa olaraq bir Məmlüküydü. 1776-cı ilə qədər Diyarbəkir valisi vəzifəsindəydi. 1776-cı ildə Osmanlı sultanı I Əbdülhəmid Abdullah Paşaya, eləcə də Mosul valisi Süleyman Paşa və Ər-Rəqqə valisi Mustafa Paşaya Bağdad valisi Ömər Paşanı vəzifəsindən atılması üçün əmr etdi. Osmanlı qoşunları Bağdadı mühasirəyə aldılar və Ömər Paşa Bağdaddan qaçanda öldü. Bundan sonra Mustafa Paşa Bağdadın Paşalığına təyin oldu. O uzun müddət bu vəzifədə qala bilmədi.
Davud Paşa (Məmlük)
Davud Paşa (Ərəbcə. داود باشا, Osmanlıca. داود پاشا, Gürcücə. დაუდ ფაშა; 1767–1851, Mədinə) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1816–1831). == Həyatı == İraq bu dövrdə rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsiydi, lakin əməldə muxtar bir dövlət kimiydi. Məmlüklər əvvəlcə İslamı qəbul etmiş və Osmanlı İmperiyasında hərbi və inzibati vəzifələrə təyin edilmiş azad qullarıydı. Məmlük hökmdarları 1704-cü ildən 1831-ci ilə qədər Sultandan əldə edən muxtariyyətlə İraq və çevrə ərazini idarə etdilər. Müasir İraq sərhədlərinin tarixi 1749-cu ildən izləmək olar. Osmanlı İmperiyası Sultanı Bəsrə valiliyini Bağdad vilayətinə əlavə edilməsi və 1831-ci ilə qədər Məmlük hökmranlığı dövrü başlamağıyla izlənəbilir. 1816–17-ci illərdə Davud Paşa nəzarəti ələ keçirdikdən sonra Avropa təlimatçıları köməyiylə kanalların təmizlənməsi, sənayenin qurulması və ordunun islahatı kimi modernizələşməyə başlamışdır.
Həsən Paşa (Məmlük)
Bağdadda Həsən Paşa (1704–1723) (gürcü: ჰასან ფაშა), Qustəntiniyyədən göndərilən Osmanlı valisi,(Gürcü mənşəli olduqları düşünülən) Məmlük sülaləsindən, o və oğlu Əhməd Paşa (1723-47) ilə vilayətə rəhbərlik etdilər. == Həyatı == 1638-ci ildə IV Murad Bağdadı ələ keçirdi və Dəclə və Fərat çayları arasındaki bölgəyə nəzarət etdi. 17-ci əsrdə Səfəviylə döyüşlər, Osmanlı İmperiyasının İraqdakı qüvvələrini zəiflətdi. İraqda mərkəzi hakimiyyətin zəifləməsi, qəbilələrin çatışmasınn artmasına səbəb oldu və sünnilərlə şiələr arasında düşmənçiliyin güclənməsiylə nəticələndi. Bu vəziyyət Ərəbistanda Bədəvi tayfalarının istila edilməsindən sonra dahada pisləşdi. Bədəvilərin İraqa basqınları əyalət iqtisadiyyatını ciddi şəkildə məhv etdi. Baban sülaləsinin başçılıq etdiyi kürdlər üsyan qaldırdı və Osmanlı qüvvələrinə qarşı silahlı əməliyyatlara başladılar, qısa müddətdə bütün İraq Kürdüstanını nəzarətə götürdülər. 1625-1668 və 1694-1701 arasında Siyab qəbiləsindən olan yerli şeyxlər Bəsrəni müstəqil hökmdar kimi idarə etdilər və Osmanlı Paşanın Bağdaddakı gücünü rəsmiyətə tanımadılar. 17-ci əsrin sonuna qədər bütün İraqın cənubu davamlı üsyanlara şahid oldu. Bəsrənin hakimiyyəti ələ keçirməyə çalışan bədəvi tayfalarından, Muntəfik və Qubaidlər vardı.
Mustafa Paşa (Məmlük)
Mustafa Paşa (ərəbcə. مصطفى باشا, Osmanlıca. مصطفى پاشا; d. 1776) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1776). Mustafa Paşa tayfa olaraq bir Məmlüküydü. 1776-cı ilə qədər Ər-Rəqqə valisiydi. 1776-cı ildə Osmanlı sultanı I Əbdülhəmid Mustafa Paşaya, eyni zamanda Mosul valisi Süleyman Paşa və Diyarbəkir valisi Abdulla Paşaya Bağdad valisi Ömər Paşanın vəzifədən alınmasını əmr etdi. Osmanlı qoşunları Bağdadı mühasirəyə aldılar və Ömər Paşanın həyatının sona ərmə zamanı oldu. Bundan sonra Mustafa Paşa Bağdad Paşası təyin edildi. Mustafa Paşa əyalətdəki inqilabi əhval-ruhiyyəni sakitləşdirə bilmədi.
Ömər Paşa (Məmlük)
Ömər Paşa (Ərəbcə: عمر باشا, Osmanlıca: عمر پاشا, Gürcücə: ომარ ფაშა; vəf. 1776) - Osmanlı Paşası, Məmlük sülaləsindən olan Bağdad Paşalıq hökmdarı (1762-1776). 1638-ci ildə IV Murad Bağdadı ələ keçirdi və Dəclə və Fərat çayları arasındaki bölgəyə nəzarət etdi. 17-ci əsrdə Səfəviylə döyüşlər, Osmanlı İmperiyasının İraqdakı qüvvələrini zəiflətdi. İraqda mərkəzi hakimiyyətin zəifləməsi, qəbilələrin çatışmasınn artmasına səbəb oldu və sünnilərlə şiələr arasında düşmənçiliyin güclənməsiylə nəticələndi. Bu vəziyyət Ərəbistanda Bədəvi tayfalarının istila edilməsindən sonra dahada pisləşdi. Bədəvilərin İraqa basqınları əyalət iqtisadiyyatını ciddi şəkildə məhv etdi. Baban sülaləsinin başçılıq etdiyi kürdlər üsyan qaldırdı və Osmanlı qüvvələrinə qarşı silahlı əməliyyatlara başladılar, qısa müddətdə bütün İraq Kürdüstanını nəzarətə götürdülər. 1625-1668 və 1694-1701 arasında Siyab qəbiləsindən olan yerli şeyxlər Bəsrəni müstəqil hökmdar kimi idarə etdilər və Osmanlı Paşanın Bağdaddakı gücünü rəsmiyətə tanımadılar.Osmanlı sultanı Əmniyəti yenidən ələ gətirmək üçün Qaramaniyə Valisi, Məmlük sülaləsindən, Həsən Paşayı İraqa göndərildi. Həsən Paşa özünə inzibati sistem yaratdı, o cümlədən Daxili İşlər İdarəsi, Xəzinədarlıq və İdarə etmə işləri.
Əhməd Paşa (Məmlük)
Əhməd Paşa (Ərəbcə: أحمد باشا, Osmanlıca: أحمد پاشا; v. 1747) — Osmanlı Paşası, Məmlük hanedanından hükümdar (1723-1734 ve 1736-1747). Əhməd Paşa, Həsən Paşa'nın oğlu ve varisiydi. 1715 yılında Əhməd Paşa, Bəsrə Eyaləti valiliğinə seçildi. Həsən Paşa'nın ölümündən sonra Əhməd Paşa, Bağdad, Bəsrə ve Şəhrizor'un hökmdarı oldu ve Mosul paşalığı isə İraq sülaləsi Cəlili tərəfindən idarə edildi. Atası kimi, öz işlərində Məmlüklü inzibati və hərbi metodlarını əsas qoydu. Həsən Paşanın siyasətini davam etdirən Əhməd Paşa, İraqda nizam-intizam qurdu. İtaət etməyən bədəvi tayfalarını tabe etdi və xəzinəyə sabit vergi axınını təmin etdi. Həmçinin Səfəvilərin hərbi genişlənməsi təhlükəsini diqqətə alaraq İraqın müdafiəsiylə məşğul oldu. Ölkənin müdafiəsi üçün Əhməd Paşa 2000 nəfərlik Məmlüklərdən oluşan "qoruma muhafizləri" yaratdı.
Məmlük hökmdarlarının siyahısı
Məmlük hökmdarlarının siyahısı — Məmlük sultanlığı 1250-ci ildə Əyyubi sultanı Saleh Əyyubinin məmlükləri tərəfindən qurulmuş və Əyyubilər dövlətini süquta uğratmışdır. Sultanlığın paytaxtı Qahirə şəhəri olmuş və müxtəlif dövrlərdə ərazisi Misir, Suriya və Anadolunun bəzi hissələrini, Cəzirə və Hicazı əhatə etmişdir. Məmlük sultanlığı 1517-ci ildə Osmanlı imperiyası tərəfindən süquta uğradılmışdır. Məmlük tarixi Bəhri və Burci dövrləri olmaqla iki yerə bölünür. Bəhri sultanları əsasən türk mənşəli, Bürcilər isə etnik çərkəzlərdən ibarət idi. İlk üç Məmlük sultanı Aybək, onun oğlu Mənsur Əli və Qutuz Bəhrilər sülaləsinin üzvü hesab edilsələr də, onlar "Bəhriyyə məmlük alayı"nın tərkibində deyildilər və Bəhrilərin siyasi maraqlarına qarşı çıxırdılar. Bəhrilərdən ilk sultan Baybarsdır. Bürcilər 1382-ci ildə sultan Bərkukun hakimiyyətə gəlməsi ilə taxta çıxdılar. Həmçinin 1512-ci ildə taxta çıxarılan və bir neçə ay hakimiyyətdə olan, 34-cü sultan Müstəin Billah Abbasi xəlifəsi idi və Bürci əmirləri tərəfindən siyasi fiqur kimi hakimiyyətə gətirilmişdi.
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması (2020)
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması — 9 noyabr 2020-ci il tarixində Rusiyanın Mi-24 hücum helikopteri (NATO kod adı: "Hind") Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı vurulur. Helikopter daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda vurulur. Ekipaj üzvlərindən ikisi ölür, biri isə yaralanır. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib, atışmanın səhvən baş verdiyini və bununla bağlı təzminat təklif edib. Hadisə Ermənistan tərəfindən dəstəklənən, lakin Azərbaycanın de-yure ərazisi olan, öz müstəqilliyini elan etmiş, lakin tanınmamış Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən faktiki olaraq nəzarət edilən mübahisəli Dağlıq Qarabağ bölgəsi üzərində başlanan müharibə zamanı baş verir. 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Şuşa üzərində nəzarəti ələ keçirir. Nəticədə Şuşanın azad edilməsindən sonra Azərbaycan Ordusunun Xankəndini ələ keçirməsi artıq an məsələsi olur. 9 noyabr 2020-ci il tarixində, Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda və Dağlıq Qarabağdan 70 kilometr (43 mil) məsafədə daşınabilən hava hücumundan müdafiə sistemindən atılan atəş nəticəsində helikopter vurulur. Helikopter Gümrüdəki 102-ci Rusiya hərbi bazasının konvoyunu müşayiət etdiyi bildirilir. Qısa müddət sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən vuruşun təsadüfən baş verdiyini bildirərək Rusiyaydan üzr istədiyini və təzminat ödəməyə hazır olduğunu bildirərək hücuma görə məsuliyyəti öz üzərinə götürür.
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması (kor. 대한항공 YS-11기 납북 사건) — 1969-cu ilin 11 dekabr tarixində Koreya Hava Yollarına məxsus YS-11 tipli sərnişin təyyarəsinin qaçırılması hadisəsi. Cənubi Koreyanın şimal-şərqində yerləşən Qanvon əyalətindəki Qanqunenq aerodromundan havalanan təyyarənin ölkə paytaxtı Seul şəhərinə uçması planlaşdırılmışdı. Hava gəmisi səmaya qalxandan 10 dəqiqə sonra təyyarəyə gizli şəkildə daxil olmuş Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşı Cho Ch'ang-hŭi (조창희). tərəfindən qaçırılmışdır. Kabinə daxil olaraq hava gəmisini ələ keçirən Ço Çanq pilotlardan təyyarəni Şimali Koreyaya doğru istiqamətləndirməyi əmr edir. Yerli vaxtla saat günorta 1:18-də təyyarə Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası olan Vonsan şəhərinin hərbi aerodromuna endirilmişdir. Təyyarəni qaçıran Ço Çanqdan başqa təyyarə pilotlarda daxil olmaqla 46 nəfərdən ibarət idi. Hadisədən 2 ay sonra 39 sərnişin Cənubi Koreyaya təhvil verilmişdir. YS-11 idarə edən 4 nəfərlik ekipaj və digər 7 sərnişinin talehləri bu günə qədər naməlum olaraq qalmaqdadır.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Qafqaz və Merkuri Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898)
Qafqaz və Merkuri cəmiyyətinin paroxodunun limandan yola düşməsi — Aleksandr Mişon tərəfindən çəkilmiş, Azərbaycan kinosunun ilk filmlərindən biri. Film 1898-ci ilin yayında yayımlanıb. İnformatik xəbər janrında çəkilmiş kinosüjet paroxodun Bakı limanından yola düşməsini və dənizin qoynunda necə uzaqlaşdığını əks etdirir. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.