Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir.1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir."Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir. Bu sübut Liviyalıların Buşmenləri köləyə çevirdiyini nümayiş etdirirdi. == Psixoloji təsirlər == === Təkbaşına məhkumluq === Məhbuslara mənfi təsir edən başlıca səbəblər sırasında onların uzun müddət məhkumluqda təkbaşına qalması qeyd edilir.
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir.Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. == Xüsusuiyyətləri == Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.
Məzmun
Məzmun: Mövzu sözünün sinonimi; Məzmun (kitab) Məzmun (kompüter) — veb saytlardakı materiallar.
Qəmbuh
Qəmbuh - X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapmış Bali tamaşalarının qədim formalarından biri. == Haqqında == Qəmbuhun X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapdığı söylənilir. Bali kralı Udayananın Kedirili (Şərqi Yavada dövlət) şahzadə xanım Şri Qunapriya Dharmaputra ilə izdivacı Bali ilə Şərqi Yavanın vahid dövlət şəklində birləşməsilə nəticələndi. Bali tarixini əks etdirən lontarlardan (qədimdə Cənubi Asiyanın bir sıra bölgələrində kağızı əvəz edən material; “palma yarpağında yazılmış manuskript” kimi tanınan lontarlar müqəddəs mətnlərin köçürülməsi üçün bu gün də İndoneziya ərazisində istifadə olunmaqdadır) biri “Çandra Senqkala” (1007) kral Udayanın sarayında Qəmbuh tamaşalarının göstərilməsi üçün bale adlanan xüsusi üstüörtülü səhnə quraşdırıldığı barədə məlumat verir. Bu gün Balidə mövcud olan bütün saray komplekslərində bale pa Qəmbuhan adlanan səhnələr möcuddur. Qəmbuh qısa şəkildə başqa iki lontarda da xatırlanır. “Babad Dalem” (1455) lontarında Amad Mohammad haqqında hekayənin tamaşasından danışılır. Bu tamaşa Macapahit imperiyası Balini işğal etdikdən sonra Bali kralı təyin olunan Yava şahzadəsi Şri Dalem Smara Kepakisanın maliyyə dəstəyi ilə hazırlanmışdı. “Panitetalaninq Qəmbuh” (1812) lontarı isə gianyarlı müəllimlər Sabda və Qoya, həmçinin blahbatuhlu Vayan Batubulanın adlarını XIX yüzillikdə “Qəmbuhun qızıl əsri”nin böyük sənətkarları qismində hallandırır. İstənilən halda, Qəmbuhun qədim rəqs-dram olması haqqında yazılı mənbələr danışsa da, bugünkü tamaşaların X əsrdəki tamaşalarla nə dərəcədə eynilik təşkil etməsi məsələsi həllini tapmayıb.
Məhbub Hüseynzadə
Məhbub Hüseynzadə (ing. Mahboub Hosseinzadeh; fars. محبوب حسین زاده‎Xoy, İran) – iranlı aktivist. == Həyat və fəaliyyətlər == 1990-cı ildə Xoy -da May anadan olub. 2008-ci ilin iyulunda velosiped ilə dünya səyahətinə başlamış və 2017-ci ildə 300 şəhər və ölkədə 22 min kilometr səyahət etmişdir.
Məhbub Şüküroğlu
Məqbul (Sayınqala)
Məqbul (fars. مقبول‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.
Şərif Məcbur
Şərif Qurbanəliyev — azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyor. == Həyatı == Rejissor Şərif Qurbanəliyev Aztv, Space kimi telekanallarda bir neçə filmin və telelayihənin müəllifidir. Bunlardan "Afaq, gülür-güldürür" telelayihəsinin misal çəkmək olar. == Əsas rolları == Akademik Milli Dram Teatrında Laləli düzən (2015) (Rəhman Əlizadə) == Filmoqrafiya == Ac həriflər (film, 1993) — ssenari müəllifi, ikinci rejissor Yurd yeri (film, 1994) Bala-başa bəla!
Məbud Məhərrəmov
Məbud Əliəsgər oğlu Məhərrəmov (12 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir. Onun yaratdığı: Ağasaf (M. İbrahimbəyov "Мужчина для молодой женщины"; azərb. "Gənc qadın üçün kişi"‎), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J. Patrik "Странная миссис Сэвидж"; azərb. "Qəribə missis Sevic"‎), Şut (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. M. Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır. 2000-ci ildə M. Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Məbud İsmayılzadə
Məbud İbrahim oğlu İsmayılzadə (24 mart 1924, Zərdab rayonu – 17 sentyabr 2004, Bakı) – Tanınmış mədəniyyət işçisi, teatr təşkilatçısı, teatr rejissoru, ssenarist. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979). == Həyatı == Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib. Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M. İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır. == Mənbə == Tacir Səmimi. "Qaradağ aşıqları", "Elimiz. Günümüz" qəzeti, 2012.
Məhəmmədəli bəy Məcruh
Məhəmmədəli bəy Məcruh (1823-?)—XIX əsr Azərbaycan şairi. == Həyatı == Məhəmmədəli bəy Məcruh 1823-cü ildə Muğanda doğulmuşdur. Ərdəbildə mədrəsə təhsili aldıqdan sonra Muğana qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Mirzə İsmayıl Qasirlə yazışırdı.
Məmduh Şövkət Esendal
Məmduh Şövkət Esendal (29 mart 1883, Çorlu - 16 may 1952, Ankara) — Türk yazıçısı, diplomat, siyasətçi, Türkiyənin Azərbaycanda ilk səfiri. == Fəaliyyəti == Azərbaycan—Türkiyə münasibətlərindən söz açarkən "ilk" epitetinə tez-tez müraciət etmək lazım gəlir. Cümhuriyyət elanından bir həftə sonra 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı imperatorluğu arasında dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdı. Bu müstəqil dövlət kimi Azərbaycanın imzaladığı ilk beynəlxalq hüquqi-diplomatik sənəd idi. 1991-ci il noyabrın 11-də, keçmiş SSRİ-nin de-fakto mövcudluğu şəraitində siyasi iradə və qətiyyət nümayiş etdirərək hələ müttəfiq sovet respublikalarından biri sayılan Azərbaycan SSR-nın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdu. Maraqlıdır ki, 1920-22-ci illərdə hələ müstəqilliyin müəyyən atributlarına malik olan Azərbaycan SSR-lə diplomatik münasibətlər quran və Bakıya öz təmsilçisini göndərən ilk dövlət yenə də Türkiyə, bu dəfə milli müstəqillik uğrunda Qurtuluş Savaşına başlamış Mustafa Kamal Türkiyəsi idi. Azərbaycan Cümhuriyyətinin süqutundan 5 gün sonra, 1920-ci il mayın 3-də qurulan Ankara hökuməti həmin il avqustun 12-də özünün ilk xarici təmsilçisini başqa bir ölkəyə deyil, məhz Azərbaycana göndərmişdi. Yeni Türkiyəni sovet Bakısında təmsil edən ilk türk diplomatı isə tanınmış yazıçı və ictimai-siyasi xadim Məmduh Şövkət Esendal (1883-1952) olmuşdu. O, patriarxal Osmanlı əyalətlərindən birində – Tekirdağın Çorlu ilçəsində, əkinçi ailəsində doğulmuşdu. Ailəsinin yoxsulluğu üzündən ardıcıl və sistemli təhsil ala bilməmişdi.
Məzmun çatdırılma şəbəkəsi
Məzmun çatdırılma şəbəkəsi (ing. Content delivery network; CDN) — coğrafi olaraq paylanmış proksi serverlər şəbəkəsi və onların data mərkəzləri. Məqsəd xidməti son istifadəçilərə nisbətən məkan baxımından çatdırmaqla yüksək əlçatanlıq və performans təmin etməkdir. CDN-lər 1990-cı illərin sonlarında İnternetin insanlar və müəssisələr üçün iş baxımından kritik bir mühitə çevrilməyə başladığı vaxtda İnternetin performans boğazlarını (bottleneck) yüngülləşdirmək üçün bir vasitə kimi meydana çıxdı. O vaxtdan bəri CDN-lər veb-obyektlər (mətn, qrafika və skriptlər), yüklənə bilən obyektlər (media faylları, proqram təminatı, sənədlər), proqramlar (e-ticarət, portallar), canlı yayım və sosial media saytları da daxil olmaqla bu gün İnternet məzmununun böyük bir hissəsinə xidmət etmək üçün böyüdü.CDN-lər internet ekosistemində bir təbəqədir. Media şirkətləri və e-ticarətçilər kimi məzmun sahibləri məzmunlarını son istifadəçilərinə çatdırmaq üçün CDN operatorlarına pul ödəyirlər. Öz növbəsində CDN də öz serverlərini məlumat mərkəzlərində yerləşdirmək üçün İnternet xidmət provayderlərinə (ISP), daşıyıcılara və şəbəkə operatorlarına pul ödəyir. CDN müxtəlif məzmun çatdırılması xidmətlərini əhatə edən ümumi termindir: video striminqi, proqram yükləmələri, veb və mobil məzmunun sürətləndirilməsi, lisenziyalı/idarə olunan CDN, şəffaf keş və CDN performansını ölçmək üçün xidmətlər, yük balansı, çoxlu CDN keçidi, analitika və bulud kəşfiyyatı. CDN satıcıları təhlükəsizlik, DDoS qorunması və veb tətbiqi qoruyucu divarları (WAF) və WAN optimizasiyası kimi digər sənaye sahələrinə keçə bilər. == Həmçinin bax == == İstinadlar == === Əlavə ədəbiyyat === Buyya, R.; Pathan, M.; Vakali, A. Content Delivery Networks: State of the Art, Insights, and Imperatives // Content Delivery Networks.
Əbül Rəbbuh Mənsur Əl Hadi
Əbül Rəbbuh Mənsur (1 sentyabr 1945[…], Abya mühafazası[…]) ㅡ Yəmənin 2-ci prezidenti. Hadi 1994-2012 ci illər ərzində vitse prezident olub. Həmçinin indi siyasətçi və Yəmən Hərbi İttifaqının Feldmarşalıdır. == Həyatı == Hadi 1945-ci ildə Yəmənin Əbyan mühafəzəsinin cənubundakı Tükayin şəhərində anadan olmuşdur. 1966-cı ildə Cənubi Ərəbistan Federasiyasındakı hərbi akademiyanı bitirib. 1966-cı ildə İngiltərədə təhsil almaq üçün hərbi təqaüd aldıqdan sonra məzun oldu, lakin İngilis dilində danışmadığı üçün iştirak edə bilmədi. 1970-ci ildə Misirdəki tankları öyrənmək üçün başqa bir hərbi təqaüd aldı. Hadi sonrakı dörd ili Sovet İttifaqında hərbi rəhbərliyi öyrənməyə sərf etdi. 1986-cı ildəki hakim Yəmən Sosialist Partiyasının Ali Nasir fraksiyasından sonra Cənubi Yəmənin prezidenti Əli Nasir Məhəmmədlə birlikdə Şimali Yəmənə qaçdıqdan sonra Cənubi Yəmən ordusunda bir neçə hərbi vəzifə tutdu. == Karyera == Hadi Ədən Təcili Yardım zamanı aşağı bir rol oynadı.
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi. Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir. == Zəmin == Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803).
Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən
"Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən" (ing. Bloodfist 3: Forced To Fight) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Cimmi Boland etmədiyi qətl səbəbindən məhbus olmuşdur. Cimmi burada məhbusların zorlanmalarını müşahidə edir. Bir müddət sonra Cimmi məhbuslardan birini xilas edir. Amma bu hadisədən sonra Cimmi çoxlu problemlərlə üzləşir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən — Internet Movie Database saytında.
Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən (film, 1992)
"Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən" (ing. Bloodfist 3: Forced To Fight) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Cimmi Boland etmədiyi qətl səbəbindən məhbus olmuşdur. Cimmi burada məhbusların zorlanmalarını müşahidə edir. Bir müddət sonra Cimmi məhbuslardan birini xilas edir. Amma bu hadisədən sonra Cimmi çoxlu problemlərlə üzləşir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 3: Döyüşməyə məcbur edilən — Internet Movie Database saytında.