MƏQBUL

sif. [ ər. ]
1. Qəbul olunan, bəyənilən, xoşagələn, yaxşı.
[Ağa Kərim:] Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil! M.F.Axundzadə.
[Xəyyam:] Minlərcə şəhər ya qala almaqdan, əmin ol; Bir sadə çoban könlünü almaq daha məqbul. H.Cavid.

□ Məqbul bilmək (görmək) – daha münasib və əlverişli bilib qəbul etmək; bəyənmək, xoşlamaq.
Düşmən bu tədbiri, deyəsən, daha məqbul bilmişdi. Ə.Əbülhəsən.

Məqbul etmək – qəbul etmək, bəyənmək, yaxşı hesab etmək.
Əgər istəsəydi Allah, ki səni edəydi məqbul; Bizə verdiyi tək əlbət sənə həm verərdi pul-mul. M.Ə.Sabir.

Məqbul olmaq – qəbul olunmaq, qəbula keçmək, bəyənilmək, xoşlanmaq.
[Molla İbrahimxəlil:] Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı. M.F.Axundzadə.
Təqsim eylə, olaq yeməyə məşğul! Amma ki, təqsimin olsun həm məqbul. Q.Zakir.

2. Şagirdin, tələbənin biliyinə verilən kafi qiymət. Fizikadan “məqbul” almaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏQBUL münasib — əlverişli
  • MƏQBUL kafi
MƏQBƏRƏ
MƏQSƏD
OBASTAN VİKİ
Məqbul (Sayınqala)
Məqbul (fars. مقبول‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).

Digər lüğətlərdə

зе́рнщик красть обме́рить старе́йшина вы́мокнуть перегрыза́ться подава́ть повод подвязно́й поколоти́ться серпо́к снять affiant agastric bonnet citriculturist dispirit ectoblast meanness prolongation resident-general scamper spoke bone ursal вправляться кальвинист