Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Magical Girl Raising Project
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画, azərb. Maho-şoco yetişdirmə layihəsi‎) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır. Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-ci ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir.
Magiya
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir.
Macica Serbska
Macica Serbska ( Upper Sorbian; a.sorb Maśica Serbska) — Sorbların elmi birliyidir. Bu Sorb tədqiqatlarını təşviq etmək və Sorblar və onların mədəniyyəti haqqında bilikləri yaymaq məqsədi daşıyır. 1847-ci ildən fəaliyyət göstərən Sorbların ən qədim mədəni və ictimai təşkilatıdı. Bu, hələ də fəaliyyət göstərən ən qədim Sorb birliyidir. == Tarixi == Macica Serbska 1847-ci ildə Bautzen şəhərində sorb ədəbiyyatının inkişafı klubu və sorb elminin inkişafı mərkəzi kimi təsis edilmişdir. Cəmiyyətin yaradıcıları arasında sorb yazıçıları Handrij Zejler, Yan Arnost Smoler və pedaqoq Korla Yan Smoler var idi. Tarixinin ilk dövründə Sorb Vətəninin üzvləri əsasən dil məsələləri, Sorb tarixi, ədəbiyyatının, folklorunun və demoqrafiyasının öyrənilməsi ilə maraqlanırdılar. 1847-1937-ci illərdə təşkilat ildə bir dəfə " Časopis Maćicy Serbskeje " jurnalını nəşr etdirirdi. 1867-ci ildə Pređenak adı altındaMacica Serbska nəşr olundu. Şərqi Prussiyadakı inqilabi hərəkatlardan sonra 1848-ci ildə Macica Serbska üzvləri Sakson məhkəməsinə müraciət edərək məktəb sistemində tədrisdə alman dili ilə yanaşı sorb dillərinə də bərabər hüquqlar verilməsini tələb etdilər.
Orlando Magic
Orlando Mecik — Florida ştatının Orlando şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır. == Tarixi == Orlando Mecik NBA-ya 1989-cu ildə, liqanın genişləndiriliməsinin 2-ci mərhələsində Minnesota Timbervulvzla birlikdə Mayami ilə Şarlotdan bir il sonra qədəm qoyub. Əvvəlcə liqa rəhbərliyi 3 yeni komandanın yaranmasını nəzərdən keçirirdi. Onlardan biri Floridada yerləşməliydi. Lakin Mayami və Orlando ayrı-ayrılıqda liqaya çox əlverişli təklif göndərdiklərinə görə Asosasiya hər iki komandanı qəbul etmək məcburiyyətində qalır. Klubun adının seçimi üçün azarkeşlər arasında sorğu keçirilir. Nəticədə 4296 təklifdən Mecik seçilir. Komanda ev oyunlarını 20 min azarkeş tutumuna malik Amvay Sentrdə keçirir. Orlandonun ilk baş məşqçisi Mett Quokas olub.
Polygon Magic
Polygon Magic, Inc. (ポリゴンマジック株式会社, Porigon Majikku Kabushiki-Gaisha) — Yaponiya videooyun istehsalçısı. Şirkət Yaponiyanın ən böyük studiyalarından biri olmuşdur. Şirkət müxtəlif platformalar, o cümlədən arkada, "Nintendo Wii", "Nintendo DS", "Nintendo 3DS", "Facebook" və s. üçün oyunlar hazırlamışdır. Studiya daha çox "Incredible Crisis" və "Galerians" seriyaları ilə tanınır. Şirkət Yaponiya mobil sosial oyun sahəsində ən yaxşı istehsalçı və yayımçı olmuşdur.
Knight's & Magic
Knight's & Magic (ナイツ&マジック, Naitsu to Majikku, azərb. Cəngavərin & magiyası‎) — Kuroqinin rəssamlığı ilə Hisaqo Amazake-no tərəfindən yazılan ranobe seriyası. Əvvəlcə 2010-cu ilin oktyabrında Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmağa başlamışdır. 30 yanvar 2013-cü ildə Shufunotomo nəşriyyatı tərəfindən ilk ranobe cildi buraxılmışdır. İndiyə kimi 11 cildi nəşr olunmuşdur. Takuci Katonun rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 15 aprel 2016-cı ildən Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 24 sentyabr 2016-cı ildə manqanın ilk cildi buraxılmışdır. 2017-ci ildə 8-Bit studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və yayımlanmışdır. == Məzmun == Bir mexa otakusu bir maşın qəzasında ölür və ruhu başqa bir dünyada Ernesti Eçevarriya kimi reinkarnasiya olur. Eru əvvəlki həyatındakı xatirələrini və maraqlarını irsən qazanır, nəticədə, bu dünyada mövcud olan nəhəng humanoid silahı Siluet cəngavərinin pilotu olmağı arzulamağa başlayır.
Magic: The Gathering
Magic: The Gathering — Wizards of the Coast şirkətinin qurucusu bir riyaziyyat professoru olan Riçard Garfild tərəfindən 1993-ci ildə yaradılmış bir strategiya kart oyunu. Magic: The Gathering 2011-ci ildən etibarilə 12 milyon oyuncusu ilə gedərək böyüyən bir oyunçu tutumuna çatmışdır. == Oynanış == Oyunun məqsədi 20 xalla başlayan rəqib iki oyunçunun bir-birlərini müxtəlif kartlar və strategiyalar istifadə edərək 0 və ya altına endirməkdir. Rəqib də bu sırada öz üsullarıyla özünü müdafiə edə bilər və ya qarşı hücumlar edə bilər. Oyunun bəzi təməl qaydaları: - Bir dəstədə kart sayı ən az 60 olmalıdır və tez-tez hər kəs bu ədədi seçməyə üstünluk verər. - Bir dəstəyə eyni adlı kartdan (Lend'ləri çıxmaqla) ən çox 4 dənə qoyula bilər. - Hər sıra sizə keçdiyində yalnız bir lend oynaya bilərsiz. - Oyunda sıra sizdə olsa belə müəyyən bir sıralamanı izləmək məcburiyyətindəsiniz. bu mərhələlər: Antep (əldəymə): Sehr eləmək üçün "tep" edilən Lend açılma mərhələsidir.Apkip (saz halda saxlama): Daha əvvəl edilən böyük ödənməsi lazım olan can və ya manalarını ödəndiyi mərhələ.Drau (çəkmək): Kitabxanadan kart çəkilir.Meyn feyz1 (əsas mərhələ 1): Bu mərhələdə lend oynaya bilər və hər cadunu edə bilərsiniz.Kombat feyz (döyüş mərhələsi): Bu mərhələdə də qarşıya hücum edə bilərsiniz.Meyn feyz2 (əsas mərhələ2): Bu tur əgər bir əvvəlki meyn feyzdə lend oynamadınızsa lend oynaya bilər və bütün sehrlərinizi eləyə bilərsiniz.End feyz (son mərhələ): Oyun sırasını rəqibə verdiyiniz mərhələdir.Bir kart açmaq üçün (Lend'lərdən başqa) o kartın mana qiyməti ödənilməlidir. Kart nə qədər güclüdürsə, qiymətidə o qədər böyükdür.
Magic Bus (studiya)
Magic Bus (株式会社マジックバス, Kabushiki Kaishi Magic Bus) — 1977-ci ildə Satoşi Dezaki tərəfindən qurulmuş Yaponiya animasiya studiyası. Studiyanın baş qərargahı Yaponiyanın Tokio şəhərində yerləşir. Studiyanı Satoşi Dezaki Shin Kyojin no Hoshi anme serialını istehsal etmək məqsədilə yaratmışdır. 1983-cü ildə Dezakinin rejissorluğu ilə Magic Bus Kapitan animasiya serialı ilə əməkdaşlıq etmişdir. Bu baxımdan Magic Bus Eiken və TMS Entertainment şirkətləri ilə birlikdə anime serialların və OVAların çəkilişində iştirak edir. == İşləri == 1990: Carol 1991–2000: Legend of the Galactic Heroes 1992: Boyfriend 1993: Big Wars 1996: Baketsu de Gohan 1996–1997: Kiko-chan's Smile 1997–1998: Burn-Up Excess 1997–1998: Gakkyu-oh Yamazaki 1998: Sexy Commando Gaiden: Sugoi yo!! Masaru-san 1998: Surf Side High-School 1998: Totsugeki! Pappara-tai 1998: Weiß Kreuz 1999: Happy Birthday, Inochi Kagayaku Toki 2001–2002: Go! Go!
Magika De Spell (personaj)
Magica De Spell (ing. Magica De Spell) — 1961-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır. == Xarakteristika == Magika De Spell İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Vezuvi dağının yamacında yaşayan təhlükəli cadugərdir. Bir sıra sehrlərini sehrli taxta ilə həyata keçirir. Tüstülü yanğın yarada bilir, müxtəlif yerlərə uça bilir, məxluqları bir növdən digərinə çevirə bilir, müxtəlif cildlərə çevrilə bilir. Həmçinin, bir sıra sehrli gücləri ilə bərabər şəxsləri hipnoz etmək qabiliyyətinə sahibdir.
Praktiki magiya (film, 1998)
"Praktiki magiya" (ing. Practical Magic) — amerikan mistik və romantik komediya janrında, Elis Hoffmanın eyniadlı romanı əsasında çəkilmiş film. 1998-ci ildə ekranizasiya olmuşdur. Film sloqanları: "There’s a little witch in every woman." ("Hər bir qadında cadugərdən nəsə var.") və "For two sisters from a family of witches, falling in love is the trickiest spell of all." ("Cadugərlər ailəsindən olan 2 bacının, sevgi ən çətin sehri olub.") == Süjet == Salli və Cillian — Ouens cadugər nəslinə aiddirlər. Bu ailənin qadınları qurbağa ayaqlarından və yarasa qanadlarından nəinki möcüzə yarada blir, həmçinin ailəyə qoyulmuş lənəti mənimsəyirlər — Ouens ailəsinin qadınlarının sevqi romanları, onların seçdiyi kişilər üçün həmişə tragiq sonla bitir. Ouens ailəsinə həmçinin 2 ekssentrik xala da aiddir: Frensis və Bricet, bir də Sallinin böyüyən 2 qızı; onlar Sallinin qısamüddətli ailə həyatı zamanı doğulmuşlar və bu nəsillə ailə həyatı quran bütün kişilər kimi, o da vaxtından əvvəl həyatdan köçür. Hələ uşaqlıqda, Salli istədiklərini fəlakətə sürməmək üçün heç bir zaman heç kəsə aşiq olmayacağına and içdi. Bunun üçün o arzu tutdu: onun sevgilisi ağ atda tərs oturaraq gələcək, kaktus formasında blinçiklər hazırlayacaq, gözləri isə 2 rəngdə olacaq (yaşıl və mavi). Sonradan o belə insanı tapacaq və onun üstündən lənət götürüləcək. Bu zaman isə onun bacısı Cillian sadəlövh, qeyri-ciddi xarakterli böyüdü.
Oriental Light and Magic
OLM, Inc. (yaponca: 株式会社オー・エル・エム, Hepbörn: Kabushiki-gaisha Ō Eru Emu), əvvəlki adı ilə Oriental Light and Magic — mərkəzi Tokionun Setaqaya rayonunda yerləşən Yaponiya anime studiyası. 1995-ci ilin iyununda təsis edilmişdir. == Təşkilatı == "OLM" çoxsəviyyəli təşkilata malikdir. "OLM"-in özündə 216 işçi var və dörd şöbədən ibarətdir. Onlar istehsal, istiqamət, animasiya və 2D (rəqəmsal rəsm və fotoqrafiya ilə məşğul olan) şöbələridir. "OLM Digital"da 180 işçi fəaliyyət göstərir, 3D və Tədqiqat və İnkişaf olmaqla 2 şöbəsi var. == İstinadlar == == Xarici keçidlər == olm.co.jp — Inc. OLM rəsmi saytı OLM, Inc.
Aladdin’s Magic Carpet Racing
Aladdin’s Magic Carpet Racing — "Nintendo" videooyun kompaniyası tərəfindən 2008-ci ildə yaradılan macəra oyunudur.
Malıca
Malıca — İranın Kürdüstan ostanının Qürvə şəhristanının Dilbəran bəxşində şəhər. == Tarix == Malıca kəndi 2021-ci ildə şəhər statusu qazanmışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,164 nəfər yaşayır (1,245 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Maqcan Cumabayev
Cumabayev Mağcan Beken oğlu (qaz. Мағжан Бекенұлы Жұмабаев, Mаgjаn Bekenulı Jumаbаev) (25 iyun 1893- 19 mart 1938) - Qazax ədəbiyyatının XX əsrin əvvəllindəki məşhur və önəmli şairlərindən biri. Müasir qazax ədəbiyyatının yaradıcılarından biridir. == Bioqrafiyası == 1905-1910-cu illərdə Mağcan Cumabayev Petropavl mədrəsəsində təhsil almış, ərəb, fars və türk dillərini öyrənmişdir. 1911-ci ildə isə Ufa mədrəsəsində təhsil almış, bu zaman müəllimlərindən biri Volqa tatarlarının klassik yazıçısı Galimcan İbrahimov olmuşdur. 1912-ci ildə qazax dilində olan şeirləri “Şolpan” adlı kitabda toplanaraq nəşr edilib, kitab ərəb əlifbası ilə yazılıb. Bu kitab qazax ziyalıları arasında məşhurluq qazanmışdır. 1917-ci ilin yay və qışı ərzində qazax “ Alaş” partiyasının və Alaş Orda Qazaxıstan milli hökumətinin yaranmasında iştirak etmişdir. Daha sonra Moskvada yaşamış və Lermontov, Koltsov, Balmont, İvanov, Mamin- Sibiriak, Maksim Qorki, Aleksandr Blok, Höte və digər şairlərin əsərlərini qazax dilinə tərcümə edib. Ali təhsilini başa vurduqdan sonra Qazaxıstana gəlmiş və orda müəllim kimi işləmişdir.
Mağcan Cumabayev
Cumabayev Mağcan Beken oğlu (qaz. Мағжан Бекенұлы Жұмабаев, Mаgjаn Bekenulı Jumаbаev) (25 iyun 1893- 19 mart 1938) - Qazax ədəbiyyatının XX əsrin əvvəllindəki məşhur və önəmli şairlərindən biri. Müasir qazax ədəbiyyatının yaradıcılarından biridir. == Bioqrafiyası == 1905-1910-cu illərdə Mağcan Cumabayev Petropavl mədrəsəsində təhsil almış, ərəb, fars və türk dillərini öyrənmişdir. 1911-ci ildə isə Ufa mədrəsəsində təhsil almış, bu zaman müəllimlərindən biri Volqa tatarlarının klassik yazıçısı Galimcan İbrahimov olmuşdur. 1912-ci ildə qazax dilində olan şeirləri “Şolpan” adlı kitabda toplanaraq nəşr edilib, kitab ərəb əlifbası ilə yazılıb. Bu kitab qazax ziyalıları arasında məşhurluq qazanmışdır. 1917-ci ilin yay və qışı ərzində qazax “ Alaş” partiyasının və Alaş Orda Qazaxıstan milli hökumətinin yaranmasında iştirak etmişdir. Daha sonra Moskvada yaşamış və Lermontov, Koltsov, Balmont, İvanov, Mamin- Sibiriak, Maksim Qorki, Aleksandr Blok, Höte və digər şairlərin əsərlərini qazax dilinə tərcümə edib. Ali təhsilini başa vurduqdan sonra Qazaxıstana gəlmiş və orda müəllim kimi işləmişdir.
Miçal Novak
Miçal Novak (26 oktyabr 1996) — Çexiyalı xizək yürüşçüsü. Miçal Novak Çexiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Miçal Novak birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Novak 3:28.33 saniyəlik nəticəsi ilə 80 atlet arasında 60-cı yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Miçal Tomko
Miçal Tomko (11 yanvar 1994) — Slovakiyalı peşəkar kişi BMX velosipedçisi. Miçal Tomko Slovakiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Miçal Tomko 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 38.094 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu.